Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə134/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   130   131   132   133   134   135   136   137   ...   144

410 

 

kəndiyinə baxırdım. Ürəyimdən keçənləri başa düşə bilmirdim 



– dilimlə ağlım arasındakı əlaqə kəsilmişdi... 

Yazıqlandım, – “Günahım çoxdurmu?” – soruşdum. “Sən‐

cə?” – o da soruşdu. “Yaddaşım itib, heç nə xatırlamıram, ürə‐

yimi hiss eləmirəm, qaranlıqdan başqa heç nə seçmirəm. Bu bir 

yuxudurmu?” – dedim. 

–  Qaranlıq  –  rənglərin  şahı!  Sənə  şüur  və  ömür  verilən  anı 

xatırlatsam, gördüklərinin yuxu olmadığını qəbul edəcəksənmi? 

–... 


–  Həyatının  başlanğıcını  indi  o  müdhiş  qara  rəngdə  görə‐

cəksən. Qədərini sənə əvvəlcədən göstərib, gözünün qarşısında 

səni  eşqlə  yaradan  Allahı  görəcəksən  indi.  Onun  sənə,  –  “Bax 

və  gör”,  –  dediyini  indi  xatırlayacaqsan.  Bu  gördüklərin,  Alla‐

hın sənə vəd etdiyi ölüm anıdır, Allahın dərgahına müdhiş qara 

rəngdə dönməkdir. 

– Məni qorxutmaqla özünü çox yorma, səni çoxdan gözlə‐

yirdim...  Yalnız  hafizəmi  özümə  qaytar  –  dedim.  “Ölmək  öl‐

məkdir,  xırıldamaq  nədir...”,  –  kişi  kimi  ölmək  qərarına  gəl‐

mişdim. 


– Şüuru olmayanın hafizəsi də olmaz, nə Allahı xatırlayar, 

nə də onun zülmət sirrini. Sənin hafizən silinir indi – dedi. 

– İnsan, heç görmədiyi üzü necə xatırlaya bilər axı? Tanrını 

nə vaxtsa görmüşəmsə,  onda  niyə  özünü  unutdurub mənə? – 

azca ürəklənmişdim. 

–  Allahı  günahkarmı  çıxaracaqsan?  Onu  unutduğunu  tanrı 

özü sənə xatırladacaq indi. Onda bu nuru gördüyünü xatırlaya‐

caqsan. Sən doğulmamışdan qabaq arxada qoyduğun sonsuz za‐

manı  xatırlayacaqsan.  Ölümdən  sonra  da  o  zamanın  bitib‐  tü‐

kənməyəcəyindən  əmin  olacaqsan.  İndi  sənin  həyat  qatarın  qa‐

ranlıq tunelə girəcək, sonra tunel bitəcək, sən isə dövr edən həya‐

tın əbədiyyət hissəsini yaşamağa davam edəcəksən. O qatar səni 




411 

 

ya cənnətə, ya da cəhənnəmə aparacaq – bu səhnə çox tanış gə‐



lirdi mənə, nə vaxtsa eşitmişəm, ya da oxumuşam bunları. Söh‐

bətcilliyinə  sevindim  –  Loğman  kimi  ömür  qazanırdım.  Amma, 

birdən gözlərimi yumub şüurumda aydın əkslər görürəm.  

Ucu‐bucağı görünməyən insan növbəsidir. Növbə, yaşlı bir 

kişiyə  çatır.  Tanrı  qocanı  yanına  çağırır.  “Aman  Allahım,  bu 

qoca ki, mən özüməm!” – deyə heyrətlənirəm... 593 yaşında ol‐

sam da, uşaq kimi sevincək yaxınlaşıb ehtiramla Allahın üzünə 

gülümsünürəm,  tapşırıq  əmrini  almağa  hazır  əsgər  kimi  şax 

durmuşam, yolçuluğa hazıram. Mehribanlıqla mənim üçün ha‐

zırlanmış  tabutabənzər  qəlibə  işarə  edir.  Fani  dünyada  məni 

gözləyən anları tam dolğunluğu ilə qısa vaxtda özümə göstərir. 

Hər  şeyin  xırda  detallarınadək  yaddaşımın  altına  yazıldığını 

görürəm. Tanrı üzümə gülümsünüb – “Həyatın mənalı keçəcək 

və savablarla doludur, kaş ki, qisməti qaçırmayasan, imanı ba‐

da verməyəsən” – dedi. İndi ağlıma gəlir ki, niyə insan heç ya‐

şamadığı, görmədiyi anları, üzləri görür yuxuda. Pavlov tama‐

milə səhv izah edib yuxunu. Yuxu, tanrı qatında beynimizə ya‐

zılmış həmin “olacaqların” göz qabağına gəlməsidir. Yuxu faza‐

sında  ürəyin  və  tənəffüsün  fəaliyyəti  “dayandığı”  zaman,  gör‐

mə üzvü də geriyə çevrilir və bu dəfə beyinin içindəkiləri gör‐

məyi  bacarır.  Göz,  yuxuda  beyinlə  çölü  deyil,  bu  dəfə  beynin 

altına  yazılanları  görür.  Bax,  məncə  budur  yuxugörmənin  ger‐

çək məğzi. Sadəcə bu vaxt gözlə deyil, beyinlə görürsən, çünki 

göz yumulu olur. Bəlkə də biz yatarkən, Allah gözlərimizi ona 

görə  yumur  ki,  əbədiyyətin  bu  sirri  faş  olmasın.  Sabah  da  açı‐

landa  gördüklərimizi  normal  görmə  orqanı  ilə  görmədiyimiz 

üçün  yuxumuza  inanmırıq  və  ya  bir  əl  yuxarıdan  onu  hafizə‐

mizdən silir. 

Kənardan  bizə  tamaşa  edən  iblis  adımı  soruşur,  –  “Fər‐

had”, deyirəm. Adımı kitabına qeyd edir. Sonra qasığından bir 

çəngə murdar tük qoparıb sol əlimə verir. Tanrı şüurumu kilid‐



412 

 

ləyib məni iç divarı qan damarları və seliklə dolu qəlibə qoyma‐



ğı  tapşırır.  Kiçilib‐büzüşüb  qəlibə  yerləşirəm.  Sürüşkən  və  qa‐

ranlıq tunelin içiylə  uzun bir yolla  xeyli sürüşürəm. İblisin əli‐

mə verdiyi tükdən yaranan eybəcər qurdlar beynimə hücum çə‐

kib  şüurumu  əmirlər.  Doyduqdan  sonra  isə  yenidən  tük  olub 

başımda bitirlər. Bu tüklər mənə aman vermir – məndən də tez 

böyüyüb yerimi daraldır, məni qıdıqlayır, titrəyib  qurcuxdurur 

və məni “tabut”dan çölə atmağa çalışır... 

Hafizəm qəfil donur. 

– Xatırladınmı? – Ölüm sükutu pozdu. 

– Hə... – dedim.  

– Xatırlayırsansa, demək nə vaxtsa görmüsən. Düzdürmü? 

– Hə... 


–    Demək,  xatırlamadıqlarını  gördün...  Burdan  o  yana, 

yaşadıqlarını yazan mələklər sənin məşhərə çəkiləcəyin gün şa‐

hidlərin olacaqlar. Onlar hər şeyi film kimi tanrıya göstərəcək‐

lər. Və sən də onlarla birlikdə ömrünə tamaşa edib ya təriflənə‐

cək, ya da xəcil olacaqsan. 

Dünyasını dəyişmiş yaxınlarımı köməyə çağırmaq istədim, 

ancaq heç birinin adını da yadıma sala bilmədim. Ağlım saman 

çöplərinə  dolaşa‐dolaşa  informasiya  axtarırdı.  Birdən  səsim  də 

batdı... 

“Ata!”  –  arxadakı  qapı  olacaq  yerdən  qızım  Durnanın  hə‐

yəcanlı  və  aramsız  bağırtısını  ikimiz  də  eşidirdik.  Qızım  təlaş 

içindəydi, – “Ata, tez ol, tələs, Ünzilə dilini yenə uddu!” Yalva‐

rış dolu nəzərlə ona baxdım, – “Bircə balalarıma dəymə, uşaq‐

lar qorxarlar, nəvəmin dilini ancaq mən çıxara bilirəm – dili qat‐

lanıb  yenə.  Yalvarıram,  imkan  ver  xilas  edim,  ölməyə  qoyma 

nəvəmi...”.  

–  Bəs  əməl  dəftərinə  baxmaq  istəmirsənmi?  –  deyə  dilucu 

soruşdu.  




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə