Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə117/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   113   114   115   116   117   118   119   120   ...   144

357 

 

dən hədiyyə olsun” – dedi. Tövrat və İncil idi –  mən də eynən 



onun kimi kitabları öpüb alnıma qoydum. O, bizi kilsədən çıxa‐

nadək müşayiət elədi. Aleksandr ata xatirimdə imanlı, xeyirxah 

və sadiq tanrı qulu kimi qaldı. Tanrı ondan razı olsun. 

Səhər  səfir  İoannis  Metaksasla  görüşə  tək  yollandım.  Əli 

artıq Kiprə yola düşmüşdü. İoannis eynən azərbaycanlılar kimi 

qarayanız,  qarasaçlı,  suyuşirin  adam  idi.  Eynəyi  olmasaydı 

tanıdığım  bir  vergi  işçisinə  oxşadardım.  Məni  çox  səmimi  qar‐

şıladı. İngiliscə danışırdıq. Gəlişimin məqsədini heç bir siyasət‐

lə əlaqələndirməməsini xahiş etdim: 

– Bu toy sanki öz övladımın toyudur. Rauf bəylə birlikdə rum 

tərəfin dini lideri II Hrisostomosu da görmək, iki millət arasında, 

adanın  dinc  və  birgə  inkişafında  azca  da  olsa  əməyim  olmasını 

arzulayıram. Qeyri‐rəsmi görüşdür. Təsəvvür edin – “Azərbaycan 

Mədəniyyəti  Mərkəzi”ndə,  milli  xörəklərimiz  və  adətlərimiz 

atmosferində,  heç  bir  beynəlxalq  təşkilatın  iştirakı  olmadan,  bir 

türk və bir yunan qızının ən müqəddəs günündə, iki gəncə ağsaq‐

qal  xeyir‐duası  vermək  və  iki  millətə  nümunə  olmaqdan  böyük 

savab olarmı? Mahiyyətcə, bəlkə də siyasi məsələ hesab edilə bilər 

deyə,  kimlərinsə  marağına  uyğun  gəlməyəcəyindən  ehtiyyat 

edərək  sizinlə  məsləhətləşməyi,  yardımınızdan  istifadə  etməyi 

qərara aldım. Bu planımız alınarsa, məncə Annan planından

65 


da 

üstün  olacaq  və  adanın  dincliyinə  azacıq  da  olsa  xidmət  etmiş 

olarıq.  Bir  də  ki,  hər  ikisi  indi  siyasətdən  uzaq  və  böyük  nüfuza 

malik  insanlardır  –  məncə  böyük  siyasi  hay‐küyə  səbəb  olmaz. 

Sözsüz ki, bu sizin səlahiyyətləriniz və istəkləriniz daxilindədirsə... 

Səfir əlindən gələn hər şeyi edəcəyinə söz verdi. Onunla ta‐

nış  olduğuma  çox  məmnun  oldum.  Ona  təşəkkürümü  bildir‐

dim. Əlaqə telefonumu verdim. Vidalaşıb ayrıldıq. 

                                                            

65

 



Kipr probleminin həllinə dair BMT Baş Katibi Koffi Annanın planı. 

 



358 

 

* * * 



 

Bütün  gücümü  Əlinin  toyuna  yönəltmişdim,  sanki  bu  toy 

bir‐birinə  düşmən  kəsilmiş  ada  sakinlərinin  barışıq  günü  ola‐

caqdı.  İçimdə  özümü  buna  inandırmışdım.  Bunu  bacaracağım 

üçün içimdə misilsiz bir fərəh duyurdum.  

Bakıdan Kiprə gedəcək adamların siyahısını hazırladım:  

Baysal  və  Durna  –  2  nəfər  (həm  də  bal  ayını  Kiprdə 

keçirəcəklərinə  boyun  olmuşdum);  Sabir  –  2  nəfər;  Yaşar  –  2 

nəfər;  biz  –  4  nəfər  +  Dilbər  =  5  nəfər;  bacım  Nailə  –  2  nəfər; 

Əlinin qohumları – 6 nəfər. Cəmi 19 nəfər. 

Pasportlar qaydaya salındı, təyyarə biletləri sifariş verildi... 

 

* * * 


 

Həyatımı  yazmağa  başlamışkən,  mənə  qürur  verən  bu 

yığıncağa tez çatmaq istəyirəm. Dilbərdən xəlvət, nağıl dilimizi 

yüyrək  tutub  23  günlük  hazırlıq  işlərimizin  xırdalıqlarına  var‐

madan birbaş toy gününə keçirəm... 

Əli  Bakıdan  gələn  qonaqlar  üçün  oteldə  qonşu  otaqları 

“bronlamışdı”.  Ayın  15‐i  təyyarə  ilə  İstanbula,  oradan  isə  Lef‐

koşaya  uçduq.  Bizim  qafiləni  görənlər  çox  güman  ki,  bizi  al‐

verçi dəstəsinə bənzədirdilər. Sabir demişkən, – “Dilənmə yeri‐

nə çatmış qaraçı dəstəsi”nə bənzəyirdik. Uşaqları yerbəyer edib 

Rauf  bəyin  görüşünə  getdim.  Qocalmışdı,  İngiltərədən  ürəyini 

yenicə əməliyyat etdirib qayıtmışdı. Mən onu, “sağ qalmış son 

Türk  Mücahidi”  adlandırırdım.  Olduqca  mehriban  və  səmimi 

insandır. Azərbaycana böyük sevgisi var. Ən azı Kipri müstəqil 

dövlət  kimi  ilk  tanıyanlar  və  ilk  birbaşa  təyyarə  reysi  açanlar, 

beynəlxalq münasibətlərdə yaxından dəstək göstərənlər sırasın‐

da  olduğuna  görə,  ölkəmizin  rəhbərliyinə  böyük  ehtiramı  var‐

dı. Söz vermişdi ki, ömür vəfa etsə, Azərbaycanı yaxından gör‐




359 

 

mək üçün bir daha gələcəkdir və elə Oğuzdaca mənim qonağım 



olacaqdır. 

Toya II Hrisostomosu da dəvət etdiyimi eşidəndə ilk öncə 

inanmadı.  Yunanıstandakı  səfirimizin  rəsmi  məktubunu,  II 

Hrisostomosun  dəvəti  qəbul  etdiyini  ona  oxuyanda  “şücaəti‐

mə” əhsən dedi. 

–  Xahiş  edirəm  ki,  bu  dəvəti  türk  çılğınlığı  ilə,  siyasətçi 

gözü ilə deyil, türk Kıbrısına gəlmiş rumlu qonağı Azərbaycan 

xatirinə,  Azərbaycan  adına  layiq  və  ehtiramla  qarşılayasınız. 

İndiyədək aranızda olan fikir ayrılıqlarını bir tərəfə qoyub, türk 

və rumlu gənclərin toy (türklər toya “düyün” deyirlər, bəlkə də 

bu,  bizdəki,  –  “toy  günü  boynuma  çatı  düyünlədim”  ifadəsin‐

dəki  eyni  mənanı  daşıyır)  mərasimini  şərəfləndirmək,  münasi‐

bətlərinizi  fərqli  bir  müstəvidə  davam  etdirmək,  iki  millətə 

nümunə  olacaq  xoş  mesajlar  verməyinizi  xahiş  edirəm.  “Uma‐

rım”  iki  millətin  bütövlüyü,  adanın  dincliyi  və  nəhayət  Azər‐

baycanın  xatirinə,  beynəlxalq  təşkilatların  acığına  bu  işə  ciddi 

maraq göstərəcəksiniz. 

– Oldu, gərəkəni yaparız, – dedi. 

Təşəkkürümü  bildirib  rəsmi  dəvətnaməni  verdim.  Bir  qə‐

dər də ordan‐burdan danışıb ayrıldıq. 

...Toyun  keçiriləcəyi  saray,  bizim  möhtəşəm  mədəniyyət 

mərkəzinin  ən  iri  zalı  idi.  Təxminən  600  nəfərlik  yer  hazırlan‐

mışdı. tollar bütöv milli mətbəximizə aid ədviyyat, soyuq salat‐

lar,  çərəzlərlə  dolu  idi.  Azərbaycanlı  aşpazlar  məharətlərini 

layiqincə  nümayiş  etdirmişdilər.  Zalın  və  stolların  tərtibatına 

söz  ola  bilməzdi.  Yerə  milli  xalılarımız  döşənmişdi.  Əli  məni 

müşayiət edirdi: 

–  Necədir,  xoşunuza  gəlir?  Necati  bəy  dedi  ki,  rum  tərəf‐

dən  olan  müəllim‐professor  dostlarını  da  dəvət  edib.  Hardasa, 

70‐ə yaxın yunan ziyalı olacaqdır. 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə