Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə54/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   50   51   52   53   54   55   56   57   ...   144

167 

 

Hətta, dostum Yusif həkim açıqca deyir ki, – “Artıq qırxı haxla‐



mısan, yavaş‐yavaş qoca yeməklərinə keçmək vaxtındır. Özün‐

dən  küs,  yoxsa,  iynələnməkdən  dəlik‐deşik  olacaqsan”.  Uşaq‐

lığımın və gəncliyimin çoxdan arxada qaldığını dərk edirdim. 

Paytaxtda ev almaq qərarına gəldim. Şəhər tünlüyünə, ba‐

sabas, səs‐küyə dözəcək səbrim olmadığından, həm də iş sahə‐

lərimin  Qaradağ  rayonu  ərazisində  yerləşdiyindən,  Sahil  qəsə‐

bəsində  ikiotaqlı  ev  aldım.  Bir  müddət  sonra  Mingəçevirdəki 

evimi də satıb Sahildə dörd otaqlı evə köçdüm. Kamo kirvənin 

verdiyi pulu isə ev alanda götürüb təmirə xərcləmişdim. Atam, 

–    “Hər  dəfə  bu  pulu  görəndə  elə  bilirdim  ki,  sandıqda  ilan 

yatıb, iyrənirdim”– deyirdi. Mürvət yeznəmiz atamın bu sözü‐

nü lağa qoyub, – “Bu vaxtadək erməninin pulunu mənə versəy‐

diniz, bu pulları sünnət etdirib müsəlmanlaşdırardım, halallaş‐

dırardım və artıqlamasıyla qaytarardım”– deyirdi. 

Artıq ciddi işlərə qoşulur, xarici şirkətlərlə müştərək tikinti 

layihələrinin  həyata  keçirilməsində  uğurla  iştirak  edirdik.  Ra‐

yonda  tikinti  materiallarının  istehsalı  ilə  məşğul  olan  ən  iri  və 

ciddi  yerli  şirkətə  çevrilmişdik.  Dövlətin  yazılı  və  yazılmamış 

qanunlarına  əməl  edirdik,  elə  də  ciddi  bir  maneə  ilə  qarşılaş‐

madan böyüyürdük, şaxələnirdik. 

Turizm biznesi məni həmişə ciddi maraqlandırıb. Odur ki, 

Azərbaycanın ən gözəl guşələrindən olan Oğuz rayonunda gə‐

ləcək  turizm  obyektləri  qurmaq  üçün  torpaq  sahəsi  aldım.  Ti‐

kinti  işlərinin  maya  dəyərini  ucuzlaşdırmaq  üçün  iki  səyyar 

beton zavodu, bir  qum‐çınqıl karxanası da qurduq. Sahil qəsə‐

bəsində hündürmərtəbəli bina tikintisinə başladıq. 

Amma,  bir  neçə  ildən  sonra  biznes  fəaliyyəti  çətinləşdi. 

Dövlət orqanları, xüsusilə də vergi işçilərinin reketlər kimi hər 

il  üçün  ağılalmaz  “şapka”  tələbi  bütün  işlərimi  və  əsəblərimi 

korlamışdı.  Şikayət  edəcək  orqan  və  adam  axtarmaq  mənasız 

idi. “Yazılmamış qanunlar” həddən artıq əzazilləşdirilmiş, mə‐



168 

 

murlar qəddarlaşmışdılar. İşin təşkilinin düzgün olub‐olmama‐



sından  asılı  olmayaraq  gözləri  bərəldəcək  məbləğlər  təyin  edi‐

lir,  almayınca  da  hər  cür  şantaja  əl  atırdılar.  İnsanları  məqsəd‐

yönlü olaraq hansısa çərçivəyə “hohalayırdılar”. Artıq öz ölkə‐

mizdə  rahat  iş  şəraiti  daralır,  “monopoliya”,  “krışa”  kimi  yeni 

qara terminlər işə düşürdü. Məsələn, adi tutuquşu yemi ticarəti 

üçün  əvvəlcə  bu  yemin  kimin  monopoliyasında  olduğunu 

ayırd  etməli,  onun  “faizi”ni  verdikdən  sonra,  ya  da  bilavəsitə 

onu “birinci əl” qəbul edərək bu biznesdə işləməyə məcbur edi‐

lirdin.  Rüşvət  qanuniləşdirilmişdi,  adamları  bir  il  “kökəldir”, 

sonra da “yununu qırxırdılar”. Bir ildə iki dəfə “qırxılmaq” bəzi 

iş  adamlarını  hövsələdən  çıxarır,  dövlətə  qarşı  qoyurdu.  Belə‐

lərini  “xüsusi  qaydada  tərbiyə  tədbirlərinə”  cəlb  edir,  “reabili‐

tasiyadan”  sonra  “işə  yararlıdır  lisenziyası”  ilə  “təkrar  emala” 

buraxırdılar.  Cəmiyyətin  əsasını  təşkil  edən  orta  və  varlı  təbə‐

qədə ciddi gərginlik yaranmışdı. Artıq əsas bəlalar unudulmuş, 

hamı  asan  var‐dövlət  yığmağa  girişmişdi.  İş  adamlarının  özü‐

nümüdafiə instinkti artıq qorxuya çevrilmişdi. İllərlə topladığın 

ad‐san, var‐dövlət bircə anın içindəcə kiminsə nəfsinin qurbanı 

ola  bilərdi.  Bir  yandan  da  dünyanı  bürümüş  maliyyə  krizisi  iş 

adamlarının  əl‐ayağını  bağlamışdı,  yeni  layihələrə  maliyyə 

qoyuluşu  azalmışdı,  hər  kəs  sahib  olduqlarını  qorumaq  üçün 

çarpışırdı.  İmkanı  olanlar  isə  öz  bizneslərini  xaricə  daşıyırdı  – 

heç olmazsa, orada hüquqi dövlət var idi, varlı olduqlarına görə 

təqib edilmirdilər. 

Artıq  yorulmağa  başlamışdım,  həm  səbrim,  həm  də  ener‐

jim  tükənirdi.  Qurduqlarıma  səmərəli  nəzarət  edə  bilmirdim, 

biznes fəaliyyətimi məhdudlaşdırmağı qərara almışdım. Pirqu‐

luda ailəmin istirahəti üçün ev tikintisini yarımçıq saxlamışdım. 

Bu  mülk,  qocalığımı  rahatlıqla  keçirmək  planımın  əsas  hissə‐

siydi  –  buranı,  gələcəkdə  nəvə‐nəticələrimi  başıma  toplamaq 

məqsədilə  tikdirirdim.  Həm  də,  bu  binanın  tikintisinə  nəzarət 



169 

 

etmək üçün Şamaxıya gedərkən istirahət etmiş olurdum. Artıq 



qocalıq  barəsində  düşünürdüm,  yaşım  40‐a  çatmışdı  –  demək 

normal  insan  ömrünün  yarısını  artıq  yaşamışdım.  Amma  nə 

vaxt, necə yaşadım? – bunu anlaya bilmirdim. Əslində isə yaşa‐

mamışdım, hələ yaşamağa hazırlıq görürdüm... 

Övladlarım böyümüşdülər. Qızım Durna 16 yaşa çatmışdı, 

oğlum  Kənan  isə  hələ  7‐cu  sinifdə  oxuyurdu.  Durna,  rəssam 

olmağı qarşısına məqsəd qoymuşdu, yaxşı əl qabiliyyəti var idi. 

Kənanın isə oxumaqla bir o qədər də arası yox idi – heykəltaraş 

olmaq  istəyirdi.  Durna  özünə  bacı,  Kənan  isə  özünə  qardaş 

istəyirdi.  Afət  məni  “bişirməyi”  bacardı  və  “saqqızımı  oğur‐

ladı”– daha bir qız övladımız dünyaya gəldi. Atam uşağın adını 

Bahar qoydu. Bu yaşımda uşağımın dünyaya gəlməsi ilk günlər 

məni  utandırsa  da,  sonradan  sonbeşiyimin  şirinliyinə  bağlan‐

dım,  sanki  həm  də  nəvəmi  qucağıma  alırdım.  Hətta,  lap  son‐

ralar  Bahar,  “dədə”  deyib  qucağıma  iməkləyəndə  atam  zara‐

fatla,  –  “Xəlvətdə  o  qədər  əzizləmisən  ki,  uşaq  səndən  əl  çək‐

mir”, – deyəndə özümdən, yaşımdan utanırdım. 

Atam  artıq  18  il  idi  ki  qürbətdə  yaşayırdı,  vətən  sevgisi, 

torpaqlara qayıtmaq ümidi isə günü‐gündən öləziyirdi. Ağına‐

bozuna  baxmadan  televiziyada  Qarabağ  məsələsini  araşdıran 

politoloqlara,  siyasi  şərhçilərə,  rəsmilərə  söyüşlər  yağdırırdı. 

Dəniz  kənarında  keçən  il  köçdüyümüz  evimizin  həyətindəki 

gül‐çiçək, ağaclarla başını qatır, namazını qılıb dəniz kənarında 

bir  qədər  gəzir,  sonra  da  yatardı.  Əldən  düşəndə  isə,  –  “Ay 

bala,  heç  deyəsən  bunların  Qarabağı  geri  almaq  niyyəti  yox‐

dur” – deyirdi. Artıq 78 yaşa çatmışdı. 

Cümə namazını həmişə qəsəbə məscidində camaatla birgə 

qılırdı. Bir cümə məscidə getməyəndə yaxın namaz dostları bi‐

zə  gəlir,  oturub  söhbətləşirdilər.  Çoxlu  dini  kitab  mütaliə  edir, 

xüsusən gənc namaz yoldaşlarını  dinin doğru istiqamətinə yö‐

nəldirdi.  Sünni‐şiə  mübahisəsinin  qatı  düşməniydi.  Onun  ya‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə