Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə125/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   121   122   123   124   125   126   127   128   ...   144

381 

 

təbrik  elə.  Yaxındadırsa  telefonu  ver  ona.  Hə..,  neynək  sonra 



özümüz danışarıq. Öpdüm. 

Telefonu söndürdü: 

–  Soyuqlayıb  bir  az,  həkim  çağırıb  evə.  Ciddi  bir  şey 

yoxdur.  Deyir  “bacarsam,  tez  gələcəyəm”.  Hə,  harda  qaldıq? 

Qardaş,  sağ  əlin  bizim  başımıza.  Qoy  Ünzilə  balamızın  ayağı 

sayalı olsun. İnşallah, bir yaşını gözəl Qubadlıda qeyd edək. 

Yaşar əmi atmacasından qalmadı: 

–  Ə,  nə  var  ey  Qubadlıda?  Gərmə‐təzək  basmaqdan  əl‐ 

ayaqları cadar‐cadar idi. Burda adam kimi gün görür. İndi Fər‐

hadı  “hınxlasan”  da  Qubadlıya  qayıdan  deyil.  Oturub  da  gül 

kimi Bakıda, bütün əzizləri də yanında. 

Atam: 


– Allah başınıza gətirməsin, heç düşmənimə də arzulama‐

ram didərginliyi. Mən bəlkə də Qubadlıda daha şux, şən, cavan 

qalardım. Nə var axı bu şəhərdə? Biclik bilməyən saf kənd uşa‐

ğıydım,  şəhərə  gəldim  pozuldum.  Bakıya  gəlməsəydim,  sizin 

bu mürdəşir yumuş sifətinizi də görməzdim. 

Yaşar: 


– Durna, qızım, səni Allah, düzünü de, Qubadlı alınsa, ge‐

dərsənmi? 

Mən: 

– Atam, anam hardadırsa, mən də orda – niyə getmirəm ki. 



Ən  çox  da  atamın  Durna  nənəsinin,  Familə  nənəmin  məzarla‐

rını  görmək  üçün  mütləq  gedərdim.  Oraları  gördükdən  sonra 

isə  əminəm  ki,  Bakıya  qayıtmaram,  elə  orda  qalaram.  Atam 

kəndimizdən o qədər danışıb ki, artıq hər dağ‐dərəni, cığırı əz‐

bərdən tanıyıram. İnanın ki, yuxularımda da görürəm heç vaxt 

görmədiyim Qubadlını, Sarayımızı. 

Atam: 

– Di gördünüz, gördünüz mənim qızımın qeyrətini? Gedib 



Qarabağda  sərçəyə  bir‐iki  güllə  atmısınız,  ağzınıza  çullu  dov‐


382 

 

şan  sığmır.  Elə  bil  milli  qəhrəmansınız.  Bax  neçə  ki,  cavanları‐



mızın beynində belə yuxular da olsa qalır, deməli qayıdacağıq. 

Onda  görərsiniz  sizin  lələşiniz  orda  sizi  necə  qarşılayır.  Daha 

məftil iyi verən araqla yox ey, təmiz tut, kəkotu arağıyla. Ye bir 

cəmdəyi,  iç  “Həcər”  bulağının  suyundan,  qayıt  ikinci  quzunu 

ye. Sizin bu Xəzəriniz, mənim Bərgüşadımın yanından heç arx 

olub  ötə  də  bilməz.  Elə  Bərgüşadın  suyudur  da,  Xəzərinizi  ur‐

vatlı edən. Yoxsa, yaxantı qoxan Xəzərinizdə balıq olardı..? 

Sabir: 


–  Nə  deyirik  ki,  bala,  Allah  ailəlikcə  sizi  arzunuza  qovuş‐

dursun. Bizim də canımız Fərhaddan qurtarsın. 

Atam: 

– Amin! Qatıqladınız, başqa şeydən danışın, bu gün deyib‐ 



gülməyə gəlmisiniz, ya cümə axşamına? Hə.., cümə axşamı de‐

mişkən,  xəbəriniz  var,  Kənan  namaz  qılmağa  başlayıb?  Deyir 

ki, o alkaş əmilərim bir də gəlib pis nəfəslərilə  müqəddəs evi‐

mizi  kirlətsələr,  məndən  inciməsinlər  –  itimiz  “Layka”nı  açıb 

qısqırdacağam üstlərinə. İndidən nə qədər içirsiniz için, evin ki‐

şisi gələndən sonra içkini hamımıza tərgizəcək. 

Həmin  gecə  çox  şən  keçdi.  Maqnitofonu  qoşub  rəqs  edir, 

şənlənirdilər.  Mənim  isə  fikrim  Baysalımın  yanında  qalmışdı  – 

“Görəsən  neyləyir  indi,  arvadı  yumşalda  bildimi?”.  Axşam  qo‐

naqları  evlərinə  yola  saldıqdan  sonra,  atam  bizim  otağa  gəldi  – 

“Qızım,  Baysaldan  çox  nigaran  qaldım,  Zəhra  anaya  bir  şey  ol‐

mayıb ki?”. “Narahat olma, ata, ciddi bir şey deyil” – dedim. Ona 

sığınıb  qayınanamla  aramızda  yaranmış  incikliyi  açıb  danışmaq‐

dan  özümü  güclə  saxladım.  Bu  saat  ən  çox  ehtiyacım  olan  insan 

atam  idi  –  onun  məsləhətinə  sığınmaq  istəyirdim.  O,  bu  gecənin 

son  isti  ata  öpüşü  ilə  məni  mükafatlandırıb  yatmağa  getdi.  Bay‐

salın  telefonunu  təkrar‐təkrar  yığdım.  Cavab  verən    olmadı  – 

“Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir”, – ope‐

rator eyni sözü üç dildə tutuquşu kimi təkrar edib durmuşdu... 



383 

 

Zəhra: 

 

Mən  anayam,  yəqin  ki,  məni  bütün  analar  başa  düşər! 



Analar  heç  vaxt  tək  qalmaq  istəməzlər,  elə  ona  görə  övlad 

doğuruq. Hər kəs ana südündən dəm vurur, ancaq onun dadını 

heç  kəs  xatırlamır.  Hər  kəs  öz  canının  hayındadır,  insanlığını 

sürüyüb  bir  tərəfə  çıxarmağa  çalışır,  ancaq  heç  kəs  anaya  qab 

yumaqda kömək etmək istəmir. Ana südünün halallığını almaq 

övladın  birinci  vəzifəsi  olmalıdır.  Vaxtilə  övladımın  beşiyini 

sallayan əllər, ailəni də idarə etməyə qadirdir, hələ dünyanı da. 

Amma övladlarım ölmüyüb ha..! 

Nağını  itirdikdən  sonra  o  bir  Allah  şahiddir  ki,  bütün 

gücümü  topladım,  gecəmi  gündüzümə  qatdım,  bir  gün  ac‐bir 

gün  tox  yaşadım,  ərimə  layiq  övladlar  yetişdirmək  üçün 

əlimdən gələn hər şeyi etdim. Mən danmıram, adamın üstündə 

Allah  var,  Baysalın  böyüməyində,  əlinin  çörəyə  çatmağında 

Fərhadın rolu danılmazdır, misilsizdir. Ona atasızlığı unutdur‐

du,  bu  həyatda  ən  etibarlı  dayağı  oldu.  Oğlumun,  bizim  bir 

şeydən  korluq  çəkməyimizə  macal  vermədi.  Ancaq,  mənim  də 

qürurum  var  axı..!  Hər  şey,  Fərhadın  ilk  dəfə  bizə  gələrkən 

hədiyyə  gətirdiyi  soyuducudan  başladı.  Rəhmətlik  Nağı  hələ 

sağ  ikən  ona  dəfələrlə  demişdim  ki,  hər  dəfə  bu  soyuducunu 

açanda  içindəkiləri  haram  ərzaq  kimi  görürəm,  ətim  ürpənir. 

Adamın  pulu  olanda  nə  olar  ki?  Alırsan,  uşaqlara  oyuncaq 

maşın,  nə  bilim,  kitab‐dəftər  al.  Yoxsa,  evimə  soyuducu,  oğlu‐

ma  maşın,  ev...  Kim  mənim  yerimə  olsaydı  deyərdi  ki  –  “Mə‐

nim  ərim  ölüb  ki,  sən  mənə  soyuducu  alırsan?!”.  Yaxşı,  indi 

ərim  ölüb...  Sən  mənim  ərimsən  ki,  oğluma  ev,  maşın  alasan?! 

Bəli mənim ərim ölüb, nə olsun, qeyrətim ki ölməyib! Qardaşım 

qədər  ola  bilərsən,  ancaq  qardaşımın  yerinə  keçə  bilməzsən. 

Uşaqlarıma yaxşı “atalıq” edə bilərsən, amma imkan vermərəm 

ki  ərimin  yerini  tutasan!  Uşağım  hər  gün  gözümün  qabağında 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə