SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə60/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   56   57   58   59   60   61   62   63   ...   116

125 
 
böyük  bazar  tikdirmiĢdi.  Həmin  tikinti  «Mirzə  Sadıq  bazarı»  adlanırdı.  Bu 
bazarda bir çox dükan və bir neçə karvansara var idi [273]. Təbrizin at meydanı 
bir növ ticarət  mərkəzi idi. Bu meydanda iĢləyən sənətkarlar istehsal etdikləri 
malları  hadasa  satırdılar.  Təbrizdə  çoxlu  ixtisaslaĢdırılmıĢ  bazar  -misgərlər, 
papaq tikənlər, yəhər qayıranlar, zərgər bazarları, cəvahirat satılan bazar, bıçaq 
düzəldənlər, qalayçılar bazarları, öküz bazarı, saman satılan bazar, Ģalçı bazar, 
boyaqçı bazarı, qumaĢ satılan bazar (bəzzazistan), odun satılan bazar və s. var 
idi  [274].  Ġri  bazarlarla  yanaĢı,  hər  bir  məhəllənin  öz  kiçik  bazarı  var  idi; 
növbər bazarçası, Surxab bazarı və s. [275]. 
Təbrizdə timçələr [276] də var idi ki, burada iri tacirlər alver edirdilər. 
ġəhərdə ən böyük timçənin dörd böyük qapısı var idi. Övliya Çələbi yazır ki, 
«onun misli digər yerlərdə yox idi» [277]. Bazarlar əsasən Ģəhərin mərkəzində 
yerləĢirdi.  Təbrizdə  70-ə  qədər  tacir  hücrəsi  var  idi  [278].  Bunlar,  adətən, 
bazarlarda yerləĢirdi. ġardenə görə, Təbrizdə 15 min, Övliya Çələbiyə görə isə 
7  min  dükan  mövcud  idi  [279].  Təbrizdə  XVII  əsrin  ortalarında  əhalinin 
çoxluğunu,  Ģəhərin  geniĢliyini,  ticarətin  inkiĢafını  nəzərə  alaraq  ġardenin 
göstərdiyi  rəqəmləri  həqiqətə  uyğun  hesab  etmək  olar.  Digər  tərəfdən,  XVII 
əsrin  ikinci  yarısında  Azərbaycan  vəziri  Mirzə  Məhəmməd  Ġbrahimin  Qılınc 
qayıranlar  bazarında  bir  dükanı,  Qalayçılar  bazarında  bir  dükanı,  Surxab 
bazarında 44, Sahibabad meydanında 5, həmin meydanın arxasındakı timçədən 
ibarət  6,  Pirbudaq  məhəlləsində  2-cəmi  59  dükanı,  Azərbaycanın  Müstofi  əl-
məmaliki Mirzə Məhəmməd Sadığın isə 74 dükanı var idi [280]. Bir çox vəqf 
dükanları  var  idi.  Təbriz  Osmanlı  iĢğalı  altında  olduğu  vaxtda  orada  tikilmiĢ 
qalada  uzun  bir  bazar  tikilmiĢdi.  Oradakı  bütün  dükanlar,  qumaĢ  satanlar 
bazarında  (Bəzzazistan)  51  dükan,  Bəzzazistanın  yanında  yerləĢən  və  32 
hücrədən  ibarət  olap  «xan»,  üç  baĢqa  dükan  Cəfər  paĢanın  ixtiyarında  idi.  O, 
bütün bunları özünün tikdirdiyi Cümə məscidinə vəqf etmiĢdi [281]. XVII əsrin 
ortalarında Təbrizdə 100 xırda dükan ġeyx Səfi məqbərəsinin vəqfi idi [282]. 
Bazarlarda gözətçilər əsasən əsəslərdən ibarət idi. Hər axĢam günbatan 
çağı  kərənay,  təbil  və  zurna  səsi  eĢidilirdi.  Bu,  dükanlarlara  mağazaları 
bağlamaq  vaxtının  çatdığını  xəbər  verirdi.  Sonra  gecə  gözətçiləri  -  əsəslər 
bazara daxil olurdular. Gecədən saat yarım keçmiĢ təbil çalan küçə və bazarda 
gəzirdi.  Həmin  qadağan  saatından  sonra  fanarsız  və  çıraqsız  küçəyə  bazarda 
görünən adamı gözətçi tutub zindana saldırırdı. Səhərə yaxın təbil çalan təbilini 
çalır  və  qadağan  saatının  ləğv  olunduğunu  edan  edirdi.  Həmin  saatdan  sonra 
gecə gözətçiləri bazar və mağazaların qorunmasına məsuliyyət daĢımırdı [283]. 
Bu, hər gün eyni qaydada davam edirdi. Tavernye də axĢam hava qaralanda və 
səhər  tezdən  Təbriz  bazarlarında  təbil  və  kərənaylardan  boğunuq  səslər 
çıxarıldığını bildirir və yazır ki, onlar muzdla tutulmuĢ Ģəxslərdir [284]. 
Bazarda  mallara  qiymət  qoymaq  və  onun  üzərində  nəzarət  etmək  iĢi 
möhtəsibin vəzifəsinə daxil idi. Onun 3-4 müavini var idi. Hər həftənin birinci 


126 
 
günü  (Ģənbə)  carçı  vasitəsilə  malların  qiymətləri  elan  edilirdi.  Möhtəsib  həftə 
ərzində bu və  ya digər malın qiymətini azaldıb-çoxaltmaq barədə öz adamları 
ilə məĢvərət edirdi. QoyulmuĢ qiymətdən baha satanları cəzalandırılırdı [285]. 
Ticarətin  inkiĢafı  ilə  əlaqədar  olaraq  Təbrizdə  xeyli  karvansara 
tikilmiĢdi.  Bu  karvansaraların  bir  hissəsi  xassə  idi,  yəni  Ģah  tərəfindən  inĢa 
edilmiĢdi. Karvansaralar əsasən Ģəhər darvazalarına yaxın yerdə, yaxud böyük 
bazarlarda  tikilirdi.  Ġkimərtəbəli,  dördkünc  karvansaralarda  çoxlu  kiçik  otaq  - 
hücrələr  var  idi.  Karvansaralarda  minik  və  yük  heyvanları  üçün  tövlələr  də 
tikilirdi.  Tacir  karvansara  sahibinə  gecələmək  pulu,  malını  orada  satdıqda  isə 
hər bir yük hesabı ilə müəyyən məbləğ verməli idi. Həmin karvansarada eyni 
vaxtda  100-300  nəfər  gecələyə  bilərdi.  Təbrizdəki  ġah  Səfi  karvansarasında 
[286] bir gecədə 100 nəfər öz minik və yük heyvanı ilə gecələyə bilərdi [287]. 
Gecələr malları və heyvanları qorumaq üçün karvansaranın ətrafında bir dəstə 
silahlı gözətçi dururdu [288]. 
1647-ci  il  məlumatına  görə,  Təbrizdə  200  iri  və  orta,  70  xırda 
karvansara, 1670-ci ildə isə 300 karvansara olmuĢdur [289]. ġarden yazır ki, bu 
karvansaraların  hər  biri  o  qədər  böyükdür  ki,  eyni  vaxtda  orada  300  nəfər 
gecələyə bilər [290]. Zübeydə, CahanĢah, AləmĢah, ġah Ġsmayıl, Pirbudaq, ġah 
Abbas  karvansaraları  Təbrizdə  ən  məĢhur  idi  [291].  Ticarətin  inkiĢafını 
karvansaraların da sayı əks etdirir. Belə bir faktı göstərmək kifayətdir ki, 1598-
ci ildən Səfəvi dövlətinin paytaxtı olan Ġsfahanda XVII əsrin 30-cu illərində 24 
karvansara  olduğu  halda, həmin əsrin 70-ci  illərində  Təbrizdə  300 karvansara 
olmuĢdur  [292].  Bu  da  Ġsfahana  nisbətən  Təbrizdə  daxili  və  xarici  ticarətin 
daha geniĢ inkiĢaf etdiyini göstərir. 
XVII əsrin ikinci yarısında Təbrizdə ayrı-ayrı Səfəvi hökmdarlarından 
əlavə iri feodallar da bir neçə karvansara tikdirmiĢdilər. Azərbaycanın müstofi-
əl-məmaliki Mirzə Məhəmməd Ġbrahim Təbrizin Səncaran məhəlləsində bir kar 
vansara,  qardaĢı  Mirzə  Sadıq  Təbrizdə  bir  neçə  karvansara,  Mirzə  Ġbrahimin 
oğlu Mirzə Tahir isə At meydanı yanında iki karvansara tikdirmiĢdi [293]. 
Təbrizin  daxili  ticarətində  ətraf  nahiyələrdən  əldə  edilən  kənd 
təsərrüfatı  məhsulları  da  böyük  rol  oynayırdı.  Təbriz  ətrafında  xeyli  pambıq, 
buğda, arpa, üzüm və s. yetiĢdirilirdi. Övliya Çələbi Təbriz ətrafında yeddi növ 
buğda və müxtəlif növ pambıq əkildiyini bildirirdi [294]. Təbriz və ətrafında 47 
min  bağ  və  bağça  var  idi.  Bu  bağlarda  hər  cür  meyvə  və  üzüm  yetiĢdirilirdi. 
Orada  altmıĢ  növ  ən  gözəl  və  Ģirin  üzüm  becərilirdi:  məleki,  xərdə,  razeqi, 
təbərzəd, kəsəki üzüm növləri məĢhur idi. Təbərzəd növ üzümü qıĢ fəslində də 
saxlamaq  olurdu.  Təbriz  bazarında  ərik,  üzüm,  habelə  üzümdən  hazırlanmıĢ 
yeddi növ Ģərab satılırdı [295]. Tavernye yazır ki, Təbrizdə Ģərab, araq, habelə 
ərzaq  malları  baha  deyildi  [296].  ġəhər  bazarlarında  üzümdən  hazırlanan 
müxtəlif növ Ģərbət, doĢab, sirkə satılırdı. Təbrizin daxili və xarici ticarətində 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə