Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə61/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   57   58   59   60   61   62   63   64   ...   144

188 

 

olma, yaxşıyam, işində ol” – dedim. Diqqətinə söz ola bilməzdi, 



hərdən  tək  olanda,  söhbətimiz  daha  da  məhrəm  olanda,  mənə 

“Fərhad  əmi”  deyə  müraciət  edərdi.  Amma  indi  həqiqətən  tək 

qalmaq istəyirdim. 

Çoxdandır ki, bulvara gəlmirdim. Sürətlə gedən abadlıq və 

tikinti  işlərini  nəzərə  almasaq,  bulvar  elə  əvvəlki  bulvar  idi. 

Yenə qoca qarılar qabaqlarında tum satır, cavan cütlüklər skam‐

yalarda bir‐birilərinə sarılmışdılar. Tələbəlikdə olduğu kimi bir 

stəkan  günəbaxan  tumu  aldım,  dənizin  məhəccərinə  söykənib 

mavi Xəzərin sularına dikildim.  Tumları çırtlayıb Xəzərə tulla‐

yırdım. Sanki verginin acığını Xəzərdən çıxırdım. Bu saat Vətə‐

nimin  torpağı,  havası,  suyu,  adamları  mənə  yad  idi.  Elə  bil 

düşmənimin  dənizini  kirlədirdim.  Xeyli  o  baş‐bu  baş  gəzdim. 

Dincimi almaq üçün boş skamyalardan birində oturdum. Qoca‐

lıb əldən düşmüş iki it qarşımda çöməltmə şöngüdü, istidən di‐

lini çıxarıb aramsız ləhləyirdi. 

İtlərin  nəbzinin  insanınkından  sürətli  döyündüyünü  mən 

indi    görürdüm.  İtin    bütün    dərisi  nəbzə  uyğun  olaraq  ətinin 

üstündə  başa‐arxaya  doğrü  hərəkət  edirdi.  Gözlərindən  ac  ol‐

duqları görünürdü, yazığım gəldi. Sabirin sözü yadıma düşdü 

–  “Bu  ya  doyub,  ya  acından  ölür,  ya  da  dirənib”  –  birini 

yeməyə dəvət edərkən, – “Yox, yemirəm, aclığım yoxdur” – de‐

yəndə  həmişə  belə  deyərdi.  İndi  bu  itlər  də    ya  ələbaxımlığa 

öyrəşib, ya da acdırlar – düşündüm. Yaxınlığımdakı peraşki sa‐

tan  kişidən  6  peraşki  aldım.  Görənlərdən  ayıb  olmasın  deyə  – 

“Camaat qarnına yeməyə yemək tapmır, bu harınlamış isə itlərə 

peraşki  yedirir”  –  demələrindən,  bir  də  çörəyi  yerə  tullamağın 

günah  olduğundan  peraşkiləri  doğrayıb  skamyanın  arxasına  – 

otluğa  tullayırdım.  İtlər  acgözlüklə  tikələri  birbaşa  udlağa 

ötürürdülər. Demək acıymışlar. Əlavə dörd dənə peraşki aldım, 

“bismillah”  deyib  yenə  itləri  yedizdirdim.  Deyəsən  bir  qədər 

doydular,  indi  qarşımda  üz‐üzə  uzanıb  bir‐birinin  pəncələrini, 



189 

 

ağzını  yalayırdılar.  Quyruqlarını  yellətdikcə  hərdən  şalvarımın 



balağına toxunurdular. Xatirimdədir, lap balaca olarkən irıxdın

46 


bir  itimiz  var  idi,  indi  adı  yadımdan  çıxıb.  Atam  onu  da  elat 

sürüsündən  almışdı.  O  vaxt  kolxozun  iki  nümayəndəsi  keçi 

qəzili  yığmaq  üçün  ev‐ev  gəzirdilər  –  hələ  indiyədək  də  bilmi‐

rəm  ki,  bu  “qəzil  norması”  nə  üçün  idi,  neyniyirdilər  bu  keçi 

qəzilini. İtimiz zənciri qırıb qəzil yığan Mütəllim kişini baldırın‐

dan tutmuşdu. Sonra o iti başqasına verdik, orada da bir nəfərə 

ziyanlıq etdiyi üçün sahibi onu güllələmişdi. 

Gəzintidən qayıdan gəmi sahilə yan alırdı. Minmək istəyən 

yeni qrup sıraya düzülmüşdülər. Yadıma tələbə vaxtı olmuş bir 

əhvalat düşdü. Bir gün sinif yoldaşım Məğrur –  Allah ruhunu 

şad eləsin, Qarabağ döyüşlərində o da şəhidliyə qovuşdu, kən‐

dimizin yeganə şəhididir, – həyatında ilk dəfə Bakıya gəlmişdi. 

Olduqca  məzəli,  gülərüz,  şən  oğlan  idi.  Səmərqənd,  mən  və 

Məğrur yaxşı yeyib‐içəndən sonra bulvara gəzməyə çıxmışdıq. 

Bax elə bu gəmiyə minib dənizi xeyli gəzdik. Gəminin sipərinə 

söykənib  dənizə  baxan  qüssəli  bir  qızı  gözü  yaman  tutmuşdu. 

Bir‐iki  dəfə  yaxınlaşsa  da  qız  tutduruq  verməmiş,  “atval”  ver‐

mişdi. Gəmi sahilə yanaşanda  hələ də çöməlib dənizə baxan qı‐

zın arxasına özünü möhkəmcə sürtdü. Qız – “Yolunu düz keçə 

bilmirsən,  чушка  несчастный!?”  –  acıqlandı.  Məğrur  –  “Çuşka 

sənin kimi gözəli atıb getmiş sevgilindir, sənə tək və bikef dur‐

maq  heç  yaraşmır  axı,  neyniyim,  kənddə  qızları  biz  belə  bişi‐

ririk”  –  yalandan  demişdi.  Məğrur  görünür  düz  12‐dən  vur‐

muşdu,  qız  gülə‐gülə  onun  qoluna  girib  sahilə  çıxdı.  Məğrur 

cibimizdəki  pulların  demək  olar  ki,  hamısını  alıb  qızla  şəhərə 

kefə getmişdi. Həmin gün bulvardan Yasamala – yataqxanaya‐

dək piyada getmişdik. Məğrur  pulumuzun hamısını qıza xərc‐

ləyib bizi on gün ac qoymuşdu. 

                                                            

46

 



İri, yekə.

 



190 

 

İlk  dəfə  Afətlə  gəzintiyə  də  bulvara  çıxmışdıq.  Nə  almaq 



istəsəm  də  “istəmirəm”  deyərək  məni  hövsələdən    çıxarmışdı. 

Əlacsız  qalıb  kinoya  getmişdik  və  ilk  dəfə  əlini  orada  ovcuma 

almışdım, ona ilk sevgi etirafı kimi əlini öpmüşdüm. 

Telefonumu götürüb Afəti yığdım. 

– Necəsən kraliçam, nə iş görürsən, balalarım neyləyirlər? 

– Yaxşıyıq, tənək dolması bükürəm, sən necəsən? 

–  Oturmuşam  bulvarda,  ilk  dəfə  görüşdüyümüz  həmin 

skamyada. Yadındadır, deyirdin ki, peraşki istəmirəm, deyirlər 

içindən siçan quyruqları çıxır. Həmin peraşki satan kişi hələ də 

yaşayır. İstəyirsənsə bir az alıb sənə də gətirim? 

– Yox, evdəkiləri heç yeyirsiniz ki? 

– Bir şey lazımdır, nəsə qulluğundan, əmrindən varmı? 

–  Sağlığın  bəsimdi,  özünü  gündən  qoru,  Bahar  “ata... 

ata..” deyir, eşidirsən? 

–  Öp  mənim  sonbeşiyimi,  axşama  dolma    payımı  saxla. 

Hələlik, öpdüm qönçə yanaqlarından. Sağ ol. 

Telefonu  cibimə  qoydum.  Afətin  bir  şeyi  də  xoşuma  gəlir 

ki,  heç  vaxt  –  “hardasan?”,  “nəyə  getmisən?”,  “o  kimdir?”, 

“niyə?”  –  soruşmaz.  Aramızda  qarşılıqlı  etibar  və  sevgi  vardı. 

Həmişə adımı yüksək tutar, işdən evə yorğun gələndə uşaqları 

sakitləşdirər, bir sözlə istədiyim kimi qulluğumda durardı. Belə 

qadını əldə çıraq gəzsən də tapa bilməzsən. Yeganə çatışmayan 

cəhətim,  arvad‐uşaqla  toya,  gəzintiyə,  qonaqlıqlara,  alış‐verişə 

getməyi sevməməyimdir və Afətin ancaq belə şeylərin üstündə 

hərdən ağız büzməyi vardı... 

– Qardaşoğlu, olarmı bir az yanında oturum..? – əlində bel 

tutmuş  ağsaqqal  bir  kişi  mənim  yanımda  dayanmışdı.  Arıq, 

ovurdları  batıq  bu  kişi  əsl  kənd  adamıydı,  hələ  başında  təvərə 

kepkası da var idi. 

– Əlbəttə olar, əmican, gəlin əyləşin – deyib bir az da yana 

çəkildim. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə