SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə58/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   54   55   56   57   58   59   60   61   ...   116

121 
 
Bəhs  etdiyimiz  dövrdə  mərkəzi  hakimiyyətin  qüvvətlənməsi  ilə 
əlaqədar  olaraq  mühüm  sənətkarlıq  mərkəzi  sayılan  Təbrizdə  də  sənətkarlıq 
təĢkilatları  möhkəmlənirdi.  Lakin  ġərq  feodal  Ģəhərlərində,  o  cümlədən 
Təbrizdə  olan  sənətkarlıq  təĢkilatları  ilə  Avropa  sexləri  arasında  aĢağıda 
göstərilən müəyyən uyğun cəhətlər var idi. 
1.  Avropa  sənətkarlar  təĢkilatının  baĢçısı  sənətkarlar  arasında 
seçildikdən sonra Ģəhər hakimi tərəfindən təsdiq olunurdu. ġərq Ģəhərlərində,o 
cümlədən  Təbrizdə  də  sənətkarlar  öz  aralarından  seçdikləri  baĢçını  nəqib  və 
Ģəhər kələntəri təsdiq etdikdən sonra səlahiyyətli sayılırdı. 
2. Avropada  sənətkarlıq  təĢkilatları  öz  daxili  iĢlərini  Ģəhər  hakiminin 
ümumi  nəzarəti  altında  həyata  keçirirdilər.  ġərq  Ģəhərlərində,  o  cümlədən 
Təbrizdə də dövlət tərəfindən ayrı-ayrı sənətkarlar üzərində təyin edilmiĢ illik 
vergi  sənətkarlıq  təĢkilatının  ağsaqqalı  və  ya  baĢçısının  razılığı  ilə  həyata 
keçirilirdi.  Bu  iĢdə  Ģəhər  dövlət  məmurlarının  da  iĢtirakı  zəruri  idi.  Siyahı 
dövlət tərəfindən təsdiq olunduqdan sonra həmin vergi alınırdı. 
3. Avropada sənətkarlıq təĢkilatı Ģurasının tərkibi usta sənətkarların öz 
aralarından  seçdikləri  baĢçıdan  ibarət  idisə  də,  ġərq  Ģəhərlərində  də  təcrübəli 
ağsaqqal  ustalar  təĢkilata  rəhbərlik  edirdilər.  Sənətkarlıq  təĢkilatı  Ģurası 
sənətkarlıq  təĢkilatının  daxili  iĢlərinin  həllində  mühüm  rol  oynayırdı.  Vergini 
təyin  etmək,  vaxtında  toplamaq,  usta  ilə  Ģagird  və  ya  ayrı-ayrı  sənətkarlar 
arasında  baĢ  verən  ixtilafları  həll  etmək  sənətkarlıq  təĢkilatı  Ģurasının 
öhdəsində  idi.  Təbrizdə  sənətkarlıq  təĢkilatı  rəisi  Ģeyx  və  ya  məlik  adlanırdı. 
««ġeyxi topçubaĢı», «məlik-üs-sənna» istilahlarına mənbələrdə tez-tez təsadüf 
edilir. 
4. Avropa Ģəhərlərində eyni sənət sahəsi ilə məĢğul olan sənətkarlar öz 
təĢkilatlarında birləĢirdilər. ġərq Ģəhərlərində, o cümlədən Təbrizdə də vəziyyət 
eynilə  Avropa  Ģəhərlərində  olduğu  kimi  idi.  Lakin  Təbriz  sənətkarlarının  bir 
xüsusiyyəti də var idi: onlar təkcə eyni sənət növü üzrə olan bazar və ya rastada 
bir-birinin yanında düzülmüĢ dükanlarda iĢləmir, hətta çox vaxt eyni məhəllədə 
yaĢayırdılar. Çust tikənlər məhəlləsi, dabbağlar məhəlləsi, daĢ yonanlar küçəsi, 
çəkmə tikənlər bağı, sənətkarlar bağı, iynə qayıranlar bağı, papaq tikənlər bağı 
və s. 
5. Avropada sənətkarlar təĢkilatı ilə yanaĢı, ayrı-ayrı tacirlərin və peĢə 
sahiblərinin təĢkilatları olduğu kimi, Təbrizdə də tacirlərin, musiqiçilərin və s. 
peĢə  sahiblərinin  təĢkilatları  olmuĢdur.  Tacirlər  təĢkilatına  kətxudalar  baĢçılıq 
edirdi. 
Azərbaycanın  baĢqa  Ģəhərlərində  olduğu  kimi,  Təbrizdə  də  ayrı-ayrı 
məhəllələrin kətxudaları var idi. Məhəllə sakinləri də öz aralarından bir nəfəri 
kətxuda  seçib, nəqib və Ģəhər kələntərinin təsdiqinə  verirdi. Təbrizdə  məhəllə 
kətxudalarının böyük nüfuzu var idi. Alessandri Təbriz məhəllə kətxudalarının 
rolunu  belə  Ģərh  edirdi:  «ġəhərdə  kətxudaların  qüdrəti  Ģahın  qüdrətindən 


122 
 
böyükdür. Belə  ki,  Ģəhərdə  ətin qiyməti bir qədər bahalaĢır,  məhəllə baĢçıları 
ilə ġəhər dövlət məmurları arasında ixtilaf baĢ verir. Məhəllə baĢçıları onların 
evlərinə hücum edərək onları tutub öldürürlər. Buna görə də o vaxtdan onların 
səlahiyyətlərini məhdudlaĢdırmaq üçün heç bir tədbir görülməmiĢdir» [257]. 
Sənətkarların  bir  hissəsi  karxanalarda  kollektiv  surətdə  iĢləyirdilər. 
Ayrıca  karxana,  yaxud  dükan  açmaq  imkanı  olmayan  sənətkarlar  nisbətən 
imkanı  olan  sənətkarların  yanına  gedərək  orada  iĢləyirdilər.  Mənbələrin 
verdikləri  məlumata  görə  dükanı  olmayan,  açıq  havada  və  ya  səyyar  iĢləyən 
sənətkarların sayı daha çox idi. 
A.  P.  Novoseltsev  Təbrizdə  sənətkarlıq  təĢkilatlarının  xüsusi 
nizamnaməsi  və  hansı  vəzifəni  yerinə  yetirməsi  barədə  məlumat  olmadığını 
bildirmiĢdir [258]. Bir çox axtarıĢdan sonra  biz də bu qənaətə gəlmiĢik ki, bir 
sıra  dini risalələrdə  və  fütuvvətnamələrdə  qeyd olunan sənətkarlıq təĢkilatının 
dini qaydalarından baĢqa, ġərq Ģəhərlərində, o cümlədən Təbrizdə  sənətkarlıq 
təĢkilatlarının  Avropa  sənətkarlıq  təĢkilatlarında  olduğu  kimi  yazılı 
nizamnaməsi olmamıĢdır. Bu təĢkilatlar iĢlərini, adətən, müxtəlif dini adətlər və 
Ģəriət əsasında qururdular [259]. 
XVI-XVII  əsrlərdə  Təbrizdə  sənətkarlıq  təĢkilatları  iqtisadi,  hüquqi, 
xüsusilə siyasi cəhətdən  hələ  zəif olub, özünüidarə  hüquqları çox  məhdud idi 
[260]. Məxəzlərdən belə bir fakt məlumdur ki, Təbrizdə bir çörəkçi möhtəsibin 
çörəyin  qiymətini  artırmağa  qoymamasından  və  nəticədə  onun  bundan  ziyan 
çəkməsindən  Ģəhər  hakiminə  Ģikayət  edir.  Çörəkçinin  Ģikayətini  eĢidən  Ģəhər 
hakimi deyir ki,  bu,  möhtəsibin öz iĢidir və onun səlahiyyətinə daxildir [261]. 
Qəssab  və  ya  çörəkçi,  öz  malını  qoyulmuĢ  qiymətdən  baha  satdıqda  darğalar 
onun qulaqlarını kəsdirə bilərdi [262]. Çəkidə və qiymətdə aldadanları darğa və 
ya  möhtəsib  cəzalandırırdı.  Bu  da  ayrı-ayrı  sənətkarlıq  təĢkilatları  daxilində 
özünüidarə hüquqlarının məhdud olmasını göstərir. 
Ticarət.  Səfəvilər  hakimiyyəti  dövründə  Təbriz  Ģəhəri  təkcə 
Azərbaycanda deyil, Yaxın və Orta ġərqdə mühüm ticarət mərkəzlərindən biri 
hesab olunurdu. Səyahət və ya ticarət məqsədilə Təbrizə gəlmiĢ avropalılar onu 
ticarət  «Ģəhəri»  adlandırmıĢlar.  Qeyd  olunmalıdır  ki,  Təbrizin  əsas  iqtisadi 
bazasını sənətkarlıq və ticarət təĢkil etməsinə baxmayaraq, Ģəhərdə sənətkarlığa 
nisbətən  ticarət,  xüsusilə  xarici  ticarət  üstünlük  təĢkil  edirdi.  F.  M.  Əliyev 
təsərrüfat həyatında feodal istehsal üsulunun hökm sürdüyü bir dövrdə orta əsr 
ġərq  Ģəhərlərində  ibtidai  və  kustar  üsulla  aparılan  sənətkarlığa  nisbətən 
ticarətin  üstünlük  təĢkil  etdiyini  bildirmiĢ  və  fikrini  sübut  üçün  aĢağıda  qeyd 
olunan üç amili əsas götürmüĢdür: 
1.  sənətkarlar  əsas  etibarilə  daxili  bazarın  ehtiyacını  ödədikləri 
halda, tacirlər onların hazırladıqları əmtəələri xarici bazarlara çıxarırdılar. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə