SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə62/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   58   59   60   61   62   63   64   65   ...   116

129 
 
girməsi,  həmin  əsrin  ortalarından  xam  ipək  və  pambığın  Rusiya  sənayesini 
təmin etməsi, Səfəvi dövlətinin Rusiya ilə ticarətə daha artıq maraq göstərməsi 
və ən nəhayət,    Volqa - Xəzər yolunun ticarət üçün daha əlveriĢli olması [316] 
-  bütün  bunlar  Qərb  dövlətləri  üçün  Rusiya  vasitəsilə        Azərbaycan  və  Ġranla 
ticarət  əlaqələrinin  inkiĢafına  səbəb  oldu.  Qərb  ölkələrində  Azərbaycanın 
xammalına, xüsusilə ġirvan ipəyinə böyük ehtiyac var idi. Buna görə də Rusiya 
vasitəsilə Qərb ölkələri ilə ticarətdə Təbrizin mövqeyi daha da artmıĢdı. Təbriz 
tacirləri  Volqa  -  Xəzər  ticarət  yolundan  istifadə  edərək  Mərkəzi  və  Qərbi 
Avropa ölkələri, o cümlədən    Ġngiltərə ilə ticarət əlaqələrini geniĢləndirirdilər 
[317). Rusiya ilə Ġsfahan - Qəzvin - RəĢt - Astara - Lənkəran - Bakı - Dərbənd - 
HəĢtərxan yolundan baĢqa Təbriz - Muğan çölü - ġamaxı - ġabran - Niyazabad 
-HəĢtərxan  ticarət  karvan  yolu  əsas  tranzit  yolu  hesab  olunurdu.    ġamaxı, 
Gəncə,  ġəki,    Ərdəbillə  yanaĢı,  Təbrizin  xam  ipəyi  və  ipək  məmulatı  Rusiya 
dövlətində  məĢhur  idi  [318].  Bu  dövrdə  Ġsfahan  tacirlərilə  yanaĢı,  Təbriz 
tacirləri  də  Rusiyaya  mal    aparıb  satırdılar.  Rusiya  ilə  Ġran  ticarətində  əsas 
mərkəz  Təbrizlə  ġamaxı  idi.  Təbrizdə  hazırlanan        ipək  və  pambıq  parçalar,   
gön-dəri  Rusiyaya  da  ixrac  olunurdu.  Bundan  əlavə,  xam    ipək  ticarəti   
Təbrizdə xeyli inkiĢaf etmiĢdi [319]. 
Rusiya  ilə  Səfəvi  hökmdarları  arasındakı  iqtisadi  və  siyasi 
münasibətlərinin  inkiĢafı  ticarət  əlaqələrinin  geniĢlənməsinə  də  xeyli  təsir 
edirdi [320]. XVII əsrin ortalarında  bu əlaqə  daha  da geniĢlənir. 1663-cü ildə 
Q.  Çernousov  Rusiya  tərəfindən  Təbrizə  göndərilir  ki,  dövlət  mallarını  orada 
satsın. O, Təbrizdə 165800 manat məbləğində Ġngiltərə mahudu,    samur xəzi 
və  s.  mallar satıb,    əvəzində  Təbrizdən 10.260 manatlıq  darai, sofiyan və  s. 
mallar alıb Rusiyaya aparır [321]. 
Rusiyanın xarici ticarətində Təbriz mühüm rol oynayırdı. Təkcə bunu 
göstərmək  kifayətdir  ki,  1663-1665-ci  illərdə  rus  dövləti  xəzinəsinə  Ġrandan 
73.378 manatlıq [322] mal alındığı halda, yalnız 1663-cü ildə Təbrizdən 10.260 
manatlıq  və  ya  rus  dövlətinin  Ġrandan  3  ildə  aldığı  malın  yeddidə  bir  hissəsi 
qədər Təbrizdən mal alınmıĢdı. Bu fakt Azərbaycan Ģəhərləri arasında Təbrizin 
Rusiya  ilə  Səfəvilər  dövləti  arasındakı  ticarətdə  nə  dərəcədə  mühüm  rol 
oynadığını  göstərir.  Digər  tərəfdən,  1663-cü  ildə  yalnız  Rusiyadan  Təbrizə 
daxil edilən malın ümumi məbləği 165.800 manat olduğu halda, Həmin ildə rus 
tacirləri 10.260 manat miqdarında mal ixrac etmiĢlər. Bu, yalnız Rusiya dövlət 
xəzinəsi tacirlərinin Təbrizə daxil etdiyi mallar idi. ġəxsi tacirlərin də Təbrizə 
gətirdiyi  malları  əlavə  etsək,  Təbriz  bazarının  Avropa  və  Rusiya  malları 
satıĢında nə dərəcədə mühüm rol oynadığı aydın olur. 
Rusiyaya  ixrac  edilən  mallar  arasında  Təbriz  ipəyi  də  mühüm  yer 
tuturdu.  1675-1681-ci  illərdə  [323]  Ġran  və  Azərbaycandan  HəĢtərxana  4500 
pud  müxtəlif  rəngli  ipək  ixrac  edilmiĢdi.  Bu  ipəklər  əsasən  Fərəhabad  [324], 
ġamaxı,  Gəncə  və  Təbrizdən  aparılırdı  [325].  Təbrizdə  istehsal  olunan  zərli 


130 
 
ipək  parçalar,  zərbaf,  kəmxa  (rəngli  ipək  parça),  birrəngli  ipək  parça,  adyal, 
atlas, xalça, gön-dəri, ayaqqabı, habelə quru meyvə xarici ölkələrə göndərilirdi. 
XVII əsrdə  Təbriz  tacirləri də  Rusiyaya  ipək,  yarımipək nazik  Ģəffaf 
parçalar, pambıq, birrəngli güllü örpəklər aparırdılar [326]. ġamaxı, Qəzvin və 
Təbrizdən  isə  Rusiyaya  xalça,  zərbaf,  atlas,  qızıl  və  gümüĢdən  hazırlanmıĢ 
rəngli  ipək,  kəmxa,  zərli  parça,  darayı  və  digər  mallar  ixrac  olunurdu  [327]. 
Avropa  və  Rusiya  ilə xarici ticarətdə Təbriz  tacirlərinin rolunu aĢağıdakı fakt 
bir  daha  sübut  edir.  1666-cı  ildə  çar  Aleksey  Mixayloviçlə  xam  ipəyin 
Rusiyaya,  eləcə  də  Rusiya  vasitəsilə  Avropaya  aparılması  ilə  əlaqədar 
danıĢıqlarda  ġamaxı,  Bakı  tacirləri  ilə  bərabər  Təbriz  tacirləri  də  iĢtirak 
etmiĢdilər [328]. 
Türkiyə  vasitəsilə  Avropa  ilə  ticarətdə  Təbriz  mühüm  rol  oynayırdı. 
Tavernye  Təbrizi  ticarətin  inkiĢaf  səviyyəsinə  görə  ġərqin  məĢhur 
Ģəhərlərindən  biri  adlandırmıĢ  və  qeyd  etmiĢdir  ki,  bu  Ģəhər  Osmanlı, 
Ərəbistan,  Gürcüstan,  Ġran,  Hindistan  və  Rusiya  dövlətlərilə  daimi  ticarət 
əlaqəsində idi [329]. 1645-ci il noyabrın 29-da Təbrizdə olmuĢ fransız Labullay 
Təbrizin  ticarət  vəziyyətini  belə  Ģərh  etmiĢdir:  «Təbriz  Asiyanın  ən  məĢhur 
ticarət  Ģəhəridir.  Ona  görə  ki,  ticarət  karvanı  oraya  hər  cür  mal  gətirir.  Qərb 
ölkələrindən,  həmçinin  Yunanıstandan,  PolĢa  və  Venetsiyadan  oraya  çoxlu 
miqdarda  qızıl,  gümüĢ,  zərif  parça,  mərcan  kəhrəba,  ġərq  ölkələrindən  - 
Tatarıstandan,  Özbəkistandan,  Tibetdən,  Çindən,  ġərqi  Hindistandan  ipək, 
yaqut,  almaz,  Ģilə  adlı  təsvirli  kətan  parça,  darçın,  istiot,  müxtəlif  ədviyyat 
gətirirdilər. Bu Ģəhərdə çoxlu ipək toxuculuğu malları hazırlanıb Yunanıstan və 
Afrikaya göndərilirdi» [330]. 
ġarden 
Təbriz 
ticarətinin 
Ġranda, 
Türkiyədə, 
Rusiyada, 
Türkmənistanda,  Hindistanda,  Qara  dəniz  sahili  ölkələrində  geniĢ  yayıldığını 
bildirmiĢdir  [331].  Avropa  tacirlərinin  Təbrizdə  faktoriyaları  var  idi.  Onlar 
Ġzmir  və  Hələbdən  gələrək  burada  London,  Fransa,  Venetsiya  parçası, 
Venetsiya  güzgüsü;  poladı,  mahudu,  qalantereya  malları  satır,  çoxlu  qazanc 
əldə edirdilər [332]. 
Rafael  dyü-Man  Ġranı  ikiqapılı  karvansaraya  bənzədirdi.  Birinci  qapı 
Türkiyə  vasitəsilə  Ġspaniya,  Britaniya  və  Fransaya,  ikinci  qapı  isə  Hürmüz  - 
Hindistana açılırdı [333]. Bizcə, Rafael dyü-Man üçüncü bir qapını, yəni Bakı - 
Dərbənd  -  HəĢtərxan  yolu  vasitəsilə  Rusiya  ilə  ticarət  qapısını  da  göstərməli 
idi. 
Türkiyə  vasitəsilə  Təbrizi  Avropa  ilə  birləĢdirən  ticarət  karvan  yolu 
aĢağıdakı istiqamətlərdə idi: 
1. Təbriz - Mərənd - Əsədabad - Naxçıvan - Ġrəvan -Qars - Trabzon - 
Ġstambul. 
2. Təbriz - Van  - Diyarbəkr  - Hələb - Suriya.  Oradan  dəniz  vasitəsilə 
Avropaya gedirdi. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə