Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə124/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   120   121   122   123   124   125   126   127   ...   144

378 

 

– Ay Allah, sənə min şükür! Verdiyin paya şükür, ya Rəb‐



bim.  Sən  mənim  nəvəmin  şirinliyinə  bax  bir,  ay  Allah...  Sənə 

bütün qarılar qurban, ay mənim şirin nəvəm..! 

Atam,  qucağında  körpə  içəri  girdi,  sevincindən  bizi  də  

görmürdü. Onu belə xoşbəxt görmək gözlərimi yaşartdı. Dilbər 

çöldə  qalmış  hədiyyələri  içəri  daşıdı.  Atam  körpəni  yelləncəyə 

qoyub indi hamımızı sevinc dolu gözlərilə süzdü – o sevincdən 

uçurdu. Məni, Baysalı, anamı və Dilbəri bir‐bir bağrına basdı. 

–  Hamınızın    bayramı  mübarək    olsun.  Bu  günü  “Beynəl‐

xalq Babalar Günü” elan edirəm! Mən babayam, baba! 

Pencəyini  çıxarıb  stulun  başına  keçirdi.  Cibindən  qırmızı 

haşiyəli hədiyyə qutularını çıxardı. 

– Bax bu Durna balamın. Bu nəvəmin atasının. Bu nənənin. 

Dilbər, sən nəvəmin nəyi sayılırsan? – soruşdu. 

– Bibisi, – Dilbər dilləndi. 

– Onda bu da bibisinin. 

–  Bax,  bu  isə  nəvəmizin  Zəhra  nənəsinin.  Baysal  bunu 

anana  mənim  adımdan  bağışlayarsan  və  təbrik  edərsən.  Bəs 

Zəhra bacı niyə burda yoxdur? – sözarası soruşdu. 

–  Bir  az  nasaz  idi,  ona  görə  də  narahat  etmədik.  Bayaq 

zəng  edib  hamını  təbrik  etdi,  siz  yox  idiniz  –  Baysal  gözlərini 

gizlətdi. 

Atam: 


–  Hə,  sağ  olsun.  İndi  yuyunub  mən  də  ona  gözaydınlığı 

verərəm. Harasa gedirsən belə? – Baysaldan soruşdu. 

Baysal: 

– Hə, anama dərman‐zad almalıyam. 

– Al, sonra qardaşlarını, ananı da götürüb bura qayıdarsan. 

Bir azdan Sabirlə, Yaşargil də gələcəklər. Bu gecə qəsəbə bizim 

səsimizdən yatmayacaq. Səhərədək nəvəmin şərəfinə bütün Xə‐

zəri içəcəyik. 




379 

 

Atam, anama qızıl boyunbağı və sırğa dəsti (anam hər şeyi  



reklamlardan bəyənib aldırır.  Onsuz  da,  dükan‐mağaza gəz‐

məklə arası yox idi, ya da aparan yox idi), Dilbərə brilyant qaşlı 

nişan  üzüyü  (heç  anlaya  bilmədim...),  mənə  brilyant  üzük, 

Baysala qızıl qol saatı və qalstuk, Zəhra anama isə brilyant qaşlı 

qızıl  boyunbağı  almışdı.  Hamımızın  əlində  bir  qızıl  parçası 

parpar parıldayırdı. Ən gözəl hədiyyə Zəhra ananınkıydı – çox 

yaraşıqlıydı,  nifrəti  soyumuş  olsaydı,  yəqin  ki    çox  bəyənərdi. 

“Allah, sən bu arvadın ürəyinə insaf sal”... 

Baysal  getdi.  Atam  boynumu  qucaqlayıb  məni  divana 

oturtdu, özü də yanımda əyləşib yenidən qolunu boynuma do‐

ladı. 

–  Məni  baba,  ananı  isə  nənə  elədiyinə  görə  sənə  təşəkkür 



edirəm, mənim mələk qızım. 

Alnımdan öpdü. Sonra üstümüzə “bağırdı”: 

–  Nə  durub  baxırsınız,  bambılı  baba  görməmisiniz,  ye‐

mək‐içmək  hazırlayın,  uşaqlar  bu  saat  gələcəklər!  Kənanla  da‐

nışmısınız? 

Anam  –  “Yox”,  –  dedi.  Atam  Kənanı  yığdı,  telefon  cavab 

vermədi.  Yenə  durub  nəvəsini  qucağına  aldı.  Uşaq  oyanmışdı  

və dodaqlarını  yalayırdı. Atam  sevincək,  –  “Ay Allah, sən bir 

bunun  dilinə,  burnuna,  dodaqlarına  bax...  Anası,  acıb  mənim 

nəvəm, buna “appa” ver... Balam yesin, tez yekəlsin. Babasının 

gül nəvəsi... 

 Ünzilə ağladı, deyəsən acmışdı. Yan otağa girdim, Dilbərə 

dedim  ki,  körpəni  otağa  gətirsin  ki,  orada  əmizdirə  bilim. 

Anam güldü – “Atandan utanırsan?”. “Hə, onun yanında uşağı 

qucağıma  götürməyə  qorxuram,  birdən  lağ  edər...”  –  dedim. 

Anam, – “Oxşamışlarını it çıxarsın!” – deyib körpəni yan otağa 

–  kitabxanaya  keçirdi.  Uşağı  əmizdirərkən  atam  yenidən  Kə‐

nana zəng vurdu, səsi aydın gəlirdi: 




380 

 

–  Salam,  oğul,  necəsən?  Niyə  telefonu  götürmədin,  dərs‐



dəydin..?  Nə  danışırsan,  namaza  başlamısan..?  Ay  maşallah, 

Allah  qəbul  eləsin,  oğul,  çox  sevindim.  Xəbərin  var,  köprə  bir 

qız balamız dünyaya gəlib? Sən artıq dayısan... Uşağı əmizdirir, 

gələndə  verərəm  özüylə  danışarsan.  Mən  də  öpürəm,  oğul, 

dərslərin  yaxşıdırmı,  bir  problemin  varmı..?  Lap  yaxşı.  Sağ  ol 

mənim  balam..,  hə  indi  Sabir  əmigil  də  gələcəklər,  bu  gecə 

qəsəbəyə dinamit qoyub partladacağıq... Necə, içməyək!? Yaxşı, 

sağ ol, özünü qoru... 

Telefonu söndürəndən sonra anama səsləndi: 

– Qohum, xəbərin var, oğlun namaza başlayıb? Deyir ki, – 

“O evdə bir də içki içilsə, məndən inciməyin”. 

Anam mətbəxtdən: 

–  Ağıllı  baladır,  düz  deyir  da.  Xəstə  adamsan  sənin ha‐

rana yaraşır içki içmək? – dedi. 

– Xəstə öz atandı... Ondasa qoy Yaşara deyim arağı bol elə‐

sin... – anamı cırnadırdı. 

Sonra  Yaşar  əmiyə  zəng  vurdu,  –  “Harda  qaldınız!?”.  Ax‐

şam hamı toplaşmışdı – Yaşar əmigil, Sabir əmigil və biz. Təkcə 

Zəhra  ana  ilə  Baysaldan  xəbər  yox  idi.  Baysala  zəng  vurdum  – 

“Məni  gözləməsinlər,  gec  gələcəyəm”  –  deyib  telefonu  söndür‐

dü.  Çox  acıqlıydı.  Fikrim  onun  yanında  qalmışdı  –  “Allah,  sən 

özün  qoru!”.  Hamı  deyib‐gülür,  bizim  körpənin  şərəfinə  sağlıq 

deyib içirdilər. Yaşar əmi soruşdu – “Bəs Baysal hanı?”. Dedim ki 

– “Zəhra ana bir az naxoşlayıb, onu həkimə aparıb, dedi ki, onu 

gözləməyəsiniz,  bəlkə  gec  gəldi”.  Amma  Sabir  əmi  ona  zəng 

vurdu. 


–  Ə,  səni  təbrik  edirəm,  qardaşoğlu,  gözün  aydın  olsun. 

Xeyirdimi,  Zəhra  bacıya  bir  şey  olub,  nəsə  ciddidir,  ya  soyuq‐

layıb..? Xəstəxanadasınız, ya evdə..? Biz hamımız burdayıq sizi 

gözləyirik.  Nəysə,  biz  “getdik”,  hamımızın  adından  bacımızı 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə