Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə65/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   61   62   63   64   65   66   67   68   ...   144

200 

 

Bazar günüydü. Anam növbədəydi. Evdə tək‐tənha uzanıb 



kitab  oxuyurdum.  Qapını  arxadan  açarla  açdılar.  Elə  bildim 

anamdır,  amma  içəri  girən  Tahiriydi.  Ayağa  qalxıb  üst‐başımı 

düzəltdim.  Nədənsə  həmişə  inanırdım  ki,  bu  çəlimsiz‐cüssəsiz 

oğlana gücüm çatar. İçəri girdi, qapını arxadan kilidlədi. 

– Salam Dilbər. Bağışla evinizə soxulmuşam. Amma sənin‐

lə  ciddi  söhbət  etməliyəm.  Məni  on  dəqiqə  dinləməyini  xahiş 

edirəm. 

Qapının  yanındakı  döşəməsilən  taxtanı  əlimə  alıb  ona  qı‐

candım: 

–  Tez  çıx  bu  evdən,  adını  kişi  qoyub  kişisiz  evə  girirsən! 

Əgər  bir  də  söz  döndərsən,  bu  taxta  ilə  başını  ikiyə  bölərəm. 

Tez ol.., eşitmirsən!? 

– Dilbər, qurban sənə, heç də pis niyyətlə gəlməmişəm, va‐

cib söhbətim var, dinlə məni... 

– Qonşular görsə biabır olaram, el içinə çıxa bilmərəm. Nə 

niyyətlə gəlmisənsə, o niyyətlə də evinizə qayıt, məni hövsələ‐

dən çıxartma! 

– Söhbət sənin anandan gedir! Onu xəstəxanaya aparıblar... 

– Nolub ki, anama? Hansı xəstəxanaya aparıblar? 

–  Narkoloji  dispanserə,  anan  “ablavaya”  düşdü,  nəşə  çək‐

diyi yerdə tutdular – 5 nəfərlə birlikdə. 

– Sən isə aradan çıxa bildin hə, demək anam narkotikə də 

qurşanıbmış, sən onu bu işə cəlb elədin, eləmi? 

– Məndə nə günah var ki, özü öz xoşuynan qoşulub. Mənə 

dedi ki, şifonerdəki diplomatın içində pul var, ordan 500 manat 

götürüb onu qurtarım, elə bilirdim evdə deyilsən... 

–  Cəhənnəmə  tutsunlar,  gorun  da  dalınca,  yığdınız  məni 

boğaza..! 

Şifonerdən diplomatı götürüb açdım – cəmi 800 manat pu‐

lumuz  var  idi.  Bu  pulu  ikimiz  də  boğazımızdan  kəsib  yığmış‐

dıq. Sayıb 500 manatı Tahirə verdim. 



201 

 

Tahir: 



–  Narahat  olma,  birinci  dəfə  olduğundan  uzağı  bir  gün 

saxlayıb,  cərimə  kəsib  buraxacaqlar...  Dilbər  sən  çox  gözəlsən, 

bunu sənə indiyənədək deyiblərmi? 

–  Bas  bayıra,  gicbəsər,  bunu  ən  son  deyən  sənsən,  nar‐

koman matışka! 

Döşəməsiləni  onun  sinəsinə  dirəyib  bayıra  itələdim.  Tahir 

çıxıb getdi. 

“Aman  Allahım,  günahım  nədir  axı,  niyə  məni  bu  ailənin 

övladı  elədin?  Atamı  əlimdən  tez  aldın,  qardaşım  və  anamı 

əxlaqsız əyyaş elədin. Axı niyə hər şey birdən‐birə belə sürətlə 

dəyişdi? Demək, Durna nənəm havayı yerə danlamırmış atamı, 

anamdan  elə‐belə  acığı  gəlmirmiş...  Axı  valideynlərimin  səhvi 

nə  idi?  Durna  nənəmə  qarşı  münasibətləri  normal  idi,  xırda 

incikliklərdən isə onun heç xəbəri də olmurdu, bəs onda nəydi 

onun  ürəyinə  daman?  Sanki  aqibətimizin  belə  olacağını 

əvvəlcədən  hiss  edirmiş...  Mən  indi  bu  evdə  necə  yaşaya  bilə‐

rəm,  məni  narkomanın  qızı,  “mavi”nin  bacısı  deyə  çağırmaz‐

larmı?  Of,  of..!  Canım  nənəm,  kaş  kəndimiz  qalaydı  və  məm‐

nuniyyətlə səninlə birlikdə təzək yapardım... Hardasan, Fərhad, 

qurtar  məni  bu  bəlalı  həyatdan,  sənə  çox  ehtiyacım  var...”  – 

hönkürdüm. 

Rəfiqəmə zəng vurdum – evdəydi. Onlara yollandım. Ana‐

mın  dispanserə  düşməyi  heç  vecimə  də  deyildi.  Məni  ağrıdan, 

bu  gündən  sonra  başıma  gələcəklərdir.  Həyatın  belə  gedişi 

məni  əxlaqsızlığa  sürükləməyə  işləyirdi,  adım  ailəmin  adıyla 

çirklənəcəkdi.  Nəsə  bir  çıxış  yolu  tapıb  bu  evdən,  bu  ailədən 

baş götürüb qaçmaq lazımdır, həm də tez bir zamanda... 

Səfurə  islağa  paltar  qoymuşdu.  Mətbəxdən  soğandağının 

qoxusu  gəlirdi.  Balaca  olarkən  xörəyin  içindən  soğan  qırın‐

tılarını yığardım, soğandan iyrənirdim. Kənddə olarkən, Durna 

nənəm  sabılca  dolu  soğandağı  bişirib  boynumun  dalını  kəs‐



202 

 

dirmişdi  –  “Ye,  itin  qızı,  soğandan  iyrənən  olub!  Soğansız  ye‐



məyin  nə  dadı?!  Çörəyi  batır  ye!  Bəs  ərinə  yeməyi  necə  bişirə‐

cəksən, soğansız bişirəcəksən, yoxsa, soğanın qoxusundan mət‐

bəxə girməyəcəksən, bəlkə ifritə anan kimi, kişinə yemək bişirt‐

dirəcəksən!?  Ye,  köpəyin  qızı,  yoxsa  saçını  yolacam,  tez  ye..!” 

İyrənə‐iyrənə bir sabılca soğandağını mənə zorla yedirtdi. Artıq 

o  vaxtdan  bu  pis  vərdişimi  tərgizmişdim,  əksinə  soğandağını 

sevməyə  başlamışdım.  Bax,  tərbiyəni  belə  verərdilər.  Qıza,  – 

sabahın anasına – ərinə yemək bişirmək üçün soğandağı iyi do‐

lmuş  mətbəxin  sahibi  olmağın  tərbiyəsi  beləcə  başlamalıydı. 

Anam isə üstümüzdən iy gəlməsin deyə, hətta imkanımızın ye‐

tərli  olmadığına  baxmayaraq  qulluqçu  tutmaq  eşqinə  də  düş‐

müşdü,  yaxşı  ki,  atam  vaxtında  sözünü  sərt  demişdi  –  “Səni 

qulluqçu olaraq almışam, əlavə qulluqçuya ehtiyacın varsa, bu‐

yur qapı açıqdır, mən özüm öz uşaqlarımın qeydinə qalaram” – 

demişdi. 

–  Xoş  gəldin,  bacı,  necəsən?  Gözümə  bir  təhər  dəyirsən, 

rəngin  elə  bil  ağarıb,  bir  şey  olmayıb  ki?  –  Səfurə  məndən  so‐

ruşdu. 


– Yox, Səfuş, hər şey qaydasındadır. Uzanıb kitab oxuyur‐

dum, bezdim, dedim görüm sən neynirsən, bir az dərdləşək. 

–  Sən  soğanı  qarışdır  yanmasın,  mən  də  paltarları  yaxala‐

yım.  Axşamdan  tort  qalıb,  istiyirsənsə  çay  da  süz  iç,  mətbəx‐

dədir. 

Tortdan bir parça kəsib çiniyə qoydum, çəngəllə ilk tikəni 



rəfiqəmin ağzına qoydum. 

– Nədi, qorxursan ki, köhnə olar, “qoy öləcəksə birinci rə‐

fiqəm ölsün” demək istəyirsən? – Səfurə bunu zarafatla dedi. 

– Səni istəməyənlər ölsün, ay dəli, əllərin sabunludur deyə 

elədim,  tamahın  düşər,  boğazımda  qalar  dedim.  Sən  axı  niyə 

belə şeytan qızsan? Nədəndi sənin şirinliyin, axı mən səni niyə 

bu qədər çox istəyirəm? 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə