Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə127/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   123   124   125   126   127   128   129   130   ...   144

387 

 

– “Oğlumun qayınatası alıb!”. Yox bir, Allah öldürmüşdü səni, 



al çax atanın qəbrinə, sonra da as vərəm xəstəsi olan arvadının 

boynuna, it köpəyoğlu! 

– Ana, günahdı dediklərin, ağlın çaşıb sənin. Axı onun pis 

bir niyyəti yoxdur. 

– Pis niyyəti yoxdursa, almasın! Mən brilyant taxmaq istə‐

mirəm,  mən  boynuma  kəndir  keçirib  özümü  asmaq  istəyirəm. 

Artıq  mənim  sən  adda  oğlum  yoxdur!  Sən  biqeyrətin  təkisən, 

rədd ol arvadının yanına, cah‐cəlallı qayınata evinə! 

Yox, mən bu kini, nifrəti söndürəcək səbrdə deyiləm. Qar‐

daşlarımı  yanıma  alıb  dənizkənarı  boyunca  gəzməyə  çıxdım. 

Qoy  anam  bir  qədər  tək  qalıb  özünə  gəlsin,  sonra  qayıdıb  ye‐

nidən daha sakit söhbət edərik. 

...Qardaşlarım  günbəgün  böyüyürdülər.  Cahid  axırıncı  si‐

nifdə,  Mahir  isə  7‐ci  sinifdə  oxuyurdu.  Cahid  çox  qaraqabaq, 

hər  şeyə  tez  inanan  uşaqdır.  İçimizdə  atama  çəkən  də  odur. 

Yaxşı oxuyur, hərbçi olmaq arzusundadır – bilirəm ki, atamızın 

qisasını  ermənilərdən  almaq  istəyir.  Çox  kinlidir  və  qapalı 

uşaqdır. Mahir isə tam əksinə, deyib‐gülməyi, əylənməyi sevir. 

Ən  çox  sevdiyi  insan  isə  Durna  idi.  Hər  dəfə  anam  coşanda 

Durnanın ilk müdafiəsinə qalxan elə Mahir olurdu. Ancaq əlin‐

dən bir şey gəlməyəndə göz yaşlarına güc verirdi. Çox duyğulu 

və həssas uşaqdı. Axır vaxtlar anama qarşı bir aqressiya yaran‐

mışdı  onda.  Dilində  şirin  qüsuru  vardı  –  sanki,  uşaqlığından 

tam ayrıla bilməmişdi. 

Dənizkənarı qumluqda balıqqulaqlarını təpikləyirdik. San‐

ki bir‐birimizlə küsülüydük, danışmağa utanırdıq. Söhbətə Ma‐

hir başladı: 

– Qaqa, Durna bacı bizdən çıxıb gedəcək? 

– Niyə gedir ki, qaqa? – soruşdum. 

–  Anam  onun  getməyini  istəyir  axı...  Əgər  getsə,  mən  də 

onunla gedəcəyəm. 



388 

 

Cahid də bizə qoşuldu: 



– Həmin günü məni də bir daha görməyəcəksiniz! 

– Sən hara gedirsən bəs..? – soruşdum. 

–  Dəmiryolu vağzalında yük daşıyıb  başımın  çarəsinə baxa‐

ram. Bu qədər kin və nifrətlə dolu bir evdə yaşaya bilmərəm. Ana‐

mın Durna bacı haqqında dediklərilə heç cür razı deyiləm, amma 

sənə  elə  gəlmir  ki,  ailəmizi  başına  toplayıb  yumruğunu  stola 

vurmaqda ləngiyirsən? Başa düşürəm, bir ailə kimi ayrı yaşamaq 

sizin haqqınızdır, amma bizə də bir ailə başçısı lazımdır, ya yox? 

Sən  varkən,  mən  bunu  edə  bilmərəm,  həm  də  buna  hələ  hazır 

deyiləm.  Ancaq  nəsə  bir  çıxış  yolu  olmalıdır.  Evimizə  pul,  bizə 

pal‐paltar,  bazarlıq  etməklə  deyil,  həm  də  süfrəmizin  başında 

atam yerində olan böyük qardaşımızı da görmək bizim haqqımız‐

dır. Bax bunda anama bir qədər haqq qazandırıram. Ancaq Durna 

bacının “getməsi” məsələsini yığışdırın. Hər şey bir tərəfə, o bizim 

bacımız  olmaqla,  həm  də  atamızın  dostunun  qızıdır.  Bağışla  ki, 

başımdan yekə danışıram, ancaq səninlə o vaxt düşmən olaram ki, 

Durna bacımın qəlbinə toxuna biləcək hərəkət edəsən! 

Cavid  son  sözündən  sıxılıb,  bəlkə  də  doluxsunub  başını 

aşağı dikdi. Ürəyimdə qardaşlarımla fəxr edirdim. Qolumu Ma‐

hirin çiyninə qoyub Cavidin üzünü “çimdiklədim”: 

– Sən nə vaxt öyrənmisən bu cür kişi‐kişi danışmağı? Onda 

köməkləşib bu işi birlikdə yoluna qoyarıq. Düzdür, ailəmizi bir 

yerə toplayıb yenə əvvəlki kimi mehriban yaşamalıyıq. 

Gecə anamgildə yatdım. Səhər, bütün şəhərcik qatı duman 

içindəydi.  O  qədər  duman  və  rütubət  vardı  ki,  sübh,  çətin  do‐

ğan  qadınlar  kimi  güclə  açılırdı.  Xurd‐xəşil  olmuş  maşınıma 

baxdım, başımı buladım. Anam evin dalına keçib məndən giz‐

ləndi. Tikintidə iş icraçısı işləyən Ramalın “Jiquli” maşınını gö‐

türdüm – “Uşaqları evə gətirib maşını qaytaracağam”, – dedim. 

Yola  çıxdım,  bütün  maşınlar  duman  faralarını  yandırmışdı  – 

maşının  beş  metr  qabağını  görmək  olmurdu.  Sahil  qəsəbəsinə 



389 

 

doğru  yol  aldım.  “20‐ci  sahə”nin  dairəvi  döngəsində  qarşıma 



qəfil bir adam çıxdı, tormozu nə qədər basdımsa da maşın da‐

yanmadı.  Maşın  adamın  üstündən  keçəndə  ləngər  vurdu.  Bu‐

ludlu  dünya  başıma  çökdü.  Maşını  saxlayıb  yerə  atıldım.  Tə‐

kərlər  onun  ayaqları  üstündən  keçmişdi.  Yaxındakı  adamlarla 

köməkləşib onu maşına qoyduq və Musa Nağıyev adına xəstə‐

xanaya apardıq. Yolda Sabir əmiyə  zəng vurdum, qəza barədə 

ona xəbər verdim. Biz xəstəxanaya çatarkən Sabir əmi artıq bizi 

gözləyirdi.  Xəstəni  təcili  olaraq  reanimasiyaya  qəbul  etdilər.  İt 

kimi  qorxmuşdum. Yaralının öləcəyini ağlımdan keçirəndə az 

qalırdım başımı divara çırpıb partladam. Sabir əmi nə qədər tə‐

səlli  versə  də,  hirsimi  cilovlaya  bilmirdim,  divarı  yumruqlayıb 

dururdum. Hadisənin səbəbkarı anam idi, bu saat qarşıma çıx‐

sa, ona dişimin dibindən çıxanı deyərdim... 

Həkim reanimasiya otağından təxminən yarım saatdan son‐

ra çıxdı. Hövlnak onun üstünə cumdum – “Yaşayacaq, həkim?”. 

“Hə”,  –  dedi.  Ürəyim  yerinə  gəldi.  “Amma  vəziyyəti  ağırdır, 

çanaq sümüyü, iki baldır sümüyü sınıb, sidik kisəsi sıxılıb. Mü‐

təxəssis  çağırmışıq,  indi  əməliyyata  başlayacağıq”  –  dedi.  Bu 

heyndə  polis  əməkdaşları  gəldi.  Vəziyyəti  öyrənib,  mənə  dair 

qeydləri  götürdülər,  sonra  rəhbərlərinə  məlumat  verdilər  – 

“Yaralı  ölməyib,  vəziyyəti  ağır  sabitdir,  cərrahiyyə  əməliyyatını 

gözləyirlər”.  Məni  şöbəyə  aparmaq  istədilər,  ancaq  Sabir  əmi 

israrla  dedi:    “Qoy  xəstənin  yaxınları  gəlsin,  sonra  özü  gələr  – 

sonra  deyərlər  ki,  maşınla  vurub  qaçıb”.  Heç  yana  qaçmayaca‐

ğım barədə dilimdən iltizam aldılar və getdilər. Heç bir saat keç‐

məmişdi  ki,  xəstənin  yaxınları  hay‐küylə  dəhlizə  daxil  oldular. 

Gələnlər,  xəstənin  həyat  yoldaşı  və  qardaşı  idi.  Məni  buradaca 

öldürəcəklərindən qorxdum – çox qeyzlənmişdilər. Sabir əmi əsl 

ağsaqqallar kimi özünü qabağa verib onları sakitləşdirdi. 

–  Qəzadır,  qatı  duman  olduğundan  sürücü  qabağı  görə 

bilməyib, maşın da nasaz olduğundan saxlaya bilməyib qarda‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə