Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə59/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   55   56   57   58   59   60   61   62   ...   144

182 

 

–  Mən  sənin  kimi  dağla‐daşla  çarpışmağı  sevmirəm,  mə‐



nim də işim maklerlikdir, aldığım faizlər mənə bəsdir. 

–  Neçə  dəfə  demişəm  ki,  makler  yox  dəllal,  aradüzəldən, 

işverən,  Cəhrə  qarı  kimi  bundan  ona,  ondan  buna  söz  aparan 

de! Nəysə, çıxaq bayıra, möhür maşındadır gedib qayıtsam ye‐

nə xalçanı batıracağam. 

– Çuşkasan, ey çuşka! 

Çay üçün stolun üstünə 20 dollarlıq atıb, qalığını da alma‐

dan  qabağa  düşdü.  Xadimə  döşəməsilən  taxtanı  çənəsinə  dirə‐

yib,  mənim  murdarladığım  bu  “cənnətdən”  çıxmağımı  gözlə‐

yirdi. 


Betonzavoda  qayıdanda  artıq  dostlarımı  ofisin  qarşısında 

gördüm  –  Sabir,  Nağı  və  Yaşarı.  20  ilə  yaxın  ayrılıqdan  sonra 

dostlarımla bir‐birimizə sarıldıq. Zavodun işçiləri bu mehriban 

görüşümüzə  hayıl‐mayıl  qalmışdılar  –  “Kimdilərsə,  müdirin 

çox  yaxın  adamlarıdırlar”,  –  fikirləşirdilər  yəqin.  Ofisə  keçdik, 

katibə bizə çay gətirdi: 

– Məni bağışlayın, ikicə dəqiqəyə yuyunub çıxıram, siz bir 

az dərdləşin – deyib, tələbə vaxtı çəkdirdiyimiz şəkilləri  şkafın 

daxılından çıxarıb onların qabağına atdım və hamama keçdim. 

Tez də yaxalanıb çıxdım. 

–  Oğrəşlər,  (Yaşarın  bu  sözü  neçə  illər  idi  ki,  dilimizdən 

düşmürdü)  sizi  gördüyümə  çox  sevindim.  İndi  yenidən  birlik‐

dəyik. Sən bir bizim “Ponçikə” bax, əməlli‐başlı kişiləşib, bığları 

da varmış ki bunun! – deyib üzündən bir də öpdüm. 

– Sən də dəyişmisən, saçın ağarmağa başlayıb dostum. Be‐

karaca qarnın çıxıb – Sabir dilləndi. 

–  Gör  neçə  ildir  görüşmürük  uşaqlar,  vaxt  çox  tez  gəlib 

keçdi, hərəmizin iki‐üç uşağı var. Elə bil Yaşarın sifilis tutduğu 

lap dünən olub. Amma indi, maşallah üç uşağı var, külfət basıb, 

yaxından da baxırsan doğruçu kişiyə oxşuyur, – deyə Nağı za‐

rafata saldı. 



183 

 

Həmin gün görüşümüzü yaxşıca “yuduq”. Dostlarım doğ‐



rudan da xeyli dəyişmişdilər, hamısının saçına ağ dən düşmüş, 

Yaşar və Sabir qarın buraxmış, cavanlıq çağlarından yalnız göz‐

ləri  qalmışdı.  Sabir  Xırdalanda  tikinti  şirkətində  iş  icraçısı,  Ya‐

şar daxili qoşunlarda tərbiyə işləri üzrə komandir müavini (rüt‐

bəsi mayor idi) işləyirdilər. İçlərində ağ günə həsrət qalanı Nağı 

idi.  Sözarası  Nağıya  dedim  ki,  –  “Sabah  şəxsiyyət  vəsiqəni  və 

əmək  kitabçanı  götürüb  yenə  ofisə  gələrsən”.  Ağlıma  bu  dəfə 

çox ağıllı fikir gəlmişdi. 

Sabah ertədən birbaş ofisə yollandım. Nağı məni gözləyir‐

di.  Onu,  “Qala”  Şirkətlər  Qrupunun  direktoru  təyin  etdim  və 

“Niva”ma mindirib bütün işlərlə, istehsal və tikinti obyektlərilə 

tanış etdim, mühəndis‐texniki  heyəti yığıb yeni direktoru təq‐

dim etdim. İçimdə bir rahatlıq yarandı, artıq özüm turizm işim‐

lə rahatca məşğul ola bilərdim... 

Nağı qısa vaxt ərzində işləri tam şəkildə ələ aldı. Həlimxa‐

siyyətli  olmağı,  düzgünlüyü  və  insansevərliyi  ona  kollektivdə 

böyük hörmət qazandırmışdı. Xidməti “Niva” artıq onun sərən‐

camındaydı.  Aylıq  məvacibi  tam  qaneediciydi.  Çox  çək‐çevir‐

dən sonra zorla cibinə dürtdüyüm pulla, tikməyə başladığı evi‐

ni tamamladı, təmir edib oraya köçdü. Nağı həyatından və işin‐

dən zövq alırdı. Sadəcə tez‐tez mənə minnətdarlığını nəzərə al‐

masaq (nə qədər eləsəm də, məni yenə də “direktoru” kimi gör‐

məsi  məni  qıcıqlandırırdı.  Özü  də  fərqinə  varmadan  aramızda  

quruca  rəsmiyyət  yaradırdı),  işindən  olduqca  razıydım, hətta 

etiraf edim ki, mən özüm belə, bu cür rəhbərliyi bacarmazdım. 

İşçilərlə  münasibəti  tam  etibar,  insanlıq  və  bacarıq  prinsipləri 

üzərində qurmuşdu. İşinin öhdəsindən gələ bilməyən işçini iş‐

dən çıxarmaq deyil, çağırıb saatlarca təlimatlandırmağı, gündə‐

lik qayğı göstərməyi və ona yardım etməyi daha üstün tuturdu. 

Şıxovda  başladığımız  tikintiyə  şəxsən  özü  gündəlik  rəhbərlik 

edirdi. 



184 

 

...Pirquludakı mülk, sanballı bir imarət olmuşdu. Artıq bu 



yaz  orada  ailəvi  istirahət  etməyi  planlaşdırmışdıq.  Nağının 

işlərin başına keçməsi fikrimi rahat cəmləməyə imkan vermişdi. 

Artıq  hər  şeyə  əsəbiləşmir,  deyinmirdim,  yalnız  həftəsonları 

şirkətin  iclasında  ümumi  vəziyyəti  analiz  edir,  başqa  vaxtları 

isə Oğuzda həm istirahət edir, həm də kotejlərin tikintisinə nə‐

zarət edirdim. 

Oğuzdaydım.  Bir  gün  Nağı  zəng  vurdu  –  “Vergidən  illik 

yoxlama gəlib” – dedi. Vergi yoxlayıcısına üç gündən sonra Ba‐

kıya  qayıdacağımı  dedim.  Müstəqil  audit  olan  dostum  Qabilə 

zəng  vurub  müəssisənin  fəaliyyətini  yoxlatdırdım.  Mühasibat‐

lıqda bütün sənədlər qaydasındaydı. Qabilin tövsiyələrini nəzə‐

rə  alıb,  xırda  çatışmazlıqları  da  aradan  qaldırdıq,  audit  yoxla‐

masının arayışını aldıq. 

Bakıya qayıdıb vergi nümayəndəsilə görüşdüm. Qısa söh‐

bətdən sonra “əsas məsələyə” gəldik. “Yuxarıdan” müəssisənin 

ümumi  dövriyyəsinin  60%‐ni  “almağı  tapşırmışdılar”.  Bu, 

indiyədək heç görünməmiş tələb idi. 

– Azər müəllim, keçən il bir‐iki sənəd yerində deyildi, başa 

düşdük,  iyirmi  beş  minimizi  aldınız.  İndi  ki  hər  şey  qaydasın‐

dadır...  Sizin  deməyinizdən  belə  çıxır  ki,  hər  şey  qaydasında 

olduğu halda, keçən ilkindən hələ dördqat artıq da verməliyik? 

Sizdə  heç  insaf  yoxdurmu?  Niyə  axı  minbir  əziyyətlə,  torpağı 

cırmaqlaya‐cırmaqlaya halal pulunu qazanan iş adamlarını belə 

düşmən  kimi  görürsünüz?  Allahdan  qorxmursunuzmu?  Qorx‐

mursunuzmu günlərin birində iş adamları da dövlət çevrilişinə 

cəhd edərlər? – hiddətimi gizlədə bilmirdim. 

–  Məllim,  özün  bilirsən  ki,  deyilən  məbləğin  üstünə  bircə 

qəpik  qoysaq  atamızı  yandırarlar.  Bizə  deyiləni  sizə  çatdırırıq, 

gedin “yuxarılarla” özünüz razılığa gəlin. 

Düz  sözə  nə  deyəsən?  Doğrudan  da  yoxlayıcı  ilə  çənə 

döyməyin heç bir əhəmiyyəti yox idi. Bilirdim ki, onlara yalnız 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə