Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə72/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   68   69   70   71   72   73   74   75   ...   144

221 

 

landı.  Davarı  yalın  qaşında  qoyub,  “Cin  kahası”na  doğru  qaç‐



dım. “Cin kahası” kosa papağına oxşar dimdik qaya idi. İçi pa‐

pağın  öz  formasında  oyuq  idi,  hətta,  tüstü  çıxması  üçün  “pa‐

pağın” ucunda baca da yonulmuşdu. Deyilənə görə vaxtilə bu‐

ralar  qaçaq‐quldur  məskəniymiş.  Qoyun  nobatına  gedən  mə‐

nim sinif yoldaşım, “xəbərçi dostum” Səidə idi. Səidə artıq ka‐

hada  idi.  Qolları  ilə  özünü  qucaqlamışdı,  –  üşüyürdü.  Onun 

saçı və köynəyi bədəninə yapışmışdı. Əl uzadıb görüşdüm. 

– Salam, dağlar gözəli, Şükür hanı ki, səni göndəriblər no‐

bata? 

Əlimi  tutarkən  islaq  köynəyi  altından  dimdik  durmuş 



məməsinin  giləsinə  gözüm  sataşdı.  Biləyi  ilə  sinəsini  qapadı, 

aşağıdakı gözəl göbəyinə baxdım, o biri əliylə göbəyini qapadı. 

Gülməli bir “gizlənpaç” alındı. 

– Dünən Dəmirçilərə – əmimgilin nobatına getmişdi. Hələ 

gəlib  çıxmayıb.  Günortayadək  məni  əvəz  edər  yəqin.  Eşitdim 

eşşək  mətəyə  dəyib  qayıdan  kimi  yenə  şəhərdən  kəsilib  gəlib‐

sən? 

– Hə, bu il də qismət deyilmiş. Qız, nə gözəl olurmuşsan is‐



lanıb sulu siçana dönəndə.... Deyəsən çox üşüyürsən, hə? İndicə 

yağış  kəsəcək,  –  tülkü  oğlunu  evləndirir  yenə.  Bir  azdan  gün 

çıxacaq, onda paltarını qurudarsan. 

Amma  çox  üşüyürdü,  islanmış  idman  köynəyimi  çıxarıb 

çiyninə atdım. Gözüm kahadan bir qədər aralıda doğranıb dəs‐

tələnmiş  qaratikan  koluna  sataşdı.  Çox  güman  ki,  Misirxan  ki‐

şinindi, aparmağa hələ imkan tapmamışdı. 

– Bu saat Misirxan dayının çırpısından sənin üçün bir ocaq 

qalayım ki, sümüklərin istidən çırtıldasın. 

İri  bir  qaratikan  kolunu  əlimə  bata‐bata  kahaya  çəkdim. 

Yemək  çantamın  içindən  soyutma  yumurtalar  bükülmüş  qə‐

zetlə  çırpıya  od  vurdum.  Bir  anlığa  iri  bir  tonqal  alındı,  hətta 

arabir alovdan çölə qaçmalı olurduq. Qəşəngül xalanın düyələri 



222 

 

kolxozun  taxıl  sahəsinə  doğru  dikləndilər  –  kəndin  ən  yava 



inəkləri  idilər.  “Sizin  yeyəniz  ölsün!”  –  deyib  dallarınca  götü‐

rüldüm. 


–  Sən  də  köynəyini  çıxart,  tonqalda  qurut,  yoxsa  sətəlcəm 

olarsan. Mənim köynəyimi də imkan olsa qurudarsan. Mən Qə‐

şəngül xalanın ayıb yerlərinə bir‐iki 

ağız


 söyüb qayıdıram – de‐

dim. Düyələri taxıl zəmisindən qaytaranadək çox əlləşdim. Şal‐

var  və  alt  tumanım  baldırlarıma  yapışıb  məni  müqəvvaya 

oxşadırdı. Saçımdan süzülən yağış gözümü açmağa qoymurdu. 

Uzaqdan  kahada  alovlanan  tonqala  həsrətlə  baxırdım.  “Tülkü‐

nün toyu bir qədər çox uzandı deyəsən”... – havaya baxıb mızıl‐

dandım. 

Səidənin sinəsində gördüyüm gilələr mənim ağlımı başım‐

dan almışdı. Ağ sinədəki balaca qız məmələrinə toxunmaq, bu 

ləzzəti Səidənin də duymasını istəyirdim. Axı Lenaya verə bil‐

diyim ləzzəti niyə Səidə də dadmasın ki? İçimdə bu gic “xeyir‐

xahlıq”  hissi  dəli  kimi  baş  qaldırmışdı.  “Görəsən  bütün  qızlar 

Lena kimi ehtiraslı olurlarmı? Səidə sevişmək haqqında bir şey 

bilirmi? Hardan bilsin, kənddən qırağa çıxıbmı ki bilsin!”... Qo‐

yunlar  başlarını  birləşdirib  bir  yerə  komalaşmışdılar.  İnək  və 

keçilərsə  dinc  dayanmırdılar,  –  yağış  heç  veclərinə  də  deyildi. 

Kahanın  arxa  tərəfindən  fırlanıb  (nə  gizlədim,  məqsədim  həm 

də gizlincə nələrsə görməkdi) kahaya girdim. Gördüyüm misil‐

siz  mənzərə  məni  yerimdə  dondurdu,  içim  elektrikdən  gizil‐

dədi. “Allahım, bu nə səhnələrdi göstərib məni yoldan çıxardır‐

san  səhər‐səhər,  acqarına  məni  xataya  salırsan?”  –  deyindim. 

Səidə qoluqısa, yaş kişi köynəyini soyunub kahanın iç divarın‐

da bitmiş əncir ağacından asmışdı. Hər iki əliylə boynu və mə‐

mələrindən  süzülən  damcıları  göbəyinə  doğrü  sığayırdı.  Məni 

görcək dərhal məmələrini əllərinin içinə alıb arxasını çöndərdi: 

–  Oy..!  Heyvan,  hara  girirsən,  bir  öskürə  bilməzdin?! 

Biabır olduq! Tez çıx bayıra öküz, eşşək, ayı..! 



223 

 

Bayıra  çıxdım.  İstədiyimi  gördüyümdən  məmnundum,  –



qan  qoxusu  almış canavar kimi  qızıb şənlənmişdim.  On günlük 

şəhərə  getməyimlə  nə  qədər  sırtıqlaşdığıma,  keçmiş  “dostuma” 

pis gözlə baxacaq qədər “oğraşlaşdığıma” gülürdüm və bu halım 

çox xoşuma gəlirdi. Köynəyinin son düymələrini bağlayırdı. 

Sırtıq‐sırtıq özümü mağaraya dürtdüm: 

–  Mən  də  cılxa  suya  batdım.  Xəstələnməsək  yaxşıdır...  – 

arsızlıqda usta olmuşdum. Bic‐bic bəhanələr uydurub maykamı 

çıxardım,  qıçlarıma  yapışmış  neylon  şalvarımı  ətimdən  arala‐

dım,  guya  mənə  rahatlıq  vermir  deyə  nümayişkəranə,  –  “Ba‐

ğışla” – deyib onu da soyundum. İslaq “osmanı” tumanım “qü‐

rurumu” bürmələyib tam ölçüsündə göstərirdi. 

–  Əxlaqsızın  biri!  Sən  neynirsən,  məni  nə  hesab  edirsən, 

bəlkə bir tumanını da soyunasan!? – həyasızlığımdan qız özünü 

itirmişdi. 

–  Soyuqdan  gəbərəsi  deyiləm  ki?  –  deyib  əlimi  tumanımı 

da soyunurmuşam kimi belimə apardım. Qız hövlnak çölə atıl‐

dı. 

– Allah səni biabır eləsin. Sən şəhərə adam gedib eşşək qa‐



yıtmısan ki... 

Arsızlığım  mənə  olmazın  ləzzət  verirdi.  Səmərqənddən 

öyrənmişdim belə bivecliyi, arsızlığı. 

–  Köynəyin  güclə  quruyurdu,  yenə  yağışın  altında  durub 

islandın.  Keçsənə  içəri,  çayda azmı çimmişik  bu  licimdə? Nə‐

dən utanırsan, çılpaq kişi görməmisənmi? – artıq məqsədli ola‐

raq  hücumdaydım.  Son  sözü  elə  istehzayla  dedim  ki,  az  qala 

özüm  inanmışdım  qızın  gündə  çılpaq  kişi  gördüyünə.  Kənd 

qızları atası, qardaşı və onlara bərabər yaxınlarından və ərindən 

başqa yarıçılpaq kişini harda görə bilərdilər axı? 

Sözüm  ağlına  batdığındanmı,  ya  leysan  yağışdanmı  çəki‐

nib  içəri  girdi.  Büzüşdü,  mənə  tərəf  baxmadan  əllərini  tonqala 

uzadıb  isinməyə  başladı.  Arxadan  ehtiyatla  qolları  ilə  birlikdə 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə