Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə131/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   127   128   129   130   131   132   133   134   ...   144

400 

 

Bir  gün  “roman”ın  vərəqləri  hardansa  Baharın  əlinə  keç‐



mişdi.  Rəngli  karandaşla  vərəqlərin  hamısını  tək  çəkməyi  ba‐

cardığı qırmızı ürək və sarı günəş şəkillərilə doldurmuşdu. Əli‐

mə  girəvə  düşmüşdü  –  dirəndim  və  özümü  naza  qoydum,  ağ 

vərəqə yazdım ki, – “Roman bitdi! Son!”. Dilbər “gündəlik öpüş 

norması”nı  verməyə  gəlmişdi  –  o,  hər  gün  gəlib  yazdığım  və‐

rəqi  oxuyar,  ya  yeni  düzəlişlər  təklif  edər,  ya  da  bəyənərdisə, 

yorulunca məni öpərdi. Bu dəfə vərəqə yazdıqlarımı görüb cin 

atına mindi: 

– Nə son, belə yerdə son olar!? 

– Dilbərim, daha istəmirəm “Nobeli”! Bizim bu roman, lap  

uşaqların    “evcik‐evcik”  oyununa    döndü.    Bu  qədər  bəs  edər, 

romana qəmli bir sonluq fikirləş və özün də bitir əsəri – dedim. 

“Əsərə bax da”, – özümün də gülməyim gəlirdi bu cızmaqara‐

larımıza. 

Sir‐sifətini  eybəcər  hala  saldı,  hikkəylə,  –  “Onda  bir  də 

mansarda qalxmayacağam!” – dedi. 

–  Yorulmuşam,  daha  yaza  bilmirəm...  Mən  oynamıram!  – 

dedim. 


–  Demək  öpüşlərimdən  iyrənmisən,  hə?  Daha  məni  istə‐

mirsən... – küsdü. 

–  Sənin  öpüşlərindir  məni  sabahkı  günə  ruhlandıran,  Dil‐

bərim. Amma beynim yorulub, ta yaza bilmirəm. Heç olmazsa 

həftəyə üç vərəq olsaydı yenə dərdyarı olardı... 

–  Yaxşı... Onda məni görmək istəsən, gündə üç  vərəq yaz‐

mayınca qulağının dibini görərsən. Öpüşün şitini‐şorunu çıxar‐

dıq  –  qoy  dodaqlarımız  bir  az  dincəlsin...  Öpüşlər  bu  gündən 

dayandırıldı! 

Otaqdan çıxmaq istəyəndə biləyindən tutdum: 

– Dəli keçim, söz ver ki, hər açılan günəşi sənin  öpüşünlə 

qarşılayacağam. 

– Yazacaqsan? – rəsmi hirsliydi. 



401 

 

– Ağzım nədir yazmayam... – mum kimi yumşaldım. 



–  Onda söz deyil, and içirəm – hər sabah səni öpüşlə yu‐

xudan  oyadacağam.  Hər  gün  mənimlə  sevginin  dadına  doya‐

caqsan, xoşbəxtliyi ciyərlərinə çəkəcəksən. 

– Xoşbəxtlik bax buna deyərlər.  

– Biz xoşbəxtik, Qaqaş... 

– Xoşbəxtik, Allah hamını xoşbəxt eləsin. 

–  Amin...  Sevgi  və  xoşbəxtlik  başdan‐başa  əzabdır,  bunu 

bilirdinmi? Xoşbəxt olmaq üçün əzab çəkməyi öyrənmək lazım‐

dır. Sevgini verməyi bacarandır xoşbəxt insan, kim ki sevgi tə‐

ləb edir, o insan sevgiyə tamarzı qalacaqdır. 

–  Ay səni, çoxbilmiş! Oxuduğun kitablar axırda sənin başı‐

nı xarab edəcək – onu sinəmə sıxdım... Yüngülvari çək‐çevirdən 

sonra “əsər”ə davam etməyi və bitirməyi boynuma qoydu. 

...Növbəti  günün  sübhü  yenə  zarıncı  xəstə  kimi  hıqqına‐ 

hıqqına  açılırdı.  Dənizin  duman‐çisi  belə  xoruzları  aldada  bil‐

məmişdi.  Xoruzun  ilk  banı  ilə  birlikdə  otağımın  qapısı  açıldı, 

gələn Dilbər idi. Dəcəlliyini uzun müddət idi ki, yadırğamışdı. 

Yorğanımı  qaldırıb  yanımda  oturdu.  Bizə  köçəndən  bəri  cəmi 

bir  neçə  dəfə  yaxınlıq  etmişdik,  o  da  əlüstü  və  tələm‐tələsik  – 

hər dəfə Afətin yuxuya getməyini həsrətlə gözləmişdik. Dilbər 

indi çay gətirmək adıyla mansarddakı ofisimə çıxmışdı. Dünən 

verdiyim  sözü  tutub‐tutmadığımı  yoxlamaq  üçün  vərəqləri 

yoxladı. Ondan xoşbəxtlik qoxusu gəlirdi. 

–  İnsafsız,  xəbərin  varmı  ki,  romanımızın  86  səhifəsini  sə‐

nin öpüşün olmadan yazmışam? – dedim. 

– Əvəzini ödəməyə gəlmişəm, dəli... – səssizcə pıçıldadı və 

qucağıma uzandı. 

– Neçənci səhifədəsən? – soruşdu. 

– 410‐cu. 

– 410‐dan 500‐dək olan səhifələri “yazmağa” başlayaqmı? 

– O boyda roman olar? 



402 

 

– Hələ ondan da artıq olar. 



– Dəli keçi... 

Alt mərtəbədə şirin yuxuda olan arvadımı xaincəsinə unu‐

daraq  ciyərparəmi  bağrıma  basdım.  Evimizin  mansardı  “sevgi 

ləpələriylə yırğalanırdı”... 

Günəşi  mənim  çarpayımda  Dilbərlə  birlikdə  qarşıladıq. 

Çarpayıdan  qalxıb  alt  mərtəbəyə  endik.  Süfrə  artıq  hazır  idi. 

Afət  qaynamış  yumurtaları  stolun  üstünə  düzürdü.  Yaxınlaşıb 

yanağından  öpdüm  (bilirəm  ki,  bu  üzrxahlığımı  səmimi  qəbul 

edəcəkdir), o da Dilbərlə öpüşdü. 

...Başa  düşürəm,  “bir  əldə  iki  qarpız  saxlamaq”  mümkün 

deyil,  evli  adamın  birini  dəlicəsinə  sevməsi  də  normal  sayıla 

bilməz. Hələ, “qocalıqda‐yorğalığa” isə heç bəraət qazandırmaq 

olmaz.  Görəsən  məni  başa  düşən  adam  tapılarmı?  Sevginin 

böyük  qüvvə  olduğuna  inanmayan  adam  axmaq  insandır. 

Sevgi, bütün istək və planları cəfəngiyyata çevirməyə qadir ye‐

ganə  nəsnədir.  Mənimsə  ən  böyük  uğurum,  bu  sevgini  şəraitə 

uyğun  qiymətləndirməyi  bacaran  yaxınlarımın  olmasıdır.  Afə‐

tin yanındakı üzqaralığımı mənə xatırladan yeganə şey, hər də‐

fə Dilbərlə növbəti xəlvəti görüşümüz olurdu. Onunla nə qədər 

günaha batırdımsa, Afətə onqat artıq bağlanırdım. 

Dilbər  bizə  yerləşəndən  sonra  məni  Bakıdakı  ofisə  çəkən 

bir  şey  qalmamışdı.  Düzü,  məşğul  olacaq  elə  bir  ciddi  işim  də 

yox idi, bütün işləri Baysal sərbəstcə idarə edə bilirdi. Odur ki, 

mansarddakı ofisim vaxtımı ən  çox  keçirdiyim yer  idi.  Afət 

bura  heç  qalxmazdı.  Bilirdim  ki,  bu  guşənişin  məkanı  Dilbərlə 

mənə ayırıb. Bir söz soruşmalı olsa və ya yemək vaxtı olanda da 

arxamca Dilbəri göndərərdi. Bir də, anası divar kağızlarını yaz‐

dığına görə  danlayanda rahat şəkil çəkmək üçün arada‐bərədə 

Bahar  özünü  bura  verirdi.  Mansardda  Dilbərlə  özümü  sərbəst 

hiss edirdim. Di gəl ki, Dilbər dəqiqəbaşı buraya çıxmağa həvəs 

göstərməzdi,  –  “Bura  qalxanda  bilirəm  ki,  Afət  nə  üçün  qalx‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə