Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə74/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   70   71   72   73   74   75   76   77   ...   144

227 

 

dürdük, – şalvarımın balağında iri dəlik açılmışdı. 



–  Dədəm  bu  şalvara  2  manat  vermişdi,  iki  il  geyməyə 

zəmanət vermişdim, indi qaldım çılpaq... – artıq onun könlünü 

almaq üçün təlxəkliyə başlamışdım. 

Səidə çox şən olmuşdu – yersiz sevinir, dayanmadan gic ki‐

mi hey gülürdü. Bu ləzzət sevincinə bənzəmirdi.  O, yaman çox 

gülürdü... Məncə o, “qurtarmamışdı” deyə əsəbdən gülürdü.  

– Sənə bir gülməli, olmuş hadisəni danışım... – dedim. Boy‐

numa sarıldı, qulağımı azca dişləyib gülən xumar gözlərini süz‐

dürdü, – “Gopla görək” – astadan və ehtirasla dedi. 

– Deyirlər, hansısa kənddə yas düşür. Meyidi qəbristanlığa 

gətirirlər.  Yayın,  cırcıramaların  cırıldayan  isti  vaxtıymış.  Mər‐

humun şəhərdən gəlmiş qohumlarından biri, kəndli dostundan 

soruşur  ki,  –  “Niyə  qəbristanlığın  otunu  biçib  aparan  yoxdu, 

gör nə yaxşı ot var?”. Cavab verir ki, – “Gicin biri od vuracaq, 

onunla  da  məsələ  həll  olunacaq.  Qəbristan  otunu  heç  kim  biç‐

mək  istəmir”.  Meyidi  hazır  qəbrin  yanına  düşürürlər.  Molla 

yasin  oxumağa  başlayır.  Zavallı  şəhər  uşağı  quru  otun  necə 

yandığını  yoxlamaq  üçün  siqareti  yandırdıqdan  sonra  yanan 

kibriti  yerə  atır.  İsti  yay  küləyi,  quru  ot,  camaatın  da  əynində 

mənimki kimi iki manatlıq neylon şalvar ola.., necədi səninçün? 

Alov  bircə  anın  içində  qəbristanlığı  alır  ağzına...  Mollanın  ya‐

sini  ağzında  qalır.  Yanan  neylon  şalvarlar  insanların  ətinə  ya‐

pışdıqca  bağırışır,  alovu  söndürmək  üçün  bir‐birini  dağdağan 

ağacının şax budaqları ilə budayırlar. Alov, əriyib dəriyə yapış‐

mış  neylonun  acısı  və  çubuq  zərbələrinin  ağrısı  insanları  dəli 

edir  –  ağrıdan  hoppanıb‐düşür,  şıllaqlayırlar.  Kənardan  baxan 

elə  bilir  ki,  adamlar  “tərəkəmə”  oynayırlar.  Camaatın  başı  öz‐

lərinə qarışarkən sən demə alov yeriyərək meyidə çatır, – kəfəni 

od alır. Bunu görən bir neçə nəfər əlindəki budaqlarla meyidi o 

ki  var  “döyürlər”.  Bir  sözlə  meyid  zibilə  dönür,  ağ  kəfən  qap‐ 

qara qaralır, bir iki yerdən yırtılır. Alovu güclə söndürürlər, in‐



228 

 

di  də  camaatın  gözünü  tüstü  “kor  edir”.  Ara  bir  qədər  sakit‐



ləşəndə,  molla  tüstüdən  acışan  gözlərini  silə‐silə  yarımçıq  qal‐

mış  yasini  qaldığı  yerdən  davam  edir.  Molla  üzü  qibləyə  tərəf 

dayandığından alovun yeriyərək meyidi gətirdikləri “QAZ‐52” 

maşınının  altına  girdiyini  görür  və  yasini  kəsmədən  oxuyur,  – 

“qouvmən litunzurə –  Xanoğlan, dədən ölsün, maşının yandı, – 

...litunzurə  əbahum  fəhum”...  Camaat  yenidən  meyidi  molla  ilə 

tək qoyub maşını söndürməyə cumurlar. Tez tələsik ayıb yerləri 

çöldə  qalmış  meyidi  qəbirə  tullayıb  torpaqlayırlar.  Rəhmətliyin 

dalınca  o  ki  var  lağ  edib  təkqılça  şalvarla  kənd  arasında,  –  

arvad‐uşağın yanında biabır olurlar. Bu mənzərəni görən arvad‐

lar  da  mərhumu  ağlamaqdan,  ağu  deməkdən  vaz  keçir  və  gül‐

məkdən qarınlarını qucaqlayaraq yarıyoldan kəndə qayıdırlar. 

Səidə  uğunub  özündən  getmişdi  –  əyilir‐qalxır,  gözlərin‐

dən axan yaşı dayanmadan silirdi. 

–  Sən  çox  gözəl  qızsan,  Səidə...  –  qız  gülüşünü  səngitdi. 

Sözdən yayınmaq istədi: 

– Gör rəhmətlik nə qədər günah sahibiymiş ki, meyidi or‐

tada qalıb, qarğış yeyəsi olub, quransız basdırılıb... 

Birdən ciddiləşib: 

–  Biz də indi böyük günah  işlədik, eyni aqibət  bizi gözlə‐

yir, – dedi. 

Söhbətin bu istiqamətə dönməyinə imkan vermək olmazdı, 

– onu qucağıma alıb kahanın içində fırlatdım. Bu yerdə ən kara 

gələn şey kişi təlxəkliyidir... 

Tumanımı  nümayişkaranə  çıxarıb  əncirin  budağından 

asdım,  bir  ayağı  yanmış,  artıq  qurumuş  neylon  şalvarımı  əy‐

nimə  geydim.  Əyilib  Səidənin  tumanını  da  güc‐bəla  çıxartdım 

və ozümünkünün yanından asdım, – “Yoxsa soyuqlayacaqsan, 

ərə gedəndə uşağın olmaz” – dedim. 

Yağış səngidi. Qəşəngülün düyələri yenə zəmiyə təpilmiş, 

sürünün  bir  hissəsini  də  arxasınca  aparmışdı.  Səidəni  kahada 



229 

 

qoyub,  könülsüz  onların  dalınca  götürüldüm.  Qoyunların  bir 



qismi  aralandığından  Səidə  də  onları  toplamağa  çıxdı.  Zəmini 

çər  dəymişlərdən  güclə  təmizlədim.  Heyvanlar  artıq  “Cin  ka‐

hası”ndan  “İncirlik”  dərəsinə  üz  tutmuşdu.  Yeddi  rəngli  göy 

qurşağı səmada tanrının ən böyük möcüzəsi kimi insanların kor 

olmuş  gözünə  dürtülüb  deyirdi  ki,  –  “Məni  öz  qələmiylə  nəqş 

edən Xaliq, həm də bütün kainatın sahibidir. Heç bir şey ondan 

gizlin  deyil.  O  nə  istəyirsə,  olacaqdır  –  istəmədiyi  isə  olmaya‐

caqdır”. Səidə ilə “atüstü” eşq macəramız məni göylərə qaldır‐

mışdı. Mən də heyvanların ağzını “İncirliyə” döndərdim. Səidə 

alt  tumanlarımızı  çomağın  ucunda  yellədə‐yellədə  gülürdü. 

Qızmar günəş yandırıcı sifətini göstərməyə başlamışdı. Qayala‐

rın üstündən buxar qalxırdı və bir neçə dəqiqədən sonra istidən 

o  qədər  qızdı  ki,  daş  üstündə  oturmaq  mümkün  deyildi.  “İn‐

cirlik” dərəsinin başındakı şivitlik

51 

olduqca basırıq, gözdəniraq 



kolluq  idi.  Günəşdən  daldalanmaq üçün ideal yerdi. Heyvanı 

dərəyə təpib özümüzü kolluqların altına verdik. Oturub mənim 

yumurta soyutmamı və Səidənin boyat tənək dolmasını yedik. 

– Sən qurtara bilmədin, yenə istəyirsən? – arsız‐arsız hırıl‐

dadım. 

–  Yox!  Tərbiyəsiz!  –  hikkəsindən  az  qala  gözləri  hədəqə‐



sindən çıxacaqdı. 

Fikirləşəndə ki, onun əynində qısa donundan başqa heç nə 

yoxdur  yenidən  qudururdum.  Artıq  mənim  hərəkətlərimdə 

zorlama  əlamətləri  aydınca  hiss  olunurdu.  Yaxşı  deyiblər  ki,  – 

“Qudurmuş  adamın  Allahı  olmur,  qızmış  kəlin  də  öhdəsi”. 

Üstünə yeridim. Telim əlinə keçdi. Saçımı qamarlayıb yoldu, – 

ağrıdan dişlərimi sıxıb güclə dözürdüm. Məncə bu anlarda ağ‐

rıdığını, incidiyini biruzə vermək  kişilərə başucalığı gətir‐məz, 

                                                            

51

 



Zoğalkimilərə aid barsız koldur. Çoban çomağı və yun çubuğu hazırlamaq  üçün ən 

dözümlü ağaclardandır. Qəddar müəllimlərin ən bəyəndiyi “tənbeh aləti” idi

 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə