Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə41/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   37   38   39   40   41   42   43   44   ...   144

128 

 

başqa  cür  mümkün  ola  da  bilməzdi.  Motosiklə  tərəf  yeridik, 



məni  yedəkdə  tək  qoyub  özləri  də  bir‐birinin  belindən  yapışıb 

Nağıdan  tutdular.  Motoru  işə  saldıq.  Xansuvar  birdən  nəyisə 

yadına salıb bizə səsləndi: 

– Ay bala, ay oğul, bir ayaq saxlayın! – haylayıb bizə tərəf 

yortdu.  “Oğul,  başımı  elə  itirmişəm  ki,  adın  da  yadımdan  çıx‐

dı..”. “Fərhad”, – deyə gözümü onun ağzına zillədim. 

– Dayan, bir az gözlə. Maşına minməmişdən qabaq atan bir 

boxça tulladı bizim mindiyimiz maşına, qoy onu gətirim – dedi 

və alaçığa tərəf getdi. Əlində anamın bel şalına bükülmüş boxça 

gəldi.  “Bu  sənə  çatacaq.  Fərhad,  oğul,  yemədin  getdin,  sən  bu 

Xansuvar əmini pis adam kimi xatırlayacaqsan, bilirəm, amma 

inan  nə  yeməyə  bir  şeyimiz,  nə  içəcək  suyumuz  var.  Bağışla 

məni,  oğul,  bağışla,  onsuz  da  yerim  cəhənnəmdir,  heç  olmasa 

sən bağışla”. Key kimi Xansuvarın sifətinə baxırdım. Görünür o 

da  onu  bağışlayıb  bağışlamadığımı  ayırd  etmək  üçün  sifətimə 

diqqət kəsilmişdi. Motosikli yerindən tərpətdik. 

Qadağan  səddini  keçməyi  bacarıb  Bakıya  doğru  yol  almış 

maşın  karvanlarının  yanından  keçirdik.  Bir  “Zil”  maşını  sürət 

götürüb arxamızca düşdü – aramsız siqnal verib yanındakı ma‐

şınları  az  qala  yoldan  çıxarırdı.  Kuzovu  yüklə  dolu  idi,  yükün 

üstündə  isə  xeyli  adam.  O  qədər  sürət  götürmüşdü  ki,  yükün 

üstündəki adamlar qorxudan çığırışırdılar. Karvanı ötüb bizim 

qabağımızı  kəsdi – sürəti azaltdı və saxladı. Nağı da motosikli 

kənara  verib  saxladı.  42‐45  yaşlarında  olan  sürücü  “Zil”dən 

düşüb, əlində təkər çıxaran linglə bizə yaxınlaşdı. Salamsız‐ka‐

lamsız,  –  “Oğraş  köpəyuşağı,  mənim  motosikletimi  oğurlamı‐

sınız!?”  –  deyə  Sabirə  qıcandı.  Sabir  onun    əlini  havada  tutub 

burdu, oğlan fırlanıb yerə çökdü. 

–  Motosiklet  səninkidir!?  –  deyə  Sabir  onun  yaxasından 

yapışdı. 




129 

 

– Hə... 



–  İndi  artıq  sənin  deyil,  mənimdi.  Sənin  olsaydı  səndə 

olardı! 


– Axı mənimdi! 

– Dedim ki, artıq mənimdi! 

“Zil”in  kabinəsından  yaşlı  bir  qadın  düşdü,  görünür  oğ‐

lanın anasıydı, bizə yaxınlaşıb şivən qopardı: 

–  Heç  utanmırsınız,  camaat  arxasına  baxmadan  canını  gö‐

türüb qaçır, sizsə onların malını‐heyvanını, maşınlarını, evlərini 

soyursunuz?  Bir  boy‐buxununuzdan  utanın,  sizin  taylarınız 

indi ermənidən ana‐bacısının qisasını alır, sizsə oğurluqla məş‐

ğulsunuz,  biqeyrətlər!  Tfu  sizin  üzünüzə,  it  uşağı  it!  –  Sabir 

üzünün tüpürcəyini sildi. 

Yedəkdən aşağı düşüb boxçamı əlimə aldım. Yeyin addım‐

larla  yolu  əlimə  aldım  –  yeganə  təsəllim  olan  bacım  Nailənin 

məhrəmətinə  doğru  tələsirdim.  Dostlarım  da  bir  qədər  çənə‐‐

boğaz vurduqdan sonra arxamca mənə çatdılar. Sən demə dərd 

batmanla gələndə insan daha dözümlü olurmuş, – bəlkə də qan 

bədəndə  “donduğundan”  belədir.  Lal‐dinməz  Hacıqabuladək 

yarım gün piyada yol gəldik. Yeganə yeyəcəyimiz, “oğurladığı‐

mız”  motosikl  yanımızdan  keçərkən  mükafat  olaraq  üstümüzə 

tula  payı  kimi  tulladıqları  təndir  çörəyi  idi.  Nəvahıda  yol 

kənarında  soyutma  qarğıdalı  satan  uşaqlardan  hərəmizə  birini 

alıb yedik. Burada bir yük maşınına minib Bakıya gəldik... 

Başımıza  gələn  müsibəti  bacıma  və  onun  həyat  yoldaşı 

Mürvətə danışdım. Bacım qıy vurub üzünü cırdı, şivənqiyamət 

qopardı.  İndi  mən  də  ona  baxır,  onun  itkisinə  ağlayıb  ürəyimi 

boşaldırdım. Həmişə cənazəni ağlamaq üçün avazı, naləsi yaxşı 

olan  birini  dəvət  edərdilər  ki,  hamını  ağlada  bilsin.  Məsələn, 

kəndimizdə bu işi Həvva xala və Səmayə xala kimi bacaran yox 

idi.  “Bəs  görəsən  onlar  dünyasını  dəyişəndən  sonra  bizi  kim 




130 

 

ağladacaq”, – düşündüm. Mən də öz dərdimi heç vaxt layiqincə 



ağlamağı bacarmamışam. Amma başqasının dərdi məni həmişə 

kövrəldib.  İndi  bacımla  mənim  dərdimiz  eyni  olsa  da,  əslində 

dərdimizi daha çılpaqlığı ilə ifadə edə bildiyi üçün, sanki onun 

dərdinə  ağlayıb  rahatlanırdım.    Yeznəmiz    bacıma    toxtaqlıq 

verir, onu sakitləşdirməyə çalışırdı. Qonşular bir‐bir səsə gəlir, 

məsələdən  agah  olanda  isə  bacıma  qoşulurdular.  Bir  saatın 

içində  qonşular,  tanış‐biliş  bacımgilə  yığışdılar.  Axşama  qədər 

evin qapısı açıldı‐örtüldü. Başsağlığı verən, dərdimizə şərik çı‐

xanlara  yeznəmiz,  –  “Allah  ölənlərinizə  rəhmət  eləsin”,  –  de‐

yirdi.  Məni  dərd  boğurdu.  Axşam  düşmüşdü.  Bacım  mənə 

qonaq otağında yer saldı. Yerimə uzandım. Fikir məni yatmağa 

qoymurdu.  Gözüm  pianinonun  üstündəki  boxçaya  sataşdı. 

Onu  götürüb  yerimdə  oturdum.  Anamın  əli  son  dəfə  dəymiş 

boxçanı  açdım.  İçindəkilər  bunlar  idi:  atamın  və  anamın  pas‐

portları, mənim metirkam, valideynlərimizin kəbin kağızı, me‐

tirkamın  arasında  üçümüzün  mən  hələ  bir  yaşındaykən 

çəkdirdiyimiz  şəkil  –  bu  şəkildə  mən  bələkdə  idim,  görünür 

altımı  tez‐tez  islatdığım  üçün  hətta  bir  yaşımda  da  məni 

bələyirmişlər,  baş  barmağımı  sorurdum,  atam  və  anam  lap 

yaraşıqlı  gənc  idilər,  –  Dilbərlə  çəkdirdikləri  şəkil,  anamın  ata 

yadigarı  canamazı,  mənim  anama  aldığım  canamaz,  evimizin 

və  mal‐qaramızın  vaxtı  ötmüş  sığorta  sənədləri,  atamın  təzyiq 

dərmanları,  bir  büküm  kiflənmiş  yuxa,  burun  dəsmalına  bü‐

külmüş  nişan  üzüyü  –  mənə  cehizlik  almışdılar,  anamın  qızıl 

boyunbağı,  qırmızı  qaşlı  iki  gümüş  üzük,  Durna  nənəmin 

gümüş  kəməri,  500  manat  pul,  bir  torba  torpaq  –  görünür  bir 

daha  geri  qayıtmayacaqlarından  qorxublarmış.  Rayondan  çı‐

xardığımız bütün şeylər ancaq bunlardan ibarət idi... 

 

 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə