Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə43/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   39   40   41   42   43   44   45   46   ...   144

134 

 

Nailə  dunyaya  gəldi.  Gözümüzü  açıb  gördük  ki,  qızımız  bö‐



yüyüb, ərə getmək vaxtıdır. Xocamsaxlıdan olan qohumum Əh‐

mədin  oğlu  ilə  evləndirdik.  Mürvət  çox  ağıllı  və  tədbirli,  ailə‐

sinə bağlı, həlim adam idi. 

İlk  nəvəmiz  olanda,  “baba”,  “nənə”  deyib  üstümüzə  qa‐

çanda  Familəylə  dünyanın  ən  xoşbəxt  insanlarıydıq.  Çoxlu 

nəvə, nəticələrimizin xəyallarını necə qurardıq onunla.., qismət 

deyilmiş.  Həyatı  iki  cür  yaşayanlar  var:  birincisi,  həyatda  heç 

bir möcüzənin olmadığına inananlar, ikincisi, həyatda hər şeyin 

möcüzə olduğuna inanaraq yaşayanlar. Familənin bir an içində, 

bir  təsadüf  nəticəsində  dünyasını  dəyişməsi  möcüzəydi  və  bu 

möcüzə məni mat qoyduğundan nə edəcəyimi, mənə üz vermiş 

bu bədbəxtliyin, dərdin miqyasını anlaya bilmirdim. 

 

* * * 


 

Səhər açılırdı. Rayon mərkəzindən seyrək artilleriya səsləri 

gəlirdi.  Heç  kim  gözə  dəymirdi,  daha  yoldan  maşınlar  da 

keçmirdi.  Əsir  düşmək  qorxusu  üstün  gəlməyə  başlamışdı. 

Hamamda meyidi yuyub kəfənlədi. Tövlənin yolağasını sökdü, 

qazmaq  üçün  bel  götürdü.  Yolağanı  daraldıb  vəl  kimi  ulağın 

belinə  bənd  elədi.  Sonra  meyidi  vəlin  üstünə  qoyub  bərkitdi. 

Ulağın  çatısından  tutub  kənd  qəbristanlığına  tərəf  üz  tutdu. 

Qəbristanlıq  kəndin  ən  hündür  yerində  salınmışdı.  Oradan 

kənd  əl  içi  kimi  görünürdü.  Kənd  yolu  ilə  şütüyən  bir  neçə 

erməni tankı və zirehli texnikası Xanlığa tərəf yol almışdı. 

Yanında  ona  təsəlli  verəcək,  “başın  sağ  olsun”  deyəcək 

adamın  olmaması  onu  yaman  sıxırdı.  İnsan,  yaxınları  yanında 

olanda dərdi tez adladır. Sən demə təklikdə də dərd çəkilərmiş, 

həm  də  lap  asan...  Özünə  toxtaqlıq  vermək  üçün  yenə  də 

sevdiyi zikr‐nənnini zümzümə etməyə başladı: 




135 

 

“Allahın gözəl adı, dilimdən getməz dadı, 



Hərə bir “Allah” desə, görməz cəhənnəm odu.  

“Allah” dedim oyandım, baş yastığa dayadım,  

Allah, sənin qorxundan əlvan‐əlvan boyandım. 

Ləiləha illəllah, Muhəmmədən Rəsulullah...” 

 

Başı ağır işə qarışanda, ya da kədərli vaxtlarında oxuyardı 



bu nənnini. 

Ulağı  vəldən  açıb  buraxdı  –  “Get,  vəfalı  dostum,  ən  ağır 

dəqiqələrimdə mənimlə olduğun üçün sənə minnətdaram, səni 

çox incitmişəm, haqqını halal elə, indisə tam azadsan, get, Allah 

amanında ol!”. Ulaq bir qədər aralanıb acgözlüklə əl dəyməmiş 

dəj


42 

qəbristanlıq otuna girişdi. 

Ağəli beli götürüb Durna nənənin yanında məzar qazmağa 

başladı. 

–  Hə..,  Durna  nənəsi  (Fərhadın  dili  ilə  həmişə  “nənəsi” 

deyərdi), Familə səni doğrudan da çox istəyirmiş, səni tək qoy‐

madı, yanına gəlir... İndi doyunca, nə qədər istəyirsiniz qeybət 

eləyin, sizi nə tövləyə, nə ota, nə də xörək bişirməyə göndərən 

olmayacaq...  Çox  deyirdin  ki,  kəndçinin  həyatı  öləndən  sonra 

rahatlanır, di rahat dincəlin... Elə ölümləriniz də bir‐birinizinkinə 

bənzədi,  ikinizin  də  canını  qara  asfalt  aldı.  Görünür  sizə  yola 

çıxmaq  düşmürmüş...  Deyirlər  ruh  Allahdan  izn  alıb,  əvvəllər 

içində  yaşadığı  bədənini  ziyarətə  gəlir.  Məzardakı  qan  və 

iylənmiş su içində acınacaqlı halını görəndə kədərlənib: “Yazıq 

bədənim,  vücudum”  –  deyə  ağlayır...  Amma  sən  Familənin 

əlindən tut gətir, qoy xıncımlanmış bədənini görüb qorxmasın... 

Familə, bir azdan səni torpağa basdıranda möhkəm susayacaq‐

san, şeytan əlində su yanına gəlib, – “Allahı danırsanmı?”– de‐

yə  soruşacaq.  Onda,  –  “Ləiləha  illəllah,  Mühəmmədən  rəsul‐

                                                            

42

 

Xam, əl dəyilməmiş






136 

 

lullah”dan başqa heç nə demə, yoxsa bu qədər zəhmətin hədər 



gedər.  Heç  qorxub  çəkinmə.  Bax,  mələklərin  əlindəki  kağızda 

ikinizin də adı karandaşla dairəyə alınıb. Bilirsən niyə? Cünkü, 

sizə  cənnətin  yuxa  salanları  kimi  ayrıca  guşə  ayıracaqlar, 

mələklər  sizə  kündə  daşıyacaq,  siz  sac  üstündə  yuxa  salmağı 

axirət sakinlərinə öyrədəcəksiniz...  Bilirsiniz, bu saat elə istəyi‐

rəm  ki,  sizin  yanınızda  olam.  Ölümün  bu  qədər  adi  bir  şey 

olduğunu  heç  bilməzdim.  Bəlkə  Allah  məsləhət  bildi,  mən  də 

sizin yanınızda qalası oldum... Allahın altında, bu dəqiqə arxa‐

dan  bir  erməni  məni  güllə  ilə  vuraydı  və  ikimizi  də  bu  qazdı‐

ğım  məzara  atıb  üstümüzü  torpaqlayaydı.  Nə  yaxşı  olardı... 

Bəlkə  özümü  öldürüb  sizə  qovuşum?  Yox,  intihar  günahdı, 

cəhənnəmlikdi... Onsuz da gec‐tez mən də yanınıza gələcəyəm, 

heç  darıxıb  eləməyin.  Bir‐birinizdən  göz‐qulaq  olun...  İnşallah, 

bir‐iki aya qayıdıb məzarınızın üstündə ağac da əkərəm. 

Biləyilə alnının tərini sildi: 

–  Hə,  Familəm  mənim,  adına  layiq  olmasa  da  məzarın 

hazırdı,  daha  yoruldum,  qaza  bilmirəm  –  belin  sapını  sinəsinə 

dirəyib nəfəsini dərdi. – Bu gündən evin buradır, ruhun bizimlə, 

cəsədin isə  burada olacaq.  Tez‐tez  yuxuma  gələrsən, balalarının 

qarşısına  çıxan  bəlalardan  məni  xəbərdar  edərsən.  İndi  isə, 

nənəsi, sən də əllərini üzünə qaldır, əzizimiz Familənin “Yasin”i‐

ni  oxuyaq,  onu  doğulduğu  torpağa  tapşıraq.  Qoy  bizim  də  son 

məzarımız  öz  qəbristanlığımız  olsun.  Allah  bizi  yad  obalarda 

basdırılmaqdan qorusun. Ya Allah.., başlayaq! 

Ağəli “Yasin”i tələsmədən, aramla axıradək oxudu. Salavat 

çevirib,  meyidin  alnından  öpdü:  –  Hə,  əzizim,  ayrılıq  vaxtı 

gəldi,  yerin  behişt,  cənnət  yolçuluğun  mübarək  olsun.  Sağ‐

lığında haqqının halallığını ala bilməmişəm – haqqını halal elə. 

Mən  də  haqqımı  sənə  halal  edirəm.  Dar  günümdə  mənə  həm 

xanımlıq, həm dostluq, həm də bacılıq etmisən. Allah axirətini 

cənnətlə  mükafatlandırsın,  kitabı  sağdan  verilənlərdən  olasan, 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə