Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə68/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   64   65   66   67   68   69   70   71   ...   144

209 

 

“Bənduvan” istirahət zonası 1,5 hektar meşəlik ərazini əha‐



tə  edir.  15  ədəd  taxta  kotejlərdən,  daşdan  tikilmiş  restorandan 

və uşaqlar üçün əyləncə parkından ibarətdir. Yaxınlıqdan bum‐

buz  bulaqların  qovuşduğu  dumduru  çay  axırdı.  Gələcəyimizi 

bildiklərindən  üçotaqlı  kotejlərdən  birini  bizim  üçün  saxlamış‐

dılar. Yükümüzü otağa boşaldıb meşənin dərinliklərinə – bulaq 

başına gəzməyə getdik. Bulaqla balaca şəlalə arasında on metrə‐

dək məsafə vardı. Meşə o qədər sıx idi ki, günəşin şəfəqləri yerə 

güclə çatırdı. Atam hər otu, çiçəyi, kolu, ağacı diqqətlə gözdən 

keçirir, – “Ölüb qalmalı yerdir”, – deyə məmnunluqla bu gözəl‐

liyə  valeh  olduğunu  gizlətmirdi.  Bulağın  gözündən  su  içib,  – 

“Azərbaycanın  nə  qədər  gözəl  bir  cənnət  guşəsi  olduğunu  bil‐

mək  üçün  onun  hər  dərəsini,  meşəsini,  bulağını  gəzmək,  gör‐

mək lazımdır. Bax o zaman doğma Azərbaycanın hər qarış tor‐

pağını sevməyə, qorumağa hamı sidq‐ürəkdən and içər” – dedi. 

Bizimkilərdən xeyli aralanıb ata‐bala tək qalmışdıq. 

Atam: 


– Oğul, mən burda qalası oldum. Nə var o cansıxıcı şəhər 

binalarında,  o  səsli‐küylü  küçələrdə?  Bir  azdan  sən  də  qoca‐

lacaqsan, səni and verirəm ananın qərib məzarına, balalarını şə‐

hər mühitində tərbiyə almağa qoyma. Vaxt varkən belə yerlərə 

köç, heç olmazsa saf hava udarsan. Müdrik, zəhmətkeş insanla‐

rın arasında yaşamaqla, bic mühitdə yaşamaq arasında çox fərq 

var,  oğul.  Bir  azdan  Durna  instituta  girəcək,  təkbaşına  şəhərə 

gedib‐gələcək, ətrafdakıların çoxu isə əjdaha xislətli adamlardır, 

baxma,  yəqin  istəməyənlərin  də  var.  Bax,  oğul,  bu  barədə  sə‐

ninlə həmişə söhbət etmək istəmişəm, çünki məni narahat edən 

iki  şey  var,  –  “Torpaqlar  nə  vaxt  qaytarılacaq?”  və  “nəvələrim 

şəhərdə böyüyüb, tərbiyə alıb nə olacaqlar?”. 

–  Ata, sən elə danışdın ki, guya şəhərdəkilərin hamısı ilan, 

əjdahadır. Hamının övladı, arvadı, ailəsi var. İçində iki‐üç şərəf‐

sizi var deyə, niyə şəhərdən belə iyrənirsən? 



210 

 

–  Çünki,  kənddə  sən  dediyin  o  iki‐üç  şərəfsiz  də  yoxdu  –



camaatın tənəsi deyilən bir şey var. Amma şəhərdəki bu iki‐üç 

toxum tezliklə bütün şəhəri bürüyəcək. Qiyamət günü valideyn 

övladının  harayına  çata  bilmədiyi  kimi,  şəhərdə  də  gözünün 

qabağında  ölən  birinə  gözucu  baxmaqla  kifayətlənirlər. 

Qocaya‐uşağa  yer  verilməyən,  böyük‐kiçiyə  hörmətin  itdiyi, 

zarıyan  adama  bir  qurtum  suyun  verilmədiyi  yerdə  insaf, 

ədalət yoxdu demək, oğul. Laqeydlik baş alıb şəhərdə. Bir gün 

sənin də laqeydlik qurbanı olacağından qorxuram, bala... Bura‐

lar çox gözəldir, balalarına bir gün ağla. Şükür verənə, imkanın 

var, şəraitin var... Buralara uyğun bir iş seç və yığış buralara. 

–  Ata,  mənim  də  istirahətə  ehtiyacım  var.  Cavan  yaşımda 

özümü  lap  90  yaşlı  qoca  kimi  hiss  edirəm.  Əslində  düz de‐

yirsən. Mən bu işi başlamışam da. Amma yəqin ki, bu bir qədər 

vaxt aparacaq. Yəqin ki, o vaxtadək Durna institutu, Kənan da 

məktəbi  bitirəcək.  Allah  kərimdir,  dediyin  bir  az  geciksə  də, 

amma mütləq olacaq. 

–  Soruşmaq  pis  çıxmasın,  –  işlərinə  qarışmağı  bilirsən  ki, 

sevmirəm,  bax  bu  istirahət  zonasından  nə  qədər  pul  qazana 

bilirsən? 

–  Hər  gün  qonaq  olsa,  hər  kotej  gündə  təmiz  100  manat 

verir.  Ayda  da  rüşvətli‐zadlı,  qoy  rayon  yerində  olsun  lap 

2000‐3000 manat xərci. İşçilərin əmək haqqını, xidmət xərclərini 

isə restoranın gəliri tam ödəyir. 

Atam köhnə hesabdar idi – beynində vurdu‐çıxdı: 

–  Demək  ayda  42‐43  min  manat  pul.  Ay  oğul,  bəs  niyə 

artıqtamahlıq  edib  günaha  batırsan,  bu  qədər  pul  sənin  yeddi 

arxa  dönəninə  də  bəs  edər.  Bizim  “doqquzluq”  eşşək  kimi 

səhərdən  axşamadək  işləməyin  kimə  lazımdır?  Niyə  balalarını 

başına yığıb insan kimi yaşamırsan? 

–  Ata,  bir  azdan  buraların  da  zibili  çıxacaq.  Hələ  ki,  Bakını 

daraşıb yeyirlər. İndi şəhərdən buralara “yeni islahatlar aparmaq 



211 

 

üçün” işçilər təyin edirlər. Bir də ki, bura Bakıdakı işləri səhmana 



salmaq üçün lazımdır. Elə bilirsən səhnədən çıxmağa, “daha mən 

oynamıram” deməyə imkan verərlər, həmin günü səni tapdalayıb 

əzərlər. Hünərin varsa, deyilən məbləği vaxtında çatdırma, həmin 

günü əlli dəfə zəng edirlər – 

“Nooldun

, harda qaldın?”. Qorxulu 

zəmanədir, ata, çox qorxulu... Adamı qarışqa kimi əzərlər. 

– Nə bilim, ay bala, sən daha yaxşı bilərsən. Onda ehti‐yatlı 

ol,  balalarına,  mənə  yazığın  gəlsin.  Görəsən  bu  məmləkət  nə 

vaxtsa düzələcəkmi, rüşvətin kökünü kəsən biri tapılacaqmı? 

–  Ayda  45  min  qazanmaq  üçün  2‐3  min  pul  xərcləməyin 

nəyi pisdir axı, ata? Qınamalı deyil, bəlkə də belə olmalıdır. Axı 

biz  də  hər  şeyi  bilmirik,  bəlkə  doğrudan  da  Qarabağı  qaytar‐

maq üçün yığılır bu pullar? 

–  Əgər  elə  olsa,  mən  “uf”  demədən  yenidən  sənin  atan 

olmaq  üçün  bütün  hər  şeyimizi  satıb  dövlətə  verərəm.  Amma 

yalan  deyirlər,  bu  rüşvətdir  bala,  rüşvət.  Rüşvət  isə  haramdır. 

Haram  isə  şeytana  qulluqdur,  Allaha  zidd  çıxmaqdır.  Allaha 

zidd çıxmağın əvəzi cəhənnəm əzabıdır. Rüşvəti verən də, alan 

da cəhənnəm odundan qorxmalıdır. Bax sənin ürəyini deşən də 

cəhənnəm  əzabının  qorxusudur.  Hərdən  sənin  çəkdiyin  əzab‐

lara görə əlimə silah alıb o rüşvətxorların üstünə cummaq istə‐

yirəm.  Rüşvət  üstə  qurulan  dövlətin  ömrü  uzun  sürməz,  bala. 

Amma  baxanda  ki,  bura  şəhərdir  və  deməli  şəhərdə  hər  şeyin 

belə olması normaldır, onda qarışmıram, hirsimi boğuram. Elə 

bilirsən  hər  dərman  atanda,  ürəyin  sancanda  oturub  kənardan 

sakitcə baxıram? Yox vallah, içim deşilir, sabahadək vicdanımla 

xırlaşıram. Amma  işlərindən  başım  çıxmır,  sənə  yol göstərə 

bilmirəm, atalıq vəzifəmi mən də “dondurmuşam”,  “yəqin özü 

ən döğru yolu bilir”– deyirəm. Başqa vaxtı səni siqaret çəkmə‐

yin  üstdə  tövləmizdəki  dirəkdən  asardım,  amma  indi,  gecələr 

səhərədək  dənizə  baxa‐baxa  hər  iki  dəqiqədən  bir  siqaret  çək‐

diyini görəndə göz yaşımı saxlaya bilmirəm. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə