Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə69/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   65   66   67   68   69   70   71   72   ...   144

212 

 

Atam  danışdıqca  doluxsunurdu.  Siqaret  söhbətini  saldı‐



ğına  görə  isə  utanıb  yerə  girdim,  başımı  aşağı  salıb  gözlərimi 

gizlətdim. 

–  Atalıq  qürurum  məni  boğur,  oğul,  hər  addımında  mə‐

nimlə  məsləhətləşməyini,  doğru  və  halal  olanı  mənimlə  mü‐

zakirə etməyini istəyirəm. Hamı səndən ağızdolusu razılıq edir, 

amma  bilmirəm  bunu  doğrudan  deyirlər,  yoxsa,  nəyinsə  xa‐

tirinə?  Hamıya  “dostumdur”  deyirsən,  ancaq  bu  qədər  dostun 

olması  çox  təhlükəlidir,  canım  oğlum...  Bu  qədər  dostu  olan 

gecələr rahat yatmalıdır, sən isə əksinə, səhərədək yatmırsan. 

–  Ata,  mən  səni  öz  iş  problemlərimlə  narahat  eləmək  istə‐

mirəm. Bu, o demək deyil ki, sənin məsləhətinə ehtiyacım yoxdur. 

Sənə həmişə ehtiyacım olub, hərdən başımı itirəndə elə istəyirəm 

ki, başımı dizinə qoyub uşaq kimi hönkür‐hönkür ağlayam... 

– Bilirəm, oğul, bilirəm ki, məni dərdə salmamaq üçün heç 

nə demirsən. Amma, acını bölüşmək üçün dərdləşməyə nə de‐

yirsən? Onsuz da mən də uşaq kimi kövrəlmişəm, bu qədər çox 

yaşadığıma görə özümdən utanıram. Görünür yaradan özü və‐

dinə əməl etmək üçün məni yaşadır ki, canımı Qubadlıda alsın. 

Bəlkə də son günlərimin sınağını daha da ağırlaşdırır ki, görsün 

dinimdən dönürəm, ya yox? Amma mənim də təsəlliyə, biriylə 

dərdləşməyə  ehtiyacım  var.  Mənə  səndən  əziz  adam  varmı  bu 

dünyada?  Bəs  ürəyimi  sənə  də  açmayandan  sonra  kimə  açım? 

Səhər ertədən evdən çıxırsan, gecə də yorğun‐arğın gəlib yatır‐

san, bəlkə mənim də sənə deməyə dərdim‐sərim var... 

Atamın sözlərindən nəsə bir işarə də hiss elədim. Bacım bir 

dəfə demişdi ki – “Gəlsənə, atamızı evləndirək?” – bu söz yeni‐

dən yadıma düşdü.  Sonradan ağzını aramışdı da, lakin az qala  

qızın  ağzından  vurmuşdu.  İndi  o  vaxtdan  çox  zaman keçib, 

bəlkə  bu  təklifin  oğlu  tərəfindən  edilməsi  qayda  imiş?  Ya  da, 

bəlkə indi razılıq verər? Üzümə üz qatıb həyasızlığımın ən yük‐

sək zirvəsinə qalxmağı qərara aldım, qorxa‐qorxa soruşdum: 



213 

 

–  Ata, bu sözümə görə məni  bağışla, amma deməyi özü‐



mə  borc  bilirəm,  heç  anamın  dərdini  azca  da  olsa  unutmaq 

üçün biri ilə... – sözün dalını deməyə dilim dönmədi. 

Atamın yumruğu düyünləndi, dodaqları titrədi: 

–  Səni  bu  meşənin  içində  tikə‐tikə  doğrayaram!  Sən  məni 

nə hesab edirsən! Demək, dediklərimi başqa səmtə yozdun!? 

Heç 45 il bir yastığa baş qoyduğum halalımı kiməsə dəyi‐

şərəmmi?  Mən  heç  elə  şərəfsizə,  namussuza  oxşayacaq  addım 

atmışammı? Onda gözünün içinə dik baxmağa, çörəyini yemə‐

yə  necə  cürət  edərdim?  Bacın  bir  dəfə  dedi,  payını  aldı.  Belə 

şeyi  ağlınıza  da  gətirməyin.  3‐5  günlük  kef  üçün  axirətimi  zay 

eləmərəm. Elə bayaqdan da sənə demək istədiyim budur ki, 3‐5 

günlük ömrünü dünya malına xərcləmə, bir dur, dayan və qar‐

şıda  səni  gözləyən  ölümünə  şərəflə  hazırlaş.  Bu  dünyanın  pu‐

lundan,  var‐dövlətindən,  kefindən  şirin  şeylər  də  var  –  insana 

iradə,  səbr,  əzmkarlıq  verən  din;  gecə‐gündüz  çalışıb  tər  tök‐

düyün  əziyyətinə  şirinlik  qatacaq  halallıq;  sənə  bu  qədər  ne‐

mətləri  bezib‐yorulmadan  çatdıran  Allaha  şükr  etmək;  sənə 

verilənlərə  aylarla  möhtac  qalan  yetim‐yesirin  qayğısına  qal‐

maq;  bal‐qaymaq,  piy‐yağ  içində  böyüyən  deyil,  halal  zəhmət, 

ağır  əziyyətlərə  qatlaşmağı  bacaran  övlad  tərbiyə  etmək;  bu 

qədər  sahib  olduqlarına  sahib  çıxmağı  bacaran  övladlar  yetir‐

mək... Sənə bu şeylər haqqında fikirləşməyin vaxtının çatdığını 

demək istəyirdim... 

– Bağışla, ata. Günahkaram. Həm də ona görə ki, başım o 

qədər işə qarışıb ki, doğmaca atama da vaxt ayıra bilməmişəm. 

Bir də eləmərəm, keç günahımdan. 

Atam ömrümdə, deyəsən, 7‐ci dəfəydi ki, mənim alnımdan 

öpdü, qəhər onu boğurdu: 

– Oğlum, indiki zamanda sənin mənə, mənimsə ancaq sənə 

ehtiyacım  var.  Bu  ehtiyacı  bölüşməsək,  hərəmiz  lazımsız  əşya 

kimi bir küncdə qalacağıq. 



214 

 

Atamı bağrıma basdım: 



– Atam mənim, 20 il anamsız yaşamağı bacaran, mərd atam 

mənim... – çoxdandı onun qoxusunu belə sinədolusu içimə çək‐

məmişdim. Buna imkan verməyən qürurumü lənətləyirdim. 

–  Arsızlar  kimi  20  il  yaşamağı  bacaran  atan...  Gedək,  de‐

yəsən kabab hazırdır. 

Bir az da dinməzcə gəzişib manqal başına gəldik. İstirahət zo‐

nasına  rəis  təyin  etdiyim  Bəkir  kababları  qazana  çəkirdi.  Afət  və 

Kənan hazır qabırğaları dartışdırırdılar. Deyəsən ət möhkəm idi. 

– Bəkir, ət merinos qoyununku deyil ki? – soruşdum. 

Bəkir: 


– Yox, məllim, öz məhləmizdəndir – dedi. 

–  Atacan,  bu  tərəfin  bir  şeyi  var  ki,  –  xüsusən  Qax,  Şəki, 

Zaqatala  tərəfin  –  qoyunları  merinos  olduğundan  əti  çox  da 

dadlı deyil. Amma məncə Oğuzun qoyunları yeməli olmalıdır. 

Atamla  hərəmiz  bir  tikə  götürüb  kababın  dadına  baxdıq. 

Atam: 


–  Hə,  doğrudan  da  dadı  bir  qədər  başqadır,  Qarabağ  cin‐

sinin dadını vermir. Tamarzı qaldıq öz ağız dadımıza... Amma 

əlinə  bərəkət,  oğul,  yaxşı  bişirmisən,  düzdür,  qoca  yeməyi 

deyil, amma dadlıdır, bir az yeyəcəyəm bu gün, yanımızda da 

bulaq var, Teymur əmi

48 


demişkən – “Əmicanı qorxusu yoxdu!” 

Atamı  Qubadlıdan  çıxandan  bəri  hələ  indiyədək  belə  şən 

görməmişdim  (“diqqət  verməmişdim”  desəm  daha  düzgün 

çıxar).  Hətta,  nəvələriylə  “qaçdı‐tutdu”  oynadı.  Ürəyim  rahat‐

lanmışdı,  atamın  eynini  açmağın  yolunu  tapdığım  üçün  sevi‐

nirdim.  Artıq  buralara  tez‐tez  gələcəyimizə  hamının  yanında 

təkrar  söz  verdim.  Meşədən  təzə  fındıq,  şabalıd  pöhrələrini 

gətirib  hər  kotejin  qarşısında  birini  əkdik.  Ağacları  suladıqdan 

sonra  atam  şitillərin  “bərəkət  duasını”  verdi,  –  “Ya  Rəbbim, 

                                                            

48

 

Müğənni Teymur Mustafayev.



 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə