Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə71/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   67   68   69   70   71   72   73   74   ...   144

218 

 

Həkim:  



–  Fərhad  müəllim,  bir  həftə  burda  qalmalı  olacaqsınız  –

dedi. 


– İnfarktdır? – soruşdum. 

– Onun kimi bir şeydir. Müalicə almalısınız. 

– Necə yəni “onun kimi bir şey”, infarktdır!? 

–  Gizlətməyəcəyəm,  bəli,  ürəyin  arxa  divarında  çat  əmələ 

gəlib. 

–  Deməli  birinci  infarkt  43  yaşın  tamamına  üç  gün qal‐



mış...  Nə  gözlərinizi  bərəltmisiniz,  dünyanı  tutub  gedəcəyik, 

Nağının  sevmədiyi  dünyanı  mən  niyə  sevməliyəm?  Bozbaş 

hərisləri, ağzınızın suyunu yığışdırın, hələ ölməyimə çox var! – 

pərişan dostlarımın könlünü almaq istədim. 

Həkim  resept  yazıb  Sabirə  verdi.  Əlini  çağırıb  cibimdəki 

pulların hamısını ona verdim – “Nə lazımdırsa, özün al” – tap‐

şırdım.  Yarım  saatdan  sonra  mənə  “sistem  qoşdular”  (ya  da 

məni “sistemə qoşdular”). Telefonumu Əliyə verdim – “Zənglə‐

rə  özün  cavab  ver,  xəstələndiyimi  heç  kimə  demə.  Bu  gündən 

işlərin başına keç, hər şeyə özün nəzarət elə, hamını tanıyırsan, 

hər şeyin yerini bilirsən. Vacib iş çıxsa mənə xəbər ver”. Əli bu‐

lud kimi dolmuşdu. Bu yükü onun çiyinlərinə qoymaqda səhv 

etmirdim, o mənimlə birlikdə çoxdan “bişmişdi”. 

Artıq  iki  gün  idi  ki,  2  saylı  yarılüks  palatanın sakiniydim. 

Bu palata ikinəfərlik, sanitar qovşağı içində olan balaca bir otaq 

idi.  Sabirlə  Yaşar  rəhbərliklə  danışıb  bu  otağı  mənə  ayır‐

mışdılar. Əslində, belə otaqda tək qaldığım üçün digər xəstələr‐

dən çəkinsəm də (axı mən kimdən artıq idim?), başqa xəstələrlə 

bir  otaqda  yatmağı  özüm  də  istəməzdim,  odur  ki,  abır‐həyanı 

bir tərəfə qoyub tənha otaqda rahatlanmışdım. Gəlib‐gedənlərim 

o qədər idi  ki, rahatca yatmağa vaxt da tapa bilmirdim. Ailəm 

də Bakıya qayıtmışdı. Atam yanımdan əl çəkmir, az qala bütün 

gecəni  də  mənimlə  yatmaq  istəyirdi.  Ancaq  yanımda  sürücüm 



219 

 

Əli gecələyirdi. Gecələr tək qalmağımız bizi əməlli‐başlıca dost‐



laşdırmışdı.  Gündəlik  işləri  birlikdə  analiz  edir,  ona  yeni  tap‐

şırıqlarımı  verirdim.  Telefonum  susmaq  bilmirdi,  hamısına  da 

Əli eyni cavabı verirdi – “Yatıbdır, həkim danışmağa icazə ver‐

mir”.  Əlidəki  tükənib‐bitmək  bilməyən  enerjini  gördükcə  yel 

kimi  ötən  gənclik  illərimdən  ötrü  burnumun  ucu  göynəyirdi. 

Kəndimizin bir günlük mal nobatına getmək üçün bu saat var‐‐

dövlətimdən keçməyə hazır idim. 

...Üçüncü cəhd qəbul  imtahanından  da kəsilib kəndə yenə 

üzüqara  qayıtmışdım.  Əsl  daşdələn  vaxtlarım  idi.  Səhərlər  yu‐

xudan durmağa ərinirdim artıq – şəhər məni tənbəlləşdirmişdi. 

Absəməd dayının yoğun səsinə yuxudan ayıldım:  

–  Ay  Ağəli,  uşaqları  bu  gün  məktəbə  çağırıblar  –  şıllan

49 

yığmağa  gedirlər.  Sən  allah  bu  günlük  mal  nobatını  yola  ver, 



sənin də əvəzinə biz gedərik... 

Atam: 


– Narahat olma, indi gədəni durğuzaram gedər, sən işində 

ol.  Sonra  anama,  –  “Oğlunu  durğuz,  nobata  getsin”  –  tapşırdı. 

Artıq  paltarımı  geymişdim,  bayıra  çıxıb  Absəməd  dayı  ilə  gö‐

rüşdüm. Tələsik yeməyimi yeyib kəndin aralığına çıxdım, mal‐ 

qaranı  bir  yerə  toplamağa  başladım.  Kəndin  mal  meydanına 

toplaşmış hər kəs mənə uğursuzluğuma görə üçüncü dəfə “ca‐

nın sağ olsun” deyirdi. Kəndin ən xoşuma gələn anlarından bi‐

ri, elə mal‐qaranın nobata qoşulan sübh vaxtıdır. Səhər ertədən 

hər  evdən  bir  nəfər  mal‐qaranı  yığnaq  yerinə  gətirir,  çobana 

təhvil  verir,  günün  vacib  xəbərlərini  ayaqüstü  müzakirə  edir, 

kəndin  bu  gün  üçün  görüləcək  işlərinə  qərar  verirdilər  –  arx 

qazmaq, qonşu kənddəki toy barədə duyuq salmaq və s. 

Hələ alatoranlıq idi. Yuxum gəlirdi. Dikdən kəndin bütün 

məhəllələri,  kənd  yolu  açıq‐aydın  ovuc  içi  kimi  görünürdü. 

                                                            

49

 



İtburnu, həmərsin.

 



220 

 

Kimsə  gecikirdi,  –  hələ  də  kənd  yolunda  kiminsə  mal  gətir‐



diyini  görür  və  malın  qabağını  buraxmağı  ləngidirdim.  Anam 

da  öz  malımızı  gətirib  sürüyə  qoşdu,  əlindəki  azuqə  boğçasını 

mənə  verdi.  Artıq  sürünü  tərpətmək  olardı.  Özüm  qabaqda, 

sürü  isə  arxamca  “Bulaq  dərəsi”nə  doğru  yol  aldıq.  Əvvəllər 

qoyun və iribuynuzlu mal‐qara nobatı bir olardı. Lakin, bir neçə 

qoyunun  qarnı  öküz  buynuzuna  tuş  gələndən  sonra  nobatı  iki 

yerə  ayırmışdılar  –  inək  və  camışlar  bir,  keçi  və  qoyunlar  ayrı 

otarılırdı.  İribuynuzlu  mal‐qara  sürüsü  ilə  qoyun  yığınağı  da 

ayrı‐ayrı  yerlərdəydi.  Əvvəlcə  mal‐qaranı  sürüyə    qatar,  sonra 

isə kənd qəbristanlığı tərəfdə qoyunu sürüyə qoşmağa gedərdi‐

lər.  Məni  maraq  götürmüşdü,  –  “Görəsən  qoyun  nobatına  ge‐

dən, bu günkü həmsöhbətim kimdir?”. Malı “Böyük düzə” çək‐

dim.  Səhər  şehi  hələ  də  çəkilməmişdi.  Sarıköynək  və  birəbit‐

dənlər sabahın ilk şaqraq musiqisini oxuyurdular. Dağlar, dərə‐

lər, əncir, dağdağan, saqqız, mərmərik, şivit kolları mənə  daha  

doğma,  qəttəzə  görünürdü.  Artıq  şəhərlə  kəndi  müqayisə  et‐

mək iqtidarında olduğumu duyurdum. Müqayisədə kəndin çə‐

kisi  hər  mənada    ağır  gəlirdi.  İri  qayalardan  qopub  yamacda 

qalmış  daşları  dərəaşağı  yumalayır,  sonra  da  özünə  qoşub 

səs‐küylə diyirlənən daş uçqununa az qala heyrətlə baxırdım. 

Hava  açılmaq  bilmirdi.  Deyəsən  yağış  yağacaqdı,  xəbər‐

darlıq  kimi  bir  neçə  damcı  yağmışdı  da.  Qoyun  sürüsü  “Qara 

qaya” tərəfə buruldu. “Ağıllı məsləhətdi, burada yağışdan dal‐

dalanmağa  çoxlu  kaha  və  mağaralar  var”,  –  mən  də  davarı 

həmin  səmtə  yönəltdim.  Kimliyini  uzaqdan  anışdıra  bilməsəm 

də, qoyun otaranın qadın olduğunu sezmişdim. Sürü, “Sarı tor‐

paq”a  çatmamış  şıdırğı  yağış  başladı.  Yay  vaxtı  belə  yağışlar 

güclü, lakin qısamüddətli olurdu. Bizdə bu yağışın adını “tülkü 

oğlunu evləndirir” qoyublar. Bir atımlıq barıt kimi leysan tökür 

və şappıltı ilə qəfil kəsirdi. Ən gözəli isə bu yağışdan sonra sə‐

manı  bəzəyən  göy  qurşağı  idi.  Bir  anda  bütün  paltarlarım  is‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə