Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə52/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   48   49   50   51   52   53   54   55   ...   144

161 

 

lun  çoxu  bacımgilin  evində  hələ  də  dururdu.  Atamla  məslə‐



hətləşib bu puldan istifadə etmək arzumu bildirdim. 

– Onsuz da min il də qalsa, o pula mən əl vuran deyiləm, 

lənətlənmiş  puldur,  elə  əsl  bu  məqsədə  yarıyar,  istəyirsən  ha‐

mısını götür – dedi. 

Kitabı  qoltuğuma  vurub  son  razılaşmaları  rəsmiləşdirmək 

üçün  Təhsil  Nazirliyinə  yollandım.  “Dərslik  Nəşriyyatı”  şöbə‐

sinin  qəbulunda  eynilə  mənim  kimi  dərs  vəsaiti  çap  etdirmək 

üçün  gəlmiş  başqa  bir  müəlliflə  rastlaşdım.  Ağsaqqal  pedaqoq 

olduğu hər halından bəlli idi. 

– Siz də dərslik yazmısınız? Hansı fənnə aiddir? – soruşdu. 

– Hərbi hazırlıq, 9‐11 siniflər üçün. Gəlmişəm çap etdirmək 

üçün son razılaşmaları dəqiqləşdirim. 

–  Allah  xeyrini  versin,  oğul,  amma  başıma  gələn  bir  şeyi 

deməsəm vicdanım sonra sızlayar. Mən bu kitabın müəllifiyəm 

–  əlindəki  kitabı  göstərdi,  –  qardaşım  da  Lənkəranın  maarif 

müdiridir. Birinci partiya kitabı çap etdirib qardaşımın sayəsin‐

də öz rayonumuzda xırıd elədim, xərcimin yarısı ödəndi. İkinci 

partiyanı  götürməyə  gələndə  dedilər  ki,  –  aeroport  “talkuçka‐

sı”nda kitabların topdansatışı ilə məşğul olan  monopoliya var, 

apar ver onlara, ordan rayonlara özləri paylayacaqlar”. Getdim. 

Nə  görsəm  yaxşıdır?  Mənim  kitablarımı  iki  manatdan  satırlar. 

Axı  bu  kitab  mənim  üstümə  iki  manat  əlli  qəpiyə  başa  gəlib, 

necə  olur  ki,  bunlar  iki  manata  satırlar,  bir  də  ki,  axı  hardandı 

mənim  kitablarım  bunlarda?  Axı  mən  kitabı  nəşriyyatdan  alıb 

birbaşa  rayonumuza  aparmışam.  Baxdım  ki,  kitabımın  nüsxə‐

ləri  üzçıxarma  maşını  ilə  çoxaldılıb.  Şikayət  etdim,  üzçıxarılan 

mətbəəni  iş  başında  tutduq.  Amma  nə  olsun,  arxası  yuxarılara 

bağlı olduğundan heç kim heç nə edə bilmədi. Əlim ətəyimdən 

uzun  indi  gəlmişəm  şikayətə.  İndi  bax,  özün  qərar  ver,  bu 

təhlükə səni tamam batıra bilər. Deməyim odur ki, bu işdə çox 

ehtiyatlı olmalısan və bu riski gözə almalısan. 



162 

 

Mən də əlim ətəyimdən uzun Mingəçevirə  qayıtdım. Dost‐



larım da çap işini qeyri müəyyən vaxtadək təxirə salmaq fikrimi 

bəyəndilər (İndi də bu 3 nüsxə kitab metodik vəsait kimi Min‐

gəçevirdə  əl‐əl  gəzir).  Aradan  6  ay  keçməmiş  Təhsil  Nazirli‐

yinin  “metodkabinet”indən  təklif  gəldi  ki,  kitabınızın  5  möv‐

zusunu almaq istəyirlər – pul qarşılığında. Sən demə yeni “Hər‐

bi hazırlıq” dərsliyi çap olunurmuş. Razılaşdıq və beş mövzunu 

sataraq  çəkdiyimiz  xırda  xərcləri  artıqlamasıyla  ödədik.  Mənə 

qalan,  yazı  makinasının  dillərində  itirdiyim  göz  nurum  oldu. 

Amma,  kitab  yazmaq  həvəsim,  qələmimi  sınamaq  ümidim 

bəlkə də elə buradan doğurmuş... 

Bir  gün  şəhər  hərbi  komissarlığından  məni  həqiqi  hərbi 

xidmətə çağırdılar. Leytenant hərbi rütbəli zabit olduğumu, da‐

xili  qoşunlar  tərkibində  4  il  döyüşlərdə  iştirak  etdiyimi  dil  bo‐

ğaza  qoymadan  and‐aman  eləsəm  də,  nə  bunu  təsdiq  edəcək 

sənədim  var  idi,  nə  də  dediklərimə  inanan  biri...  Qısası,  zabit 

olduğumu  və  döyüşlərdə  iştirak  etdiyimi  sübut  etmək  üçün 

mənə bir ay vaxt verdilər. Bir ayın tamamında, körpə uşağımın 

olmasına  baxmayaraq,  yenidən  hərbi  qulluğa  boyun  əyməliy‐

dim.  Əslində  atəşkəs  idi  və  əvvəlki  ölüm‐itim  qorxusu  da  yox 

idi.  Lakin,  körpə  uşağı  tək,  ikinci  uşağa  hamilə  olan  gənc 

qadının öhdəsinə buraxıb getmək heç ürəyimdən deyildi. 

İdarədə    məni    əsgərliyə    çağırdıqlarını  danışdım,  söhbət 

rəisimizə çatdı. Məni yanına çağırıb dedi ki, – “Sənin zabit rüt‐

bəsi üçün təqdimatını yazıb Bakıya göndərmişəm, cavab ləngi‐

yir, istəyirdim sürpriz olsun, amma görürəm tələsmək lazımdır, 

sabahdan  işinin  üstünə  özün  düş.  Təqdimat  rəisin  stolunun 

üstündədir – adamın‐zadın varsa tapşırt”. 

Bakıya  yollandım  –  birbaşa  Respublika  Mülki  Müdafiə 

Qərargahı rəisinin qəbuluna. İdarə rəisimiz doğrudan da təqdi‐

matımı yazmışdı. Qərargah rəisi insanlıqda ad çıxarmış nurani 

kişiydi – dərdimi ona dedim. 



163 

 

–  A bala, əgər doğrudan da əvvəllər zabit olmusansa, şəxsi 



işini gətir, rütbəni də baş leytenant verib səni birbaşa zabit kimi 

işə  götürüm,  rəisin  polkovnik  Abdullayev  sənin  haqqında  çox 

yaxşı fikirdədir – dedi. 

Qaçaraq  Daxili  İşlər  Nazirliyinin  kadrlar  idarəsinə  yollan‐

dım,  “İşləriniz  istintaqda  –  hərbi  prokurorluqdadır”–  dedilər. 

Səksəkədə deyilən ünvana yollandım. “Birdən tutub içəri salsa‐

lar  necə  olacaq?  “Tülkü,  tülkülüyünü  sübut  edincə  dərisini 

boğazından çıxarırlar”. Vətənimin yolunda vuruşmaqdan başqa 

neyləmişəm  ki?  Axı  mən  nə  günahın  sahibiyəm  ki,  məni  istin‐

taqa çəkələr?”. Özümü toxtadıb Hərbi Prokurorluğa yollandım. 

Qapıdan  icazə  alıb,  ikinci  mərtəbəyə  qalxdım,  bütün  iradəmi 

toplayaraq – “Allah, Məhəmməd, ya Əli!” – deyib elə ilk üzbə‐

üz açıq qapını döydüm. 

Əvvəl  də  demişdim,  həyatımda  üst‐üstə  düşən  təsadüflər 

bir neçə dəfə olub, bu gün də belə oldu. Laklanmış iri şabalıdı 

stolda  əyləşib  qovluqları  eşələyən  48‐50  yaşllarında  kişi  eynə‐

yinin  üstündən  məni  süzdü.  Allahım,  bu  mənim  xeyirxahım 

Hacı əmi idi! 

–  Hacı  əmi!  Sənə  qurban  olum..!  –  həyəcandan  bilmirdim 

neyləyim, yüyürüb onun boynunu qucaqladım. 

–  Hə,  axır  ki  gəlib  çıxdın,  ay  cinayətkar?  –  ayağa  qalxıb 

boynumu qucaqlayıb üzümdən öpdü, stol çəkib yanında oturt‐

du.  Onu  gördüyümə  o  qədər  sevinmişdim  ki,  qəhərimi,  ürəyi‐

min  dəli  çırpıntılarını  da  vecə  almırdım.  Uşağa  dönmüşdüm  – 

eynən kənddəki qayğısız uşağa, “Qala” kiçik müəssisəsinin di‐

rektoru – bığ yeri təzəcə tərləyən müdir‐uşağa. Başımıza gələn 

müsibətləri,  əlini  üstümdən  çəkəndən  sonra  qara  günlərimizi 

bircə‐bircə və hönkür‐hönkür ağlayaraq ona danışmağa tələsir‐

dim. Əmin idim ki, Hacı əmim qarşıma çıxıbsa, demək, heç bir 

əngəl mənə güc gələ bilməz – artıq həyatım yenidən xoşbəxtliyə 

qovuşacaq.  Onsuz  keçən  günlərimi,  başımıza  gələnləri  tələsə‐ 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə