Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə62/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   58   59   60   61   62   63   64   65   ...   144

191 

 

– Yaman istidir, bala, suyu da saatla verirlər deyə ağacları‐



mın bir neçəsi yanıb. Ağac da körpə kimidir, yeməyini‐içməyini 

kəsdinsə, inkişafdan qalır. 

– Bağbansınız deyəsən? 

–  Bəli,  oğul,  bax  o  işıq  dirəyindən  bu  hovuzadək  olan  sa‐

həyə  mən  baxıram.  Əkib‐becəririk,  yay  gələndə  hamısı  susuz‐

luqdan tələf olur, adamın çəkdiyi əziyyətinə heyifi gəlir. 

–  Bağbanlıq  adamı  cavan  saxlayan  peşədir,  həmişə  arzu‐

sunda olmuşam səhərdən axşamacan torpaqda eşələnməyin.  Am‐

ma    indi    oturmaqdan   piylənmişik,    iki    təpcək  qazandan  sonra 

təngnəfəs oluram, torpaqdan yaman uzaq düşmüşəm, əmi... 

– Oğul, bayaqdan gözüm səndədi, itləri yedirdəndə də abırlı 

tərpənirdin. Eləsi var ki, tikəni göyə tullayıb iti oynadır, verdiyini 

elə verir ki, qoy hamı görsün. Sən isə gizlin yedirdin, “bismillah” 

deyib Allah xatirinə verdin, neməti ayaq altına tullamadın... 

–  Ay  maşallah.  Ağsaqqal,  yaman  diqqətliymişsən  ha...  Şə‐

hər adamına oxşamırsan. 

–  Oğuzdanam,  oğul.  Amma  yeddi  ildir  ki,  şəhər  adam‐

larının tapdağı altındayam... 

– Tapdaq altında niyə, əmican? 

–  Sən  də,  mən  də  buralara  yadıq,  oğul.  Yüz  il  də  yaşasaq, 

buralara öyrəşə bilmərik. 

– Adın nədir, ağsaqqal? 

– Aşralı. 

–  Mənimki  isə  Fərhaddır,  Qubadlıdanam.  Bəs  nə  yaxşı 

Oğuz kimi gözəl yeri qoyub buralara gəlib çıxmısınız? 

–  Uzun  söhbətdir,  bala.  Şəhərin  Oğuza  oxşayan  yeri  bircə 

buradır,  ona  görə  də  başımı  elə  buralarda  girləyirəm.  Bulvarı 

bağıma  da  çatmaz,  amma,  baxma,  hərdən  bülbüllər  oxuyanda 

lap  Oğuz  meşələrinə  oxşayır.  Bircə  zəhrimara  qalmış  revma‐

tizmam bu dənizin rütubətini götürmür. 

– Kimin var yanında, kimlə qalırsan? 



192 

 

–Heç kim, tək‐tənha... 



– Oğuldan‐uşaqdan yoxundurmu? 

–  Var,  ay  oğul,  amma  olmaz  olaydılar...  İki  oğlum,  bir  də 

bir qızım var, oğlanlarımın biri Rusetdə, biri türmədə, qızımsa 

rayondadır. Nəysə, məni tərpətmə. Sənin nəyin var, nə işin qul‐

pundan yapışmısan? 

–  Məndə  isə  əksinə  –  iki  qız,  bir  oğlandılar.  Sahil  qəsəbə‐

sində yaşayırıq, tikintiylə məşğulam. 

– Allah balalarını saxlasın, oğul. İki xeyirli qız böyüdüb ərə 

verən  valideynlər  cənnətlə  müjdəlidirlər,  Allah  arzularına  çat‐

dırsın balalarını da, səni də. 

–  Allah  razı  olsun  səndən,  Aşralı  əmi.  Əmək  haqqı‐zad 

normaldırmı, dolanışığa bəs eliyirmi? 

–  Tək  adamam,  bircə,  evin  100  manat  kirayəsidir.  Şükür 

tanrıya,  şikayətim  yoxdur,  dolanıram...  Ayda  200‐220  manat 

əlimə təmiz alıram, hərdən mükafat‐zad da yazırlar. 

–  Üzr  istiyirəm,  əmican,  bəs  yoldaşınız  yoxdurmu,  yoxsa 

rəhmətə gedib? 

–  Yox  oğul,  rəhmətə  getsəydi  nə  vardı  ki,  durur,  qızımla 

rayonda yaşayır... 

Aşralı  kişinin  həyat  tarixçəsini  qurdalamaq  ürəyimdən 

deyildi,  odur  ki,  qurdalamadım  da.  Amma  görünən,  əzizlərin‐

dən məmnun deyildi. 

Aşralı: 

–  Niyə  pəjmürdəsən,  bayaqdan  fikrin  dağda‐arandadır, 

nəyəsə hirslənmisən? 

– Yox, elə‐belə, bir az hava almaq istəyirdim – hər şeylə ma‐

raqlanması xoşuma gəlmədi deyə bir az soyuq  cavab verdim. 

Aşralı kişi bir qədər aralıda kimisə görüb yerində qurcux‐

du  –  “Yenə  içibsə,  başlayacaq  kafir  oğlu.  Adamı  mülhaz

47

  et‐



                                                            

47

 Güzəşt etmək, yola vermək.



 


193 

 

məklə heç işi yoxdu, vicdansızın...” – dilinin altında mızıldandı. 



Sağollaşmadan belini əlinə alıb aralanmaq istəyirdi ki, sifəti iç‐

diyi çaxırdan qıpqırmızı qızarmış 35‐38 yaşlarında cavan bir oğ‐

lan hələ bizə çatmamış əl‐qolunu yelləməyə başladı: 

–  Yenə  oturmusan,  a  kişi,  niyə  işləmirsən?  Niyə  camaatı 

istirahət eləməyə qoymursan? 

Aşralı qorxa‐qorxa: 

– Malik müəllim, su gəlmir, bayaqdan arxı təmizləyirdim, 

elə  indicə  bir  az  oturub  dincimi  almaq  istiyirdim  ki,  siz  gəl‐

diniz... 

– Əyə, yekə kişisən, abırın‐həyan olsun, sən nə sırtıq adam‐

san,  bəsdir  da..!  Nə  vaxtadək  sənin  nazınla  oynayacağam,  işlə‐

mək istəmirsən, de, tullayaq bayıra, o qədər yalvaranlar var ki... 

– Ay oğul, axı niyə bu qədər nifrət edirsən mənə, toyuğuna 

“kiş”mi demişəm sənin? Başımı salıb aşağı işimi görürəm. İndi 

su  gəlmirsə,  günün  altında  dayanıb  qaraltmayacağam  ki 

özümü... 

–  Sənin  bədəsil  oğlanların  qırılsın  elə,  məndən  sənə  oğul 

olar?  Sənə  iş  tapşırmışam,  canın  çıxsın  deyiləni  elə,  su  gəlmir 

dəstamaz aldığın aftafa ilə suvar, ağacın dibinə işə... 

Malik  son  sözündən  xoşhallanıb  gülümsündü.  İçdiyi ça‐

xırın iyi adamın ürəyini bulandırırdı. O, ağsaqqal kişiylə əməlli‐ 

başlı  “mırt  tuturdu”.  Hirs  başımı  çartladırdı.  Ayağa  qalxma‐

ğımla  boynunu  əlimə  almağım  bir  oldu  (dostlarım  elə  bu  xa‐

siyyətimə  –  hər  şeyə  “burun  soxduğuma”  görə  mənə  “dəli 

kürd” deyirdilər). Boynundan basıb skamyaya oturtdum – “Sə‐

nin  var‐yoxuna  lənət,  eşşək  köpək  oğlu!”  –  deyib  onu  var  gü‐

cümlə  boğdum.  Dili  bayıra  çıxmış,  sifəti  isə  göyərirdi.  Aşralı 

onu  əlimdən  almağa  çalışır  –  “Ay  bala  burax..,  əlini  zibilə  bu‐

lama..,  peşimançılıq  eliyərsən... Ay Fərhad.., burax qadan alım, 

oğul.., burax sən Allah.., axı öldü zalımın balası...”. Əlimi boğa‐

zından  çəkdim,  bədbəxt  səndirliyərək  skamyanın  arxasına  – 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə