Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə64/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   60   61   62   63   64   65   66   67   ...   144

197 

 

Qəsəbədən  karxanaya  yemək‐içmək  göndərdim.  Axşam 



gözümə yuxu getmədi. Yazığım gəldi bu cavanlara. “İndi bun‐

ların qaz vurub qazan dolduran vaxtlarıdır, amma gör canlarını 

nəyin uğruna min əziyyətə soxmaq məcburiyyətindədirlər. Al‐

lah bilir bu işə keçmək üçün nə qədər də pul xərcləyiblər”. 

Sabah Vergilər Nazirliyinə zərg vurdum – “Uşaqlar on gü‐

nə  dediyiniz  əmanəti  məndən  götürə  bilərlər.  Karxanada  bit‐

birəyə yedirtdiyiniz cavanlara bir az istirahət verin!” – dedim. 

–  Bax  belə...  Gələn  il  sizə  güzəşt  də  olacaq,  bu  il  pula  çox 

ehtiyacımız vardı. 

– Bu dillə ilanı yuvasından çıxardarsınız siz... 

– Dövlət bizi elə‐belə qoymayıb bura. Dövlətimizə sədaqət‐

lə qulluq etmək bizim borcumuzdur. Biz də maaşımızı belə qa‐

zanırıq. Sizin işiniz bizimkindən min dəfə rahat və asandır. Bi‐

zimki isə söyüş qazanmaqdır. 

–  Düz  sözə  nə  deyəsən,  vallah,  sizə  yazığım  gəldi.  Onda 

gələn  ildən  mötərizədəki  son  rüşvət  həddini  dostcasına  sifariş 

edin ki, əvvəlcədən hazırlığımızı görək. Di salamat qalın. 

–  Allah  amanında,  Allah  günahımızdan  keçsin.  Deyəsən 

sizdə  üzlük  daşı  da  istehsal  edilir,  mümkünsə,  bağ  evim  üçün 

300  kvadrat  “ağlay”  göndərərdiniz,  narahat  olmayın  pulunu 

ödəyəcəyəm, biz sizin fikirləşdiyiniz kimi müftəxor deyilik. 

–  Adam  göndərərsiniz  götürsünlər,  pulu  isə  lazım  deyil, 

idmançılara  müftə  mənzil  bağışlanması  fonduna  keçirərsiniz. 

Görüşənədək. 

–  Ondasa  lazım  deyil.  Pulunu  götürəcəksənsə,  adam  gön‐

dərim. 


– Yaxşı, göndər. Sağ olun. 

Rüşvəti  boynuma  qoyduğuna  görə  sevinirdi.  Öz‐özümə 

dəli kimi gülürdüm – “Maşallah, dilli‐dilavərmiş, ilanı yuvasın‐

dan çıxardar”. Yadıma bir lətifə düşmüşdü... 




198 

 

...Bir  gün  limon  sıxmaq  üzrə  yarış  keçirilirmiş.  Qoldan‐



zorba bir adamın sıxdığı limondan kim axırıncı bir damlanı çı‐

xarsa, ona böyük bir mükafat veriləcəkmiş. Kim cəhd edirsə əli 

boşa çıxır – sıxılmış limondan bir damla çıxara bilən tapılmır ki, 

tapılmır. Axırda bir qədər yaşlı kişi qabağa durub limon əziyini 

əlinə alır və sıxır. Sıxılmış limondan yarım stəkanadək su çıxa‐

rır.  Hamı  mat‐məəttəl  qalır.  Ondan  soruşurlar  ki,  –  “Sən  bunu 

necə bacardın, həm də  bir damla deyil, yarım  stəkan?”. Cavab 

verir ki, – “Beş il vergidə işləmişəm!” 



 

 

Dilbər: 

 

1993‐cü  ilin  ağrılı‐acılı  günləri  ötüb  keçmişdi.  Atəşkəs  im‐



zalandı və ara xeyli sakitləşdi. Familə xalanın ölüm xəbəri məni 

hədsiz dərəcədə üzürdü. Fərhadın yanında olmaq, ona təskinlik 

vermək  keçirdi  içimdən.  “Görəsən  indi  onların  halı  necədir, 

harda məskunlaşdılar, dolanışıqları necədir?” – sualları fikrim‐

dən  çıxmırdı.  Hələ,  Ağəli  əminin  başına  gələnlər  yəqin  ki  Fər‐

hadımın  qəddini  çoxdan  əymişdi.  Fərhadı  bir  gün  də  olsun 

unutmurdum.  Əlim  heç  yerə  çatmırdı,  Fərhadın  dərdini  uzaq‐

dan da olsa yaşamaqla təskinlik tapırdım. 

...İllər  çox  sürətlə  ötdü.  Mən  məktəbi  bitirdim.  Atamın 

köməkliyi  ilə  Pedoqoji  İnstitutun  “ibtidai  sinif  müəllimliyi”nə 

daxil oldum. Qardaşım Tofiq İngiltərədə yaşayır, həm də orada 

“beynəlxalq  iqtisadiyyat”  ixtisası  üzrə  oxuyur.  Çəkdirib  gön‐

dərdiyi  şəkillərdən  aydın  görünürdü  ki,  o,  artıq  əvvəlki  kimi 

utancaq  Tofiq  deyil,  əksinə,  sırtılmış,  sürtük  qadınlar  kimi  bə‐

zənib‐düzənmiş,  burnuna,  qaşlarına  sırğa  taxmışdı.    Boynunu, 

biləyini  tatuajla  doldurmuş,  ya  homoseksual,  ya  da  satanist  ol‐

muşdu  –  təzə  imicindən  baş  çıxarmaq  olmurdu.  Atam  gücünü 

toplayıb  qardaşımı  və  məni  oxutdurmuşdu.  İşlədiyi  zavod  özəl‐




199 

 

ləşdirildi  və  atamı  işdən  çıxardılar.  Bir  il  işsiz  qaldıqdan  sonra 



nevroz oldu – hər şeyə qarışır, çığır‐bağır salırdı, həlim xasiyyətli 

atamdan əsər‐əlamət qalmamışdı. Anamla heç yola getmirdi, hər 

pisliyin,  bəxtsizliyin  səbəbkarı  kimi  onu  görürdü,  hətta  onu 

boşamaqla  da  hədələyirdi.  Tofiqin  çirkin  halı  atamın  belini 

qırmışdı,  mənim  də  əxlaqsız  ola  biləcəyimdən  qorxur  və  bütün 

günü  az  qala  mənsiz  qalmırdı.  Anam  istəyirdi  ki,  məni  atamın 

keçmiş iş yoldaşı Nəsir müəllimin oğlu Tahirə versin. O vaxt mən 

3‐cü  kursda  oxuyurdum  və  Fərhad  çoxdan  idi  ki  evlənmişdi, 

hətta, iki uşağının olduğunu, qızına nənəmin adını qoyduğunu da 

bilirdim. Bir neçə il sonra atam maşınla yol qəzasına düşüb dün‐

yasını dəyişdi. Anam, etirazıma  baxmadan  məni Tahirə vermək  

üçün  hətta Nəsir müəllimin arvadının qulağına da pıçıldamışdı. 

Ana‐bala  mənasız  günlərimizi  sayırdıq.  Tofiq  İngiltərədən  ildə 

bir‐iki dəfə ən çoxu 2‐3 min dollar pul göndərərdi, axır iki ildir ki, 

heç  onu  da  göndərmir.  Anam  xəstəxanaların  birində  tibb  bacısı, 

mən isə uşaq bağçasında müəllimə işləyirdim. Məvacibimizlə ayı 

güc‐bəlayla başa vururduq. Evimizin binbərəkəti qaçmışdı, anam 

arada  içib  evə  gəlir,  dava‐dalaş  salır,  məni  Tahirlə  görüşməyə 

təhrik  edirdi.  Tahir  bizə  ayaq  açdı,  anamla  oturub  yeyib‐içir, 

hərdən də mənə ilişirdi. Baş götürüb getməyə nə yerim, nə də bir 

yaxınım var idi. Təkcə rəfiqəm və iş yoldaşım Səfurə ilə dərdlərimi 

bölüşə  bilirdim.  Atamın  yurdu  boş,  evi  kişisiz  qalmışdı.  Yeganə 

günahkar isə ipə‐sapa yatmayan anamın nəfsi idi. Qardaşımı qərib 

ellərə  salıb  puç  edən,  atamın  zəhləsini  töküb  çərlədən,  indi  də 

məni  göz  görə‐görə  məhv  etməyə  yerikləmiş  öz  doğmaca  anam 

idi.  Təcili  bu  evdən  baş  götürüb  çıxmalı  olduğumu  bilirdim. 

Ancaq hara gedəydim? Nə qədər bəhanə gətirib rəfiqəmgildə qala 

bilərdim, axı “məscidin qapısı açıqdır, bəs itin həyasına nə gəlib” 

deməzlərmi? Dünyada mənə sahib çıxacaq, dərdimə şərik ola bilə‐

cək yeganə insan – Fərhad gəlirdi gözümün qabağına. Onu axtarıb 

tapmaq, ona sığınmaq istəyirdim. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə