Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə45/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   41   42   43   44   45   46   47   48   ...   144

140 

 

rum  mən?”,  –  bir  neçə  dəfə  üflədi,  alınmadı.  Mailin  nəvəsində 



velosiped vardı, deməli nasosu da olmalıdır. Əlində kamer kən‐

din  ayağına  –  Mailin  evinə  yollandı.  Velosiped  pilləkənə  söy‐

kənili qalmışdı, nasos da üstündə. Kameri doldurdu, nasosu da 

özüylə  götürüb  Bərgüşada  yollandı.  Kövşənin  bağ‐bağatları, 

boy  verən  qovaq  ağacları  kəndin  qabağını  almışdı.  Son  dəfə 

dağlara, ətraf ölü kəndlərə, ilan kimi qıvrılan çaya baxdı – “Ya 

Allah!”  –  deyib  kamerin  üstünə  uzandı,  özünü  Bərgüşadın  iti, 

qıjnov  sularına  verdi.  Çayboyu  boş  qalmış  kəndlərin  səssiz‐sə‐

mirsiz  görkəmi  qulaq  batırırdı,  sanki  Qubadlı  ölmüşdü.  Həyat 

donmuş,  bütün  canlılar  nəfəsini  dərib  durmuşdular,  təkcə 

Bərgüşadın səsi idi eşidilən, bir də sahil qumlarında  şöhtüyən 

alabəzək  suquşları.  Mirlər,  Qəziyan,  Məmər,  Hal  kəndlərini 

ötüb  keçdi.  Dalğalar  üzünə  çırpılır,  sifətini  sillələyirdi.  İri  daş‐

ların  dibində  yaranan  burulğanlar  kameri  yerində  fırladırdı. 

Sanki, Bərgüşad son qalmış Qubadlı sakininin yaxasından tutub 

onu buraxmaq istəmir, qeyrətsiz hərəkətindən, fərarilikdən vaz 

keçməsi üçün yalvarırdı. İti qıjnovları, qorxulu burulğanlardan 

yan  keçmək  üçün  kameri  idarə  etməkdən  əldən  düşmüşdü. 

Cibindəki torpaq islanıb suya qarışırdı. Suyun dərin ləm yerinə 

çatdı.  Həkəri  ilə  Bərgüşad  artıq  birləşmişdilər,  burdan  o  yana 

çayın yarısı bulanıq, yarısı isə hələ də şəffaf axırdı. 

Qarşıda  “Həkəri”  dəmiryolu  stansiyası  idi.  Bu  stansiya 

Zəngilan  rayonunun  tabeliyindəydi.  Bakıdan  buradək  qatarla, 

buradan  isə  Qubadlıya  avtobusla  gedərdilər.  Bura  həm  də 

tikinti  materiallarının  yüklənib‐boşaldığı  yer  idi.  Stansiyadan 

aramsız  avtomat  atəşlərinin  səsi  gəlirdi.  Tərəddüd  içindəydi  – 

“Görəsən bizimkilərdi, ya ermənilər?”. Yük maşınları stansiya‐

dakı  inşaat  materialları  –  taxta,  armatur,  şveller,  sement  kisə‐

lərini  daşıyırdı.  “Ermənilərdir...”  Ağəli  nə  qədər  çalışsa  da, 

kameri digər sahilə çəkə bilmədi – qıjnovları yara biləcək gücü 

qalmamışdı  artıq.  Sahildəkilər  onun  qaraltısını  uzaqdan  gör‐



141 

 

müşdülər.  Əlləri  sustalmış  halda  stansiyanın  tuşuna  çatdı.  Bir 



neçə  saqqallı  ətrafdakıları  da  çağırdı.  Əllərində  konyak,  viski 

şüşələri  suyun  ortasında  aramla  hərəkət  edən  kamerə,  üstün‐

dəki büzüşmüş Ağəliyə baxıb qəhqəhə ilə gülüşürdülər. Kameri 

nişan alıb avtomatdan növbə ilə atəş açdılar, onu araq butulkası 

əvəzinə  nişan  seçmişdilər.  İlk  beş  güllə  hədəfdən  yan  keçdi. 

Altıncı  erməni  Ağəlini  baldırından  yaraladı,  –  güllə  baldırını 

keçib kameri deşdi. Kamer boşaldı, Ağəli suda çabaladı. Onun 

bu  əlacsız  çabalaması  sahildəkiləri  daha  da  nəşələndirirdi. 

Ermənilərdən biri suya  girib Ağəlinin yanına üzdü, onun pen‐

cəyinin boynundan tutub sahilə çıxardı. “İt oğlu türk!” – deyib 

çənəsinə  güclü  bir  təpik  vurdu.  Ağəlinin  çənəsi  “şaqqıldadı”, 

iki  dişi  qırılıb  ağzına  düşdü.  Topa  ilə  onun  harasına  gəldi 

vururdular.  Kənardan  gələn  yüksək  rütbəli  zabit  olmasaydı, 

Ağəli  canını  tapşırmaq  üzrəydi.  Onu  ayaqüstə  dikəltdilər, 

qaşları  partlamış,  yanaqları  deşilmiş,  çənəsi  əyilmiş,  gözləri, 

sifəti  qanın  içindəydi.  Ağəlini  sudan  çıxaran  bayaqkı  erməni 

indi pencəyinin boynundan tutub onu ayaqüstə saxlayırdı.  

– Hardansan? – zabit türkcə soruşdu. 

Ağəlinin xırıltılı səsi sanki quyunun dibindən çıxırdı: 

– Qubadlıdan. 

– Orasını mən də bilirəm! Hansı kənddənsən? 

– Saray. 

–  Paho!  Mənim  kirvəm  də  o  kənddəndir  ki,  sənin  adın 

nədir!? 


–  A...ğ...  –  gözlərinin  qanını  biləyi  ilə  silib  güc‐bəla  ilə 

başını  qaldırıb  zabitə  baxdı  –  Kamo..,  Ka‐moo..!  –  sınıq  çənəsi 

sözünə baxmadı, huşunu itirərək yerə sərildi. 

 

 



* * * 


142 

 

...Yaxşı deyiblərmiş, – “Dağ dağa rast gəlməz, insan insana 



rast  gələr!”  Sərhəd  rayonlarında  az  qala  hərənin  bir  erməni 

kirvəsi – dostu vardı. Ağəlinin də uzun illər dostluq elədiyi iki 

kirvəsi vardı – Kamo və Qrimik. Kamo mebel istehsalı ilə məş‐

ğul idi, Qafan ermənisiydi. Qrimik isə Gorusdan – həm kankan 

idi, həm də aynabənd yığan ən yaxşı ustalardan biri. Hələ sülh 

dövründə  bu  iki  dost  Ağəlinin  evini  unutmaz,  hər  dəfə  biz 

tərəflərə  keçəndə  pay‐püşsüz,  əziz  dostlarını  yoluxmamış,  ən 

azı bir gecə qalmamış getməzdilər. Ağəli Kamoya “Fatihə” su‐

rəsini  də  əzbərlətmişdi.  Qızı  Nailənin  cehizlik  mebelini  Kamo 

pay vermişdi. Hətta, şifonerin dəstinə qoymağı unutduğu güz‐

günü  aparıb  düz  Bakıda  –  Nailəgilin  evlərinə  özü  çatdırmışdı. 

Aralar qarışanda (bu 88‐ci ildə olmuşdu), Kamo bir gecə dostu‐

nun qapısını döyüb gecə onun qonağı olmuşdu. Onun idarəsini 

yoxlayıb  külli  miqdarda  yeyinti  aşkar  etmişdilər.  Ağəli  kirvə‐

sini darda qoymamış, oğlunun yığdığı puldan 2000 manat pulu 

ona vermişdi. Sonra da kirvəsinə bizimkilər xətər yetirməsinlər 

deyə  onu  sərhəddən  sağ‐salamat  Qafan  tərəfə  keçirmiş,  son 

dəfə halallaşıb vidalaşmışdılar. Qadir Allah bu ağır gündə onun 

qarşısına  Kamonu  çıxarmışdı.  Vallah,  bu  işlərin  hamısını 

düzən‐qoşan Allahdı... 

Ağəlinin huşu özünə gələndə gördü ki, onu çarpayıya uza‐

dıblar  və  Kamo  onun  başının  üstündə  oturub  qaşından  axan 

qanı silir. 

–  Ha,  özünə  gəldin,  Ağa  kirvə?  Uşaqlar  səni  yaxşıca  əziş‐

diriblər deyəsən, eləmi? 

Ağəli başı ilə astaca təsdiq elədi. 

– Eybi yox, “dəmir döyüldükcə paslanmaz” – həmişə belə 

deyərdin,  ha?  Həkim  çağırmışam,  indi  gəlib  yaralarını  sarıyar. 

Sən möhkəm kişisən, tez sağalacaqsan. Uşaqlar necədir, Familə 

bacı, mənim balaca Fərhad kirvəm? 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə