Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə53/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   49   50   51   52   53   54   55   56   ...   144

164 

 

tələsə ona danışdım. Həminki Hacı əmiydi – mehriban, təmkin‐



li, müdrik... 

– Şəxsi işimi almağa gəlmişəm. Yoxsa məni yenidən hərbi 

xidmətə çağıracaqlar – dedim. Evləndiyimi, hərbi komissarlığın 

çağırışı,  iş  yerlərim,  dolanışığım  barədə  uzun‐uzadı  xeyli 

dərdləşdik. 

Partiya‐komsomol sistemi dağıldıqdan sonra, Hacı əmi hü‐

quqşünas olduğundan prokurorluğa daxil olmuş, uzun müddət 

Qarabağ  Hərbi  Tribunalında  işlədikdən  sonra  isə  Respublika 

Hərbi  Prokurorluğunda  müstəntiq  işinə  keçmişdi.  O,  qabaq 

stolunun daxılını çəkib mənim şəxsi işimi stolun üstünə qoydu. 

–  Sizin  idarənin  işinə  əvvəlcə  mən  baxırdım.  Qovluğunu 

görəndə  səni  istintaqdan  çıxartdım.  İndi  bu  qovluğu  sənə  ver‐

məyim  cinayətdir,  amma  bağışlana  bilən  cinayətdir,  xeyirxah 

cinayətdir  –  gülümsündü.  Götür  və  burdan  lap  uzaqlara  qaç, 

Allah işini avand eləsin. Məndən də hamıya salam de. Ağəlidən 

muğayat  ol,  qoyma  çox  dərd  çəksin,  o  çox  yaxşı  insandı.  Loğ‐

man  kişini  görərsən  –  telefonunu  verərəm  indi  –  “Qala”  kiçik 

müəssisəsinin  sənədləri  ondadır,  sənədləri  ondan  götürərsən. 

Bilirdim  ki,  nə  vaxtsa  sənədlərinin  dalınca  bura  gəlib  çıxacaq‐

san,  amma  öz  aramızdı,  yaman  gec  gəldin,  gözüm  yolda  qal‐

mışdı, iş yerimi də bu günlərdə dəyişməliydilər... 

Loğmanın  telefon  nömrəsini  verdi,  cibimə  məcburi  pul 

basdı. Qucaqlaşıb ayrıldıq. Uça‐uça sənədlərimi Mülki Müdafiə 

Qərargahına gətirdim. Kadrlar şöbəsinin rəisi ilə birlikdə qərar‐

gah rəisinin qəbuluna girdik. 

– Yaxşı, demək doğruymuş – qovluğumu vərəqləyərək dil‐

ləndi. Deməli belə, Abutalıbov, – kadrların rəsinə göstəriş verdi 

–  leytenant  Mehtiyevə  baş  leytenant  rütbəsi  verib  Mingəçevir 

Regional İdarəsinə zabit göndərirsən, elə et ki, telefonaqramma 

bu  gün  onlara  çatsın.  İndi  gedə  bilərsən,  baş  leytenant  Meh‐

tiyev, səni təbrik edirəm, uğurlar! 



165 

 

Bütün rəsmiyyəti (hələki mülki işçiydim) unudaraq Gülağa 



müəllimin üzündən öpüb, uşaq kimi sevincək otaqdan çıxdım. 

Afətimə, doğma Mingəçevirimə tələsdim... 

Möhlət  vaxtıma  az  qalmışdı.  Gözlədiyimiz  həmin  telefo‐

noqramma  gəldi  –  “Baş  leytenant  Mehtiyev  hazırlıq  şöbəsinin 

baş zabiti vəzifəsinə təyin edilsin”. Telefonoqrammadan çıxarış 

rəsmi  olaraq  komissarlığa  göndərildi.  Beləliklə,  ikinci  dəfə  çöl‐

lərə düşmək qarğaşasından yaxa qurtardım. Əslində, indi təyin 

olunduğum iş də elə həqiqi hərbi qulluq hesab olunurdu – am‐

ma, çöllərdə yox, şəkililər demişkən, “ağzımın içində”. 

Kapitan rütbəsinədək burada işlədim. Hərbi kontrakt müd‐

dətim  bitdi  və  orduda  qalmaq  istəmədim.  Şəxsi  biznesdə  özü‐

mü  yenidən  sınamağa  qərar  verdim.  Bu  aralar  bir  oğlum  da 

dünyaya gəlmişdi, adını Kənan qoymuşduq – Afətin babasının 

adını.  Atam,  öz  adının  sağ  ikən  nəvəsinə  qoyulmasına  razı  ol‐

mamışdı. 

Bunları  qeyd  etməkdə  məqsədim,  kitabın  vərəqlərini  boş 

şeylərlə doldurmaq deyil, sadəcə, səkkiz illik Mingəçevir həya‐

tımın mənasız ötmədiyini, əksinə, gərəkli işlərlə məşğul olmağa 

vaxt  tapdığımı  bildirmək  istəyimdəndir.  Həm  də,  bu  8  illik 

həyatım, gələcəyimə gedən yolun astanasıydı. Kim bilir, həyatı‐

mın  keşməkeşli  anlarını  yazmaq  şansım  bir  də  nə  vaxt  olacaq‐

dır. Amma başqa bir niyyətim də dünyada xeyirxah insanların 

hər addımda qabağıma çıxdığını qeyd etməkdir. Allah heç vaxt 

həmvətənlərimizin ürəyindən insanlığı almasın. 

...Mingəçevirin  ən  simvolik  yerlərindən  biri  “Alman  qəb‐

ristanlığı” deyilən yerdir. Bura su anbarının tikintisi zamanı iş‐

lədilən  alman  əsirlərinin  qəbristanlığıdır.  Elə  məzarlar  var  ki, 

iki‐üç  meyid  bir  məzarda  basdırılıb.  Ağlıma  gələn  növbəti  ax‐

maq  fikir  bu  baxımsız  hala  düşmüş  qəbristanlığı  təmir  etmək 

oldu.  Çünki,  “Qala”  kiçik  müəssisəsinin  möhür  və  ştampına 

gündə  ən  azı  əlli  dəfə  baxıb  keçən  pullu  günlərimə  görə  köks 



166 

 

ötürürdüm. Hətta, alman səfir Kristian Zibekə məktubla müra‐



ciət də etdim, məramımı bildirdim, real vəziyyəti və eskiz layi‐

hələrimi  göndərdim.  Təklifim  bəyənildi  və  təmir  üçün  Alma‐

niya  dövləti  pul  ayırdı.  Uzun  fasilədən  sonra  ilk  mühəndis 

uğurum məni ruhlandırdı. Xırda tikinti, təmir işlərini görməyə 

başladım, briqada yaratdım, özümə ofis kirayələdim. Artıq yox‐

sulluq günləri geridə qalmış, firavan günlər bir‐birini əvəz edir‐

di.  Pul  qazanmaq  üçün  əsl  zəmanə  yetişmişdi.  Getdikcə  biz‐

nesim şaxələnirdi. Artıq Mingəçevir mənə darlıq edir, iş imkan‐

larımı  paytaxta  daşımaq  zərurəti  meydana  çıxırdı.  Bakının 

Qaradağ  rayonunda  2  hektar  daş  karxanası  aldım  –    tikintiləri 

daşla  indi  özüm  təmin  edirdim.  Karxanaya  yaxın  olan  Sahil 

qəsəbəsində üzlük daşları istehsalını da qurdum. Tikinti işləri‐

nin  geniş  vüsət  almasını  nəzərə  alaraq  taxta,  plastik  və  alümi‐

nium profillərdən qapı‐pəncərə istehsalı sexi və mebel istehsalı 

da çox keçmədi ki işə düşdü. 

 

* * * 

 

Yüyrək danışmaqdan dilimə dolama çıxdı... Ancaq bu son 



yüyrəkliyim  olacaq.  Çünki,  ağını  çıxardığımı  özüm  də  anla‐

yıram və yazıçı olmadığımı, bunun nə vaxtsa mümkün olmaya‐

cağını  da  səmimi  qəlbdən  təsdiq  edərək  mətləbə  gəlirəm.  Bəli, 

səkkiz il Mingəçevirdə yüyrək həyat yaşadım. 

...Övladlarım  günbəgün  böyüyürdülər.  Afət  bir  qədər  kö‐

kəlmiş,  mənim  saçlarıma  isə  dən  düşməyə  başlamışdı.  İndiyə‐

dək həkimə getməyən Fərhada, həkimlər indi pəhriz yeməkləri, 

xüsusi  iş  rejimi  ilə  işləməyi  tövsiyə  edirdilər.  Artıq  ürək  sanc‐

maları, qan təzyiqi, baş ağrıları ilə əlaqədar həkimlərə müraciət 

etməyə başlamışdım. Dünyada qorxduğum yeganə şey iynədir 

– həkim iynəsi. İynəyə özümü hələ də alışdıra bilmirəm və mə‐

nim  üçün  güllə  ağrısı,  iynə  sancmasından  min  dəfə  yaxşıdır. 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə