Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə128/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   124   125   126   127   128   129   130   131   ...   144

390 

 

şımızı  basdalayıb.  Həkimlər  nə  lazım  olsa  edəcəklər,  vəziyyəti 



də  qorxulu  deyil.  Əməliyyatı  gözləyirik.  İş  hər  ikimizin  başına 

gəlib, xahiş edirəm səbrli olaq. Allaha yalvaraq ki, sağ‐salamat 

ailəsinə qovuşa bilsin. 

Xəstənin  yoldaşı göz yaşlarını  axıdaraq  zarıyırdı. Hıç‐qır‐

tılar arasında bunları başa düşə bildim: 

– Dedim ki, bu gün getmə işə, hava da pisdir. Elə bil ürə‐

yimə nəsə dammışdı. Döşəmə‐parket yonandır. Dedi heç olma‐

sa  makinanı  aparıb  bazarın  qabağında  qoyum  ki,  bəlkə  zəng‐ 

zad edən olar. Al, bu da sənin əcəl zəngin. Allah, sən balalarıma 

rəhm elə, onları atasız qoyma, ya Rəbbim, qapında itin olum, ay 

Allah! 

Qaynı  onu  sakitləşdirirdi.  O  isə  susmaq  bilmir,  tanrının 



ətəyindən  yapışıb  hıçqırtıyla  yalvarırdı.  İnsanın,  yalnız  Allaha 

işi  düşəndə  ondan  ikiəlli  yapışmasında  azca    haqsızlıq  var    – 

ömrün  boyu  unut,  işin  düşəndə  isə  kişinin  baş‐beynini  apar. 

Amma  bu  saat, tanrıya ən  sidq‐ürəkdən  yalvaran  insan  bu  qa‐

dın idi bəlkə də. 

Gör başımıza nələr gələcəkmiş... İndi “Jiquli”nin sahibi Ra‐

malı da cəncələ saldım... Ax ana, ana..! Dilin, nəfsin öz balanın 

başında çatladı! Sənə bu lazım idimi? 

Ramal və anam da gəldilər. Ramalın maşınını tanıyan olub, 

ona  bədbəxt  hadisə  barədə  xəbər  veriblər,  o  isə  anamı  da 

götürüb  gəlmişdi.  Ramalın  üzünə  baxmağa  utanırdım.  Anam 

günahkar  kimi  başını  peşiman‐peşiman  aşağı  dikmişdi,  dindi‐

rəsi halda deyildi. Heç mən də ona yaxınlaşmadım. Təkcə Sabir 

əmi ona, – “Qorxma, hər şey yaxşı olacaq”, – deyib təsəlli verir‐

di. Anam yaralının arvadına yaxınlaşıb – “Yoldaşını vuran uşa‐

ğın  anasıyam.  Qurbanın  olum,  məni  balalarının  başına  çevir, 

şikayətçi  olma.  Əlimizdən  nə  gəlirsə  edəcəyik,  narahat  olma. 

Allah özü kömək olsun!”. Yazıq arvad güclə – “Amin!” – dedi. 

Anam bicliklə “hücuma keçmişdi”: 



391 

 

–  Kim  istərdi  ki,  belə  bədbəxt  hadisə  olsun.  Maşın  özgə‐



nindi, indi yazığı da incidəcəklər. Səni and verirəm Allaha, özü‐

nü  ələ  al,  uşağın  tanışları  çoxdur,  nə  xərc  olsa  özümüz  ödə‐

yəcəyik, qoymarıq ki, sənin yoldaşına bir şey olsun. 

Anam  “tanışları  çoxdur”  deyəndə,  qayınatamı  qəsd  etdi‐

yini bilirdim, əmin idim ki, o anda gözlərimdəki kini açıqca sez‐

di. Anam Sabir əmiyə yaxınlaşdı – “Fərhad qardaşın xəbəri var‐

mı?”  –  utanmaz‐utanmaz soruşdu.  Sabir  əmi – “Yox”,  – dedi. 

Anam: 


– Bəlkə xəbər verək? 

Sabir əmi dinməzcə telefonda Fərhad əmini yığdı: 

– Alo, necəsən? Bir imkanın olsa Musa Nağıyev adına xəs‐

təxanaya dəyərsən... Baysal bir nəfəri maşınla vurub... Yox.., bir  

az əzilib, bir də çanağı, ayaqları  sınıb, indi  reanimasiyadadır.  

Uşaqlara demə, qoy narahat qalmasınlar.  Hə,  burdadı... Zəhra 

bacı, yaralının qohumları və mən... Oldu, sağ ol. 

Heç yarım saat keçməmişdi ki, Fərhad əmi gəldi. Çox sakit 

idi – səbirli olmaqda necə də ona bənzəmək istərdim. Zərərçə‐

kənin  qohumlarına  yaxınlaşdı  –  “Keçmiş  olsun,  Allah  şəfasını 

versin”, – dedi. Şöbənin həkiminin yanına girib xəstənin vəziy‐

yətini  soruşdu  –  sifətində  bir  qayğı  vardı.  Anamla  hal‐əhval 

tutdu,  mənə  isə  heç  salam  da  vermədi  –  bircə  bunu  soruşdu  – 

“Özünə  bir  şey  olmayıb?  Öz  maşının  hardadır  ki,  başqasının 

maşınını  sürürdün?”.  Anama  baxdım.  “Yağını  dəyişməyə  ver‐

mişəm, ustadadır” – dedim. Fərhad əmiyə yalan danışmağın nə 

qədər ağır olduğunu bir biləydiniz... – bu, ona danışdığım ikin‐

ci  yalanım  idi.  Ürəyimdə,  –  “Di  hı,  anam  mənim,  indi  nə  de‐

yim?  Deyim  ki,  anam  havalanıb  sənin  verdiyin  maşını  xurd‐ 

xəşil  edib”?!  Təklənmişdi.  Divarın  bir  küncünə  qısılıb  xəstənin 

sağ  qalması  üçün  dilinin  altında  Allaha  yalvarırdı.  Anama  ya‐

zığım gəldi. Xəcalət çəkdiyini hiss edirdim. Ona yaxınlaşıb əlini 

ovcuma aldım. Fərhad əminin gəlişi ilə sanki içimdə bir rahatlıq 



392 

 

yaranmışdı,  sanki  yaralı  ölməyəcək,  elə  bu  dəqiqə  durub bi‐



zimlə  evinə  gedəcəkdi.  Mən  qayınatamın  şəxsiyyətinə  həddən 

artıq pərəstiş edirəm və məni anamdan “soyudan” da deyəsən 

elə bu pərəstişdən doğan müti itaətim idi. Cavidin sözlərindəki 

həqiqəti  anlamağa  başlamışdım.  Fərhad  əmiyə  heç  bir  ləkə 

yaxmağa  haqqım  yox  idi,  amma  öz  övladlıq  borcumu  da  qə‐

dərincə yerinə yetirmədiyimi anlayırdım. Mən öz kiçik ailəmlə 

isti  ocaq  qurub,  doğmalarımdan  xeyli  aralanmışdım.  Pay‐püş, 

yemək‐içməklərini  almaqla  kifayətlənmişdim,  anam  da  bunu 

şişirdib dağ boyda eləmişdi. Bəlkə də düz edir, üstünə vaxtında 

düşməsə,  məni  tam  itirəcəyindən  əmin  olduğu  üçün  belə  edir. 

Demək,  bu,  anamın  qaldırdığı  üsyan,  həyəcan  siqnalıymış. 

İçimdə anama qarşı hirsim həlim bir sevgiyə dönürdü. Mən ona 

qısıldıqca, o məni bağrına basırdı. Bax elə buradaca bir‐birimizə 

olan hirsimiz sevgi ilə əvəzləndi. Anam bütün analar kimi zərif, 

lakin  olduqca  güclü  qadındır.  Anamın  doğma  qoxusunu  duy‐

dum, az qala yadırğamışdım bu qoxunu. Ana qoxusu ilahi cazi‐

bəsidir,  doğulan  körpəni  məməyə  doğru  dartan  cazibə  kimi. 

“Canım anam mənim, mən indi bilirəm ki, sən Fərhad əmidən 

də güclüsən. Gör öz balanı qucağına qaytarmaq üçün nə yollara 

əl  atdın,  nə  müsibətlər  çıxardın,  necə  bir  qəzaya  səbəb  oldun? 

Ancaq  bütün  bunlar,  bir  ananın  öz  doğma  balasına  qovuşma‐

ğına dəyərmiş. Anasının qoxusunu unudan yüz yaşlı övlad da 

ana əmcəyini  kəsən  bədəsildir,  yönlü  vələd  deyil.  Sənə  qur‐

ban olum, ana, bağışla məni”. 

–  Sənə  qurban  olum,  ana,  bağışla  məni  –  söz  biixtiyar  di‐

limdən sürüşüb çıxmışdı. 

Alnımdan öpdü, – “Sən də bağışla, oğul, mən də lap dəlilik 

elədim”, – dedi. 

Çağırılmış  həkimlər  gəldilər,  birbaşa  əməliyyat  otağına 

keçdilər. Həyəcanlı  dəqiqələr  yenidən başladı.  Dəhliz  boyu  o  

baş‐bu başa yortmağa başladıq. Sakitcə oturub halını pozmayan 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə