Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə53/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   ...   49   50   51   52   53   54   55   56   ...   69

vaxtında  nəşr  olunm ası  həqiqətən  böyük  əhəmiyyətə  m alikdir. 

Çünki ictim ai həyatda baş  verən dəyişikliklərə,  elm in,  texnologiya- 

nm ,  iqtisadiyyat  və  m ədəniyyətin  coşqun  inkişafı  ilə  əlaqədar  ter- 

m inologiya  daim   inkişaf  edir,  zənginləşir.  Bəzi  term inlər  nəzərdə 

tutulm uş  m əfhum ları  dəqiq  ifadə  etm ədiyinə  görə  yeniləri  ilə  əvəz 

olunur.  Term inologiyada  dəqiqləşdirm ə,  təkm illəşdirm ə  m ənasın- 

da  müəyyən  dəyişikliklər  aparılm ası  ehtiyacı  qarşıya  çıxır.  Ayrı- 

a y n   sahələr  üzrə  term inoloji  lüğətlər  əldə  o lan d a   term inləri  «saf- 

çürük»  etm ək,  dəqiq  term inləri  qeyri-dəqiq  term inlərdən  fərqlən- 

dirm ək  asanlaşır.  O na  görə  də  təkcə  «Elm»  nəşriyyatı  deyil,  ümu- 

miyyətlə, nəşriyyatlarım ız term inoloji lüğətlərin vaxtm da çap olun- 

m asına xüsusi diqqət yetirm əlidirlər» [1 4 ,178].

H əqiqətən  müstəqillik  illərinə  qədər  respublikam ızda  m üxtəlif 

tipli  soraq-m əlum at  k itab lan n m ,  o  cümlədən,  lüğətlərin  nəşri  ilə 

bağlı problem lər, çətinliklər çox olm uşdur.

M əlum   olduğu  kimi,  «A zərbaycan  dilinin  dialektoloji  lüğəti» 

sonuncu  dəfə  1964-cü  ildə  çap  olunm uşdur.  İndi  n ad ir  lüğətlərdən 

biri  hesab  o lu n an   bu  lüğətdə  6300  söz  və  o n ların   m ənaları  veril- 

m işdir.  Zəngin  lüğət  tərkibinə  m alik  olan  dialekt  və  şivələrimizdə 

xalqım ızm  tarixi,  məişəti,  etnoqrafıyası və iqtisadiyyatm a  aid  min- 

lərlə  söz işlənir ki,  onların  çox  cüzi  hıssəsi  həm in  lüğətdə  öz  əksini 

tapm ışdır.  Ə dəbi  dilimizdə  işlənməyən  çoxlu  m iq d ard a  dialekt  sö- 

zünün  dialektoloji  ekspedisiyalar  zam am   əldə  edilməsi  b u   sözlərin 

ayrıca  lüğətini  hazırlam aq  zərurətini  qarşıya  qoym uş,  A zərbaycan 

dilinin  təkm illəşdirilmiş  dialektoloji  lüğətinin  tərtibi  üçün  im kan 

verm işdir.  N əsim i  adm a  Dilçilik  İn stitutunun  A zərbaycan  dialek- 

tologiyası  şöbəsinin  əm əkdaşları  1970-ci  ildən  həm in  lüğətin  yeni 

nəşrini  b uraxm aq  məqsədilə  gərgin  işə  girişmişlər.  İki  cilddən  iba- 

rət  (hər  cildi  33  müəllif vərəqi)  həm in  lüğətdə  20  m in  söz,  onların 

işləndiyi ərazi,  mənası və rus  dilinə  tərcüməsi  verilm işdir.  Lüğətdə- 

ki  sözlər  1966-68-ci  illərdə  xüsusi  təşkil  olunm uş  dialektoloji  eks- 

pedisiyalar  zam anı  toplanm ış  m ateriallardan,  şöbənin  arxivindən, 

dissertasiyalardan  götürülmüşdür.  Lüğət  üzərində  iş  1975-ci  ildə 

b a şa   çatm asına  baxm ayaraq,  lüğətin  birinci  cildi  (A   -   L)  1999-cu 

ildə A n k a ra d a  çapdan çıxm ışdır [130, 226].

Bu  cür  m isallann  sayını  artırm aq  da  olar.  A m m a  m üstəqillik 

şəraitində  tədricən  kitab  nəşri,  o  cümlədən  m üxtəlif  tipli  soraq- 

m əlum at  nəşrləri  tədricən  geniş  şəkildə  çap  olunur.  1990-cı  illərin 

o rta la rın d a n   soraq-m əlum at  kitablarının nəşri  də  artır.  İri  həcmli

əsaslı  lüğətlər  nəşr  edilir.  H .H əsənov  və  İ.M əm m ədovun  «Azər- 

baycan  dilinin  sinonim lər  lüğəti»  1991-ci  ildə,  M .M .Seyidovun 

«R usca-azərbaycanca  izahlı  hərbi  term inlər  lüğəti»  1993-cü  ildə. 

D .H üseynovun  « F arm akoterapiyadan  m əlum at  kitabı»  1993-cü 

ildə və  s.  nəşr edilmişdir.  N üm unə kimi  verdiyimiz  bu  soraq-m əlu- 

m at  k ita b la n n m   quruluşu,  tərtibi  prinsipi  qənaətləndiricıdir. 

M .M .Seyidovun  tərtib  etdiyi  «Rusca-azərbaycanca  izahlı  hərbi  ter- 

m inlər  lüğəti»  A zərbaycan  Elm lər  Akadem iyasm ın  T erm inologiya 

K om itəsinin  razılığı  ilə  çap  edilmişdir.  Lüğətin  rəyçiləri:  general- 

m ayor Ə .Ə .Q asım ov,  general-m ayor S.Y.Əliyev,  fılologiya  elmləri 

do k to ru ,  prof.  M .İ.Q asım ovdur.  Lüğət «M üəllifdən»  adlı giriş  mə- 

qaləsi  ilə  başlam r.  B urada  lüğətin  əsas  məqsədi  belə  izah  edilir: 

«K itabın  əsas m əqsədi hərbi işin öyrəniiməsində ju rn a l  və qəzetlər- 

də hərbi  m övzuda yazılmış  m əqalələrin,  bədii  və hərbi-texniki  ədə- 

biyyatm   m ütaliəsində,  hərbi  işin  m əktəblərdə  və  tədris  müəssisələ- 

rində tədrisində qarşıya çıxan üm um i və xüsusi hərbi  term in, söz və 

ifadələri  anlaşılan  şəkildə  izah  etm ək,  eyni  zam anda  o,  rus  dilini 

öyrənənlərə də köm ək edə bilər»  [248, 5].

D .Y .H üseynovun  «F arm akoterapiyadan  m əlum at  kitabı» 

(1993)  d a  əhəmiyyətli  soraq  nəşrlərindən  hesab  edilir.  Bu  əhəmiy- 

yətli m əlum at kitabı A zərnəşrdə 632 səhifə həcm ində çap olunm uş- 

dur.  K itab ın   rəyçiləri akadem iklər:  A .Ə .N am azova,  P.Y.Sergeyev, 

red a k to ru   isə  M .Quliyevdir.  N əşrin  rəssamı  T.M əlikov  m əlum at 

kitabm a  gözəl  bədii  tərtib at  verm işdir.  K itab d a   dərm an  prep arat- 

ları  təsir  xüsusiyyətlərinə  görə  q ru p lara  bölünür,  onların  təsir  me- 

xanızrnləri,  hansı  xəstəliklərdə  işlədilməsi,  istifadə  qaydaları,  işlə- 

dilm ələrinə əks göstərişlər, birdəfəlik və sutkalıq dozaları  göstərilir, 

çoxlu  resept nüm unələri verilir [137,  632].

M üstəqillik şəraitm də çap  edilmiş  ən  əhəmiyyətli nəşrlərdən  bi- 

ri  görkəmli  coğrafiyaçı,  türk  toponim lərinin  öyrənilməsi  sahəsində 

yorulm az  tədqiqatçı,  akadem ik B udaq B udaqovun və tanm m ış ta- 

rixçi alim,  prof.  Qiyasəddin Q eybullayevin müəllifliyi  ilə  1998-ci il- 

də «Oğuz  eli»  nəşriyyatm da  452  səhifə həcm ində  nəşr  edilmiş  «Er- 

m ənistanda  A zərbaycan  mənşəli  toponim lərin  izahlı  lüğəti»dir. 

A kadeim k  B udaq  Budaqovun  redaktorluğu  ilə  çap  edilmiş  bu 

əsaslı  izahlı  lüğətə  H idayət  O rucov  rəyçidir.  H idayət  O rucovun  lü- 

ğətdə  dərc  edilmiş  «Tarix  susan  deyil»  adlı  yazısm da  oxuyuruq: 

«Bu  qiym ətli  kitab  yalnız  fundam ental  izahlı  lüğət  deyil,  eyni  za-



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə