Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə47/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   43   44   45   46   47   48   49   50   ...   144

146 

 

Təzə  çağırışçıya  bənzəyirdi.  Görünür  çox  döymüşdülər,  sancı‐



dan ikiqat olmuşdu. Zabit tez‐tez saatına baxır, yolun qarşı tə‐

rəfinə boylanırdı. Ermənilərin işğal etdikləri tərəfdən “QAZ‐69” 

markalı  hərbi  maşından  üç  nəfər  erməni  əsgəri  düşdü.  Digər 

yük maşını isə əsirləri gətirmişdi. Əsgərlərdən iri cüssəli olanı – 

yaxınlaşanda  gördüm  ki,  o,  zabit  imiş  –  atamın  qoluna  girib 

qabağa  çıxdı.  Biz  tərəfin  də  zabiti  erməni  əsirin  qoluna  girib 

qarşı  tərəfə  doğru  irəlilədi.  Əsirin  digər  qolundan  isə  mən 

yapışdım.  Gözümdən  yaş  gilələnir,  anamsız  atamın  halının  nə 

qədər ürək yaralayan olduğuna dözə bilmirdim – yarını itirmiş 

qu  kimiydi  atam –  yetim,  zavallı,  ölü  günündə.  Əlimlə  erməni 

əsirin biləyini var gücümlə sıxırdım, ağrıdan ağzı açıla qalmış‐

dı.  Doqquz  azərbaycanlı  əsir  bizi  ötüb  keçdi.  Atamı  gətirən  iri 

cüssəli erməni tək idi, biz isə əsiri iki nəfər müşayiət edirdik. İki 

dəstə üz‐üzə gəldik, atamın bütün sifəti sarıqlı olduğundan onu 

tanımaq olmurdu. Atam, – “Oğlum!” deyə zarıdı, boynuma sa‐

rılıb ağladı. Mən də onun sarğılı sifətini tənzifin üstündən öpür, 

hönkür‐hönkür  ağlayırdım.  Erməni  əsir  bizi  ötüb  öz  əsgərləri 

tərəfə getdi. Atamın çiyni üstündən onu gətirən erməninin göz‐

lərini  gördüm,  inanılmaz  şeydi  –  erməni  için‐için  ağlayırdı. 

“Aman  Allah,  bu  ki  bizim  Kamo  kirvədir!”  Nə  edəcəyimi  bil‐

mədim. O, ikimizi də qucaqlaşdığımız vəziyyətdə sinəsinə sıxıb 

göz yaşlarını gizlətməyə çalışdı. Biz tərəfin zabiti: “Getməliyik, 

dostum!”  deyə  bizim  bu  isti  qucaqlaşmamıza  acıqlandı.  Kamo 

kirvə bizi özündən aralayıb dedi: 

–  Ağacan,  balaca  kirvəm  əməlli‐başlı  kişi  olub,  maşallah. 

Dava  olmasaydı  qızımı  mütləq  ona  ərə  verərdim.  İndisə  ayrıl‐

maq vaxtıdır. Cənab mayor, bizi iki dəqiqəlik tək buraxa bilər‐

sinizmi? Arxayın olun, biz köhnə tanışıq – azərbaycanca bizim 

mayora dedi. 

Artıq  bizim  zabit  bu  mehriban  qucaqlaşmamızdan  bir  şey 

anlamayıb bizdən azca aralandı. 



147 

 

Kamo: 



– Ağacan, di salamat qal... Kaş bu müharibə tez qurtaraydı, 

biz də əvvəlki kimi dostluğumuzu davam etdirəydik. Bu müha‐

ribədə  kimin  sağ  qalacağı,  kimin  qalib  gələcəyi  məlum  deyil, 

kirvə.  Əgər  mən  ölsəm,  siz  də  Qafanı  alsanız,  oralara  ayağın 

düşsə, sizinkilərin mənim qəbrimi təhqir etmələrinə imkan ver‐

məzsən – sizinkiləri çox incitmişəm. 

Ata‐bala Kamonu sakitcə dinləyirdik. 

–  Bu  isə  balaca  kirvəmə  məndən  hədiyyə  olsun,  toyunda 

iştirak  edə  bilməyəcəyəm  yəqin.  Bizim  əsirin  atasından  almış‐

dım – sırf sizin üçün – əlində tutduğu, rezin kəndirlə bağlanmış 

ABŞ dolları dəstəsini gizlincə atamın cibinə dürtdü. Atam etiraz 

edəcək  halda  deyildi.  Kamo  əlimizi  sıxıb  geriyə  döndü,  öz  əs‐

gərlərinin  yanına  qayıtdı,  biz  öz  maşınımıza  çatanadək  uzaq‐

dan arxamızca baxdı, əl eləyib maşınına mindi və maşın dönüb 

gözdən itdi. 

Ermənini sevməyin, onunla dostluğun bir türk üçün nə bö‐

yük  günah  olmasını  dərk  edirəm.  Amma,  insan  nə  qədər  düş‐

mən olsa da, insanlığını qoruyub saxlaya bilir bəzən. Əgər bir nə‐

fər – söz haqqı olan insan – araya düşüb desə ki, – “Ay erməni, 

ay azərbaycanlı, bir əl saxlayın, yalnız bircə anlığa əl saxlayın! Bir 

anlıq  ağlınızla  mənə  qulaq  asın!”  –  şəxsən  mən  barmağımı  tə‐

tikdən çəkib əl saxlar, hikkəmi bircə anlığa boğardım. 

– Axı bu müharibədən qazancınız nədir? Bir‐birinizin cavan 

övladlarını  öldürməkdən,  var‐dövlətini  soyub  talan  etməkdən 

başqa  nə  keçəcək  əlinizə?  Nədi  axı  bölüşə  bilmədiyiniz?  Doğ‐

rudanmı  iki  milyon  erməniyə  Ermənistan  torpağı  bəs  eləmir, 

əkin sahələrinizi bu qədər genişləndirməkmi istəyirsiniz? Axı siz 

heç  yönlü‐başlı  əkin‐biçin  də  bacarmırsınız!  Bu  quruca  və  baş 

tutmayacaq  iddianızla  Böyük  Türk  Dünyasına  güc  gəlmək  is‐



148 

 

təyirsinizmi? Başınız girməyən yerə bədəninizi niyə soxursunuz? 



Axı  tapdaq  altında  qalacaqsınız  belə  getsə,  ay  bədbəxtlər!  Sizi 

Türkün  üstünə  qısqırdanların  sizə  verdiyi  xeyir,  öz  övladlarını‐

zın  canından, isti ocağınızdan,  insanlıq ləyaqətinizdən  qiymətli‐

dirmi? Siz də qafqazlısınız axı, niyə Qafqaz xalqlarının dağ vüqa‐

rına ləkə salırsınız? Nədən bu mərd xalqların arasına xaincəsinə 

soxuşdurulduğunuzu  bilə‐bilə  rusa  alət  olmaqdan  zövq  alır‐

sınız?  Düşdüyünüz  xain  məngənəsindən  xilas  olub  dünyada  və 

Qafqazda  qonşularınızla  dinc  yaşamaq  sizə  haram  buyurulub 

məgər!?  Tarixin  hansı  səhifəsində  Türkə  qalib  gəldiyin  yazılıb? 

Bəlkə varlığın bahasına yeni tarix yazmaq istəyirsən – Səhl Sum‐

batların,  Androniklərin,  Amazaspların,  Şaumyanların  yaza  bil‐

mədiyi “şanlı tarixi”.  Heç olmazsa, gələcək övladlarınızdan uta‐

nın... Puşkin demişkən – “Onsuz da, dünya ermənilərlə çox da‐

rıxdırıcıdır!”. Yox, əgər yenə də manqurt asılılığı, köpək sadiqliyi 

ilə  ağalarınıza  tabe  olub  vuruşmaq  istəyirsinizsə,  buyurun,  – 

cəhənnəmdə  özünüzə  od  olacaq  qanınızla  istədiyiniz  qədər  su‐

varın bu torpağı. 

Görəsən bunu neçə erməni anlayıb özünü, kimliyini, nəyə 

qadir olduğunu dərk edib silahı ataraq insanlar cərgəsinə qoşu‐

lar? Görəsən içindəki erməni nifrətini neçə türk boğub, onunla 

yenidən dost, qonşu kimi yaşaya bilər? Nə murdar şeymiş mü‐

haribəyə  təhrik  edildiyini  bilə‐bilə  əzizlərini,  sevdiklərini,  se‐

vənlərini  itirmək,  torpaq  davası  aparmaq,  bu  təhrikdən  yaxa 

qurtara  bilməmək...  Niyə  hamımız  bir  evin  sakini  –  Dünyalı 

olduğumuz  halda,  erməni,  türk,  ingilis,  fransız,  gürcü  adı  ilə 

hərəyə bir qucaq torpaq qamarlayıb – “Bura mənimdir, ölərəm, 

amma  heç  kimə  vermərəm”  –  deyə  inad  eləməliyik.  Axı  niyə 

mən Mozambik torpağına ayaq basmamalıyam ki, – “Bura yad‐

ların  torpağıdır?”.  Guya  səni  sonda  ağuşuna  alacaq  torpağın 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə