Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə75/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   71   72   73   74   75   76   77   78   ...   144

230 

 

mən də cıqqırımı çıxarmadan susdum. Süpürləşməkdən neylon 



şalvarım  orta  tikiş  yerindən  daldan‐qabağa  bütöv  ikiyə  bölün‐

müşdü.  Şalvarımın  düyməsi  də  qopdu  O,  qasığımın  üstündə 

oturub gücü çatdıqca saçımı yolur,  dayanmadan çiynimi, sinə‐

mi  döyəcləyir,  biləyimi,  əlimi  dişləyirdi.  Ağrı  məni  lap  coş‐

dururdu. Göbəyimin altı onun suyu ilə islanıb sürüşkən olmuş‐

du. Görünür “təsadüfi” toxunuşlar da kifayət etmişdi, – birdən 

bağırdı, sonra zarıdı və sustaldı, – bərk‐bərk, var gücüylə sinə‐

mə sıxılıb bədənimə sarıldı və bir müddət beləcə uzanılı qaldı.  

“Nə  oldu  bu  qıza?” – əlimlə  onun  dalını,  belini, kürəyini sı‐

ğalladım.  Olduqca  məmnundu.  O  ilk  dəfəydi    ki,  canlı  bir  in‐

sanla “sevginin mətəsinə” çatmışdı, – o deməsə də, bunun belə 

olduğundan  əminiydim.  Həyatında  ilk  kişi  olmaq  şərəfi  mənə 

nəsib  olduğu  üçün  ürəyim  atlanırdı,  onu  nəvazişlə  süzür  və 

oxşayırdım.  Yəqin  ki,  bu  haram  ləzzətin  dadını  sonadək  həzm 

etmək, ya da, etdiyimiz günahın  ağırlığından ayılmadığı üçün 

büzüşərək  xeyli  müddət  üstümdə  səssiz  və  hərəkətsiz  qaldı. 

“Qürurumun ürək döyüntüləri” ilə onu “yuxudan oyatdım”. 

–  Bunu  necə  edirsən,  necə  olur  ki,  yumşaq  bir  ət  parçası 

bərkiyib sümük kimi olur? Axı sən biologiyanı yaxşı bilənsən... 

– soruşdu. Əməlli‐başlı pörtmüşdü. 

– Vallah.., bu barədə mən də çox düşünmüşəm. Amma, al‐

dığım cavablar hələ ki məni tam qane eləmir. “Anatomiya”dan 

bildiyimə  görə  guya  süngər  toxumaya  qan  yığılaraq  bərkiyib 

sümük kimi olur – dedim. Amma dərhal da düşündüm, – “Çox 

cılız  və  bəsit  izah  oldu”.  Sonra,  –  “Sənə  sümük  lazımdı..?”  – 

deyib üstünə uzandım və ayaqları arasına keçdim. İndi o hərə‐

kətsiz uzanıb gözlərilə məndən rəhm diləyirdi. 

–  Fərhad,  qurbanın  olum,  məni  bədbəxt  eləmə...  –  deyib 

zarıdı. 

Onun  qorxmuş,  ehtiraslı  gözlərinə  və  həyəcanlı  yalvarış‐

larına tabe oldum, öz aciz ovuma rəhm elədim – dostumun bə‐



231 

 

karətinə  toxunmadım.  Qucaqlaşaraq  yan‐yana  xeyli  uzandıq. 



Rahatlandıq, ləzzətin zövqünü köksümüzə sorduq. 

Sonra köhnə xatirələrimizi yada saldıq. 

– İstədiyin biri var? – soruşdu. 

– Yox. Bəs sən mənə gələrsən? 

–  Dünyada  bir  sən,  bir  də  mən  qalam,  yenə  də  sənə  ərə 

gəlmərəm. 

– Elə niyə? 

–  Çünki  sən  şorgözsən.  Sinifdə  istəmədiyin  qız  qalma‐

mışdı.  Hələ  bununla  doymayıb  aşağı  sinif,  yuxarı  siniflərə  də 

keçmişdin.  Hərçənd  ki,  çoxu  o  gicbəsər  qızların  günahıydı, 

amma  sən  də  az  aşın  duzu  deyildin.  Yazıq  Əsli,  sənin  dərdin‐

dən dəliydi. Sənə məktub yazmaqdan əlləri döyənək olmuşdu. 

Doğrudan,   niyə   baş   tutmadı   sevginiz?   Hamı   sizə   valeh 

olmuşdu, özü də bir‐birinizə elə yaraşırdınız ki... 

– Onun fındıq ağacı bağımızda bitmədi. Odur ki, sevgimiz 

də alınmadı. 

– Bu nə demək oldu indi? 

– Doğrudan çox istiyirdik bir‐birimizi. Kənddə fındıq şitili 

ancaq  Əsligilin  bağında  bitirdi.  Dədəsi  isə  heç  kəsə  şitil  ver‐

məzdi. 9‐cu sinifdə oxuyanda Əsli mənə bir şitil oğurlayıb ver‐

di. Mən də dedim ki, – “Sən mənə ərə gələnəcən bu ağac böyü‐

yəcək  və  biz ağacımızın meyvəsini yeyəcəyik”. Hər dəfə görü‐

şəndə  ilk  hal‐əhvaldan  sonra  fındıq  ağacının  vəziyyətini  soru‐

şardı. Bu ağacı o qədər pir eləmişdik ki, elə bilirdik o ağac quru‐

sa sevgimiz də tükənəcək. Onda biz də ayrılmalıyıq, özümüzü 

buna inandırmışdıq. Bədbəxtlikdən 10‐cu sinfin ortalarında ağa‐

cı şaxta vurdu və qurutdu. Mən də qurumuş ağacın budaqlarını 

doğrayıb  çantamda  məktəbə  gətirdim.  Yazıq  qız  həmin  gün  nə 

qədər ağlamışdı... Elə həmin gündən sonra münasibətlərimiz də 

soyudu və sonra heç bir‐birimizin yadına da düşmədik. 

Səidə: 



232 

 

–  Onun  ağladığı həmin gün yaxşı  yadımdadır. Səni  o qə‐



dər lənətləmişdim ki... Elə bilirdim dalaşmısınız.  Axı  o mənim 

ən yaxın rəfiqəm idi. Mənə də heç nə demirdi, bircə deyirdi ki, 

–  “Fərhadla  ayrılacağıq...”  Niyə,  nə  səbəbə  indiyədək  bilmir‐

dim.  Gör  nə  düşük,  mənasız  şeylərin  üstündə  bir‐birinizdən 

ayrılmısınız. Uşaqlıq ki, uşaqlıq... 

–  Bəli,  uşaqlıq  eləmişik.  Gör  neçə  qız‐oğlan  bir‐birinin 

qəlbini qırıb sinifimizdə, ya da məktəbimizdə... Elə sən, Etibarı 

uşaqların yanında azmı pərt eləmişdin? Yazıq sənin dərdindən 

dəli  divanəydi.  Nolsun  ki,  oxuyan  deyildi,  bir  az  da  burnu 

yekəydi, bizim sinifdə o ürəkdə oğlan yox idi. 

– Eh, başlama sən Allah! Qızların içində mənə gül verməyi, 

–  “Sədiş,  səni  gözləyim?”,  “Sənə  məktub  göndərmişdim, 

çatdı?”, “Eyzangülün ətiridir, gör xoşuna gəlirsə birini də mən 

sənə alım”... – deyib camaat içində məni biabır eləməyi elə bilir‐

sən xosuma gəlirdi? Kişi kimi zəhmi yox idi. Mən istəyirdim ki, 

onu  görəndə  qorxumdan  dizlərim  titrəsin,  dilim  topuq vur‐

sun,  utanıb  qızarım...  Amma  əksinəydi,  onu  hər  dəfə  görəndə, 

nə qədər çalışsam da istədiyimi axtarıb onda tapa bilmirdim. 

– Nəysə, olan olub‐keçən keçib. Təki, gələcəkdə belə uşaq‐

lıq eləməyək – söhbəti dəyişmək istəyirdim. 

–  Fərhad,  sənə  yalvarıram,  bu  gün  olanları  heç  kim  bil‐

məsin...  Bu  gizli  bir  sirr  olaraq  ikimizin  arasında  qalsın.  Əgər 

sabah kənd arasında kimsə mənə fərqli baxışlarla baxsa, o saat 

biləcəyəm ki, sirrimizi açmısan. Bax həmin gün özümü asıb öl‐

dürməsəm əzizlərim qırılsın. Amma bilirəm ki, sən belə şey elə‐

məzsən. Çünkü eləsən, mənim də  öz  sözümün  üstündə duran 

qız  olduğumu  yaxşı  bilirsən.  Ona  görə  arxayınam  ki,  sən  tanı‐

dığım oğlanların içində kişiliyinlə hər mənada seçilirsən. Mənə 

əxlaqsız  qız  kimi  də  baxma.  Bunun  necə  və  niyə  baş  verdiyini 

heç özüm də anlaya bilmirəm. Amma bilirəm ki, elədiyimə pe‐

şiman  deyiləm,  əksinə,  çox  xoşbəxtəm.  Desən  ki,  –  “gəl  evlə‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə