Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə56/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   52   53   54   55   56   57   58   59   ...   144

173 

 

üstündən  üzü  o  tərəf  getdi”.  “Bu  gün  26  iyundur,  ata  –  ordu 



günüdür,  gördüklərin  də  hərbi  paraddır”  –  dedim.  “Ordusu 

olanın torpağını erməni heç alar, ay bala. Allah, sən özün ordu‐

muza  qüvvət,  qeyrət  ver...”  –  deyib  telefonu  asırdı.  Deyirlər, 

“qocalar  da  körpə  uşaqlar  kimidir,  ancaq,  onlarla  oynamaq 

istəyən azdır”. Birdən sarı simə köklənəndə deyirdi ki, – “Oğul, 

bağışla  ki  sənə  axıradək  atalıq  edə  bilmədim.  Bu  şəhər  mənə 

çox yaddı.  Mənə sən atalıq edirsən burda, Allah qismət eləsin, 

rayona  qayıdanda  əvəzini  çıxaram.  Bircə  o  torpaqlara  qovuş‐

sam, heç bir dərdim qalmazdı. Oyrəli

  

rəhmətlik Hacı Kələntərin 



qəbrini  ziyarətə  getmişdik;  sement  zavodunun  tüstüsü  bir 

tərəfdən, kərpic zavodununku da bir tərəfdən bütün qəbiristan‐

lığı alıb ağzına, elə bil qəbirləri cəhənnəm alovu yandırır – ətim 

ürpəndi. Qara mərmərlər tüstüdən bomboz bozarıb. Allaha ağır 

getməsin,  –  torpaq  Allahındı,  amma  heç  burda  basdırılmaq 

istəməzdim...  Allah  heç  birimizə  bu  torpaqlarda  basdırılmağı 

nəsib  eləməsin.  Qoy  qocalıb  qaytana,  yumağa  dönək,  amma 

vətəndə  torpağa  gömülək.  Allah  ananızı  da,  bizi  də  qürbətdən 

qurtarsın,  hamımızı  bir‐birimizə  qovuşdursun,  həmişəki  kimi 

birlikdə olaq. Onsuz da torpaqlar alınana oxşamır. Birdən fikir‐

ləşirəm  ki,  eybi  yox,  qoy  burda  basdırsınlar,  sonra  qazıb  yeni‐

dən rayona apararsınız. Onda da adımı “gorbagor olmuş  Ağə‐

li”  deyib  çağıracaqlar.  Nəysə,  şükür  tanrının  məsləhətinə.  Val‐

lah,  düşmən  bir  az  mərhəmətli  olsaydı  baxmazdım  əziyyətini‐

zə,  çəkəcəyiniz  xərcə  –  elə  deyərdim  ki,  ermənidən  icazə  alıb 

məni  öz  kəndimizin  qəbirstanlığında  –  ananızın  və  Durna  ar‐

vadın  yanında  basdırın.  Amma,  faşist  uşağında  hardadı  o 

insaf!” 


 

* * * 

 



174 

 

Atam erməni girovluğundan azad olunandan sonra tələbə 



dostlarımla  görüşmürdük.  Hərdən  yadıma  düşsələr  də  nə 

yerlərini,  nə  də  əlaqə  telefonlarını  bilirdim.  Hətta,  toyumu  da 

onlarsız  etmişdim.  Onlar  üçün  burnumun  ucu  göynəyəndə,  – 

“Sabahdan  başlayaraq  onları  axtarıb  tapacağam”  –  deyib  özü‐

mə söz verirdim, amma iş‐güc başımı qatır, ili ilə ötürüb onları 

unudurdum. Amma bir gün tale özü onları qarşıma çıxardı... 

Günlərin birində sürücüm Əliylə Bakıya – banka gedirdik. 

Bayıl  döngəsindən  keçirdik,  telefonla  danışırdım.  Birdən  bir 

tanış üz gördüm, amma o qədər ötəri oldu ki, çox fikir vermək 

imkanım olmadı. “Krasin meydanı”na çatanda ağlıma gəldi ki, 

indicə gördüyüm mənim can dostum Nağı idi. Əliyə çığırdım – 

“Tez maşını geri döndər!”. Yazıq uşaq, oturacaqda yerindən dik 

atıldı.  Yolu  qaydasınca  keçmədiyimizə  görə,  “kübar”  marşrut 

sürücülərindən  bir‐iki  “paxlavalı”  söyüşlər  də  aldıq.  Bayıl 

bazarının  qarşısında  düşüb  səkiboyu  hər  mağazanın  qapısını 

açıb  içəri  boylanırdım.  “Bu  qədər  sürətlə  gözdən  itə  bilməz, 

Nağı  hardasa  buralarda  olmalıdı”.  Nağı  işıqforun  yanındakı 

qəssab  dükanın  balaca  pəncərəsindən  başını  içəri  soxmuşdu. 

Arxasında  durub  gözlərini  qapayaraq,  “tap  görüm  kimdi!” 

oyunu  oynamaq  istədim  onunla.  Ancaq  eşitdiklərimdən  əlim 

havada  qurudu.  Önlüyü  qanlı,  yağlavcasifət,  gonbul  qəssab  az 

qala Nağının üstünə çığırırdı: 

– Ay qardaş, yekə oğlansan, bəsdir da! Nə qədər nisyə ver‐

mək olar? Üst‐üstə hesablasan 200 kiloluq bir öküzü nisyə yeyib 

qurtarmısan  ey,  xəbərin  var?  Heç  olmazsa  əlinə  düşən  qəpik‐

quruşdan  arada  gətir  ver,  mən  də  bilim  ki,  pulunu  verəcəksən 

da..! Uje bir ilə yaxındır ki, 348 manat borcun var ey! Bu qədər 

pula mən bir inək alıram, başa düşürsən?! 

Nağı: 

– Heç olmazsa zing, miyəntək ver, dırnaq, ya boyun topu... 



Vallah, mən bu pulu sənə ödəməmiş ölmərəm. Özün qaldığım 


175 

 

yeri tanıyırsan, bilirsən ki, atıb qaçan da deyiləm, uşaqların dili‐



nə nə vaxtdandır ət dəymir, nə qədər krevetka, balıq yedirmək 

olar  axı...  Patron  da  qalmayıb  ki,  heç  olmazsa  qaşqaldaxdan, 

qarabattaqdan‐zaddan  vurub  yedirdəm.  Sən  Allah,  ay  Şirzad, 

qoy axırıncı dəfə olsun, bir şey ver aparım... 

–  Olmaz!  Hər  dəfə  “axırıncı  dəfədir”  deyirsən!  Qurtardıq! 

Get, alverimizə mane olma, imkan ver müştəri görək nə istəyir? 

– məni müştəri sanmışdı. 

Qəssab: 


– Buyur, qardaş, eşidirəm... – mənə səsləndi. 

İxtiyarsız  arxaya  çönüb  maşına  doğru  addımladım.  Nağı, 

sanki ağır yük çəkirmiş kimi qəssabxanadan aralandı. Geriyə də 

baxmadı. Salafan çantasında sanki girvənkə daşları daşıyırdı, – 

gah bir əlinə, gah da o biri əlinə dəyişirdi. Əslində isə çantasın‐

dakı  göy‐göyərti  idi.  Əliyə  Nağını  izləməyi,  hara  getdiyini  öy‐

rənməyi tapşırdım. Nağı işıqforun yanındakı yeni tikilən şəhər‐

ciyin həyətinə buruldu, Əli də arxasınca. Maşından düşüb qəs‐

sab Şirzada yaxınlaşdım: 

–  Salam,  qəssab  Şeyzad  –  nifrət  hopmuş  hirsimi  boğa  bil‐

mədim. 

–  Adım  Şirzaddır,  cavan  oğlan,  kimsən,  nə  istiyirsən?  –  ət 



baltasını hirslə kötüyə sapladı. 

– Bayaq əliboş qaytardığın adam kimiydi, tanıyırsan? 

– Nağıdır, həmişə məndən ət alır, nədi ki? 

–  Heç..,  o  mənim  tələbə  dostumdur.  Nə  qədər  borcu  var 

onun? 

– 348 manat. 



Cibimdəki  pul  qomunu  çıxardım.  Əlimdəki  ilan  kimi  so‐

yuq pula nifrət elədim və bu nifrət indi də həmişə mənimlədir. 

“İlanın zəhləsi yarpızdan gedər, o da ilanın yuvasının ağzında 

bitər”  –  görünür  pul  qazanmağın  yolunu  bilirəmmiş.  Pul  qa‐

zanmağı  həmişə  sevmişəm,  ancaq  pulu  sevdiyim  üçün  yox, 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə