Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə58/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   54   55   56   57   58   59   60   61   ...   144

179 

 

Zəhra, əldəqayırma kərpic plitənin üstündə əl boyda bala‐



ca balıqlar qızardırdı. 

–  Bacı,  qaynanam  məni  çox  istəyirmiş,  ölürəm  balıq  qı‐

zartması üçün. Nə balığıdır bu? – soruşdum. 

– Vobladır. Yeməli balıqdır – Zəhra dilləndi. 

– Zəhranın bişirdiyi voblanın dadı tamam başqa olur –Na‐

ğı da bizə qoşuldu. 

–  Ata,  çöldə  dayanan  “Qazel”  bizə  gəlib?  –  deyə  Baysal 

soruşdu.  Birdən  yadıma  düşdü  ki,  soyuducu  hələ  də  maşında 

qalıb: 

–  Hə  oğul.  Atanın  toyunda  iştirak  eləməmişdim  deyə, 



balaca  bir  toy  hədiyyəsi  almışam  Zəhra  bacıma.  Nağı  kişi,  dur 

görək əvvəlki gücün qalıb, ya yox? 

Bayıra  çıxdıq, “Qazel” sürücüsü maşının arxasını açdı, özü 

yuxarı  çıxdı,  soyuducunun  başını  bizə  doğru  əydi.  Nağı,  mən 

və  Baysal  hərəmiz  bir  tərəfindən  tutub  soyuducunu  yerə  qoy‐

duq. Sürücünin pulunu verib yola saldım. 

– Bir də belə düşüklük etsən, gətirdiyini təpənə çırpacağam 

– deyə Nağı əməlli‐başlı üstümə acıqlandı. 

– Bu nə xəcalətdir, ay Fərhad qardaş, Allah köməyin olsun, 

cibin dolu olsun – deyə Zəhra da təşəkkür etdi. 

–  Adam  qardaşının  evinə  birinci  dəfə  əliboş  gedərmi  heç, 

bacı?  –  deyə  Nağının  boynunu  qucaqladım.  Soyuducunu  içə‐

riyə aparıb qoşduq. Bayırda mənim maşınım dayandı. Nağının 

balaca  uşaqları  tər‐təmiz  geyimdə,  əllərində  oyuncaq  və  şarlar 

sevincək  içəri  girdilər,  arxalarınca  da  əlində  bayaq  aldığımız 

bazarlıq zənbillərilə Əli içəri daxil oldu. 

– Dədə, ana, bax Əli qaqa bizə nə aldı..! 

 Nağı yenə mənə baxıb: 

– Birinci dəfədir, bu dəfə eybi yox, amma bir də belə iş elə‐

mə, xasiyyətimi bilirsən, götürmürəm belə şeyləri. Sağ ol, uşaq‐

ları sevindirdin. 



180 

 

Doğrudan da Nağı hələ o vaxtdan tez‐tez deyərdi ki, – “Ən 



nifrət  elədiyim  şey,  kiminsə  mənə  yazığı  gəlməsidir”.  Yəqin, 

bayaq ət dükanında Nağı qəssaba ona görə acıqlanmamışdı ki, 

qəssabın  ona  yazığı  gəlməmişdi.  Qəssab  ona  ət  versəydi,  mə‐

nim tanıdığım Nağı iki gün rahatlıq tapmazdı. 

Tərifləyə‐tərifləyə  vobla  balıqlarını  ləzzətlə  yedik.  Amma 

Nağının  özü  də  bilirdi  ki,  balıq  yeməklərini  heç  sevmirəm. 

Nağı,  Sabirlə  Yaşarın  yerini  bilirdi.  Söz  verdi  ki,  sabah  onlarla 

birlikdə  mənim  iş  yerimə  gələcəklər.  Dənizkənarı  qayalıqlarda 

axşamadək  gəzdik,  dərdləşdik  və  sabah  görüşməyi  şərtləşib 

ayrıldıq. 

“Qala”  kiçik  müəssisəsi  indi  “Qala” şirkətlər  qrupu  idi  və 

mən  bu  qrupun  həm  təsisçisi,  həm  də  direktoruydum.  Həm 

Sahil  qəsəbəsində,  həm  də  istehsalat  sahəsində  ofisimiz  vardı. 

Gündəlik  iş  qrafikim  beləydi:  saat  5‐də  yuxudan  dururam,  iş 

kombinezonumu və botinkalarımı geyib, “Niva” maşınımla daş 

karxanasına, oradan tir‐üzlük materialları sexinə baş çəkir, son‐

ra qapı‐pəncərə sexi, mebel sexinə, oradan bina tikintisinə, daha 

sonra  isə  beton  zavodunun  həyətindəki  istehsalat  ofisinə  gəli‐

rəm.  Ofisə  çatanda  artıq  saat  12  olurdu.  Bu  vaxtadək  katibəm 

ofisin hamamını isidib hazır saxlayırdı. Yuyunduqdan sonra isə 

paltarımı  dəyişir,  yemək  yeyir  və  sifarişləri,  sənədləri  gözdən 

keçirirdim. 

Bu gün iş qrafikimdə dəyişiklik oldu. Saat 9 idi. Müştərək 

işlədiyim İsa zəng vurmuşdu, – “Təcili görüşməyimiz lazımdır” 

– dedi. “Hyatt Regency” otelində görüşməliydik. Daş karxana‐

sından  birbaş  Bakıya  yollandım,  İsaya  zəng  vurub  aşağıda  – 

həyətdə gözlədiyimi bildirdim. 

– Gir içəri, otur çay iç, bu dəqiqə düşürəm – dedi. 

Bu otelə birinci dəfəydi ki daxil olurdum, hər yer gül kimi 

tərtəmiziydi,  yerdəki  xalçaya  ayaq  basmağa  adamın  heyifi 

gəlirdi. “Reseption”dan çay içmək üçün zalın yerini soruşdum. 



181 

 

Zala  keçib  yumşaq  kreslolardan  birində  əyləşdim,  çay  sifariş 



verdim.  Heç  5  dəqiqə  keçmədi  ki,  İsa  əlində  qovluq  zala  daxil 

oldu.  Üzü  gülürdü.  Öpüşüb  görüşdük.  Boynuna  qalstuk  əvə‐

zinə “kəpənək bantik” vurmuşdu. Otelin özü kimi tərtəmiz ge‐

yimdəydi. 

– Nəyə gülürsən? – deyə soruşdum. 

– İnanırsan, azıb eləsən səni ayağının izlərilə tapmaq olar, 

–  xalçanın  üstündəki  daş  tozu  izlərindən  bildim  ki,  bu  sənin 

ayaq  izlərindi.  Xadimə  bayaqdan  mırıldana‐mırıldana  xalçanı 

silir. 

– Bəs nə bilmişdin, biz pulu daşdan‐qayadan qazanırıq ey, 



yoxsa  sizin  kimi,  –  qurbanlıq  quzu  kimi  bantiki  bağlamısınız 

boynunuza,  oturmusunuz  faizə.  Qızbibi  kimi  geyinirsiniz, 

adam sizin kişi olmağınıza da şübhə edir. Bir havaya çıxın, sizi 

də gün vursun, parnik pomidoruna dönmüsünüz, oturmaqdan 

dalınız kvadrat olub. 

–  Vallah  nə  qədər  eybəcər  görünsən  də,  səni  bu  kobudlu‐

ğuna görə və fəhlə geyimində daha çox sevirəm, Fərhad. Nəysə, 

keçək  əsas  məsələyə,  tələsirəm,  günortaüstü  rəsmi  banket  var, 

ona görə belə “qızbibi” geyinmişik. Deməli belə, sənin yanında 

–  Şıxovda  56  ədəd  ikimərtəbəli  kotej,  4  ədəd  16  mərtəbəli  bina 

tikilməlidir.  Ənənəvi  qiymətlərlə  tenderin  artıq  qalibisən,  mən 

sənədləri  hazırlamışam,  möhürü  vurmağın  qalır.  İşin  sahibiylə 

də  görüşüb  razılaşmışam.  Prosedura  və  digər  sənədlər  tərtib 

edilib,  gələn  həftədən  təməlqazma  işlərinə  başlaya  bilərsən. 

Hikmət adlı oğlan bu gün səninlə görüşməyə, istehsalat obyekt‐

lərinə,  maşın‐mexanizmlərinə  baxmağa  gələcək.  Mənə  isə  bu 

işin 7%‐ni planlaşdırarsan. Bu yaxınlarda isə daha bir iş gözlə‐

nilir  –  İtalyanlar  böyük  bir  biznes  mərkəz  tikəcəklər,  artıq  da‐

nışıqları aparıram. 

– Ay İsa, səndə ki bu fərasət var, niyə özünə bir şirkət açıb 

əməlli‐başlı bir iş görmürsən? 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə