Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə70/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   66   67   68   69   70   71   72   73   ...   144

215 

 

ağac torpağa, torpaq suya, hava günəşə, bərəkəti isə sənə əma‐



nət. Biz əkdik, halal ruzinin bərəkətini sən özün yetir...” 

...İndiyədək  belə  rahat  yatdığımı  xatırlamırdım.  Artıq  5 

gün  idi  ki,  Oğuzda  dincəlirdik.  Gecələr  telefonu  “səssizə”  qo‐

yub  yatırdım.  Səhər‐səhər  quşların  cəh‐cəhinə  yuxudan  oyan‐

dım.  Telefonuma  baxdım,  23  cavabsız  zəng  gəlmişdi,  kilidi 

açdım. Nağı, Sabir və sürücüm Əli zəng eləmişdi, saata baxdım 

saat  11  idi.  Nağıya  zəng  elədim,  oğlu  Baysal  cavab  verdi  – 

“Fərhad  əmi,  atam  öldü..,  yetim  qaldım..!”  Ürəyimə  elə  bil  biz 

soxdular, gözümün önündə hər şey qaraldı, kürəyim göynədi...  

– Nə danışırsan, Baysal, niyə öldü, necə yəni öldü?! – yor‐

ğanı üstümdən atıb yerimdən dik atıldım. 

–  Durduğu  yerdə..,  heç  nədən,  çayxanada,  başını  stolun 

üstünə qoyub dünyasını dəyişib... 

–  Bu  nə  zarafatdı  edirsən,  düz  əməlli  başa  sal  görüm  nə 

danışırsan, içmisən sən?! – Baysala çığırdım. 

Səsimə  atam  və  Afət  içəri  girdilər.  Danışığa  diqqət  kəsil‐

dilər, ciddi bir şey olduğundan əmin idilər. 

Baysal: 


– Heç nə bilmirəm, Fərhad əmi, məni tək qoyma, qurbanın 

olum, tək qoyma məni, qorxuram... 

– Yaxşı, özüm indi məşğul olaram – telefonu söndürdüm. 

– Deyir – “Nağı ölüb” – yazıq‐yazıq atama baxdım. 

Telefonda Sabiri yığdım. 

– Doğrudur?! – kəsə soruşdum. 

– Hə... – dedi. 

– Niyə, nədən ölüb? 

–  Çay  içdiyi  yerdəcə,  qəfildən..,  deyəsən  böyründə  qəlpə 

qalıbmış,  yadına  gəlir  bir  dəfə  yaralanmışdı,  elə  bildik  ki, 

elə‐belə şeydir... Qəlpə ürəyinə “yeriyib”.  Meyidi ekpertizada‐

dır, yarmağa qoymadıq, amma həkim təsdiq edir ki, çox güman 

qəlpə qalıbmış... Hardasan? 



216 

 

– Oğuzdayam, indi çıxıram... – dedim. 



Paltarımı  geyindim.  Bəkiri  çağırtdırdım,  sabah  uşaqları 

Pirqulu, ya da Bakıya yola salmağı tapşırdım. Yemək yemədən 

Bakıya yola düşdüm... 

Yolboyu  Nağının  nadir  hallarda  gülən  üzü  gözlərim  qar‐

şısından  getmirdi.  Yol  polisi  işçiləri  maşını  saxlatmağa  cəhd 

etsələr  də,  onlara  fikir  vermir,  sürəti  azaltmırdım.  Qurumuş 

nəzərlərimi yolun ağ, qırıq‐qırıq xəttlərinə zilləyib şütüyürdüm. 

Mərəzə postunu bağlamışdılar, görünür arxadan xəbər vermiş‐

dilər. Maşını kənara verib düşdüm, yaxınlaşan iki nəfər polislə 

görüşdüm. 

–  Sənədlərinizi!  Niyə  sürətli  gedirsiniz,  vətəndaş?  –  əsə‐

biydilər.  Bu  quru  rəsmiyyətdən  acıqlandım,  ancaq  günahkar 

olduğumdan astaca dilləndim: 

– Dostum qəflətən rəhmətə gedib, yasına tələsirəm. 

–  Allah  rəhmət  eləsin,  amma  yolda  olanların  da  dostu, 

yaxını var axı, bir az ehtiyatlı sürmək məsləhət deyilmi? 

–  Günahkaram,  amma  üzrlü  hesab  edin.  Cəriməsini  ödə‐

məyə hazıram, təcili getməli olduğumu nəzərə almağınızı xahiş 

edirəm. 

–  Başa  düşürük,  ancaq  3  yerdə  radara  düşmüsünüz,  pro‐

tokol yazmalıyıq, həm də maşın “bala” düşür. 

– Nə lazımdırsa edin, amma tələsin, xahiş edirəm – onları 

tələsdirirdim. 

Məni  posta  apardılar  sürücülük  vəsiqəmdən  başqa  bütün 

sənədlərimi qaytardılar, əvəzində talon verdilər. Maşınım yenə 

şahə qalxan at kimi yerindən götürüldü. İnspektor başını yırğa‐

layaraq arxamca baxdı. 

 

* * * 



 


217 

 

Nağının  yaşadığı  tikinti  sahəsinin  həyəti  adamlarla  dolu 



idi.  Mənim  iş  dostlarım,  Nağını  tanıyan  iş  adamlarının  çoxusu 

da  burada  idi.  Yaşar  və  Sabir  mənə    yaxınlaşdılar,  görüşdük, 

yuxusuz səngər keşikçilərinə oxşayırdılar. 

Sabir: 


– Meyidi indicə gətirdik, qəlpədəniymiş... 

Baysal  ağlamaqdan  şişib  qızarmış  gözlərini  silə‐silə  boy‐

numa sarıldı, ağlamaqdan doymuşdu, danışa, hıçqıra bilmirdi: 

– Atam öldü, Fərhad əmi.., mən indi neyləyəcəyəm..? 

– Özünü toxtaq tut, indi evin kişisi sənsən, – dedim.  Amma  

mən özümü toxtaq tuta bilmədim, gözlərimdən axan yaşı saxlaya 

bilmirdim.  “Canım  qardaşım  mənim,  üç  oğulu,  dilsiz‐ağızssız 

Zəhranı kimsəsiz qoyub getməyin vaxtıydımı heç..? Bəs yerini kim 

əvəz edəcək indi? Yenicə gün görməyə başlamışdın, nə tez yorul‐

dun? Belə də qəfil ölüm olarmı, ölümü niyə bu qədər adiləşdirdin? 

Adam  bir  ay  xəstə  yatmazmı  heç,  sevib‐sevənlərinlə  vidalaş‐

madan ayrılmağı necə sığışdırdın mərdliyinə? Nağı, səni itirməklə 

çox şeyimi itirdim, qardaş. Mənim dost ailəsinə baxan yaşımdımı, 

sənin  ölən  vaxtınıydımı?”  Bizi  Yaşar  ayırdı.  İçəridən  qadınların 

“son laylası” eşidilirdi, Zəhranın ağlamaqdan səsi batmışdı. Üzü‐

nü cırmış, qadınların qolundan sallanıb halsız qalmışdı. 

Kürəyimin  ağrısı  məni  çox  incidirdi.  Cənazəni  götürüb 

Masallıya apardıq, atasının məzarı yanında dəfn elədik. Dostu‐

muzu  dəfn  edib  Bakıya  qayıdanda  yolda  kürəyimin  sancısına 

dayana bilmirdim. Sürücümün, maşını nə vaxt kardioloji insti‐

tutun  həyətinə  sürdüyünü  xatırlamağa  vaxt  tapmamışdım,  yol 

boyu üç dost Nağının övladlarının aqibətini fikirləşirdik. Görü‐

nür  Əli  hələ  əvvəlcədən  xəstəxanaya  gətirilməyimin  razılığını 

dostlarımdan  almışdı.  Xəstəxananın  3‐cü  mərtəbəsinə  qalxdıq. 

Həkim ürəyimin kardioqramını çıxardı, vərəqi də götürüb uşaq‐

larla  qonşu  otağa keçdilər. Bir  qədər sonra kabinetə qayıtdılar, 

hələ də çarpayıda uzanmışdım. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə