Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə121/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   117   118   119   120   121   122   123   124   ...   144

369 

 

–  Afət  bacı,  inanın  ki,  Durna  nənəmin  yurdunun  boş  qal‐



dığını  düşündükcə  az  qalıram  hönkürüb  ağlayam.  Sizdən  başqa 

kimim‐kimsəm,  güman  yerim  qalmayıb.  Siz  çox  yaxşı  insanlar‐

sınız, həmişə bu ailənin üzvü olmağın arzusunda olmuşam. Hətta, 

öz  ailəm  olanda  da  Ağəli  əminin  ailəsinə  qibtə  etmişəm.  Sizinlə 

birlikdə  həmişə  ürəyim  açılıb.  Allah  haqqı  Durnanı,  Kənanı  və 

Baharı,  Baysalı,  Əlini  öz  bacı‐qardaşım  kimi  sevirəm.  Hələ  sizin 

ailə  dostlarınız  Sabir  əminin,  Yaşar  əminin  ailəsinə  sonsuz  hör‐

mətim var. Belə bir ailənin həsrətini yaşamışam. Məni bu evə çağı‐

rıb  həsrətimə  son  qoymaqla,  məni  arzularıma  qovuşdurursunuz. 

Amma  məni  düzgün  başa  düşün,  mən  burada  daimi  yaşaya 

bilmərəm.  Üç  gündür  evə  getmirəm,  elə  ofisdəcə  gecələyirəm. 

Əgər  Fərhad  razılıq  versə,  hələ  ki,  bir  müddət  orda  qalmaq 

istəyirəm. Öz evimizə isə getmək heç ağlımın ucundan da keçmir. 

O ev həmişə məni sıxıb, indi isə lap darıxdırıcı olub – o hıçqırdı. 

Durna,  Dilbərin  sözlərinə  dözməyib  gözlərinin  yaşını  giz‐

lətmək  üçün  mətbəxə  keçdi,  Baysal  da  arxasınca.  Üçümüz  tək 

qalanda Afət dedi: 

–  Nəyə  görə  burda  yaşamaq  istəmədiyin  mənə  gün  kimi 

aydındır... 

Dilbərin yanaqları qızardı. Hövlnak gözlərini üzümə dikdi, 

üzündən,  –  “Doğrudanmı  hər  şeyi  danışmısan?!”  –  oxunurdu. 

Mən  gözümlə  –  “Hə”  –  dedim.  Dilbər  hönkürdü.  Afət  davam 

elədi: 

– Mənə bu dünyada Fərhaddan əziz insan yoxdur. Əslində 



səndən  başqa  heç  kimlə  onu  bölüşmərəm.  O,  hələ  məndən  əv‐

vəl  sənin  ürəyinin  sakini  olub.  Onu  sən  deyil,  mən  sənin  əlin‐

dən  almışam.  Sənə  olduqca  böyük  hörmətim  var,  ona  görə  ki, 

sən  onu  –  ömrümün  mənası  Fərhadımı  hamıdan  çox  sevirsən. 

Hətta,  hərdən  sevməyi  səndən  öyrənmək  istəyirəm.  Fərhad  da 

səni çox sevir. Deməli hər şey gün kimi aydın‐dırsa, niyə ayrı‐ 

ayrılıqda  qalıb  dərd  çəkməli,  bir‐birimizi  üzməliyik?  Quruca 



370 

 

qısqanclıq,  paxıllıq  kimə  lazımdır  və  ya  kimsə  bu  hisslərə  sinə 



gərməyə  qadirdirmi?  Məncə  yox.  Əksinə,  bu  axmaqlıq  olardı. 

Amma  indi  sənə  ən  çox  ehtiyacı  olan  mənəm.  Hər  şeyə  soyuq 

başla  bax  və  açıq  ürəklə  qərar  ver.  Əgər  Fərhadla  sənin  arana 

girsəm,  itirən  özüm  olaram.  Amma  bir  yerdə  olsaq,  hər  üçü‐

müzün istəyi ödənmiş olar, qazanan isə isti və mehriban ocağı‐

mız,  ailəmiz  olar.  Odur  ki,  bu  söhbətə  bir  daha  qayıtmamaq 

şərtilə  bu  gündən  mənim  ən  yaxın  bacım,  rəfiqəm,  sirdaşım  

ancaq  sənsən.  Necə  bilirsən  elə  də  qəbul  elə  və  səndən  yaşda 

böyük  olduğum  üçün  etiraz  istəmirəm!  –  Afət  ayağa  qalxdı,  – 

“Sən çox gözəl və şirin qızsan. Səni sevməmək günahdır”, – de‐

di  və  Dilbərin  islanmış  yanaqlarından  öpdü.  Üçümüz  də  bir‐ 

birimizə  sarılıb  Dilbərin  ağlamağına  gülüşürdük.  Çünki,  onun 

göz yaşlarındakı sevinc payını sezməmək mümkün deyildi. Bu 

saat  Afət  mənim  üçün  mələklərin  anası  idi.  Mən  ona  “uf”  de‐

mədən canımı qurban verərəm, o, mənim hər şeyimdir. Bizi bir 

birimizə qovuşduran Allaha şükürlər olsun... 

Həmin gecə Durnagil də bizdə gecələdilər. Kənanın otağını 

Dilbər üçün hazırladılar – onsuz da, Kənan babasının otağından 

çıxana oxşamırdı. 

Dilbərin xəyalları, qonşu otaqdakı ilıq nəfəsi ilk gecə məni 

yatmağa  qoymadı. Bu qədər yaxınımdaykən onu əlçatmaz he‐

sab edirdim. Bundan sonra necə olacaq, Dilbərlə necə görüşəcə‐

yəm? Qucağımdakı Afət idi, amma Dilbər barədə düşünürdüm. 

Sabahadək yatmadım...  

 

Durna: 

 

Atamgili Kiprdə qoyub Yunanıstana – bal ayına yollandıq, 



Əli  və  Elza  da  bizimləydi.  Ömrümün  ən  xoşbəxt  dəqiqələrini 

elə  burada  keçirdim.  Əli  və  Elzanın  xoşbəxtliyindən  bizə  də 




371 

 

çoxlu pay düşürdü. Çox qayğısız və xoşbəxt günlər idi. Bir gün 



Baysal  Zəhra  anaya  zəng  vurdu,  –  o,  anasına  hər  gün  zəng 

edirdi. Mənim yanımda danışırdı – ikimiz də dənizin sahilində 

qumluqda yanaşı uzanıb günəşlənirdik. 

– Salam anacan, necəsən? Qaqaşlarım necədirlər? – Baysal 

hal‐əhval tutdu. 

–  Ananı,  qardaşlarını  atıb  gedəndən  çox  yaxşıyıq.  Düşüb‐

sən  o  qızın dalına,  bilinmir  haralarda  veyllənirsiniz.  O zalımın 

balası  sənin  gözlərini  pulnan  örtdü.  Nə  vaxt  qayıdırsan?!  – 

Zəhra anamın səsini aydınca eşidirdim. 

– Hələ bir həftə burdayıq, anacan, nədi, darıxmısan gəlinin 

üçün? O da sənə salam deyir... 

–  Salamı  başına  dəysin!  Dünən  mənimlə  elə  danışırdı  ki, 

elə  bil  deyirdi  –  “Bax,  yan‐şiş,  əcəb  aldım  oğlunu  sənin  əlin‐

dən”.  Kül  olaydı  mənim  təpəmə  onu  sənə  aldığım  yerdə.  Axı 

mən  başıbatmış  gərək  əvvəldən  biləydim  ki,  pullunun  qızını 

alanda əlbəttə oğlumu itirəcəyəm. İndi doğmaca balamın üzünə 

həsrət qalmışam... 

– Yaxşı, ay ana, uşaqları öpərsən. Gələndə danışarıq, – tele‐

fonu  söndürüb  boynumu  qucaqladı.  Baysalın  üzünə  xəcalət 

çökmüşdü. Yalandan gülümsündü. Ona ürəyim ağrıdı. 

–  Qayınanan  səni  yaman  qısqanmağa  başlayıb.  Evə  qayı‐

dan kimi səni saçlayacaq. 

–  Axı  nə  oldu  anama  birdən‐birə?  Əvvəllər  heç  belə  de‐

yildi. Görünür həsrətinə dayana bilmir, tez qayıdasan deyə belə 

edir – dedim. 

–  Fikir  vermə.  Gör  neçə  ildir  bizi  min  cür  çətinliklə  böyü‐

düb, həm ana, həm də ata olub bizə. Dul arvaddır, yəqin əsəb‐

ləri tab gətirmir. 

– Əlbəttə, canım, heç mən anamın bu cür sözlərindən inci‐

yərəmmi?  Sənin  anan  həm  də  mənim  anamdır.  Amma  məncə 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə