Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə67/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   63   64   65   66   67   68   69   70   ...   144

206 

 

rənin ürəkbulanması tutdu. Mehti lağa, Səfurə ilə zarafata baş‐



ladı.  O,  kifayət  qədər  hündürdən  danışırdı  və  hətta  yaxındakı 

adamlardan onun dediklərinə çönüb baxanları da vardı: 

–  Hə..,  həzarat,  indi  “Etna  vulkanı”  püskürmək  üçün  lən‐

gər vurur... Bir azdan siz bu möhtəşəm lava püskürməsinin şa‐

hidi  olacaqsınız.  Bu  günkü  lava  ilə  birlikdə  siz  həzm  olunmuş 

tort,  toyuq  budu,  “paytaxt”  salatı  və  bir  ədəd  alma  qarışığının 

nə şəklə düşdüyünü görəcəksiniz. Yaxın durun, baxın, bu gözəl 

qız min əziyyətlə ərsəyə gələn ərzağı görün nə günə salır... 

Eşidənlər  gülür,  Səfurə  isə  incimiş  halda  öz  mədə  bulan‐

masının  hayındaydı.  Gəminin  burnundan  dənizə  doğru  əyildi, 

Mehtinin  bayaq  təsvir  elədiyi  “Etna  vulkanı  püskürürdü”. 

Əlimlə  əziz  rəfiqəmin  belindən  tutmuşdum.  Onun  halına  yan‐

maq bir yana qalmışdı, indi mən də yaxındakı adamlar kimi bu 

mənzərəyə baxıb gülürdüm. Mehti bu zarafatla Səfurənin utan‐

mağının qarşısını da vaxtında bacarıqla almışdı. Səfurə dəsmal‐

la dodaqlarını silir, bu mənzərəni müşahidə edən insanlara bö‐

yük  günah  işlətmiş  adam  kimi  yazıq‐yazıq  baxır  və  Mehtinin 

çiyninə yumruq vurub yenidən dənizə doğru əyilirdi. 

–  Baxın,  ekologiyamızı,  ana  Xəzərimizi  korlayan  bu  qızcı‐

ğazı  daş‐qalaq  eləyin.  Belələrinə  bizim  aramızda  yer  olmama‐

lıdır. Yeyə bilmirsən yemə, qusacaqsansa gəmiyə minmə, axı bu 

qida ilə neçə gün dolanmaq olardı, indi isə hazırca həzm olun‐

muş  qidanı  balıqlar  yeyəcək  və  sonra  biz  fikirləşəcəyik  ki,  – 

“Görəsən,  niyə  çay  balığı  Xəzərin  balığından  dadlıdır?”.  Bilin 

və agah olun, ona görə ki, bu balıqlar mənim dünya gözəli ni‐

şanlım Səfurənin qusuntusu ilə qidalanırlar... 

Mehtinin belə “artistliyini” hələ indiyədək mən də görmə‐

mişdim.  Gəmidəkilər  əməlli‐başlı  əylənmişdilər,  Səfurə  isə  ni‐

şanlısından yenə incidi. İncəvara, gəmi sahilə yan almışdı, hamı 

düşür, biz isə hələ də gəminin burnu tərəfdəydik. İndisə, Mehti  

israrla  Səfurənin  dodaqlarından  öpmək  üçün  onun  üzünü  iki‐



207 

 

əlli tutmuşdu – “barışmaq” üçün ağıllı yol bu idi. Səfurə imkan 



verməsə də, Mehti onun bulaşıqlı dodaqlarını öpə bildi. 

Sahilə  çıxdıq,  yavaş‐yavaş  “Dəniz  limanı”  tərəfə  yeridik  –

maşını o tərəfdə saxlamışdıq. Qarşımıza çıxan gülməli bir mən‐

zərə Səfurənin kefini əməlli‐başlıca açdı. Bir nəfər kişi oturaca‐

ğın  arxasındakı  yaşıllığa  uzanıb  qusurdu,  əlində  bel  olan  yaşlı 

kişi  və  onun  yanında  da  cavan  bir  adam  bu  iyrənc  mənzərəyə 

baxıb sifətlərini turşutmuşdular. Mehti yenidən “monoloquna” 

başladı: 

–  Ey  ana  təbiət,  bağışla  bizi,  sənin  suyunu,  torpağını,  ha‐

vanı  öz  iyrənc  qusuntumuzla  təhqir  edirik.  Bax  bu  yazıq  “pi‐

yaniskə” içib qaytarır – torpağını peyinləyir, Səfurə balamız də‐

nizdəki  balıqlarla  öz  qidasını  bölüşür.  Hava  və  günəşinə  isə 

başqaları  “qulluq”  edir.  Bağışla  biz  günahkar  bəndələrini,  ana 

təbiət! 


Artıq Səfurə də bizə qoşulmuşdu, deyib‐gülürdük. 

–  İndisə,  xanımlar,  icazənizlə  boşalmış  mədələri  doldur‐

maq üçün sizi bu yaxınlıqdakı gözəl bir restorana dəvət etmək 

istəyirəm. Xahiş edirəm, məni bu xoşbəxtlikdən məhrum etmə‐

yəsiniz. 

Səfurə bir daha gəmiyə minməyəcəyinə and içdi. Mən isə bu 

gəzintinin səbəbkarı olduğum üçün özümü lənətləyirdim. Mehti, 

–  “Lap  əla  oldu,  ürəyimdən  tikan  çıxdı,  şəxsən  hələ  belə  dəniz 

gəzintisi görməmişdim, hər şeyə görə Dilbər, sənə borcluyam” – 

deyirdi.  Həmin  gün  ürəyimizcə  dedik‐güldük.  Amma  nə  biləy‐

dim  ki,  yaşıllığa  uzanıb  qusan  kişini  müşahidə  edənlərdən  biri, 

mənim  əliçıraqlı axtardığım,  bu saat  ən  çox ehtiyac duyduğum, 

canımı qurban etməyə hazır olduğum Fərhadıymış... 

 

 



 


208 

 

Fərhad: 

 

Verginin  pulunu  düzəldib  verdim.  Belə  işləmək  olmazdı. 



İşləri  səhmana  salmaq,  biznesi  xeyli  məhdudlaşdırmaq,  işin 

profilini dəyişmək qərarına gəlmişdim. Paytaxtın “töycü”sü re‐

gionlardakından qat‐qat çox idi. 

Ailəvi  Pirquluda  təmiri  yenicə  başa    çatmış  evimizə  yollan‐

dıq.  Evin  otaqları  bəzədilmişdi, genişlikdən adam  vahimələnirdi. 

Uşaqlar yaxşı istirahət edir, atam, – “Axır ki, torpağıma oxşar bir 

yer tapdım” – deyə bütün günü həyətdə yer belləyir, gül əkir, lək‐

lər düzəldirdi. Afət isə yaxşı evdar xanım kimi qollarını çırmalayıb 

ev  işlərini  görür,  yemək,  yır‐yığış  işlərilə  başını  qatır,  ya  da 

uşaqlarla meşəyə gəzməyə çıxırdı. Bu yer mənim də ürəyimcə idi. 

Evimiz  Pirqulu  meşələrinin  başlandığı  dərənin  yamacında  idi. 

Dərədən bulaq sularının birləşdiyi yerdə suyun şırıltısı eşidilirdi. 

Səhərlər  quşların  səsinə  oyanmaq  başqa  zövq  idi.  Təmiz  hava, 

gözəl mənzərə, sakit məkan, göz oxşayan təbiət insanı yaşamağa 

çağırırdı.  Bütün  günümü  ya  uşaqlarımla  oynamaqla,  ya  da  kitab 

oxumaqla keçirirdim. Vaxt tapanda isə iş otağıma çəkilib Nağıyla 

telefonla  danışır,    işlərimi    izləyir,  lazımi  tapşırıqlarımı  verirdim. 

Hər şey Nağının öhdəsində qalmışdı. Bir də gələn il bizə yoxlama 

gələcəkdi,  deməli  vaxtdan  səmərəli  istifadə  etməli,  daha  gərgin 

işləməliydik. Oğuzdakı istirahət zonasında kotejlərin tikintisi başa 

çatmışdı,  ilk  turistlər  qəbul  olunmuş,  uşaqlar  “siftə”lərin  istə‐

yirdilər. Atamla bu günlərdə Oğuza getməyi planlaşdırmışdıq. 

Birinci  dəfəydi  sevdiklərimlə  birgə  bu  cür  uzunmüddətli 

istirahət  etdiyimiz.  Uşaqların,  Afətin,  atamın  eyni    əməlli‐başlı  

açılmışdı. Artıq imkan  düşən  kimi  birlikdə  istirahət  edəcəyi‐

mizə söz vermişdim. İki gündən sonra uşaqlar əl çəkmədilər ki, 

–  “Biz  də  Oğuza  gedirik!”.  Atamın  da  təkidiylə  hamılıqla  ma‐

şına oturub Oğuza – yeni istifadəyə verilmiş istirahət zonamıza 

yollandıq. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə