Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə122/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   118   119   120   121   122   123   124   125   ...   144

372 

 

onu narahat edən şeyləri də nəzərə almalıyıq. Axı od olmayan 



yerdən tüstü çıxmaz? Səbəbi ayırd etməliyik. 

– Bir dəfə həkimə aparmışdım, həkim mənə izah elədi ki, – 

“Anandakı  əsəb,  klimaksın  fəsadıdır”.    Bir  də  ki,  məni  çox 

sevdiyindəndir hamısı – məni sənə qısqanır. Nəysə, istirahətinə 

bax, əzizim. Mən anamı yaxşı tanıyıram, nəyi varsa dilindədir. 

Ürəyi güzgü kimi tər‐təmizdir. 

Səyahətdən  evimizə  qayıtdıq.  Zəhra  anam  və  qayınlarım 

bizə  gəlmişdilər.  Doğma  balasını  bağrına  basıb  öpdü,  mənə 

tərəf  isə  heç  gözünün  ucuyla  da  baxmadı.  İlk  səhvimi  etdim, 

çaşıb qaldım – onu qucaqlayımmı, ya eyni soyuqluğumu göstə‐

rim... Amma Baysal mənə göz elədi ki,  – “Durma, öp”. Mən də 

qucaqlayıb  öpdüm.  Amma  çox  süni  və  quru  çıxdı.  Bircə,  – 

“Necəsən, ana, sənsiz yaman darıxmışdıq” – dedim. “Öz anana 

noolub


  ki,  mənimçün  darıxırsan!?”  –  dedi.  Olduqca  kobud  ca‐

vab  idi.  Tutulub  qaldım.  “Sən  nə  danışırsan  ana,  bu  nə  söz‐

dür?”  –  deyə  Baysal  müdaxilə  etdi.  Mən  qayınlarımı  bağrıma 

basıb onlara aldığım hədiyyələri payladım. Deyəsən qayınana‐

mın  mənə  nifrəti  ciddi  idi.  Həmişə  “Qayınana”  filmindəki 

“Cənnət xala”ya  ürəkdən gülmüşəm, belə bir insanın həyatda 

ola  biləcəyini  heç  vaxt  ağlıma  gətirməzdim.  Yaman  yerdə  ax‐

şamlamışdım, qorxduğum deyəsən başıma gəlib. Yaxşı ki, məni 

anlayan,  sevən  Baysalım  var,  qalanı  isə...  Yox,  bircə  atam  bilsə 

başımı kəsəcək, ən çox atamdan qorxurdum. 

Arada‐bərədə  qayınanamın  tikanlı  sözlərini  çıxsaq,  elə  də 

bir  ciddi  hadisə  baş  verməmişdi.  Bircə  hamilə  olduğumu  qeyd 

etməliyəm. Çox xoşbəxt idim – ana olacaqdım. İlk dəfə anam Ba‐

harı  döşünə  sıxıb  əmizdirəndə  ağlımdan  keçirmişdim  ana  ola‐

cağım günü. Mən də layla deyəcəm, övladımı bəsləyəcəm. Kimsə 

məni “ana” deyə çağıracaqdır, çox maraqlı və gözəl hisslərdir... 

Anamın  xəstələnməsi  məni  çox  dilxor  etmişdi,  yazıq  gün‐

dən‐günə  əriyirdi.  Yanında  tez‐tez  olmağa  çalışırdım.  Baysal 




373 

 

məni  anamgilə  aparan  kimi  Zəhra  anam  qayınlarımı  da  götü‐



rüb  bizə  köçürdü.  Özü  də,  acığıma  mənim  döşəyimdə  yatırdı. 

Evə  qayıdanda  isə  –  “Qara  məni  basınca,  mən  qaranı  basım” 

hikkəsiylə, – “İndiyədək hansı xarabadasan, nə vaxta qədər sə‐

nin  evinə  qarovul  çəkməliyəm?  Kişini  bu  qədər  ac‐susuz  qoy‐

maq olar!?” – deyib söylənirdi. Fikir vermirdim, vallah düz sö‐

zümdür, heç vecimə də almırdım. Artıq qayınanama qarşı əziz 

hisslərim  ölüb  getmişdi.  Amma,  o  da  həddini  aşmağa  başla‐

mışdı. Bir dəfə Baysalla anamgildən qayıdırdıq, Dilbərin anam‐

gilə köçməyinə elə sevinirdik ki... Heç olmazsa, yazıq qız bun‐

dan  sonra  tək‐tənha  yaşamayacaq,  anama  da  gündəlik  baxan 

həyanı  olacaqdı.  Evə  girdik,  qayınanamgil  yenə  bizdəydilər. 

Baysal məni içəri ötürüb çörək almaq üçün həyətə düşdü. Zəh‐

ra anam salamsız‐kalamsız saçımdan yapışıb mırıldandı – “Ay 

ləçər, bu vaxta qədər də veyillənmək olar, nə istiyirsən mənim 

oğlumdan, anan yadına düşübsə, cəhənnəm ol get qaxıl dədən 

evində, öz canın da qurtarsın, bizim də!”. Saçımı güclə əlindən 

dartıb  aldım.  İçimdən  ona  ağır  cavab  qaytarmaq  keçdi.  Ancaq 

balaca  qayınım  Mahir  ayağıma  yapışıb,  anasına  çımxırdı  – 

“Ana,  eyəmə,  bibimi  incitsən  səndən  çüsəcəm.  Danışmayacam 

şənnən. Qoy qaqam cəlsin, ona deyəcəm bizi buydan apaysın!”. 

“Ay  Allah,  bunun  şirin  dilini  yeyərəm,  gör  bibisinə  necə  qah‐

mar  çıxır?!”,  qucağıma  almaq  istədim,  ancaq  götürə  bilmədim, 

qarnım  əməlli‐başlı  şişmişdi.  Həmişəki  kimi  Baysala  heç  nə 

demədim,  istəmirdim  ki,  boş  yerə  qanını  qaraldım.  Atam  bilsə 

ki,  Zəhra  anamla  aramızdakı  pərdə  götürülüb,  məni  tikə‐tikə 

doğrayardı.  Kaş  Nağı  əmim  sağ  olaydı,  onda  heç  Zəhra  anam 

da  bu  qədər  amansız  olmazdı.  Axı  nə  vaxtsa  o  məni  lap  çox 

sevibdi,  indi  nə  oldu  bu  arvada  birdən‐birə...  Amma  anama 

bəzi  şeyləri  pıçıldamışdım  və  yalvarmışdım  ki,  atama  heç  nə 

deməsin. Bilirdim ki, atam bilsə, bütün günahlar mənim üstüm‐

də qalacaqdı. Atam dediyini toyumuzda demişdi – “O evdən ağ 



374 

 

kəfəndə çıxacaqsan!”. İndiki zamanda belə köhnə fikirli adam‐



ların  qaldığına  hərdən  təəccüblənirəm.  Amma  heç  vaxt  atamı 

mühakimə etməyə cürət etmərəm. O belə düşünürsə, demək ən 

düzgünü  də  budur.  Görünür  mən  Nağı  əmi  ilə  atamın  dost‐

luğuna layiq ola bilməmişdim. Zəhra ananın nifrətinin mənbə‐

yini  axtarıb  tapa  bilmirdim.  Bircə  onu  bilirəm  ki,  oğlu  Baysalı 

həddən  artıq  çox  sevir.  Hər  şeyin  həddindən  artığı  isə  doğru‐

dan da pismiş. 

Doqquz  ayımın  tamamında  sancılarım  gücləndi.  Baysal 

məni Bayıldakı doğum evinə apardı. Üç gün orda yatdım. Dil‐

bər, anam, Sabir əminin və Yaşar əminin yoldaşlarından başqa 

heç  kim  yanıma  gəlmədi.  Qızım  dünyaya  gəldi.  Baysal  nənə‐

sinin adını qoydu – Ünzilə. Uşağın doğulduğuna sevinirdi, am‐

ma içində  bir  nigarançılıq var  idi.  Əvvəlcə  elə  bildim  ki,  oğ‐

lan  uşağı  olmadığına  üzülür.  Ancaq  doğum  evindən  çıxarkən 

birbaş atamgilə getdiyimizi görəndə dalağım sancdı. 

– Niyə öz evimizə getmirik ki? – soruşdum. 

– Bir az anangildə qalacaqsan, həm də istəyirəm uşağım əsl  

nənə  qayğısı,  Dilbər  sevgisilə böyüməyə başlasın. Anam artıq 

ağlını itirmək üzrədir, nifrəti lap aşıb‐daşır. 

– Sonra gec  olar, Baysal, gedək öz evimizə.  Məndən nara‐

hat olma, nə desə dözərəm. Məncə, düzgün qərar deyil bu. 

–  Yox!  Mən  də  səninlə  qalacağam.  Qalanını  mənə  burax, 

özüm həll edərəm.  

Dərinə  getmədim,  sözü  çox  çevirməyə  gücüm  və  həvəsim 

yox  idi.  Anamgilə  gəldik.  Anam  və  Dilbər  bizi  həyətdə  qarşı‐

ladılar,  sevindiklərindən  uçmağa  qanadları  yox  idi.  Atam  isə 

hələ də işdəydi. İkisi də növbə ilə mənim və Baysalın boynuna 

sarılıb bizi ata‐ana olmağımız münasibətilə təbrik etdilər. Biz də 

körpəmizin  nənəsi  və  bibisi  kimi  anamı,  Dilbəri  təbrik  etdik. 

Ata  evimiz  üçün  çox  darıxmışdım  –  bəlkə  də  xoşbəxt  bir  ailə 

atmosferi  üçün.  Bura  gəldiyimizə  mən  də  sevindim.  Amma 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə