Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə130/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   126   127   128   129   130   131   132   133   ...   144

397 

 

Xəstəni palataya keçirdilər. Bir xeyli də gözlədik. Sabir əmi 



mənə: 

– Ananı da götür get evinizə, uşaqlar da təkdir, – dedi. Ax‐

şamdan  içdiyi  arağın  qoxusu  gəlirdi,  –  “Yeyib‐içdiklərini  bu‐

runlarından  gətirdim,  gör  bir  nə  işə  saldım  bunları”.  Çox  çək‐ 

çevirdən  sonra  aşağı  düşdük,  könülsüz  taksiyə  oturub  anamla 

evə yollandıq. 

Anamgilə çatanda gözlərimə inanmadım. Cavid və  Mahir 

həyətdə  yüyrük  düzəltmişdilər.  Ünziləni  yüyrükdə  yellədir, 

onun balaca barmaqlarına lağ edib gülüşürdülər. Durna əyninə 

xalat  geyib  qaz  plitəsinin  üstündə  yemək  bişirirdi.  Bizi  görcək 

tələsik anamın boynuna sarıldı. İlk dillənən anam oldu: 

–  Bağışla,  qızım,  imam  övladıymışsan,  qarğışım  özümü 

tutdu.  Səni  çox  alçaltdım,  keç  günahımdan.  İstədim  oğlumu 

qaytaram, ancaq az qaldı ki, tamam itirəm. Şükür balamı mənə 

qaytaran  Allaha.  Mənim  yerim  artıq  cəhənnəmdir.  Bircə  siz 

haqqınızı halal edin. Xoşbəxt olun balalarım... 

Anam  ikimizin  də  boynunu  qucaqlayıb  başlarımızı  sinə‐

sində  birləşdirdi.  Gözlərindən  yaş  axırdı.  Araya  söz  qatıb  bu 

kədərli səhnəni pozmaq istədim: 

– Sən kimnən gəldin, nə tez gəldin? – Durnadan soruşdum. 

– Anamdan ötrü burnumun ucu göynəyirdi. Səsi elə təlaş‐

lıydı  ki,  Dilbərlə  taksi  tutub  gəldik,  –  Dilbər  də  az  aşın  duzu 

deyildi ha, dili, ilanı yuvasından çıxarar. 

– Bəs Dilbər hanı, ananı tək qoydunuz evdə? 

– Hə. Dilbər evin dalında palazları çırpır. 

Bir  neçə  dəqiqə  sonra  kolbasa‐yumurta  qızartmasının  qo‐

xusu otağı bürüdü. Hamı süfrə arxasına keçdi. Anamla Durna‐

nın barışması bayaqkı qəzanı az qala tam unutdurmuşdu. İndi 

ən  sevimli  insanların  əhatəsindəydim  və  anladım  ki,  bu  süfrə‐



398 

 

nin, bu ocağın başçısı mənəm. Mənim də başıma yığacağım in‐



sanlar  var  və  bunlar,  məsuliyyətini  daşıdığım  əzizlərimdir. 

Bunlarla birlikdə yeyilən soğan‐çörək də bal dadırmış... 

 

Fərhad: 

 

Baysalın  qəza  ilə  adam  vurması  bir  müddət  yeyib‐içdiyi‐



mizin  duzunu  qaçırdı.  Cavid  xəstəxanada  təxminən  bir  ay 

yatdı. Sağ olsunlar, şikayətçi olmadılar – polislər necə dedilərsə, 

eləcə də izahat yazdılar. Baysalın sürdüyü maşının sahibinə bir 

qədər  “cərimə”  yazdılar,  Baysalın  isə  sürücülük  vəsiqəsini 

“aldılar”.  Bütün  xərcləri  Sabir  tək  çəkdi.  Məhkəmə  işində  isə 

Yaşarın böyük köməkliyi dəydi – yaxşı əlaqələri varmış...  

Afət,  qəza  xəbərini  aldığımız  axşam  mənə  Durna  və  Zəh‐

ranın  arasındakı  mübahisələri  açıb  olduğu  kimi  danışdı.  Bunu 

indiyədək məndən gizlətdiyinə görə Afəti ilk dəfə çox ciddi acı‐

ladım.  Gecə  səhərədək  ilan  vurmuş  adam  kimi  yerimdə  dönüb 

durdum. Gecəyarısı mansarddakı ofisimin arxa otağına qalxdım. 

Siqareti  siqaretə  calamışdım.  Zəhraya  haqq  qazandırırdım. 

Səhvlərimi aydınca görür və dərk edirdim. Özüm də istəmədən 

ailəmin bütövlüyü xatirinə başqasının ailəsini dağıdırmışam, bir 

ananı doğma oğlundan “ayırırmışam”. Necə olub ki, mən bunun 

fərqinə  varmamışdım.  Bəli,  hər  kəs  öz  evinin  yaraşığıdır.  Özgə 

evin ən şirin naxışıyla öz evimin bəzəyini tamamlamaq istəmiş‐

dim. Və bunu acımadan eləmişdim. Yaxşı deyiblər, “Gülü dərsən 

sənin olar, dərməsən hamının” – mən başqasına məxsus bir gülü 

xaincəsinə  dərmişdim.  Demək,  xoşbəxtliyimi  başqa  bir  ananın 

göz  yaşları,  övlad  nisgili  üzərində  qururmuşam.  Mən  belə  dar‐

düşüncəli olmamalıydım... Demək qızım məndən ağıllıymış. Heç 

mənim məsləhətimi, razılığımı da almadan qayınanasının yanına 



399 

 

getməklə  məndən  nə  qədər  düşüncəli  olduğunu  sübut  etmişdi. 



Qocalmışam, şən həyat gözlərimi bağlayıbmış. Yox dostum, artıq 

səhnədən  getmək  vaxtındır,  bir  az  da  qalsan,  səhnədən  əl  çək‐

məyən müğənnilər kimi ya mikrofon əlindən düşəcək, ya da səni 

pomidor‐yumurta yağışına tutacaqlar. 

Atam yadıma düşdü. “Atacan, bilsən bu saat sənə nə qədər 

ehtiyacım var? Axı sən bu cür səhvlərə yol verməyə qoymazdın 

məni...  Bağışla  məni,  atacan,  öz  övladımın  xoşbəxt  güzaranı 

üçün,  başqasının  oğlunu  xoş  rəftarımla,  əzizləmə  ilə  əlindən 

alıbmışam.  İndi  isə  az  qala  həm  qızımı,  həm  də  oğlum  qədər 

sevdiyim kürəkənimi itirəcəkdim. Ax oğul, bircə sən tez gəlsəy‐

din  çəkilərdim  bir  kənd‐kəsəyə,  ömrümü  sakit  guşədə  başa 

vurardım”.  Saata  baxdım,  indi  Kiprdə  saat  1.30‐dur.  Kənanı 

yığdım, dərsləri normasında gedirdi. Üç aya universiteti bitirib 

vətənə  qayıdacaqdı.  Özümə  gələ  bilmirdim,  hətta  Kənanla  da‐

nışmağım da hirsimi soyutmadı. Çox firavan yaşamağımız Bay‐

salı  bizim  ailəyə  cəlb  etmişdi,  doğma  evlərində  isə  onu  böyük 

oğul qayğıları, ailə başçısı olmaq kimi çətin vəzifə gözləyirdi. O 

isə bu yükü çiyninə götürməyə görünür özünü hələ hazır hesab 

etmirdi və ya bilmədən bu yükdən qaçırdı. Zəhra bacı tamamilə 

haqlıdır. Sadəcə, ana üsyanını bir qədər qabarıq biruzə verməyə 

bilərdi,  lakin  ona  da  haqq  qazandırmaq  olar,  axı  söhbət  onun 

doğma  övladından  gedir...  Bu  mənim  başıma  gəlsəydi,  nəinki 

maşını,  soyuducunu  əzər,  hətta  evi  rəqibimin  başına  uçurar‐

dım.  Yaxşı  ki,  hər  şeyi  Durna  ilə  Zəhranın  özləri  dinc  yoluna 

qoymağa  bacardılar.  Mən  isə  heç  vaxt  bu  məsələnin  üstünü 

vurmadım, sanki bundan heç xəbərim də yox imiş... 



 

* * * 

 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə