Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə42/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   38   39   40   41   42   43   44   45   ...   144

131 

 

Ağəli: 

 

...Fərhadı  şəhərə  yola  saldıqdan  sonra  vəziyyət  daha  da 



pisləşdi.  Hamı  hirsindən  “cilov  gəmirir”,  xəyanətkarların  tapı‐

lıb  cəzalandırılmasını  istəyirdilər.  Neçə  ki  Əliyar  sağ  idi,  heç 

kim  Qubadlıda  öz  pis  niyyətini  həyata  keçirə  bilmirdi.  Elə  ki, 

onu  öldürdülər,  Qubadlı  xəyanətkarların  qucağına  itələndi. 

“Heç  olmazsa,  iki  saatlığına  da  olsa  rayon  ermənilərə  veril‐

məlidir!”  –  göstərişinin  niyəsini  bilən  də  yox  idi.  Əliyar  hələ 

onda sağ idi. O vaxt bu istəklə rayona gəlmiş Müdafiə Nazirli‐

yinin  qərargah  rəisini  həbs  etmiş,  İcra  Hakimiyyəti  binasının 

zirzəmisinə salmışdı. Hətta onu aparmağa gəlmiş Müdafiə Na‐

zirinin  vertolyotu  havaya  qalxarkən  qumbaraatanla  onu  nişan 

almış,  yenidən  vertolyotu  enməyə  məcbur  etmişdi.  Müdafiə 

Naziri  xəyanətkarı  cəzalandırmaq  üçün  Bakıya  apardığına 

inandırdıqdan sonra Əliyar onları buraxmışdı. 

Əliyardan sonra kənar rayonlardan gəlmə batalyonlar gün‐

bəgün  sərhəddən  geri  çəkilir,  mövqeləri  düşmənə  təhvil  verir‐

dilər.  Artıq  qonşu  qonşudan  çəkinmir,  gecəykən  yır‐yığış  edib 

hərəsi  öz  qohumunun,  yaxınının  yanına  –  kənar  rayonlara, 

şəhərlərə üz tuturdular. 

Kənddə  qalanların  sayı  günbəgün  azalırdı.  Səhər  durub 

görürdün  ki,  filankəs  gecəykən  yığışıb  köçübdü,  –  çoxusu  da 

paltar‐palazını  aparmadan,  mal‐heyvanı,  yol‐yolağasını  açıq 

buraxaraq.  Mal‐qara  səhərlər  öz‐özünə  durub  örüşdə  otlayar, 

axşam  isə  yenidən  öz  həyətlərinə  qayıdırdı.  Kolxozun  yonca, 

taxıl, tütün tarlaları tam heyvanların ixtiyarındaydı, – davar əsl 

azadlığa  qovuşmuşdu.  Sən  demə  heyvan  azadlığı,  insan  kölə‐

liyinə bağlıymış... 

Kənddə “qu” deyəndə qulaq tutulurdu, dərdləşməyə adam 

qalmamışdı.  Avqustun  27‐si  Familə  ilə  yığışıb  köçməyi  qərara 




132 

 

aldıq.  Paltar‐palazı  yığıb  tövlənin  axurunda  gizlədik,  üstünü 



otla  basdırdıq.  Qab‐qacağı  yenidən  su  quyusuna  doldurduq. 

Lazımsız  sənədləri,  kağız‐kuğuzları,  Quran  və  digər  kitabları 

polietilenə  büküb  damda  torpağa  basdırdıq.  Ən  vacib  əşya‐

lardan  ibarət  balaca  əl  boxçası  düzəltdik.  Ayın  28‐i  əsgərlər 

dedilər  ki,  –  “Horadiz  yolunu  ermənilər  tutub”.  Yola  çıxdıq. 

Hansı yük maşınına əl salladıqsa, götürən olmadı. Qınamırdıq, 

çünki,  götürməyə  yerləri  də  yox  idi.  Birdən,  bir  yük  maşının 

üstündə dostum Xansuvarı gördüm. Özümü maşının qabağına 

atdım.  Sürücü  qışqıra‐qışqıra  arxanı  göstərərək,  –  “Minə  bilir‐

sinizsə tez minin, tələsin!” – çığırdı. Arxadakı maşınlar bir‐birinə 

dirənmişdilər.  Dayanmadan  ağız‐ağıza  verib  siqnallayır,  sürü‐

cünü  tələsdirirdilər.  Əvvəlcə  Familəni  qaldırıb  minməsinə  kö‐

mək  etdim.  Bir  nəfər  cavan  oğlan  yuxarıdan  əyilib  Familənin 

əlindən  tutub  dartırdı.  Maşına  o  qədər  yük  vurmuşdular  ki, 

kuzov öz ölçüsündən iki dəfə hündür olmuşdu. Sürücü bir uc‐

dan  qışqırırdı,  –  “Mindiniz?!”.  Xansuvar,  –  “Hələ  yox!”  məna‐

sında  oturduğu  kabinanın  damını  döyəclədi.  Maşın  birdən 

yerindən dik atıldı. Familə və onun əlindən tutmuş cavan oğlan 

asfaltın üstünə yıxıldılar. Oğlan Familənin üstündən cəld qalxıb 

yenidən  maşına  tərəf  cumdu,  qıvraq  yorğan‐döşəkdən  yapışıb 

öz yerini tutdu. Familə arxasıüstə asfalta sərilmişdi, dikəlməyə 

halı  yox  idi,  arxada  dayanmış  “Kamaz”  yük  maşını  cilovunu 

qırmış at kimi üstümüzə gəldi. Hər şey bir anda oldu... İxtiyar‐

sız  olaraq  maşının  qabağından  çəkildim  və  maşının  təkəri  Fa‐

milənin sol çiynini “xırçıltıyla” əzərək dayanmadan ötüb keçdi. 

Xırçıltıdan  ətim  ürpəndi.  Maşın  onun  sol  qabırğalarını,  ürək 

nayihəsini  asfalta  yapışdırmışdı,  ağzından  qan  gəlirdi.  Dərhal 

onu  yolun  kənarına  çəkdim.  Ötən  maşındakılar  təəssüflə  bizə 

baxıb ağlaşırdılar. Maşınlardan biri yanımızda saxlayıb, –  “Ağ‐

saqqal,  gəl  min  səni  də  aparım,  lap  istəyirsən  meyidi  də  götü‐




133 

 

rək?” – dedi. Familəmə “meyid” deyən bu vələdin az qalmışdı  



başını  əzəm.  “Sür  cəhənnəm  ol  get!”  –  deyə  üstünə  bağırdım. 

Öz  halalımın  eybəcər  hala  düşmüş  meyidini  camaata  göstər‐

məmək üçün onu həyətə, sonra evə – eyvanadək sürüdüm. Ar‐

tıq nə tələsik bir işim, nə də tələsəcək yerim vardı. Öz ömür‐gün 

yoldaşımın  solmuş  meyidinə  baxır,  ağzından  axan  qanı  silir‐

dim. Nədənsə, taleyin bu acı imtahanına ağlamırdım. Məni tək 

qoyub  gedən  halalıma  sarılıb  səhərədək  yanında  uzandım.  Şə‐

fəq  sökülənədək  dağı  arana,  aranı  dağa  daşıdım,  keçmişimizi, 

xoş, əziyyətli günlərimizi xatırladım. 

...Mənim  əslim  Yuxarı  Xocamsaxlı  kəndindəndir.  Aclıq 

illərində kənar rayonlardan gələnlərlə birlikdə, dağ kəndlərinin 

əhalisi də çəltik və balıq kimi qiymətli qidaya yaxın olmaq üçün 

çayqırağı obalara yerləşirdi. Biz bu kəndə köçəndə qardaşım və 

atamı cəbhəyə aparmışdılar. Anamla birlikdə Hacı Fətəli Əfən‐

dinin  himayəsinə  sığındıq.  Hamı  onu  “Hacı  baba”  deyə  çağı‐

rardı.  Həyat  yoldaşı  Bahar  xala  olduqca  nurani  qadınıydı.  11 

uşaqları olub, hamısı da tələf olmuşdular. Axırdan‐axıra Familə 

doğulmuşdu.  Valideynləri  onu  qorumaq  üçün  bütün  əziyyət‐

lərə  qatlaşmış  və  onu  sağ‐salamat  böyütmüşdülər.  Mən,  Hacı 

babanın  davarına  baxır,  mal‐tövlə  işlərini  görürdüm.  Onlar  da 

məni öz övladları kimi sevirdilər. Mənim əsl adım Ağaverdidir, 

lakin imam Əlinin şərəfinə Hacı baba mənə, “Ağa Əli – Ağəli” 

adını  vermişdi.  Familəyə  də,  mənə  də  namazı  özü  öyrətmişdi. 

Bir müddətdən sonra anam da rəhmətə getdi və mən Hacı ba‐

banın  ümidinə  qaldım.  Dindar  olduğu  üçün  Sovet  hökuməti 

Hacı babanı həbs elədi. Həbsxanadan çıxandan sonra çox yaşa‐

madı.  Bahar  nənənin  ağlamaqdan  gözləri  kor  oldu.  O,  Familə 

ilə mənim imam  nikahımızı kəsdirib  bizi  evləndirdi. Çox keç‐

mədi  ki,  Bahar  nənə  də  dünyasını  dəyişdi.  İki  yetim,  tanrının 

ətəyindən tutub yaşamaq uğrunda mübarizə aparırdıq. Qızımız 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə