Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə123/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   119   120   121   122   123   124   125   126   ...   144

375 

 

Zəhra anamdan çox nigaran idim, əlindən bir xəta çıxacağından 



qorxurdum.  Ancaq  anamgildə  özümü  sevgi  ilə  əhatə  olunmuş 

hiss  edirdim  deyə  1‐2  saatdan  sonra  qayınanamı  unutdum. 

Baysal öz otağımızda (ata evindəki otağımı Baysalla belə adlan‐

dırırdıq) yatmağa çıxdı, çox yorğun və əsəbi görünürdü. Biz  isə  

Ünziləni  nənəsinin  yenicə  aldırdığı  yüyrüyə qoyub balaca əl‐

lərini və burnunu əlləşdirib gülüşürdük. Əlləri bələyin pambığı 

ilə dolmuşdu, körpə qoxusu Dilbəri “dəli” eləmişdi. İçimdə Dil‐

bərin  halına  acıyırdım.  Ana  olmaq  ona  necə  də  yaraşardı...  O, 

çox gözəl ana ola bilərdi, bir an da olsa gözünü körpədən çək‐

mirdi. Onun bu vaxtadək ərə getməməsinə çox üzüldüm. 

Axşam  qayınanam  zəng  elədi,  telefonu  anam  götürdü. 

Anam  telefonda  çox  pərt  olmuşdu,  rəngi  qızarır‐bozarır,  hal‐

dan‐hala düşürdü. Telefonu qoyub mənə sarı döndü. Dik quru‐

yub qalmışdı: 

–  Baysalı oyat, de ki, anası  onunla  danışmaq  istəyir. Val‐

lah,  bu  arvad  başını  itirib,  –  Zəhra  idi.  Deyir  –  “Oğlumu  əlim‐

dən  aldığınız  yetmədi,  indi  də  nəvəmə  gözünüzü  dikmisiniz, 

qızını  saxla,  oğlumla  nəvəmi  göndər  evimə!”  deyib  telefonu 

yerə  çırpdı.  Yumruğunu  stola  elə  vurdu  ki,  az  qala  qulağım 

batsın... 

Dilbərin heyrətdən əli üzündə qalmışdı: 

– Nə danışırsan, Zəhra xala niyə belə eləsin? Məgər körpə 

həm də sənin nəvən deyilmi? 

–  Yox,  o  düz  deyir.  Gərək  körpəni  birinci  o  görəydi.  Öz 

evinizə getməyiniz məsləhət idi – anam dedi. 

– Mən Baysala dedim, amma razı olmadı. Deyəsən, dünən‐

dən  anasıyla  sözləri  çəp  gəlib.  Arvad  əməlli‐başlı  quduzlaşıb, 

artıq çox qorxulu olubdur. 

Öz otağımıza qalxdım. İçəri girəndə Baysal yuxudan oyan‐

dı. Qollarını açıb məni gözlədi. Qucağına girdim, sinəsinə qısıl‐




376 

 

dım.  Saçımı  sığalladı.  Telimi  sığallamasından  xoşum  gəldiyini 



bilirdi. 

–  Zəhra  anam  zəng  vurmuşdu,  deyəsən  anamı  bir  az  acı‐

ladı. Sənin zəngini gözləyir. 

– Vallah canımı boğazıma yığıb bu arvad, indi ağzıma gə‐

ləni deyəcəm! Birdən‐birə cin‐şeytan hardan doldu bunun içinə, 

niyə belə qısqanc, paxıl oldu!? – Baysal hirslə ayağa qalxdı. 

– Səni and verirəm Allaha, səbrini bas, nə qədər də olmasa 

anamızdır.  Görünür  nədənsə  çox  narahatdır.  Mehriban  danış, 

lap  israr  eləsə,  elə  bu  dəqiqə  yığışıb  evimizə  gedək.  Məsələni 

şişirtmə. 

İdman paltarını geyib dəhlizdəki telefonla anasını yığdı. 

– Salam, ana, necəsən? – hikkəliydi. Yaxınlaşıb ərimə qısıl‐

dım. Telefonun digər ucunda qayınanam od püskürürdü. 

–  Canına azar,  boğazına  qara  boğma  necəyəm!  A  biqeyrət 

itin  küçüyü,  qayınatanın  müftə  çörəyi  səni  nə  tez  qudurtdu, 

hə!?  Sən  doğmaca  ananı  atıb,  vərəm  qaynananın  yanına  apar‐

mısan mənim nəvəmi? Südüm sənin burnundan gəlsin elə! Qu‐

cağımda ilan bəsləyirmişəm ki..! 

– Ana, ay ana! Sən öz doğma oğlunla danışdığının fərqin‐

dəsənmi? Sən nələr deyirsən doğma oğluna, sənə nə olub belə, 

niyə şeytana uyub günaha batırsan? Səni nə vaxt kiminsə aya‐

ğına  vermişəm,  nə  vaxt  qəlbinə  dəyəcək  günah  iş  tutmuşam? 

Axı  Durna  səni  öz  anasından  da  çox  sevir.  Niyə  ona  bu  qədər 

nifrət edirsən? Allahından, qıldığın namazından, tutduğun oru‐

cundan qorxmursanmı? 

–  Sən  daha  mənim  oğlum  deyilsən!  Mən  adda  anan  da 

yoxdur! O köpəyin qızı qarğa (“Durna” adıma lağ edirdi)  sənin 

beynini  atasının  pulu,  var‐dövlətilə  yedi,  gözlərini  qapatdı.  Sən 

də haram yeyən qarınotaranın birisən, səninçün ana müqəddəs‐

liyi deyilən bir şey qalmayıb. Tfu sənin üzünə! Oğul böyüt, oxut, 




377 

 

sonra  da  ver  birinə  ərə.  Camaat  evinə  gəlin  gətirir,  mənsə  oğul 



ərə  vermişəm,  kül  mənim  təpəmə!  Sən  arvadsan,  arvad!  Fər‐

hadın qızına ərə getmiş biqeyrət arvad! Tez evə gəl, yoxsa əlim‐

dən bir xəta çıxacaq! Gəlirsən?! Cavab ver, gəlirsən, ya yox?! 

– Qorxulu adamsan, anacan, çox qorxulu olmusan. Axşam 

gələcəm. 

–  Mən  indi,  bax  elə  bu  dəqiqə  gəlməyini  istəyirəm,  yoxsa 

özümü doğrayacağam..! 

–  Yaxşı,  gəlirəm,  dəlilik  eləmə!  –  Baysalı  puçur‐puçur  tər 

basmış, sifəti ayazımışdı. 

Telefonu  yerinə  qoyub  otağa  girdi.  Anasına  görə  məndən 

xəcalət çəkirdi. Üzümə baxa bilmirdi. 

–  Qoy  mən  də  hazırlaşım  birlikdə  gedək.  Mən  qorxuram, 

Baysal. Burda qala bilmərəm – dedim. 

–  Yox.  Onun  nifrətini  hiss  etmirsənmi?  Belə  vəziyyətdə 

onun yanında qala bilməzsən. 

Paltarını geyinib, – “Heç fikir eləmə, düzələr, yenə əsəbləri 

pozulub yəqin” – dedi. 

Aşağı düşdük. Anam və Dilbər gözlərini mat‐məəttəl bizə 

zilləmişdilər.  Anam  stola  yemək  düzürdü  –  “Harasa  gedirsən‐

mi, oğul?” – Baysaldan soruşdu. 

– Hə, Afət xala, anama dəyməliyəm. 

Anam: 


– Yemək yeyib sonra gedəydin... 

Çöldən gələn siqnal səsi söhbətin dalına mane oldu. Atam 

idi. Anam ona zəng vurub bildirmişdi ki, “nəvən bizdədir,  gəl 

gör”.  Adətə  görə  evə  gələn  adam  gərək  qapıda  gözləyəydi  ki, 

qırxlı körpəni qapıyadək onun “üstünə çıxarsınlar”. Yoxsa, gə‐

lən  adam  körpəli  evə  bilmədən  girərdisə,  ağırlığını  körpənin 

üstünə  tökmüş  sayılırdı.  Dilbər  körpəni  qucağına  alıb  giriş  qa‐

pısınadək çıxardı və qapını açdı. Atam əlindəki iri hədiyyə ye‐

şiyini, gözəl gül buketini yerə atıb nəvəsini qucağına aldı. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə