Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə63/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   59   60   61   62   63   64   65   66   ...   144

194 

 

bayaq  itlərə  peraşki  tikələrini  atdığım  yerə  –  üzüstə  sərilib  ös‐



kürdü, içdiyi qırmızı şərab və konservləşmiş, tomatlı balığı qus‐

du. Çaxırın acı qoxusu bir anda ətrafı bürüdü. Malik ağzını qo‐

luyla  silə‐silə  mənə  doğru  –  “Səni  doğulduğuna  peşiman  elə‐

mək mənə borc olsun, it oğlu”, – dedi. Yenidən qıcandım, götü‐

rülüb aradan çıxdı. 

Aşralı bircə anda baş vermiş bu qanqaraçılığa görə çox pə‐

rişan olmuşdu. 

– Oğul, mənə görə qanını qaraltdın, axı niyə baş qoşursan 

o  itə?  Yola  verəcəydim  çıxıb  gedəcəkdi,  onsuz  da  həmişə  belə 

edir vicdansız. İndi məni işdən çıxaracaq – əlinə girəvə verdin... 

Cəhənnəmə  çıxarsın,  amma  sənin  yanında  biabır  oldum,  oğul. 

Bağışla sən allah, onsuz da qanın qaraydı, düşündüm ki kefini 

bir az açım, əksinə oldu, bir az da mən qaraltdım. 

–  Heç  bir  qanqaraçılığı  yoxdu,  Aşralı  əmi,  sən  narahat  ol‐

maginən. Familiyası nədir o küçüyün? 

– Cəfərov... 

Telefonumu çıxarıb Bakı Şəhər İcra Hakimiyyətində hüquq‐

şünas  işləyən  dostum  Süleymanı  yığdım,  –  “İki  dəqiqəyə  özüm 

səni  yığacağam,  iclasdayam”  –  deyib  telefonu  söndürdü.  Aşralı 

kişi çox təlaşlıydı – “Ay başına dönüm, nə etmək istəyirsən sən!? 

Nə işə düşdük”... Süleyman zəng elədi, hal‐əhvaldan sonra başı‐

mıza gələn indiki hadisəni olduğu kimi ona danışdım. 

– Bu dəqiqə onun rəisini sənin yanına göndərirəm, cəzasını 

özün ver, yaxın yoldaşdır, sənin telefonunu da ona verəcəyəm – 

adı Nazimdir. 

On  dəqiqə  keçməmişdi  ki,  Nazim  zəng  elədi,  yerimizi  so‐

ruşdu.  Bir  qədərdən  sonra  Nazim  müəllim,  yanında  da  bizim 

qəhrəman  Malik  bizə  yaxınlaşdılar.  Nazim  bizimlə  mehriban 

görüşüb,  hal‐əhval  tutdu.  Malik  dərsini  bilməyən  uşaqlar  kimi 

başını  aşağı  dikmişdi.  Ürəyimin  yumşalmasına  imkan  vermə‐

yəcəyimə söz verdim. Olanları olduğu kimi danışdım. 



195 

 

– Bax bunu da sizin işçiniz Malik qusub, iş vaxtı yediyi də, 



içdiyi də qusduğundan görünür. 

Nazim  qusuntuya  tərəf  boylandı,  sir‐sifətini  turşudub  ik‐

rahla  Malikin  üzünə  baxdı.  Malik  başını  qaldırmırdı  –  quzuya 

dönmüşdü. Artıq qusuntuya milçəklər darışmışdı. 

–  Ağsaqqal,  su  şlanqın  hardadır?  –  Nazim  Aşralıdan 

soruşdu. 

– Odey, ağacların dibinə qoymuşam, Nazim müəllim. 

Üzünü Malikə tutub acıqlandı: 

– Get şlanqı gətir və öz zibilini özün yu təmizlə! 

Malik şlanqı götürdü, bəxtindən suyu buraxmışdılar. 

–  Hə  müəllim,  nə  məsləhət  bilirsiniz,  neyniyək  bu  alçağın 

işini, qərarınız nədir? – məndən soruşdu. 

– Təhqir olunan Aşralı kişidir, qoy özü desin – dedim. 

–  Ay  bala  üçünüz  də  cavansınız,  mən  bağışlayıram,  qoy 

Allah  özü  əcrini  versin,  buraxın  işləsin,  onun  da  uşağı‐ailəsi 

var.  İndi  qanmıyıb,  içib,  ağzına  gələni  çərənliyib,  yəqin  ki,  bir 

də eləməz... 

Nazim, üzünü qusmağını təmizləyən Malikə tutdu: 

– Hə qoçaq, bu sənin danqazlığın, bu da bunların insanlığı, 

indi  gətir  o  alkaş  qaynatanı  götürək  işə,  zibil  yeşiyi!  Rədd  ol, 

səni  gözüm  görməsin,  sabahdan  da  işə  gəlmirsən,  işdən  azad‐

san!” – dedi. Sonra üzünü mənə tutub: 

– Nə vaxtdandır baş‐beynimi aparıb ki, – “Qoca kişidir, tən‐

bəldir,  işləmir,  qoy  qaynatamı  gətirim  işləsin”.  Sən  demə  “qara 

qızın dərdi varmış”. Ağsaqqal, onun əvəzindən mən sizdən üzr 

istəyirəm, başını aşağı sal işinlə məşğul ol. Artıq bu gündən səni 

narahat eləməz bu murdar qusuntu. Sizinlə də tanış olmağa şad 

oldum,  Fərhad  müəllim,  qanqaraçılığa  görə  sizdən  də  üzr  istə‐

yirəm. Nə vaxt gəlsəniz xəbər edin, oturub daha yaxından tanış 

olaq,  həm  də  Süleyman  müəllim  dedi  ki,  sizdə  bizə  lazım  olan 

inşaat materialları var, yəqin ki sizinlə əlbir işləyəcəyik. 



196 

 

Nazimin əlini sıxıb minnətdarlığımı bildirdim: 



– Qulluğunuzda həmişə hazıram, sizi də işinizdən ayırdıq, 

siz  də  bizi  bağışlayın.  Səmimi  münasibətinizə  görə  təşəkkür 

edirəm – dedim. 

Sonra vizit kartlarımızı bir‐birimizə verdik və o çıxıb getdi. 

Malikə  tərəf  çönəndə  onu  yerində  görmədik,  yolu  adlayırdı. 

Aşralının  qəmini  dağıtmağa  çalışdım.  Amma  Malikin  işdən 

çıxarılmasına  bais  olduğu  üçün  çox  peşiman  idi  –  “Durduğu‐

muz  yerdə  günaha  batdıq,  Allah  günahımızı  bağışlasın,  səbrli 

ola bilərdik...” – dedi. 

Aşralı  ilə  çayxanada  oturub  çay  içdik.  Çox  söhbətcil,  san‐

ballı kişiymiş. Vergi qanımı qaraltmışdı, acığımı Malikin üstünə 

töküb bir az özümə gəlmişdim. Sürücümə zəng vurdum. Birba‐

şa evə gəldim. Özümü gümrah hiss edirdim – az iş deyildi, bir 

ədalətsizliyin qarşısını almışdım... 



 

* * * 

 

Sabah  daş  karxanasına  çıxanda,  burada  3‐4  rəsmi  geyimli‐ 

kecimli  cavan  oğlan  özlərini  mənə  təqdim  etdilər,  –  “Vergidə‐

nik, xronometraj üçün burdayıq”. 

–  Lap  yaxşı,  –  dedim.  Sahə  rəisinə  tapşırdım  ki,  nə  lazım 

olsa onlara kömək etsin. 

Düz bir həftə xronometraj nəzarəti aparıldı və özləri, hörgü 

daşının  “yuxarılar”  düşündüyü  kimi  “parta‐part”la  satılmadı‐

ğının  şahidi  oldular.  Axırıncı  gün  bu  işçilərdən  biri  məni  yan‐

layaraq üstündəki birəni mənə göstərib yazıq‐yazıq dedi: 

–  Əmi,  bir  həftədir  ev  üzü  görmürük,  bit‐birə  bizi  basıb, 

kolbasa‐çörək  yeməkdən,  daş‐qaya  üstündə  mürgüləməkdən 

kələyimiz kəsilib. Yalvarırıq sizə, nolar bizimkilərlə bir dil tapıb 

canımızı  qurtarın  bu  ilan  mələyən  çöllərdən.  Qurbanın  olum, 

çox xahiş edirik... 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə