Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə60/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   56   57   58   59   60   61   62   63   ...   144

185 

 

aldıqları  məbləğin  kiçik  bir  faizini  mükafat  kimi  verirdilər, 



hamısını  –  “paketə  oturtmuşdular”.  “Yuxarıların”  qəbuluna 

düşdüm.  Kompüterdə  əvvəlki  illər  verdiyim  və  indi  tələb  olu‐

nan məbləğlərin hamısını açıqca üzümə “oxudular”. 

–  Lap  istəyirsən  verəcəyin  pulların  nömrələrini  yaz  götür, 

istəyirsən  Milli  Təhlükəsizlik  Nazirliyinin  əməkdaşlarının  işti‐

rakı  ilə  gətir  ver,  istəyirsənsə  verdiyin  pullardakı  barmaq  izlə‐

rimi  götür...  “Yuxarıların”  göstərişidir,  deyilən  məbləğ  sizdən 

alınıb  dövlətə  keçirilməlidir.  Bu  müzakirə  olunmayan  məbləğ‐

dir  və  ödənilməsi  məcburidir,  heç  bir  qəpik  də  aşağı  düşməyə 

yerimiz yoxdur. 

–  Sizdən  də  “yuxarı”sı  var?  Bəsdirin,  a  kişi!  Vallah,  belə 

çox  getməz,  insafı,  ədaləti  itirirsiniz.  Bir  gün  bizim  başımıza 

vurduğunuz çomaq, sabah öz başınızda sınacaq. Allahdan qor‐

xun,  dünyanın  harasında  görünüb  bu  cür  insafsızlıq?  Adamı 

bezdirirsiniz, az qalıb ki, vətəndaşlıqdan imtina edib ölkəni tərk 

edək. 


–  Ölkəni  tərk  etmək  istəyinizdən  də  xəbərimiz  var,  nə  qə‐

dər  qazandığınızdan  da.  Siz  elə  bilirsiniz  bu  qədər  qaçqına, 

şəhid  ailəsinə,  idmançıya  bağışlanan  pulsuz  evləri,  maşınları 

təkbaşına  dövlət  çatdıra  bilər?  Sökülən  binaların  sakinlərinin 

başqa yerlərdə mənzillə təmin edilməsi elə bilirsən havayı başa 

gəlir? Siz bu ölkənin vətəndaşı deyilsinizmi? Öz qardaş‐bacıla‐

rınıza yardım etmək istəmirsinizmi? 

–  Onda,  ƏDV

45 

kimi  bir  maddə  də  ayırın,  adını  da  qoyun 



“Sosial  Xeyriyyə  Fondu”  və  30%  də  vergi  tutun,  görün  onda 

sizə “gözün üstə qaşın var” deyən olarmı? Amma rüşvəti  xey‐

riyyə  adıyla  almaq  nə  dinə,  nə  insanlığa,  nə  də  insafa  uyğun 

gəlmir axı... 

– Əşşi, gündə bir beynəlxalq təşkilatın nümayəndəsi gəlir. 

                                                            

45

 

Əlavə Dəyər Vergisi.



 


186 

 

Sən  bilirsən  onun  buradakı  xərcləri  nə  qədərdir?  Xeyrimizə  çı‐



xarılan  bir  beynəlxalq  qərar  heç  bilirsən  neçəyə  başa  gəlir?  Elə 

bilirsən  təkcə  bizdədi  rüşvət?  Rüşvət,  dövləti  idarəetmənin  ən 

səmərəli  yollarından  biridir,  qardaş.  Bəlkə  düşünürsən  ki, 

Qarabağı  hərb  yoluyla  alacağıq?  Ay  hay!  Erməni‐rus  ittifaqını 

ancaq rüşvətlə qərarından döndərmək olar, kişi... 

–  Siz  dəli  olmusunuz,  lənət  şeytana...  Ölkə  qüdrətlənmə‐

lidir, hökumət arxasında xalqın dayağını hiss etməlidir. Sən isə, 

nəyə qulluq etdiyini heç özün düz‐əməlli anlaya bilmirsən. 

–  Varlananlar  dövlətin  nəzarətində  olmalıdırlar  ki,  gələ‐

cəkdə  təhlükəyə  çevrilməsinlər.  Dövlət  ildə  bir  dəfə  iş  adam‐

larının  “damarlarını  yoxlayır  və  lazımi  miqdarda  qan  alır”  ki, 

artıq qan yazığın beyninə vurmasın. Nə tez unutdunuz Gəncə, 

Lənkəran  qiyamlarını?  Bilmirdilər  pulu  nəyə  xərcləsinlər.  Ha‐

mınızın beynində hakimiyyət xəstəliyi, şöhrətpərəstlik var. Ar‐

tıq pul isə insanı bu səmtə yönəldir. Odur ki, “dövlət çevrilişinə 

cəhdlər”in qarşısı vaxtında alınmasa, onda  gərək, dövlət gündə 

bir  burnu  fırtılıqlının  nazıyla  oynasın.  Sizə  hörmətimiz  isə  o 

olar ki, altmış minlə canınızı qurtarasınız. “İstəyirsiniz özünüz 

baxın”  –  noutbukunu  mənə  tərəf  çöndərib  cədvəldəki  qrafanı 

göstərdi.  Doğrudan  da  şirkətimizin  adının  qarşısında  bu  cür 

qeyd  var  idi  –  80.000AZN  (60.000AZN).  –  Bu  son  güzəşt  həd‐

didir!  Gedin  fikirləşin.  Gör  sizin  xətrinizə  nə  böyüklükdə  dağ‐

dan aşağı düşdük. 

– Sizi o böyüklükdə dağa mən çıxarmamışdım... Əlinizdən 

nə gəlirsə beş qaba çəkin! Mən bu qədər pulu verməyəcəyəm! – 

hirslə ayağa qalxıb əlimi qapının qulpuna atdım. 

– Axşama qədər razılığınızı gözləyəcəyik. Yoxsa “B planı”a 

keçməli  olacağıq.  Sabahdan  hesabınız  dondurulacaq  və  xrono‐

metraj  göndəriləcəkdir,  bu  isə  əlavə  xərclər  deməkdir.  Bu  da 

mənim  vizit  kartımdır,  axşam  saat  5‐dək  zənginizi  gözləyəcə‐

yəm. Salamat qalın, gedə bilərsiniz. 



187 

 

–  Dedim  ki,  verməyəcəyəm!  Nə  edə  bilirsinizsə  çəkinmə‐



yin, edin. Mən qanunla işləmək istəyirəm, qardaş..! 

– Yaxşı. Onda özünüzdən küsün. 

– Xox gəlirsiniz? 

Heç tövrünü də pozmadan aramla: 

–  Biz  xox  gələcək  cılız  insanlar  deyilik.  Sizə  yaxşı  yol.  Bir 

daha görüşəcəyik – dedi. 

...Sürücüm  məni  Vergilər  Nazirliyinin  qarşısında  maşında 

gözləyirdi.  Maşına  minib,  –  “Dənizkənarı  parka  sür”  –  dedim, 

bir  az  dincəlmək,  hava  almaq  istəyirdim.  “Domsovet”in  qarşı‐

sında maşını saxladım. Cibxərcliyi verib Əlini buraxdım. 

–  Sən  get  işində  ol,  3‐4  saatlığa  azadsan.  Saat  6‐da  zəng 

edərsən,  getməmiş  olsam,  gəlib  apararsan  –  deyib  bulvara 

doğru yeridim. 

Əlinin 23 yaşı var idi. Yuxa kimi ürəyi vardı, yaraşıqlı, şən 

oğlan idi. Məni çox sevdiyini bilirdim. Hətta bir neçə dəfə digər 

kolleqalarımla  görüşərkən,  mənim  barəmdə  sürücü  yoldaşla‐

rına deyəndə eşitmişdim – “Müdir belə olar ey.., yoxsa sizinki‐

lər, elə bil un çuvalıdırlar – xəsis, xəşəlqarın... Sanki uca dağları 

bunlar yaradıblar. And verirəm öz vicdanınıza, düzünü deyin, 

hansınızın  müdiri  əl  verib  bizimlə  görüşər?  Amma  mənim 

şefim  müdirlərdən  qabaq  sizinlə  görüşür,  hələ  yemək  pulunu 

da verib – “Gedin yaxşıca yemək yeyin”, – deyir”. Mən də  onu  

öz balam kimi çox  istəyirdim,  evimizin bir  üzvü kimiydi, evin 

bazarlığını,  uşaqların  məktəb,  hazırlıq  yükünü  o  çəkirdi.  Ya‐

dıma düşəndə mən də onun ailəsinin hər dərdi ilə maraqlanar, 

əlimdən gələn yardımı əsirgəməzdim. Bilirdim ki, şəhərdə istə‐

diyi  qız  var,  odur  ki,  onu  buraxanda  “çiçəyi  çırtladı”.  Tez‐tez 

verdiyim “cibxərcliyi” də – “Qoy korluq çəkməsin” istəyimdən 

idi.  Amma,  –  “Özünüzü  yaxşı  hiss  edirsinizmi,  bəlkə  sizinlə 

qalım?” – deyə soruşmasaydı ondan inciyərdim. İki dəqiqə son‐

ra zəng vurdu – “Fərhad əmi, siz yaxşısınız, bəlkə..?”. “Narahat 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə