Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə57/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   53   54   55   56   57   58   59   60   ...   144

176 

 

yalnız, – “Görəsən bu qədər pulu da qazanmağı bacararammı?” 



–  deyib  işə  girişməyi  və  işin  qalibiyyətinin  verdiyi  ləzzəti  se‐

virəm.  Səhv  etmirəmsə,  Atatürkün  sözüdür  –  “Ən  böyük  xoş‐

bəxtlik,  başladığın  bir  işin  mutlu  sonunu  görməkdir!”  –  deyib. 

Mən də uğurlu sonluqları sevirəm. 

Pul qomundan 400 manat çıxarıb qəssaba verdim. 

– Əlavə 10 kilo da ət çək, – dedim. 

– Xarab olacaq, qardaş, soyuducuları yoxdur – dedi. 

Əli  gəldi,  –  “Müdir,  yerini  öyrəndim,  balaca  bir  daxmada 

yaşayır” – dedi. İçim gizildədi – “Kaş səni bu kökdə görməyəy‐

dim, qardaş...” Əliyə, – “Sür getdik. Məişət malları satılan ma‐

ğaza tap, bir şeylər alacağıq” – dedim. 

Bakıda  məişət  əşyaları  satılan  dükana  girdik  və  soyuducu 

aldıq.  Yük  maşınına  qoyub  arxamızca  sürməsini  tapşırdıq.  Ba‐

yıl bazarının qarşısında dayanıb mer‐meyvə, göy‐göyərti, ət al‐

dıq. Aldıqlarımızı maşına qoyub Nağı yaşayan daxmanın qarşı‐

sına sürdük, arxamızca da soyuducu gətirən “Qazel” maşını. 

Daxmanın  qapısını  açıb  başımı  içəri  saldım.  Evin  xanımı 

məni görcək yaşmağı ilə ağzını örtdü. İki balaca uşaq (uşaqların 

da  ola  biləcəyi  heç  ağlıma  gəlməmişdi,  oyuncaq  almadığım 

üçün uşaqlardan utandım) torpaq döşəmədə “beş daş” oynayır‐

dılar. 

–  Salamun  əleykim  bacı,  Nağı  burda  yaşayır?  –  deyə  evin 



xanımından soruşdum. 

– Bəli.., namaz qılır, qardaş, bu saat çağıraram – dedi. 

– Narahat etməyin, mən gözləyərəm – deyib bayıra çıxdım, 

bir siqaret yandırdım. Balacalar da bayıra çıxıb mənim əlimdən 

tutdular, sual dolu baxışlarını üzümə zillədilər. Balacaları quca‐

ğıma  alıb  hərəsini  bir  sinəmə  sıxdım.  Yanaqlarından  öpdüm  – 

“Allahım, eynən Nağının qoxusudur” – dedim. Sürücüm Əli bu 

mənzərəyə görünür tab gətirmədi, üzünü yana çevirib, maşının 

içini  “təmizləməyə”  başladı.  Bir  qədər  keçməmiş  Nağı  evdən 



177 

 

çıxdı.  Lal‐dinməz  bir‐birimizin  boynuna  sarıldıq,  göz  yaşları‐



mızla  bir‐birimizin  çiynini  xeyli  islatdıq.  Sonra  aralanıb  bir  də 

sarıldıq,  bu  dəfə  bir  daha  ayrılmamaq  üçün  daha  da  möhkəm 

sarıldıq. Gözlərimizin yaşını qolumuzla silirdik. Nağı: 

–  Sən  hara,  buralar  hara?  Çox  sevindirdin  məni,  oğrəş!  –

vaxtilə Yaşar Tərtər hospitalında yatarkən bizə belə demişdi və 

söz dilimizə düşmüşdü. 

Yenidən  balacaları  qucağıma  aldım.  Əli  də  maşından  dü‐

şüb Nağıyla öpüşüb‐görüşdü, ağlamaqdan gözlərinin qızardığı‐

nı  gördüm.  Uşaqlar  Əliyə  –  “Əmi  maşınına  minmək  olar?”  – 

dedilər.  Mən  cibimdən  bir  topa  pul  çıxarıb  xəlvəti  Əliyə  ver‐

dim. Əli dərhal başa düşdü ki, – “Get uşaqlara bir şeylər al” – 

demək istəyirəm. Nağı məni içəri çəkdi. 

– Hə.., dəli kürd (dostlarım arada məni “kürd” deyə çağı‐

rardılar)  haralardaydın,  hansı  rüzgar  səni  buralara  atdı,  necə 

tapdın məni? 

– Təsadüfən yoldan keçəndə gördüm, pusdum və tapdım. 

– Çoxdan pusurdun?! – nədən çəkindiyini anlayırdım. 

–  Yox,  elə  indicə  tikintiyə  burulanda  təsadüfən  gördüm, 

dedim qoy sürpriz olsun. 

– Çox sevindirdin məni, lap çox. Bir aralar eşitdim Mingə‐

çevirdəsən, yenə ordasan? 

–  Şəkililər  demişkən,  –  “Ha  indi  düz  ağzuun  içindəyəm”, 

Primorskdə yaşayıram, həm də nə az, nə çox, düz 10 ilə yaxındır 

ki, burdayam. On ildir buralardan gündə on dəfə oyana‐buyana 

keçirəm. 

–  Gör  taleyə  bax  ey,  30  kilometrliyimdəsən,  xəbərimiz  də 

yox. Nə işlə məşğulsan, nəyin qulpundan yapışmısan, Fərhad..? 

Bəzən  insanın  bəxt  qapıları  bağlanır,  talehi  üz  döndərir, 

işləri bəd gətirir, uğursuzluqlar dalbadal gəlir. Birdən də, tanrı 

qarşına elə bir sevinc çıxarır ki, bütün hər şeyi unudursan. Bu, 

sənin  bundan  sonrakı  həyatını  və  hər  şeyi  yenidən  başlamaq 



178 

 

üçün yeni fürsətlər açır. Bax, mən də bu gün həyatımın ən əziz 



insanlarından  biri  olan  Nağıyla  görüşümlə  bütün  dərdlərimi, 

qayğılarımı  unutmuşdum.  Bu  anda  mən  yenə  də  19‐22  yaşım‐

daydım.  Sifətimdəki  “ahıllıq  maskasını”  cırıb  atdım,  uşaqlaş‐

dım, ərköyünləşdim. Komandirimlə, dostumla son 15‐20 ili “sö‐

küb, yenidən yığdıq”. Hər şeydən, hər şeyi danışdıq. 

Nağı tikinti gedən ərazinin qarovulçusuydu. Aylıq məvacibi 

heç  ətin  pulunu  da  ödəmirdi.  Üç  oğlu  vardı,  ikisi  balaca  idi, 

böyüyü  isə  instituta  hazırlaşır  –  əlaçıdır.  Bu  illər  ərzində  Nağı 

dolanışıq  üçün  yenidən  Orta  Asiya  ölkələrinə  üz tutmuş,  Qaza‐

xıstanda  fəhləlik  etmiş,  Türkmənistan  çöllərində  dəvə  otarmış, 

bir  uşaqla  bütün  Orta  Asiyanın  çöllərini  gəzmiş,  hər  işin  qul‐

pundan yapışıbmış. İş axtara‐axtara Bayıla gəlib çıxmış, məvacibi 

az  olsa  da,  qalacaq  bir  daxması  olduğundan  gözətçi  işləməyə 

razılaşmışdı.  Artıq  bir  ilə  yaxındır  ki,  Nağı  bu  gözətçi  daxma‐

sında  yaşayırdı.  Daxma  iki  otaqlıydı  –  bir  zal,  bir  yataq  otağın‐

dan  ibarətdir.  Öz  kəndlərindən  yaxın  qohumu  Zəhra  adlı  qızla 

evlənmişdi.  Zəhra  təxminən  özüylə  yaşıd  olardı,  vərəm  xəstəsi 

kimi  çox  arıq,  ancaq  suyuşirin  və  ismətli  biriydi.  Əziyyətlər 

gördüyü hər halından bəlliydi. O da Nağı kimi namaz qılar, oruc 

tuturdı.  Namazı,  hər  ikisi  Türkmənistanda  öyrənmişlər.  Nağı, 

tikinti  sahibinin  icazəsilə  tikinti  sahəsinin  bir  küncündə,  elə 

tikintinin  tullantı  daşı,  artıq  sementi  ilə  birmərtəbəli  –  üç  otaqlı 

ev tikdirir. Gələn qışacan yeni evlərinə köçməyi planlaşdırırdı. 

Günortaya yaxın Nağının böyük oğlu gəldi. 

–  Bax,  sənə  danışdığım  kürd  Fərhad  əmin  budur.  Mənim 

müharibə dostum, institut dostum, qardaşım... – oğluna dedi. – 

Qohum, daha yaşmanmağına, gizlənməyinə dəyməz, gəl sən də 

bizimlə otur, Fərhad sənin də qardaşın sayılır – mənasız yerə o 

otaqdan buna‐bundan da o birisinə vurnuxan Zəhraya səsləndi. 

–  Fərhad,  bu  isə  mənim  böyük  oğlum  Baysaldır.  Türkmə‐

nistanda bir dostum qoyub adını – Nağı yenə kövrəldi. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə