Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə133/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   129   130   131   132   133   134   135   136   ...   144

406 

 

Lal‐dinməzliyimiz ən çox Kənanı üzdü. Həmişə dil‐dil ötən Sa‐



birə, Yaşara sanki rəhmi gəldi:  

–  Sizin  hamınızı  nə  qədər  səmimi  qəlbdən  sevdiyimi 

sübut  etməyə,  yəqin  ki,  lüzum  görməzsiniz.  Hamınız  o  qədər 

sevimli,  təmizqəlbli  insanlarsınız  ki,  sizin  hər  birinizin  sözün‐

dən  çıxmaq  mənə  ölümdən  də  ağırdır.  Bu  gün  mənə  görə  süf‐

rədə lal‐dinməz oturmağınızın baiskarı mənəm. Lakin, gəlin bu 

mövzunu  birlikdə  müzakirə  edək.  Siz,  Sabir,  Yaşar  əmilərim 

mənim, atamdan sonra sevdiyim əziz əmilərim, sizcə, kim ara‐

ğın insana xeyirli olduğunu sübut edə bilər? 

Sabir: 


– Heç kim.  

Kənan: 


– Ay sağ olun. Bəlkə iştahanızı açır?  

Sabir: 


– Bir az, bəlkə də heç yox... 

–  Bəlkə  içib  arvad‐uşaq  bilmədən  hətərən‐pətərən  danış‐

mağa – “şənləndirir” – deyəcəksiniz? 

– Yox. Əgər içə bilmirsənsə, içməyin tərəfdarı deyiləm. Heç 

bizim hətərən‐pətərənimizi görmüsən? 

–  Əsla  yox,  əksinə,  sizin  sərxoş  halınız  daha  səmimi  gö‐

rünür... 

– Ay sağ ol! Demək, arada  “pənco‐pənco” gillətmək olar, 

düzdürmü? – Yaşar da həvəslə söhbətə qoşuldu. 

Kənan: 


–  Özünüz  deyin,  əgər  sizi  sevirəmsə,  siz  isə  mənim  sev‐

diyim  Sabir  əmimin  tanrı  əsəri  olan  ruhunu,  cismini  zəhərlə‐

yərək həm də mənim sevgimi zəhərləyirsinizsə sizə nə ad ver‐

mək olar? 

Araya sükut çökdü. Kənan tam hücumdaydı: 

–  Bir  şeyin  sənə  ziyan  və  haram  olduğunu  bildiyin  halda, 

ona davam etməyin adına nə deməliyik? 



407 

 

Yaşar: 



–  Qardaşoğlu,–  “Ulaq  bir  dəfə  girdiyi  palçığa  ikinci  dəfə 

girirsə, ona eşşək deyərlər?” – bunu bilirik. Bizə “eşşək” demək 

istəyirsənsə, gəl bu söhbəti elə buradaca kəsək. 

–  Əstəfürullah.  Mən belə söz deməyə heç  vaxt  cürət etmə‐

rəm.  Amma  gəlin  bunun  adını  bir  az  yumşaldaq,  qoyaq  “mə‐

nasız  və  ziyanlı  vərdiş”.  İndi  siz  deyin,  kimin  cürəti  çatar  ki, 

dünyalar  qədər  sevdiyim  Sabir  əmimə,  Yaşar  əmimə,  canım 

atama  pis  adətə  qurşanmış  insan  desinlər?  Amma  gəlin  qəbul 

edək,  bunu  niyə  də  deməsinlər?  Axı  özünüz  bunu  əməlinizlə 

sübut  edirsiniz.  Bu,  içkinin  şəxsiyyətinizə  və  sağlamlığınıza 

vurduğu  birinci  zərəri...  Gəlin  ikinci  tərəfini  araşdıraq.  Sizi  and 

verirəm  Allaha,  sizə  dərs  vermək  kimi  qəbul  etməyin  dedik‐

lərimi.  O  qədər  əziz  insanlarsınız  ki,  bunları  deməsəm  günaha 

batmış olaram. Deyin, bu dünyaya elə indiyədək yaşadıqlarınızı 

görmək  üçünmü  gəlmişdiniz?  Sizə  görk  olsun  deyə,  ətrafınızda 

min  cür  naxışla  yaradılmış  canlı‐cansız  aləmin  sizlərə  heçmi 

dəxli yoxdur? Sizə bu xoş günləri, gözəl nemətlərini qismət edəni 

unutmaqla nə qədər haqlısınız? Bir gün hamı kimi axirətə qovu‐

şacağınızı, orada da əbədi dost olaraq qalmağınızı istəməzdiniz‐

mi? Bəlkə, elə bunu düşünməyinizi, ətrafdakı gözəllikləri görmə‐

yinizi istəməyən biridir sizə şərab içirdən? Şeytan... 

Yaşar onun sözünü kəsdi: 

–  Qardaşoğlu,  mən  başa  düşdüm,  sən  bizi  namaza  oturt‐

maq istəyirsən. Bu keçməz... Arağı deyirsənsə, onu tərgizə bilə‐

rik, – o da, ən azından sizin evdə – amma dizlərimi yerə qoyub 

yalvarmağı isə mən şəxsən bacarmaram və etmərəm. Allaha de, 

bizə dəyməsin, bizim də onunla işimiz yoxdu... 

–  Yaşar  əmi,  əgər  sizə  desələr  ki,  zalım,  qüdrətli,  var‐ 

dövlətli  birinin  qarşısında  diz  çök,  onda  üsyan  qaldıraram, 

əvəzinizə  özüm  onun  dizlərinə  qapanaram.  Amma  qarşısında 

diz çökdüyün sənin valideynlərini, bütün sevdiklərini və sevən‐



408 

 

lərini yoxdan var edən, bir gün də sizlərin əlindən almağa qadir 



olan,  qarşısında  biçarə  qaldığınız  adil  Allahdırsa,  onda  onun 

qarşısında diz çökmək şərəfdir. Atam xəstələnib reanimasiyada 

yatarkən,  biriniz  dara  düşərkən,  hər  yerdən  əliniz  üzüləndə 

sığındığınız, yalvardığınız Allahı bir yada sala bilərsinizmi? Nə 

vaxt  sizin  yalvarışlarınızı,  ona  uzanan  əllərinizi  boş  qaytarıb? 

Ata,  özün  o  gün  demirdinmi  ki,  Ünzilənin  dili  qatlananda 

ölümlə  üz‐üzə  gəlmişdin,  Allaha  elə  yalvarmışdın  ki,  nəvənə 

qıymayıb  qonşudan  başqa  birini  qurban  aparmışdı..?  Yaxşı,  o 

ölüm sabah yenə də qapınızı kəsdirəndə bax siz hamınız nə ca‐

vab verəcəksiniz? – Kənan bütöv hakimiyyəti əlinə almışdı. 

Yaşar mənə sarı döndü: 

– Sən yuxu da görürsən? 

– Dəhşətli yuxu  idi,  bəlkə də heç yuxu deyildi –  tam həqi‐

qət idi... – dedim. 

Afət: 

– Danış, qoy hamı bilsin... 



–  Əslində  tez‐tez  yuxu  görən  deyiləm.  Axşam gördüyü‐

mü də səhər açılanda xatırlamıram. Amma bu yuxu dəhşət idi... 

Kənan gələn günün səhəri idi. O qədər dini söhbətlər etmişdik 

ki, beynim qaynar qazana dönmüşdü. Həmin gecə bu dünyaya 

aid olmayan bir əzab yaşadım və bu əzabı heç vaxt unutmaram. 

Yuxu  məni  əməlli  başlı  qorxutmuşdu. Ölüm şərbətinin dadı 

hələ də dodaqlarımdadır... 

Yaşar: 


–  Ə,  di  tez  ol,  ürəyimizi  üzmə,  danış  görək!  Mən  də  onu 

demək  istəyirəm  ki,  Kənan  bir  az  da  dindən  danışsa  bizim  də 

başımız paltaryuyan maşına dönəcək... 

Hamının  diqqəti  məndəydi.  Yuxum  yenidən  kino  lenti 

kimi gözümün önündə canlanırdı... 

 

 




409 

 

* * * 



 

–  Cin  vuran  adam  kimi  yuxudan  dik  atıldım.  Sanki,  məni 

boğanın əlləri hələ də xirtdəyimdə idi. Boyun‐boğazımı hövkə‐

lədim. Soyuq tərin içindəydim. Çarpayımda oturdum. “Sübha‐

nəkə”mi  oxuyub  çəkələyimi  ayağıma  geydim.  Zala  düşdüm. 

Soyuducunun  qapısını  açıb  stəkanımı  buz  kimi  su  ilə  doldur‐

dum.  Suyu  birbaşa  başıma  çəkdim.  Dadı  başqa  cür  idi  –  bu 

dünyadan olmayan başqa bir şərbət dadı...  Stəkanı yenə doldu‐

rub yataq otağıma qayıtdım. Alatoranlıqda birinin çarpayımda 

uzandığını gördüm. Gözlərimi xeyli ovdum – bu yuxu deyildi. 

Soruşdum – “Kimsən?”, dedi – “Ölüm!”. “Demək gəldin, hə?” – 

tezliklə gələcəyini onsuz da bilirdim. “Hə, yaxın gəl!” – yorğanı 

qaldırıb  qucağını  açdı.  Arxamdakı  qapı  yox  olmuş,  yanlarım 

divarlarla hörülmüşdü, ancaq bir yolum vardı – qabağa, – ölü‐

mün qucağına gedən yol. Nə soyuqmuş ölümün qucağı... Sanki, 

dünyanın  bütün  yükü  çiynimdəydi,  çox  yorğundum,  başım 

keyimişdi.  O  an  ölümü  çox  haqsız,  insafsız,  məhrəmətsiz  gör‐

düm, ölümün amansız olduğunu bildim. Övladlarımla, sevdik‐

lərimlə  halallaşmadan, sizlərlə  vidalaşmadan  ölümlə  yola  düş‐

məkmi  olar?  Topuğum  onun  soyuq  baldırına  toxunanda  üşü‐

düm, dilimin altında, – “Əüzi billahi minəş‐şeytanir‐rəcim, bis‐

milləhi‐rəh‐mani‐rəhim...” – pıçıldadım. Gülümsündü: 

– “Şeytanmı sandın məni?”. Gözümü döydüm, cavab ver‐

mədim.  Şeytan  olsaydı,  bu  duanın  təsirindən  məndən  əlli  min 

kilometr  uzaq  qaçmalıydı  –  Durna  nənəm  eyzan  belə  deyirdi. 

Səssizliyin zil səsi otağa hakim kəsildi. Hiss edirdim ki, ürəyim‐

də  tutduğumu  dərhal  oxuya  bilir.  Əməl  kitabımın  hansı  əlimə 

veriləcəyinin həyəcanını yaşadım, – “Allahım, sağmıydı, ya sol‐

muydu,  bunun  hansı  cənnət  işarəsiydi”?  Beynimin  yerinə  sa‐

man  doldurulduğunu  görür,  həyatımın  batareya  daşı  kimi  tü‐




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə