Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə40/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   36   37   38   39   40   41   42   43   ...   144

125 

 

rini soruşduq, cavab  verəcək halları  yox idi – zombi kimi göz‐



lərini döyüb məlul‐məlul adamın sifətinə baxırdılar. Hələ uşaq‐

kən,  kəvşəndəki  quru  qamışlığa  od  vurardıq.  Məqsədimiz, 

qovalayıb tülkü tutmaq idi. Tüstüdə boğulan, alovdan qorxmuş 

tülkülər  qamışlıqdan  çıxıb,  təntimiş  halda  sağa‐sola  boylanar‐

dılar. Yazıqlar o qədər devikərdilər ki, onları asanca qovub tuta 

bilirdik.  İndi  bu  insanların  təlaş  və  çarəsizliyi  mənə  eynən  o 

tülkünün vəziyyətini xatırladırdı. 

Xanlığa  çatdıq...  Damarlarda  qanımızı  donduracaq  bir 

mənzərənin  şahidi  olduq.  Erməni  və  bizim  tanklar  üz‐üzə  da‐

yanmış,  dinc  əhali  qorxu  ilə  bu  sıraların  arasından    keçirdilər. 

Hərdən ermənilər havaya avtomatdan atəş açmaqla dinc adam‐

ları  qorxudur,  səbirsizliklə  növbəti  qələbənin  şadyanalığına 

tələsirdilər.  Tərəflər,  dinc  əhalinin  köçürülməsinə  şərait 

yaratmaq üçün razılığa gəlmişdilər. Bu, ermənilərin müsəlman‐

lara  son  “yaxşılığı”  idi.  Xocalı  qətliamından  sonra  görünür  bir 

qədər  qandan  doymuşdular,  ya  da  ağsaqqallarından,  –  “Bir  az 

ağıllı  olun”,  –  tapşırığı  almışdılar.  Buradakı  dinc  əhalinin 

əksəriyyəti  Qubadlıdan  idi.  Camaatımızın  yarısının  İrana  adla‐

dığını  öyrənə  bildik.  Tanış‐bilişlərdən,  kimdən  soruşdumsa  da 

yenə  bizimkiləri  görən  olmadı.  Bir  döyüşçü  kimi  gördüyümüz 

mənzərələrdən  zəlil  hala  düşmüşdük.  Yolda,  təkəri  “səkkiz 

yaza‐yaza” gedən ekskovatorun çalovunda yumaq kimi büzüş‐

müş  qoca  bir  qarının  görkəmi  Sabiri  hönkür‐hönkür  ağlatdı. 

İçərisi ağzınadək təpili olan kabinədəkiləri göstərib, – “Gör vic‐

dansızlar yazıq qarını hara qoyublar?”... – dedi. 

Nağı: 


– Əsl qiyamət günüdür, qardaş. Övlad anadan əziz olub... 

Bircə yol qalır, Arazı keçib İrana adlayıblar. 

–  Ya  da  ki,  əsir  düşüblər,  ya  da  özlərini  öldürüblər  –  de‐

dim. “Ermənilər öldürüb”– deməyə dilim gəlmədi, bunu namu‐

sum qəbul etmədi... 



126 

 

Başqa yolumuz yox idi, irəliyə getmək əsir düşmək demək 



idi.  “Allaha  təvəkkül”–  deyib  əlacsız  Beyləqana  yollanmağı 

qərara aldıq.  Deyirdilər ki, İrana keçənlər  burada  bizim  tərəfə 

təhvil  verilirlər.  Burada  da  tapa  bilmədik.  Yenidən  İmişliyə 

gəldik,  yanımızdan  ötüb  çadırlarda  məskunlaşa  biləcəklərinə 

ümid edirdik. Bütün çadırları gözdən keçirdik, hər komalaşmış 

dəstədən  soruşduq.  Artıq  gözümüzdə  ixtiyarsız  yaş  damlaları 

gilələnirdi.  Günahsız  adamların  tükürpədici  halları,  öz  vətən‐

lərində  bəy‐xan  kimi  yaşayan  insanların  suya  düşmüş  cücələr 

kimi dərddən büzüşməsi adamın bağrını yarırdı. Dəmirçilərdən 

olan  Xansuvar  kişini  tanıdım,  sevincimin  həddi  hüdudu  yox 

idi.  Öpdüm,  boynunu  qucaqladım.  Kişi  sanki  iflic  olmuşdu, 

gözünün  yaşı  qurumuş  və  puçuluq  bağlamışdı.  Xansuvar  ata‐

mın dostuydu, bizə tez‐tez gələrdi. Özümü Xansuvardan 30 yaş 

böyük hiss elədim, insan nə qədər cılızlaşarmış, ilahi... 

– Bizimkilərdən xəbər tuta bilmirəm, Xansuvar əmi, görüb 

eləməmisən? – soruşdum. 

Qəhərdən  Xansuvarın  ovurdları  şişdi,  “puf”uldadı,  ağzın‐

dan selik axdı, pencəyinin kirli qoluyla ağzını silib başını aşağı 

dikdi: 

–  Evinizin  üstündən  keçəndə  yolun  kənarındaydılar.  Qa‐



baqdakılardan heç kim maşını saxlamırdı. Bizim maşın yorğan‐

döşəklə doluydu, üstündə də 25‐30 nəfər adam. Kabinanın hər 

qapısından 2‐3 nəfər yapışmışdı. Mən kuzovun üstündə oturub 

kabinanın  qabaq  taxtasından  yapışmışdım.  Ağəlini,  Familə 

bacını  gördüm  və  kabinanı  döyəclədim.  Sürücümüz  maşını 

yavaşıtdı  ki,  sizinkilər  də  minsin.  Kuzovun  arxasındakılar  da 

anana  əl  atdılar  ki,  kuzova  minə  bilsin.  Sürücü  maşına  birdən 

qaz verəndə anan və onun əlindən yapışan cavan oğlan ikisi də 

asfaltın  üstünə  düşdülər.  Oğlan  yenidən  qaçıb  maşına  mindi, 

amma  anan  asfaltın  üstündə  qalmışdı.  Arxadan  gələn  maşın 

sükanı nə qədər döndərdisə də bacarmadı, – təkərin biri ananın 



127 

 

üstündən  keçdi.  Atan  onu  yolun  kənarına  çəkib  yanında 



oturdu... 

Xansuvarın  qurumuş  göz  yaşları  yenidən  işıldadı.  İçini 

çəkə‐çəkə davam elədi: 

– Əlli illik dostumu tək‐tənha buraxıb gəldim. Allah mənə 

lənət eləsin, görüm sabaha sağ çıxmayım. Bişərəfin, nadürüstün 

təkiyəm  mən.  Allah,  mənə  ucuz  bir  ölüm  ver,  qurtar  məni  bu 

rəzillikdən! Boyum‐buxunum yerə girsin! 

Başını uşaq kimi çiynimə qoyub zarıdı: 

– Bağışla məni, bağışla oğul, onsuz da bu vicdan əzabı məni 

çox  yaşamağa  qoymaz.  Allah  bu  müharibəni  başladanlara  lənət 

eləsin,  bu  nə  işdi  düşmüşük.  İnsan  da  bu  qədər  insanlığını  iti‐

rərmi? Heç dostunu darda tək qoyub qaçan alçaq, şərəfsiziydim‐

mi  mən?  Axı  niyə  Allah  həmin  anda  əl‐qolumu,  dilimi  bağladı, 

dostuma kömək edə bilmədim? Gözləri gözümdə qalmışdı Ağa‐

nın,  indi  o  baxışları  necə  unuda  bilərəm  axı?  Hər  gecə  yuxuma 

girib,  –  “Tfu  sənin  qeyrətinə,  sənlə  kəsdiyim  çörəyə  tupurum,  

sən  nə  zəhərli  ilanmışsan!”  –  deməzmi,  deməyə  haqqı  yoxdur‐

mu? Allah, məni Ağəliylə bir də qarşılaşdırma, amanın günüdür, 

heç qarşılaşdırma! – uşaq kimi zarıyırdı. 

Eşitdiklərimdən  yerimdə  süst  qalmışdım,  damarlarımda 

qanım donmuşdu. 

– Əmi, təkərin onun üstünə çıxdığını öz gözünüzlə gördü‐

nüzmü? – deyə Yaşar soruşdu. 

–  Təkərin  altında  qaldığını  gördüm,  çətin  ki,  o  qədər  yü‐

kün altından sağ çıxsın – dedi. 

Artıq  burada  görüləcək  işimiz  qalmamışdı.  Dostlarım  qo‐

luma girdilər. Gözlərim  qaralırdı, ayağımın altını görmürdüm, 

səsləri gurultu kimi eşidir, heç nəyi ayırd edə bilmirdim. Anam 

ölmüş,  atam  da  bundan  sonra  öldürsən  də  onu  tək  qoyub  gəl‐

məz,  –  “Demək  atam  da  əsir  düşüb,  ya  da  özünü  öldürüb”,  – 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə