SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə61/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   57   58   59   60   61   62   63   64   ...   116

127 
 
tənbəki  mühüm  rol  oynayırdı.  Dövlət  tənbəki  ticarətindən  ildə  20  min  tümən 
gəlir götürürdü [297]. 
Təzə və quru meyvəyə olan tələbatın artmasını nəzərə alaraq Təbrizdə 
bağçılıq xeyli geniĢləndirilirdi. 1670-ci ildə Azərbaycanın  müstofi-əl-məmaliki 
Mirzə  Ġbrahim  Təbrizdən  Əylisə  xüsusi  adamlar  göndərərək  Ģəhərdə  bağ 
saldırmaq  üçün  oradan  450  sajın  armud  və  alma  ağacı  gətirilməsini  əmr 
vermiĢdi [298]. 
Təbrizdə  mal-qara  alverindən  xeyli  gəlir  əldə  edilirdi.  Təsadüfi 
deyildir  ki,  Ģəhərdə        mal-qaranın  növünə  görə  at  meydanı,  öküz  bazarı  və  s. 
meydanlar  var  idi.  XVII  əsrin  90-cı  illərində  Təbrizdə  bir  atın        qiyməti  90 
abbası olduğu halda, həmin cins atı Ġtaliyada 300 abbasıya  almaq olardı [299]. 
Təbriz  bazarlarında  ördək, qaz, ov quĢları da  satılırdı.  Sahibabad meydanında 
iri sallaqxana var idi. Təbrizdə satılan bütün qoyun və mallar burada kəsilirdi. 
Təbrizdə əhalinin əksəriyyəti qoyun əti yeyirdi. Mal ətinə tələbat az idi [300]. 
ġarden  yazır  ki,  Təbriz  bazarında  müxtəlif  ərzaq  malları  satılırdı.  Bazarda 
çörək,  Ģərab,  meyvə  və  s.  bol  idi.  Səfəvi  dövləti  ərazisinin  digər  Ģəhərlərinə 
nisbətən  Təbrizdə  həmin  mallar  daha  ucuz  idi  [301].  1648-ci  ildə  Təbrizdə 
olmuĢ  fransız  Aleksandr  de  Rud  yazır:  «Bu  Ģəhərdə  hər  Ģey  ucuz  qiymətə 
satılır. Mən Ģəxsən müĢahidə etdim ki, bir sikkə gümüĢ verməklə o qədər çörək 
aldıq ki,  bir adam bir həftə  ərzində  onu  yeyib qurtara  bilməzdi» [302]. Lakin 
müharibələrlə  əlaqədar  olaraq  ərzaq  malları  bahalaĢırdı.  1579-cu  ilin  qıĢında 
quraqlıq  və  qıtlıq      nəticəsində  Təbrizdə  çörəyin  bir  batmanı  300  dinara, 
buğdanın bir xalvarı 25 min dinara qalxmıĢdı.  Arpa və digər ərzaq malları da 
eyni  dərəcədə  bahalaĢmıĢdı.  Qazi  Əhməd  Qumi  yazır  ki,  elə  gün  yox  idi  ki, 
xeyli adam acından ölməsin [303]. H. 1014 (1605-06)-cü ildə isə buğdanın bir 
xalvarı 10  min dinara    qalxmıĢdı [304]. Alessandri  yazır ki,  XVI əsrin 70-ci 
illərində  Təbrizdə  bir baĢ     qoyunun qiyməti olduqca       baha    -  40  funta idi 
[305]. 
XVII  əsrin  ortalarında  Təbrizdə  çoxlu  ərzaq  dükanı,  yeməkxana, 
baqqaliyyə  var  idi.  ġəhərdə  ağ  və  nazik  çörəklər  biĢirilib  satılırdı. 
Yeməkxanalarda  beĢaltı  cür  plov,  kabab,  müxtəlif  növ  Ģərbət,  halva  və  digər 
yemək növləri satılırdı. Kəklik, qoyun və toyuq ətindən hazırlanmıĢ kabablara 
tələbat daha çox idi. ġəhərin bazar və küçələrində qəhvəxanalar var idi. Orada 
qəhvədən baĢqa küknar Ģərbəti də satılırdı [306]. 
ġəhər əhalisinin tələbatını ödəmək üçün müxtəlif zərgərlik, dəmirçilik, 
toxuculuq  məmulatı  satılırdı.  Zərgərlərin  hazırladıqları  zərif  sırğalar,  üzüklər, 
qolbaqlar, toxucuların məhsulu olan ipək, yun, pambıq, kətan parçalar Təbrizin 
daxili və xarici ticarətinin əsasını təĢkil edirdi. ġarden yazır ki, Təbriz bazarları 
qumaĢ,  ipək  parça  və  zərgərlik  malları  ilə  dolu  idi  [307].  Sanson  XVII  əsrin 
sonunda Təbrizdə çox gözəl və zərif zərbaflar toxunduğunu bildirərək yazır ki, 
həmin məhsul yalnız daxili tələbatı edəyirdi. Ən qiymətli zərbaf 50 tümənə idi 


128 
 
[308]. Təbrizdə hazırlanmıĢ ipək paltarlar daxili və xarici ticarətdə mühüm rol 
oynayırdı. ġəhər əhalisinin əksəriyyəti ipək paltarlar geyirdi. Ġpək parçanın bir 
yardı 10 riala, (6 Ģillinqə qədər) rəngli taftanın 8 yardı 5 riala, kətan parçanın 
20 yardı 4 riala idi [309]. 
Təbrizdə hazırlanmıĢ çalma, ipək yaylıqlar, əl-üz dəsmalı hətta xaricə 
-  Yunanıstan  və  Afrika  ölkələrinə  ixrac  olunurdu  [610].  Ümumiyyətlə, 
Təbrizdəki  dükanlarda  istənilən  malı  tapmaq  olardı  [311].  Təbrizin,  həm  də 
Azərbaycanın  digər  Ģəhərləri  ilə  geniĢ  ticarət  əlaqəsi  var  idi.  ġamaxıdan, 
Gəncədən ipək, Mahmudabaddan balıq, balıq kürüsü, Liqvandan saxsı qablar, 
Gilandan  ipək,  düyü,  naringi,  limon,  portağal,  Dizmardan  nar,  Ordubad  və 
Xoydan  qırmızı  boyaq,  Bakıdan  neft,  ġəkidən  ipək  parça,  baĢ  Ģalı,  Marağa, 
Mərənd  və  Xoydan  quru  meyvə,  MeĢkindən  üzüm  və  s.  gətirilib  Təbrizdə 
satılırdı.  Təbrizdə  istehsal  olunan  mallar  isə  həmin  Ģəhərlərə  aparılırdı  [312]. 
Azərbaycanın  ayrı-ayrı  Ģəhərlərində  üzərində  «Təbrizdə  zərb  olunmuĢdur» 
sözləri  yazılmıĢ  sikkələrin  tapılması  Təbriz  ilə  Azərbaycanın  digər  Ģəhərləri 
arasında ticarət əlaqələrinin nə dərəcədə geniĢ olduğunu göstərir [313]. 
Ermənistan  və  Gürcüstanda  tapılmıĢ  sikkələrin  əksəriyyətinin 
Təbrizdə  zərb  edilməsi  göstərir  ki,  bəhs  etdiyimiz  dövrdə  bu  Ģəhərin  qonĢu 
ölkələrlə də ticarət əlaqəsi olmuĢdur. Xaricdən Təbrizə daxil olan hər bir tacir 
özü  ilə  gətirdiyi  gümüĢü  oranın  zərrabxanasında  sikkə  halına  saldırmalı  idi. 
Osmanlı ərazisindən Təbrizə  gətirilən  gümüĢ  yüzdə  20, qızıl  yüzdə  14-5,  mis 
yüzdə 18-20 faiz qazanca satılırdı [314]. XVII əsrin 30-60-c illərində Təbrizdə 
dörd  növ  gümüĢ  sikkə  -  abbası,  mahmudi,  Ģahı,  bisti  zərb  olunurdu,  Mis 
sikkələr  yalnız  daxildə,  gümüĢ  sikkələr  isə  digər  Ģəhər  və  vilayətlərdə 
tədavüldə idi. 
Xarici  ticarət.  Təbriz  yarım  əsrdən  artıq  bir  müddətdə  Azərbaycan 
Səfəvi  dövlətinin  paytaxtı  olmuĢdur.  ġəhər  hələ  qədimdən  ġərq  ilə  Qərb 
ölkələrini  birləĢdirən  ticarət  karvanı  yolu  üzərində  yerləĢirdi.  Təbriz 
Azərbaycanın Rusiya və Qərbi Avropa ölkələri ilə ticarət əlaqələrində mühüm 
rol  oynayırdı.  Qərb  ölkələri  üçün  Rusiya  vasitəsilə  Asiya  ilə  ticarət  daha 
əlveriĢli  idi.  Qərb  ölkələrinin  Volqa  və  Xəzər  dənizi  vasitəsilə  ticarətində 
Təbriz - Ərdəbil - Lənkəran -Bakı yolundan istifadə olunurdu. Əvvəllər Asiya 
və  Avropa  Aralıq  dənizi  vasitəsilə  Ġranla  Hindistanı  birləĢdirirdi.  XVI-XVII 
əsrlərdə ġimal dəniz yolu - Xəzər dənizi vasitəsilə Ġran -Hindistan ticarət yolu 
daha  mühüm  əhəmiyyət  kəsb  etdi.  Bunun  nəticəsində  Avropa  tacirlərinin 
Ģimaldan ġirvan yolu ilə Təbrizə axınına Ģərait yarandı [315]. 
Səfəvilərlə  Osmanlı  dövləti  arasında  baĢ  verən  ardıcıl  müharibələr, 
Osmanlı dövləti ilə Avropa ölkələri arasında ziddiyyətlər, Səfəvi Ģahlarının bir 
sıra  Avropa  ölkələri  ilə  hərbi  ittifaqa  təĢəbbüs  göstərməsi,  XVI  əsrin 
ortalarından  Rusiya  ilə  Səfəvilər  dövləti  arasında  ticarət  əlaqələrinin 
canlanması,    XVII  əsrdə  Rusiyanın Avropa və ġərq ilə geniĢ ticarət əlaqəsinə 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə