Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə55/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   51   52   53   54   55   56   57   58   ...   144

170 

 

nında  kimsə  bu  münasibətləri  müzakirə  etməzdi,  dərhal  onu 



susdurar  –  “Sünni‐şiə  söhbəti  salanlara  Allah  özü  lənət  elə‐

sin!”– deyib qarğıyardı. Amma, bir gün özü bu davanın toruna 

düşdü. 

Bir  gün  xəbər  gəlir  ki,  –  “İrandan  məscidimizə  bir  alim 



gəlib, hamı yığışır, ağsaqqalımızsan, sən də gəl”. Atam da geyi‐

nib‐kecinib  gedir.  Ordan‐burdan  söhbət  edib  namaza  duranda 

iranlı molla görür  ki, atam sünni qaydası ilə namaz qılır. O qə‐

dər adamın içində atama, – “Sən sünnisən, sənə bizim məsciddə 

namaz  qılmaq  olmaz.  Sünni  ilə  birlikdə  namaz  qılmaq  şiəyə 

yasaqdır!”–  deyə  namazı  dayandırır.  Atam  çox  pərt  olur.  Din‐

darların,  ən  yaxın  namaz  yoldaşlarının  susması  onu  daha  da 

acıqlandırır.  Sən  demə  bu  məscid  çoxdan  “şiələşdirilib”,  sün‐

nilər  yavaş‐yavaş  sıxışdırılıbmış,  atam  tək  qalıbmış.  Onsuz  da 

səbirsiz  olan  atam  gül  ağzını  açmış,  nə  açmış...  İranlı  molla  ilə 

aralarındakı  kəskin  dialoq,  bir  ara  qəsəbənin  ən  maraqlı  möv‐

zusuna çevrilmişdi: 

– Sünni ilə şiənin fərqi nədir? – atam molladan soruşub. 

Molla: 


– Siz qolubağlı qılırsınız! 

– Allah qarşısında qulun başı aşağı, qolu həmişə bağlı olar! 

Molla: 

– Siz Əliyə biət etmirsiniz, onu sevmirsiniz! 



–  Yalansa,  səni  lənətə  gələsən!  Mənə  Ağəli  adını,  Qara‐

bağın ən böyük din alimlərindən biri Hacı Fətəli Əfəndi qoyub, 

həm  də  canı  qədər  sevdiyi  imam  Əlinin  şərəfinə  qoyub!  Əmi‐

lərimin adı Əli, Dostəli, Hümbətəli, Məhəmmədəli, Fətəli olub. 

İndi de görək kimdir imam Əlini daha çox sevən, sən, ya mən? 

Bəsdir peyğəmbər ümmətini parçaladığınız! 

– Onda niyə namazı Əli tərəfdarı kimi qılmırsınız? 

–  Əlinin  necə  namaz  qıldığını  görmüsənmi?  Peyğəmbə‐

rimiz bəs necə namaz qılırmış? Bir də ki, namaz qılmağın qay‐



171 

 

dasına  qalsa,  lənətlənmiş  Firon  özünü  ayaqlarından  asaraq 



Allaha yalvarırmış,  bunun  isə  mükafatını  Allah‐taala  artıqla‐

masıyla  ona  vermişdi.  Yetər  ki,  namaz  qıl  və  namazında  tək 

olan Allahı zikr elə! Niyə bəs həcc ziyarətində “sünni namazı” 

qılırsan! 

– Uzatma, çıx məsciddən! – molla atamın üstünə bağırır. 

–  Şeytanın  oğlu  şeytan,  sənin  o  keçi  saqqalına  baxmaram, 

bu  saat  səni  it  kimi  kötəkləyərəm!  İrandan  gəlib  burada  bizə 

“din  dərsi”  vermək  istəyirsən!?  Şeyx  Nəsrullah  kimi  lotuluq 

etmək  istəyirsən,  Allahın  lənətinə  gəlmiş  it!?  Dur  burdan  elə 

rədd  ol  ki,  tozun  da  qalmasın,  murdar  şeytanın  oğlu!  –  deyə 

əlini yaşlı bir kişinin çəliyinə atmış, onu tutub saxlayan namaz 

dostlarına  isə  –  “Tfu  sizin  adamlığınıza,  qoyun  əzim  bu  şey‐

tanın başını..! O gün birlikdə oxumurduqmu peyğəmbərimizin 

hədisini? O demirdimi ki, – “Ümmətimin ən mərhəmətlisi Əbu‐

bəkr, dində ən sağlam olanı Ömər, ən həyalısı Osman, ən yaxşı 

hökm  edəni  isə  Əlidir!  Allahın,  mələklərin  və  bütün  xalqın 

lənəti, onlara kin saxlayanların üzərinə olsun. Allah təala onlara 

kin‐kidurət  edənlərdən  uzaqdır,  mən  də  uzağam!”  –  nə  tez 

unutdunuz  rəsulumuzun  bu  tapşırığını?!  Axirətdə  hamınızın 

yaxanızdan  ikiəlli  yapışacağam,  sizi  özüm  rəsulullaha,  ağam 

Əliyə  şikayət  edəcəyəm!”–  deyərək  bu  məscidə  bir  daha  ayaq 

basmamağa tövbə edib, çıxıb gedir. 

Bu hadisə onu doğrudan da çox sarsıtmışdı. Artıq evdə na‐

maz qılar, hərdən isə maşın düşəndə Bakıya – “Şəhidlər məsci‐

dinə”  –  cümə  namazına  gedərdi.  Qayıdanda  isə,  –  “Nə  gözəl 

şeydi vəhabi, sünni, nurçu, şiə, nəqşibəndi ilə yan‐yana namaza 

durmaq... Həm də necə pis mənzərədir din qar‐daşlarının – Mə‐

həmməd ümmətinin təriqətlərə parçalandığını görmək, onların 

sənə nifrətlə zillənmiş gözlərinin içinə dik baxa bilməmək... Al‐

lah, sən özün bizə doğru yolu göstər, bizi sünni‐şiəyə bölənlərin 

cəzasını özün ver, sən bizə ağıl ver, şüur kimi qiymətli nemətin‐



172 

 

dən  düzgün  istifadə  etməyi  öyrət  bizə”  –  deyə  dua  edirdi.  Bir 



dəfə danışırdı ki, – “Peyğəmbərimiz çuxası üstündə yatmış pişi‐

yi  oyatmamaq  üçün  ətəyini  kəsib  ki,  pişiyi  yuxudan  eləməsin. 

Görürsən  necə  ibrətamiz  hərəkətdir?  Biz  isə,  –  “Vay,  ay  aman, 

qoymayın  it  ya  pişik  mənə  bulaşdı,  dəstəmazım  pozuldu!”  – 

deyib,  Allah  evinin  qabağından  məsum  heyvanları  təpikləyib 

qovuruq.  Sünni  vəhabini,  şiə  sünnini  görəndə  az  qala  dəstə‐

mazlarını pozulmuş hesab edirlər. Allah bəlasını versin məzhəb 

ixtilafı  salanların.  Əlini  sevməmək  imansızlıqdır,  ancaq  Allaha 

olan  sevgini  kimin  xatirinə  olursa‐olsun  parçalamaq,  ən  azı 

günahdır. Bədbəxtlikdir bizimki. Elə ən yaxşısını vəhabilər edir 

– bircə vurub‐dağıtmaqları, ölüb‐öldürməkləri olmasa – Allah‐

dan  başqa  kimsəyə  baş  əymirlər.  5‐6  peyğəmbərin  adını  güclə 

bilən  biz  müsəlmanlar  qanmırıq  ki,  hələ  124  min  peyğəmbərə 

inanmasaq  da  imandan  çıxmış  oluruq.  Peyğəmbərləri  bir  yana 

qoyub,  imamların  üstündə  bir‐birimizin  az  qala  ətini  yeyib, 

qanını içirik...” 

Son  vaxtlar  baldırları  onu  çox  incidirdi.  Qan  damarları 

tromblaşmış,  göy  ilan  kimi  ayaqlarına  sarılmışdı.  Hər  yaz  onu 

Bilgəh sanatoriyasına istirahət və müalicəyə göndərirdim. Şıxov 

və Naftalan vannalarını müntəzəm qəbul edirdi. Ancaq  bu illər 

ərzində anamın, Qubadlının yerini heç nə ilə doldura bilmirdik. 

Hər şeydə bir nöqsan tapır, deyinir, sonra da – “Lənət şeytana, 

lap ağ eləmişəm ey..!” – deyib bizi güldürərdi. Mobil telefondan 

başı çıxmırdı. 

Birdən Afət zəng vururdu ki,

 – “Baba sənlə danış‐

maq  istəyir”.  Danışırdıq,  –  “Evin  antennasına  nəsə  olub,  tele‐

vizor  yaxşı  tutmur,  yanında  televizor  varsa,  “Xəbərlər”ə  bax 

gör  bir  şey  demirlər  ki?”  –  soruşurdu.  “Nədi  yenə,  nəsə  vacib 

xəbər deməlidirlər?” – avam‐avam soruşurdum. “Gör Qarabağ‐

dan  bir  şey  demirlər,  prezidentlər  bu  günlərdə  Davosduma‐

vosdu  nədi,  orda  görüşməlidirlər.  Ertədən  qırıcı  samalyotlar 

Qarabağa  tərəf  uçurdular,  indi  də  bir  dəstə  vertalyot  dənizin 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə