Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə66/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   62   63   64   65   66   67   68   69   ...   144

203 

 

–  Uşaq  vaxtı  çox  şirin  çay  içən  olmuşam  –  şirinliyim  on‐



dandır, istəkliyəm ona görə ki, sənin kimi bacım var. 

– Mehtiylə aran düzəldi? Yenə niyə küsüşmüşdünüz? 

–  Hə,  barışdıq.  Yenə  ucadan  gülməyimə,  mini  yubka  ge‐

yinməyimə  görə...  Vallah  bizimki  də  lap  bambılılıqdır  ey...  Elə 

xırda  şeylərin  üstündə  küsürük  ki,  adamın  lap  gülməyi  gəlir. 

Uzağı bir‐iki saat çəkir, sonra yenə də bir‐birimizdən ötrü darı‐

xıb barışırıq. 

–  Səfurə,  həmişə  arzulamışam  ki,  mənim  də  günahlarımı, 

səhvlərimi,  əyər‐əskiklərimi  düz  üzümə  deyən  bir  nişanlım, 

ərim olsun. Qoy hətta, məni səhvim üstə döysün də, amma kişi 

xarakterli olsun, məni ürəkdən sevsin... 

–  Olar,  inşallah,  bir  də  gördün  ki,  ağ  atlı  bir  oğlan  balko‐

nunuzun  altında  dayanıb,  əlində  də  gitara  “Dilbərim”  mahnı‐

sını oxuyur... 

İkimiz də gülüşdük. 

–  Odur  ki,  küsüşəndə  çox  dərinə  getmə,  Mehti  çox  kişi 

xasiyyətli oğlandır, qədrini bil, indi elənçinə oğlan tapmaq çox 

müşkül işdir. 

–  Bir  azdan  zəng  vuracaq,  elə  birlikdə  bulvara  gəzməyə 

gedərik. Anamdan icazə almışam. 

–  Yox  sizə  mane  olmayım,  “üçüncü  həmişə  artıqlıq  edir”, 

siz  istirahətinizdə  olun.  Evləndikdən  sonra,  yəqin  bulvara  da 

həsrət qoyacaq səni. Nişanlı günlərinizin dadını çıxarın. Mənsə 

evdə kitabımı oxuyaram. 

–  Dedim  ki,  bizimlə  gedəcəksən.  Onsuz  da,  onunla  söhbət 

eləməyə əməlli‐başlı bir mövzu tapa bilmirik, ikimiz dərdləşərik. 

Mehti  də  sənin  xətrini  bacısı  qədər  istiyir,  həm  də  üçümüz  bir 

yerdə olanda daha maraqlı olur. Yoxsa ikilikdə olanda it‐pişik ki‐

mi boğuşuruq onunla, iki saatdan sonra evə qayıtmağa tələsirik. 

Səfurə  telefonu  götürüb  nişanlısına  zəng  vurdu  –  “Dağlar 

oğluna eşq olsun! Necəşən, aşkım? Hazırlaşaqmı? Dilbərnən gə‐



204 

 

ləcəyəm...  O  da  sənə  salam  deyir...  Oldu...  Hələlik,  canım  aş‐



kım... Mən də öpdüm!” 

–  Get  hazırlaş,  yarım  saata  gələcək.  Gedək  qohumumu  bir 

az xərcə salaq, gələcək ərimə indidən bazarlıq etməyi, qadın na‐

zıyla oynamağı öyrətmək lazımdır... Dağ adamını şəhər kişisi et‐

mək üçün onu gərək ehtiyatla və səbrlə “yonasan”, yoxsa görə‐

cəyin, daş kimi qabarlı əlin acı sillələri olacaqdır. Get dəyiş gəl. 

Mehti  metallik  rəngdə  “Mersedes”i  ilə  binanın  giriş  qapı‐

sının  ağzında  dayanmışdı.  Ehtiramla  arxa  qapıları  növbə  ilə 

açıb  bizi  maşına  oturtdu.  Arxa  oturacağın  üstündə  iki  qızılgül 

dəstəsi qoyulmuşdu – biri mənə, biri də Səfurə üçün. Maşını işə 

salan kimi Səfurəni cırnatmağa başladı: 

– Sənə neçə dəfə demişəm ki, mənə “aşkım” demə. Bilirsən 

ki, acığım gəlir bu sözdən! 

Səfurə: 


– Aşkımsan, aşkım... – qız lap yandıq verirdi. 

–  Sən  düzəlməyəcəksən.  Dilbərdən  ayıbdır,  yoxsa,  sənə 

izah edərdim “aşkım” necə olur... 

Mehti  26  yaşlı,  çox  da  yaraşıqlı  olmayan  qıvrımsaç  oğlan 

idi. Sifətində əsl kişilərə xas ciddiyət var idi. O da ürf‐adətlərə 

bağlı  adamıydı,  köhnə  kişilər  kimi  nişanlısının  hər  hərəkətinə, 

oturuşuna‐duruşuna,  danışıb‐gülməyinə  ciddi  fikir  verəniydi. 

Elə bu səbəbdən də aralarında hərdən “inciklik” yaranırdı. Ona 

qısqanc demək olmazdı, ancaq “qızını döyməyən, dizini döyər” 

məsəlini  əlində  bayraq  edib  Səfurəni  tamamilə  öz  xasiyyətinə 

uyğunlaşdırmaq  istəyirdi.  Səfurəylə  bir‐birini  dəlicəsinə  sevir‐

dilər,  odur  ki,  Səfurə  də  ona  məmnuniyyətlə  tabe  olur,  Mehti‐

nin hirsli vaxtlarında üzrxahlıqla onun qoltuğuna sığınıb nazla‐

nardı.  Mən  isə  bu  cütlüyün  hər  xoşbəxt  dəqiqələrinə  ürəkdən 

sevinir, sevimli rəfiqəmin gələcəkdə xoşbəxt ailə quracağından 

əmin idim. Ancaq içimdə onlara qibtə etdiyimi də etiraf edirəm, 




205 

 

vaxtaşırı – “Kaş mənim də taleyimə bu cür sevə biləcəyim oğlan 



çıxaydı” – deyirdim. Belə oğlanı isə hələ ki tanrı qarşıma çıxar‐

mırdı. Təkcə Fərhad idi, o da indi evlənib, ailə‐uşaq sahibidir və 

onu nə qədər dəlicəsinə sevdiyimi isə heç vaxt hiss etmədi. “Ax 

Fərhad..,  Fərhad...  Kaş  biləydin  sənin  olmağım  məni  nə  qədər 

göylərə qaldırardı... Atam qurban getdi, qardaşımı və anamı da 

sənə hər an qurban verməyə hazıram. Durna nənəmin yadigarı 

Fərhad, görəsən hardasan indi...” 

Mehti  maşını  saxlayıb  yenə  bizim  düşməyimizə  kömək 

etdi. Sahil parkı boyunca xeyli gəzib dolaşdıq, dondurma yedik, 

çay içdik. Sevgililəri tək qoymaq məqsədilə təkbaşına dəniz gə‐

zintisinə çıxmaq istədim. 

–  Uşaqlar,  mən  gəmiyə  minmək  istəyirəm,  icazənizlə  sizi 

bir az tək buraxım – dedim. 

– Elə mən də çoxdandır ki, gəmiyə minmirəm, mən də istə‐

dim – Səfurə dedi. 

–  Bax  yenə  qussan  mənlik  deyil,  quzum,  –  Mehti  nişanlı‐

sının boynunu qucaqladı. 

Hər  üçümüz  gəmiyə  minəsi  olduq.  Adam  seyrək  idi.  Sə‐

furə “Titanik” filmindəki kimi gəminin burnuna çıxıb qollarını 

yana açmış, Mehti isə onun belini qucaqlamışdı. 

–  Diliş,  “Titanik”dəki  mahnı  necəydi,  unutdum?  –  Səfurə 

sevinclə məndən soruşdu. 

– Dın‐dın, dıııııın‐dddıııııı... – mahnını mızıldandım. “Alla‐

hım,  Mehti  ilə  Səfurənin  xoşbəxtliyini  əbədi  elə,  “Titanik”dəki 

ayrılığı  heç  vaxt  onlara  göstərmə,  onları  hər  dərddən,  acı  gün‐

lərdən uzaq tut. Səni and verirəm sevdiklərinin xatirinə, bu cüt‐

lüyü  bir‐birindən  ayırma”  –  dilimin  altında  pıçıldadığım  bu 

duamdan özüm qəhərləndim. Səfurə məni də öz yanına dartdı, 

indi ikimiz də yan‐yana, bir qolumuz digərinin çiynində əlləri‐

mizi yana açmışdıq. Çox əyləndik. Amma geri qayıdarkən Səfu‐




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə