Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə48/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   44   45   46   47   48   49   50   51   ...   144

149 

 

hər  yerdə  kimyəvi  tərkibi  eyni    deyilmi?  Mən  Azərbaycan  və‐



təndaşı, İngiltərə vətəndaşı yox, Dünya vətəndaşı olmaq istəyi‐

rəm!  Qaldırın  fərqli  dilləri,  sərhədləri,  qayda‐qanunları,  pulu! 

Mən  səhər  yeməyimi  Avstraliyada,  günortamı  Kanadada,  ax‐

şam yeməyimi isə Əfqanıstanda yemək istəyirəm! Həm də eyni 

pulla,  yerli  dostumla  birlikdə  eyni  dildə  danışaraq,  –  tam  ağız 

dadıyla və mehriban insan kimi! Neftini, qazını, qızılını, dəmi‐

rini, pambığını, üzümünü qucaqlayıb – “Mənimkidir, heç kimə 

də  vermərəm!”  –  desən,  bilmirsənmi  ki,  başına  qapaz  vurub 

zorla  əlindən  alacaqlar?  İnsana  yaşamaq  üçün  nə  lazımdır?  – 

isti‐soyuqdan  daldalanmaq  üçün  sərin  yer  və  ölməmək  üçün 

qida!  Bunu  isə  yaradan  bolluca  verib.  Bundan  savayı  hər  şey 

şeytana  qul  olmağımızın  cəzasıdır  çəkirik  –  komfortlu  villalar, 

dəbdəbəli  ziyafətlər,  şeytani  siyasətlər,  mənasız  müharibələr... 

İnsan  birinci  növbədə  insanlığına  qayıtmalı,  sonra  insanlığı  və 

dünya  nemətlərini  paylaşmağı  bacarmalıdır.  Yoxsa,  bəşəriyyət 

müharibə və səfalətdən xilas ola bilməyəcək. Bunu anlamalıyıq 

–  Bakıda  çıxan  neft,  həm  də  Hindistanda  çıraqsız  qalan  büt‐

pərəst hindlinindir. Çünki, məni yaradan Allah, onu da mənim 

kimi eyni torpaqdan və eyni sevgiylə yaradıb. Allahın nemətlə‐

ri  isə  paylaşmaq  üçündür.  Dünyanı  insanın  hədsiz  nəfsi  məhv 

edəcək  –  buna  bütün  biçarə  bəşər  övladı  əmindir.  Bəşəri  sevgi 

qalib gəlməlidir! Hansı ad altında başlanmasından asılı olmaya‐

raq son nəticədə müharibə sadəcə insan qırğınıdır! “Amma gün 

gələcək ya müharibə, ya da insanlar dəbdən tamam düşəcək”. 

Erməni ilə bizim davamız isə iki keçəlin daraq davasıdır – 

xuduru


43

 

 



insan qırğını... 

 

* * *

 

                                                            



43

 

Mənasız, boşuna.



 


150 

 

Atamı  çiynimə  söykəyərək  “Qazel”ədək  gətirdim.  Bacım 



dəli kimi şivən qoparırdı, sözünə qulaq asılmayan natiqlər kimi 

ağladı, ağladı və sonda atamın boynuna sarılıb kiridi. Dostlarım 

ən yaxın adamlarına qovuşmuşdular sanki – atamı qucaqlarına 

alıb maşına mindirdilər. Birbaş Bakıya – bacımgilə gəldik. Yanı‐

mızdakı zabit hərbi həkim çağırdı. Həkim atamı müayinə edib 

sahə poliklinikasında qeydiyyata aldırdı. Müalicə resepti yazıb 

getdi. Bacımgilin evi yenə qonum‐qonşuyla dolub‐boşaldı. Ax‐

şama  yaxın  Milli  Təhlükəsizlik  Nazirliyinin  əməkdaşı  gəldi, 

atamın yatdığı yataq otağından hamını çıxarıb onu uzun‐uzadı 

sorğu‐suala tutdu, – “Ermənilər hara qədər işğal ediblər, ordu‐

sunun sayı, silah və texnikaları, Kamo kimdir, onunla necə tanış 

olmusunuz?”... 

Atamın girovluqdan azad olmasının sevinci, anamızın itki‐

sini  qismən  unutdurmuşdu.  Yazıq  anam,  səni  heç  ağızdolusu 

doyunca  da  ağlamadıq...  Baş  verənlər  insaniyyətimizi  dondur‐

muşdu elə bil. 

...Bu  günədək  ana  məzarının  nisgili,  vətən  həsrətli  didər‐

ginlik həyatı davam etməkdədir. Həyasız‐həyasız bu həyatı ya‐

şadığımıza  görə  tanrıya  şükür  edir,  usanıb‐yorulmadan  –  “Al‐

laha təvəkkül”– deyib, ömrümüzü  taleyin axarına buraxıb  üzü 

harayasa gedirik. Hər şeyimiz – taleyimiz də, aqibətimiz də indi 

murdar siyasətə tabedi... 



 

* * * 

 

Atamın erməni əsirliyindən qayıtmasından xeyli vaxt keç‐



di.  Acı  didərginlik  həyatının  çərçivəsinə  yerləşmək  məcburiy‐

yətini  qəbul  etmişdik.  Gözümüz  televizorda,  qulağımız  radio‐

daydı – vətənə qayıtmaq barədə şad xəbəri eşitmək üçün qula‐

ğımız  cingildəyir,  anamızın  qərib  məzarından  ötrü  gözümüz 

saralırdı.  Hələ,  Füzulinin  Məngələnata  yüksəkliyini  bizimkilər 



151 

 

geri  qaytaranda  evimizdə  əsl  toy‐bayram  olmuşdu.  Atam  



tanış‐bilişi  sevincək  muştuluqlamışdı  ki,  –  “Gözün  aydın,  və‐

tənə qayıdırıq!”. 

...İdarəmizi  ləğv  etdilər  və  daxili  işlər  orqanlarından  azad 

edildik. İdarənin keçmiş fəaliyyətini yoxlamaq üçün Hərbi Pro‐

kurorluq araşdırma başlatdı. Haqqımızda cinayət işi açmışdılar 

–  adımızı  “Boz  Qurdlar”  qoyub,  bu  yöndəki  “fəaliyyətimizi” 

yoxlayırdılar.  Axı  biz  müharibəyə  könüllü  gedənlərdəniydik, 

deməli şübhəli adamlardıq... 



 

 

* * * 

 

Yeni  dərs  ili  açıldı.  İnstituta  daxil  olmuş  dünənki  abituri‐

yentlər tər‐təmiz libasda bir‐birindən utanırmış kimi divarların 

dibində  komalaşıb  hələ  yenicə  tanış  olurdular.  Biz  “qocaman” 

məzunlar isə hər künc‐bucağını tanıdığımız ali məktəbə inamla 

girib  tədris  şöbəsinin  qapısı  ağzında  cəmləşdik  –  diplomları‐

mızı  və  təyinatımızı  almağa  gəlmişdik.  Tələbəçiliyin  dadını  da 

düz‐əməlli çıxara bilmədik biz zavallılar... 

Məni gənc mütəxəssis kimi təyinatla Mingəçevir şəhərinə – 

6 nömrəli Tikinti Trestinə göndərdilər. 

Atam bacımgildə qaldı. Biz hamımız bunun daha münasib 

olduğuna qərar vermişdik. “İnşaatçı‐mühəndis” diplomumu al‐

dıqdan  düz  bir  həftə  sonra  indiyədək  üzünü  heç  görmədiyim, 

həyatımın  8  ilini  yaşayacağım  Mingəçevir  şəhərinə  yollandım. 

Azərbaycanın  şəhərləri  içində  ən  təmizi,  ən  ürəyimə  yatanı, 

adamlarında  yaşayıb‐yaratmaq  istəyinə  məftun  olduğum  Min‐

gəçevirə.  Təyinat  yerimə  yollandım.  Məni  “Sosial  tikinti  sahə‐

sinə” usta (“master”) işinə qəbul etdilər. Həkim olmaq istəmiş‐

dim, ortaya yönsüz bir mühəndis kimi çıxmışdım... 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə