Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə64/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   60   61   62   63   64   65   66   67   ...   80

Azərbaycanda  yaşanan  iqtisadi  inkişaf  buraya 
miqrasiya  axınının  güclənməsinə  gətirib  çıxar­
mışdır.
Müxtəlif  mənbələrə  görə  bu  gün  dünyada 
200-dən çox mədəni qrupa mənsub olan 800 mln. 
yuxarı  insan  siyasi  həyatda  məhdudiyyətlərlə, 
milli,  dini  və  dil  əlamətinə  görə  ayrı-seçkiliklə 
üzləşir.  Eyni  zamanda  siyasi  və  ya  iqtisadi 
bərabərsizliyin  aradan  qaldırılması  avtomatik 
olaraq  hələ  mədəni  bərabərsizliyin  ləğvi  demək 
deyildir  -və  bu  gərginlik  potensialı  olaraq  qal­
maqdadır.  Dünya  təcrübəsi  də  göstərir  ki,  azlıq­
ların  əli  hətta sosial,  iqtisadi  ehtiyatlara çatsa  da, 
onların mədəni hüquqları müdafiəsiz qalır. Bu da 
yeni  təhlükələrin,  təhdidlərin təşəkkül tapmasına 
səbəb  olur.  Məhz  bu  baxımdan  mədəniyyətlərin 
qarşılıqlı  əlaqəsi  həm  qarşılıqlı  zənginliyin,  həm 
də beynəlxalq təhlükəsizliyin təmin edilməsi fak­
toru ola bilər.
Elmin,  mədəniyyətin,  təhsilin,  kommunika­
siyaların  sürətli  inkişafı,  miqrasiya,  urbaniza­
siya  kimi  proseslərin  geniş  aldığı  qloballaşma 
dövründə,  ölkələr  və  xalqlar  arasında  qarşılıqlı 
əlaqələrin,  qarşılıqlı  təsirin  artması  ilə  yanaşı biz 
hələ  də  tez-tez  dözümsüzlük,  dini,  etnik  ekstre­
mizm  hallan  ilə  rastlaşırıq.  Çox  təəssüf  ki,  irqi, 
dini,  milli  ayrı-seçkilik,  ksenofobiya  kimi  halla­
rın  mövcudluğu  da  mədəniyyətlər  arasında  qar­
şılıqlı  əlaqələrə  öz  mənfi  təsirini  göstərir.  Ona 
görə  də  cəmiyyətin  inkişafı  və  təşkilində  dinc
гбч
Sevda Ağamirzə qızı Əhədova
münasibətlərin mexanizmi kimi tolerantlığın rolu 
getdikcə artmaqdadır.
Belə  şəraitdə  tolerantlıq  problemi  bütün 
dünyada  ən  aktual  və  geniş  müzakirə  olunan 
problemlərdən birinə çevrilmişdir.
Tolerantlıq  bəzən  "dözümlülük"  məfhumu 
ilə  eyniləşdirilsə  də,  onlar  arasında  müəyyən 
fərqlərin olduğunu qeyd etmək lazımdır. Hazırda 
tolerantlıq  başqalarının  fikrinə,  baxışlarına, 
hərəkətlərinə  passiv  itaətkarlıq  kimi  deyil,  fəal 
mənəvi  mövqe,  etnoslar,  sosial  qruplar  arasında 
qarşılıqlı anlaşma, digər mədəni, etnik, dini, sosial 
birliyə  mənsub  insanlarla  pozitiv  qarşılıqlı  əlaqə 
naminə  dözümlülüyə hazır olmaq  kimi  başa  dü­
şülür.  Tolerantlıq -  bəşəriyyətin  vahidliyini,  hər 
kəsin hamıdan, hamının hər kəsdən qarşılıqlı ası­
lılığının  intuitiv  qavranılması,  digərinin  hüquq­
larına  (o  cümlədən,  başqa  cür  olmaq  hüququna) 
hörməti özündə ehtiva edir.
YUNESKO-nun  1995-ci  ildə  16  noyabr  tarix­
li  "Tolerantlıq  prinsipləri"  adlı  Bəyannamədə 
qeyd  olunur  ki,  tolerantlıq  dünyamızın  zəngin 
mədəni  çoxçalarlığımn,  özünümüdafiə  forma­
larının  və  insan  fərdiyyətinin  təzahür  üsulları­
nın  müxtəlifliyinin  qəbul  edilməsi,  düzgün  başa 
düşülməsi  və  onlara  hörmət  edilməsi  deməkdir. 
Cəmiyyətin tolerantlığı onun bilik səviyyəsi açıq­
lığı,  ünsiyyət  və  fikir azadlığının  dərəcəsi,  malik 
olduğu mənəvi-etnik dəyərlərlə ölçülür.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Tolerantlığın  sosial-psixoloji  şərtlərinə  aid­
dir:  cəmiyyətin  rifah  halının  yüksək  səviyyəsi; 
özünəməxsus  mədəniyyətin  qorunub  saxlanma­
sı;  digər  mədəniyyətə  və  şəxsiyyətlərə  hörmət 
bəsləməyə  imkan  verən  şəxsi  ləyaqət  hissinin 
mövcudluğu;  cəmiyyətin  açıqlığı;  mədəniy- 
yətlərarası 
təmasların  mümkünlüyü;  başqa 
mədəniyyətlərin  və  xalqların  nümayəndələri 
ilə  ünsiyyət  təcrübəsinin  mövcudluğu;  hüquqi 
dövlətin,  vətəndaş  cəmiyyətinin  yaranması; 
millətlərarası  və  digər  münaqişələrin  hüquqi 
əsasda  tənzimlənməsi  imkanının  olması;  insan 
hüquqlanna əməl edilməsi [167, 354-355].
Tolerantlığın  sivilizasiyon,  beynəlxalq,  etnik, 
sosial,  fərdi səviyyələri mövcuddur.
Beynəlxalq münasibətlərdə tolerantlıq böyük­
lüyündən,  iqtisadi  inkişafından,  əhalisinin  et­
nik,  dini  mənsubiyyətindən  asılı  olmayaraq, 
dövlətlərin  əməkdaşlığının  və  dinc  yanaşı  yaşa­
masının əsas şərtidir.
Etnik  tolerantlıq  yad  həyat tərzinə,  yad  adət- 
ənənələrə,  fikir və ideyalara dözümlülükdə ifadə 
olunur.  Etnik  tolerantlıq  digər  etnik  qruplarla 
qarşılıqlı  əlaqə  zamanı  yaranmış  problemli,  mü­
naqişəli vəziyyətlərdə üzə çıxır.
Sivilizasiyon tolerantlıq müxtəlif mədəniyyət­
lər  arasında  təmaslarda  qeyri-zorakılığı  nəzərdə 
tutur.
Sosial-mədəni  tolerantlıq  şəxsiyyətin  mənəvi 
keyfiyyəti  kimi  digər  insanlara,  onların  etnik,
Sevda Ağamirzə qızı Əhədova
milli  və mədəni  mənsubiyyətindən  asılı  olmaya­
raq dözümlü münasibət kimi xarakterizə olunur. 
Iolerantlıq müxtəlif maraqların və baxışların qar­
şılıqlı hörmətə və  qarşılıqlı  anlaşmaya  nail  olun­
ması səylərində ifadə olunur.
Sosial mədəni tolerantlığın əsas struktur kom­
ponentlərinə hörmət, empatiya və nəciblik, meh­
ribanlıq daxildir.
Tolerantlıq  "başqa"sını  dərk  etmək  mədə­
niyyəti  kimi  dialoqun əsasını  təşkil  edir və etno- 
mədəni  münaqişələrin  qarşısının  alınması  üsulu 
kimi nəzərdən keçirilir.
Bəşərsivilizasiyasınınmüasirinkişaf mərhələsi 
bütün  bəşəriyyətin  neməti  olan  mədəniyyətin 
qorunub  inkişaf  etdirilməsini  təmin  edə  biləcək 
ümumi  prinsiplərin  işlənib  hazırlanmasını  və 
qəbul  edilməsini  zəruri  edir.  Mədəniyyət  bəşər 
mövcudluğunun  əsas  mənası  və  dəyəridir. 
Rusiyalı  akademik  D.S.Lixaçev  bütün  bəşəriy­
yətin  ümumi  sərvəti  olan  mədəniyyətin  qoru­
nub inkişaf etdirilməsi  üçün ümumi  prinsiplərin 
işlənib  hazırlanmasını  və  qəbul  edilməsini  he­
sab  edirdi.  Bu  məqsədlə  o,  "Mədəni  hüquqlar 
Bəyannaməsi"-nin layihəsini  də hazırlamışdır ki, 
orada  mədəniyyətin  ictimai  həyatda  yeri  və  ro­
lunun  müəyyənləşdirilməsinə  tamamilə  yeni  ya­
naşma  tətbiq  olunmuşdur.  O,  dünya  xalqlarının 
əməkdaşlılığının dialoqunu və qarşılıqlı anlaşma­
sını ədalətin və demokratiyanın rəhni, beynəlxalq 
və  millətlərarası  münaqişələrin,  zorakılıq  və
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə