Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə126/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   122   123   124   125   126   127   128   129   ...   144

384 

 

məndən soyuyur, uzaqlaşır. Bəs mən səni Fərhad üçün, ya Afət 



üçün  böyüdüb  boya‐başa  çatdırmışam  ki!?  Harda  qaldı  ana 

haqqı? Budur sənə verdiyim südün əvəzi, alın tərimin bəhrəsi? 

Nə  olardı,  ac‐susuz  qalsaq  da  balalarım  gözümün  qabağında 

olardı, çox şey istəyirəm? Olmazmı öz bildiyimiz, layiq olduğu‐

muz  kimi  dinc  yaşayaq,  heç  kim  bizim  həyatımıza  burnunu 

soxmasın? Bütün bunların baiskarı isə bax, o ifritə Durnadır! O, 

oğlumu  başdan  elədi,  dədəsinin  haram  pulları  ilə  oğlumun 

gözlərini  qapadı,  pulun  qoxusu  isə  ağılsız  oğlumu  başdan  çı‐

xardı! Hələ indiyədək qayınatasının aldığı maşına bir, ya da iki 

dəfə minmişəm – o da naəlaclıqdan. Gərək bu soyuducunu elə 

gələn günü ataydım bayıra. Sənin qızını alan günə daş yağaydı! 

Gör  necə  pozdu  dinc  həyatımızı?  Ərimi  itirməyimə  dözərəm, 

ancaq  heç  vaxt  imkan  vermərəm  ki,  kimsə  oğlumu  əlimdən 

alsın! Qoy nə olursa olsun! Qoy gəlsin, deyəcəm, – “Ya mən, ya 

da  arvadın  və  onun  gözlərinə  kefdən  başqa  heç  nə  görsənmə‐

yən  yaxınları!”.  Kim  desə    ki,  –  “Ay  arvad,  sənin  başına  hava 

gəlib, burda nə var ki, əksinə, sənin üçün, oğlun üçün daha yax‐

şı – rahat yaşayırsınız. Onlar sənin oğlunu öz övladları kimi se‐

vir”... Bunu deyənin ağzını “cart” deyə cıraram! Qoy bunu de‐

məmişdən əvvəl öz anasını düşünsün. Mən belə fikirləşə bilmi‐

rəm.  Mənim  dediyim  odur  ki,  oğlum  atasının  əvəzinə  öz  ailə‐

sini,  qardaşlarını  bir  ağ  günə  çıxarmaq  barədə  düşünsün.  Lap, 

lazımdırsa Fərhadın yanındakı işindən imtina edib özünə sakit 

bir iş tapsın. Yoxsa, onun‐bunun qoltuğuna girib tula kimi süm‐

sünməsinə, sülənməyinə dözməyəcəyəm! 

 

Baysal: 

 

Belə bir əziz gündə kefimizə soğan doğradığı üçün anama 



çox  hirslənmişdim.  Axı  nə  idi  qarnının  azarı,  gözünün  götür‐

mədiyi?  Bu  nə  axmaq  hisslərdi  onda  baş  qaldırmışdı?  Anam‐




385 

 

gilin həyətinə girəndə evin soyuducusunu yerdə “kötəklənmiş” 



vəziyyətdə  gördüm.  İçəri  girdim.  Anam,  əlində  ət  baltası  ya‐

nımdan  güllə  kimi  ötdü.  Maşınımın  üstünə  cumub  şüşələrini 

sındırdı,  dəmirini  döyəclədi.  Hirsindən  ağzı  köpüklənmişdi. 

“Al,  al,  al  bu  da  sənin  verdiyin  maşın!  Mən  eşşək  minərəm, 

amma sənin bağışladığın maşına minmərəm! Sox gözünə, sənin 

maşının  mənə  lazım  deyil!”.  Aralıdan  durub  anamı  key  kimi 

seyr edirdim. Halına acıdım, başına əməlli‐başlı hava gəlmişdi. 

Artıq  maşını  xurd‐xəşil  edib  yorulmuşdu.  Yaxınlaşıb  qolumu 

boynuna saldım – “Di toxtadınmı? Niyə belə edirsən, ana, məni 

qorxudursan axı?”. 

– Bir də o itin heç bir zibilinin tozu da bu həyətə girməsin! 

Bildin?! Lap lazım olsa, qızını da aparıb başına çırparsan! – hik‐

kəsi yerdən tozanaq qoparırdı. Qardaşlarım göz yaşlarını  yağış  

kimi  tökürdülər,  qorxularından devikib qalmışdılar. 

– Ay ana, axı bir dayansana, istədiyini bir dəfəlik mənə ba‐

şa sal, mən də bilim və ona uyğun işimi görüm. Özünü dəli ki‐

mi aparıb uşaqları qorxudursan axı... 

– Mən oğlumu istəyirəm – Baysalımı! Onu mənim əlimdən 

almağa  heç  kimin  cürəti  çata  bilməz.  Nə  pulla,  nə  maşınla,  nə 

də  əyrimçə  qızı  ilə!  Oğlumu  əlimdən  alanın  evini  başına  yıxa‐

ram! 

–  Kim  oğlunu  əlindən  alır  ki?  Onların  öz  oğluna  nə  gəlib, 



mənə  qalıblar?  Gəl,  gəl  içəri,  camaatdan  ayıbdır,  çox  səs‐küy 

salma. Gir içəri, sakit söhbət edək... 

Onu  içəri  sala  bildim.  Yorulub  sakitləşmişdi.  Dolmuşdu. 

Hirsindən titrəyirdi. 

–  Bax,  sənə  axırıncı  dəfə  deyirəm!  Əgər  mənim  övladım‐

sansa,  yığış  birdəfəlik  evinə,  ailənə  kişilik  elə,  qardaşlarına  bir 

gün  ağlamaq  barədə  fikirləş.  Camaatın  evində  az  sülən!  Ayda 

bir dəfə anasını görmək istəyirsə, qoy canı çıxıb özü getsin. Mə‐

nim ailəmin işlərinə qarışmasınlar. Ya kişi ol, anana, ailənə sa‐



386 

 

hib çıx, ya da uşaqları “detdoma” verib, özüm də kimsəsiz qo‐



calar evinə köçəcəyəm. Burdan o yanası sənin seçimindir. Özün 

də bilirsən ki, dediyimi eliyərəm! 

–  Ana,  Durna  onların  balası  olduğu  kimi,  həm  də  sənin 

balandır. Eləcə də mən sənin qədər onların da balası sayılıram. 

Bax bu gün nəvən olub, sevinmək əvəzinə Durnaya qarğış 

eləyirdin.  Mən  də  bir  azca  hirslənib  onu  anasıgilə  apardım  ki, 

heç  olmazsa  bu  günlük  dilxor  olmasın.  Nəvələrini  görüb  elə 

sevinirdilər  ki,  deyərdin  bunlardan  xoşbəxt,  bəxtəvər  insanlar 

varmı  yer  üzündə?  Nə  tez  unutdun  atamın  mənə  arxa‐dayaq 

dostlarını?  Bax  indi  onlar  orda  oturub  mənim  qızımın,  sənin 

nəvənin  dünyaya  gəlməsini  bayram  edirlər,  sənsə  burda  öz 

doğmaca oğlunu guya ki, sənin əlindən alıblar deyə haray‐həşir 

salmısan.  Sən  bir  bu  balacaların  üzündəki  qorxuya  bax,  gör 

onlar  səni  itirməkdən  necə  qorxurlar?  Mən  heç  səni  qoyub 

kiminsə qoltuğuna girən insana oxşayırammı? Bir bax, sən ona 

nifrət edirsən, Fərhad əmi isə bu şad gündə sənin sevincinə qo‐

şulduğunu bildirmək üçün gör nə alıb? Arvadına aldığı sənə al‐

dığından yaxşı olsaydı, mən də inciyərdim. Amma ən gözəl hə‐

diyyəni  seçib  səninçün  alıb.  Sən  axı  Fərhad  əmi üçün nəvə‐

sinin  nənəsi  olmamışdan  qabaq,  onun  dostunun  arvadı  –  bacı‐

sısan.  Məni  də  göndərdilər  ki,  səni  və  uşaqları  da  götürüb  ora 

aparım,  atamın  dostlarının  hamısı  orada  toplaşıb  bizi  gözlə‐

yirlər. 

Fərhad  əminin  aldığı  brilyant  qaşlı  qızıl  boyunbağını  açıb 

onun  boynuna  bağlamaq  istədim.  Dedim  yəqin  hirsi  soyuyub, 

qoy kini bir az azalsın. Boyunbağını əlimdən alıb parçaladı və ye‐

rə çırpdı. Hədiyyənin zənciri bir tərəfə, qaşı o biri tərəfə düşdü. 

– Hələ bir buna baxın, brilyant qaşlı boyunbağı alıb mənə! 

Gör  qudurğanlığa  bax!  Elə  fikirləşir  ki,  onun  aldığı  bu  boyun‐

bağını boynuma asıb əxlaqsız arvadlar kimi toyda‐düyündə or‐

tada gəzib dalımı yellədəcəyəm. Soruşan olanda da deyəcəm ki, 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə