Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə49/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   45   46   47   48   49   50   51   52   ...   144

152 

 

Mingəçevir  kəndində  uşaq  bağçası  və  şəhər  mərkəzində  6 



saylı orta məktəbin yeni tədris korpusunun tikintisinə nəzarəti 

mənə həvalə etdilər. Məktəbin birinci mərtəbəsinin örtük pane‐

lini heç qoymamışdıq ki, səhər işə  gələrkən Kəlbəcərdən gələn 

qaçqınların  “otaqlara”  yerləşdiyinin  şahidi  olurduq.  Kəlbəcərli 

Həsən  kişinin  demək  olar  ki,  bütün  iş  qabiliyyətli  kişi  qohum‐

larını  işə  götürmüşdük.  Bir  tərəfdən  məktəb  direktoru,  digər 

tərəfdən  isə  idarə  müdirimiz  bu  çarəsiz  insanları  tikinti  sahə‐

sindən çıxarmaq üçün şikayət etmədikləri vəzifəli adam qalma‐

mışdı. Məktəbi tikə bilmirdik. Didərginlər gündüz vaxtı tikinti 

işlərimizə mane olmamaq üçün həyətdə vurnuxur, iş bitdikdən 

sonra isə “evlərinə” sığınırdılar. Mənə olduqca yaxın olan dərd‐

ləri  hər  gün  halımı  korlayır,  bu  dərddən  heç  cür  yaxa  qurtara  

bilmirdim.  Bir  tərəfdən  də  bəzi  ağzıgöyçəklərin  –  “ermənidən 

qorxub qaçanlar”, “satqın fərarilər”, “biqeyrət qaçqınlar”... kimi 

acı  tənələri  içimi  göynədirdi.  Qərib  eldə  namusuma  boğulub, 

adımıza qoşulan şəbədələrə səsimi çıxara bilmirdim. 

Trestin  ailəvi  yataqxanasında  bir  ilədək  yaşadım.  Sonra, 

bacımın  saxladığı  pulla  üçmərtəbəli  “Xruşşovka”  binanın  axı‐

rıncı  mərtəbəsində  özümə  ikiotaqlı  ev  aldım.  Evə  telefon  çək‐

dirdim, qaçqınlardan ucuz qiymətə ikinəfərlik çarpayı, stol‐stul, 

televizor  və  soyuducu  aldım.  Məcburi  köçkünlərə  paylanan 

müftə  ərzaq  bağlamalarının  və  işıq,  su,  qaz  pulundan  azad  ol‐

mağın  “ləzzətini”  mən  də  bilirəm  –  qaçqın  kimi  Mingəçevirdə 

qeydiyyata düşmüşdüm... 

Tikinti  sektorunda  işlər  getdikcə  səngiyirdi  və  sonra  ta‐

mam  dayandı.  İdarəmiz  bağlandığı  üçün  ixtisara  düşdüm  – 

qaldım işsiz. 

Təkiydim  deyə  özümə  məşğuliyyət  axtarırdım.  Boş  vaxt‐

larımda ingilis dilini öyrənirdim, indinin özündə də məndə belə 



153 

 

sərsəm  həvəslər  hərdən  yaranır  –  lap  bu  romanı  yazmağa  baş‐



ladığım  kimi.  Di  gəl  ki,  “Nobel”  almaq  iddiası  ilə  bu  kitaba 

başlamağım  həmin  axmaq  həvəslərimin,  Durna  nənəm  demiş‐

kən, – “ən deməlisizi, ən bədməşrəfi” idi. Nəysə... Orta məktəb‐

də,  institutda  bu  dilin  əsas  qaydalarını  öyrənmişdim,  di  gəl  ki, 

söz  ehtiyatım  yox  idi.  Yapışqan  sarı  kağızları  hara  gəldi  yapış‐

dırırdım – ayaqyoluna, dəhlizin divarlarına, əl‐üz yuyan çanağın 

yanlarına, mətbəxə – hər yerə. Gündə ən azı beş söz əzbərləmək 

iddiası ilə bu işə ciddi‐cəhdlə girişmişdim. Səmərəsini görürdüm 

və  artıq  ingilis  dilində  bədii  ədəbiyyatları  oxuyurdum.  Bəxtim‐

dən,  Birləşmiş  Millətlər  Təşkilatının  “Dünya  Ərzaq  Proqramı” 

çərçivəsində  regiondakı  məcburi  köçkünlərə  ərzaq  bağlamaları 

paylamaq  məqsədilə  Mingəçevirdə  “Care  Canada”  cəmiyyəti 

fəaliyyətə başladı. İngilis dilini bilən işçilərə ehtiyac çox idi. Əri‐

zə  ilə  müraciət  etdim,  qısa  müsahibədən  keçib  qrup  rəhbəri  ol‐

dum.  Ətraf  rayonların  hər  bir  yerinə  yayılmış  qaçqınların  ağır 

sosial  vəziyyəti  insanın  tükünü  ürpədirdi.  Qaçqın  payına  göz 

dikmiş  şərəfsiz  dəllalların,  alverçilərin  sayı‐hesabı  yox  idi.  Bu 

dərd  sanki  məni  tək  buraxmayacağına  and  içmişdi.  Məvacibim 

əlaydı  –  ayda  155  ABŞ  dolları.  8  aylıq  bu  layihə  bitdi  və  mən 

yenidən öz kasıb həyatıma qayıtdım. 

Bir  müddət  iş  axtardım.  Nəhayət  Mingəçevir  Regional 

Mülki  Müdafiə  Qərargahında  –  xilasedici  kimi  işə  düzəldim. 

Əmək haqqım 16 manat idi. 1995‐ci ilin məzənnəsi ilə bu qədər 

pula uzağı 5 kq ət və bir blok siqaret almaq olardı. Elə bir dövr 

gəlmişdi  ki,  pul  əskinasları  tez‐tez  dəyişdirilirdi.  Kimin  əlində 

milyonları  vardısa,  sandıqdaca  “öldü”.  Banklar  qaz  vurub  qa‐

zan doldururdular... 

 

* * * 

 



154 

 

Günlərin  birində  bacım  məni  şəhərə  çağırdı.  Çoxdan  idi 



görüşmürdüm,  atamdan  da  nigaran  idim.  Bakıya  yollandım. 

Axşam süfrəsindən sonra bacım məni yataq otağına çəkib çağı‐

rışının əsas məqsədini açıqladı: 

–  Bacın  qadanı  alsın,  artıq  24  yaşın  var,  vaxt  ötür,  evlən‐

mək  vaxtındır.  Anamız  olmadığı  üçün  bu  iş  mənim  üzərimə 

düşür.  Çağırmaqda  məqsədim  odur  ki,  bir  ağzını  arayım,  istə‐

diyin,  gözaltı  elədiyin  biri  varmı?  Atayla  da  məsləhətləşmişik, 

həmişə  dərdlə  yaşamaq  olmaz.  Başımıza  gələnlər,  təkcə  bizim 

deyil,  həm  də  elin  dərdidir.  Qoy  sənin  toyunla  dərdlərimizi 

unutmağa başlayaq. 

– İstədiyim yoxdu, bacı, düzü evlənmək barəsində heç dü‐

şünməmişəm də – səmimi etiraf etdim. 

– Sonra demə ki, “xəbərim  olmayıb”, əslində Durna nənən 

Dilbərlə  evlənməyini  Rəhimdən  xahiş  edibmiş.  Amma  qızın 

anasını  bilirsən,  gözü  yuxarılarda  olanlardandır.  O  günləri  ağ‐

zını aradım, daş atıb başını tutdu ki, – “Mənim qızımı istəyənlər 

çoxdu,  vallah  məni  düzgün  başa  düşün,  –  açıq  danışacağam, 

mən  anayam,  qızımın  xoşbəxtliyini  istəyirəm,  –  evi‐eşiyi, 

malı‐mülkü olanları qoyub sizə qız vermək heç ürəyimcə deyil” 

–  dedi.  Rəhimin  işlədiyi  zavodun  şöbə  rəisinin  oğlunu  gözaltı 

eləyiblər.  Heç  oğlanın  xəbəri  də  yoxdu,  sadəcə  Simuzər  belə 

istəyir. Burda deyirlər ey, – “Qız evində toydu, oğlan evinin xə‐

bəri yoxdu!”. 

– Bəs Dilbər özü nə deyir? – həyasızcasına, utanmadan so‐

ruşdum. 

– Qız anası ilə didişməkdən bezib, deyir – “Kimə verirsiniz 

verin, mənə heç dəxli yoxdur, onsuz da bu dünyada xoşbəxt ol‐

mağı bacarmayacağam”. 

– Elə niyə? 

– Nə bilim, yəqin özünün istədiyi varmış, ona da getməyə 

icazə vermirlər. Uşaqdı dayna! 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə